Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
127 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
👁‍🗨💬💬Deyl Karneqinin məsləhətləri:

1️⃣ Başqa bir insanın yerinə özünü qoy və sənin yox, onun nəyə ehtiyacı var - başa düş. 

Bütün dünya bunu bacaranın yanında olacaq.

2️⃣ Məşğul olun. 

Bu yer üzündə ən ucuz və ən təsirli dərmanlardan biridir.

Bəzi psixoloji xəstəliklər var ki, bekarçılıqdan gəlir...

3️⃣ Sabah yoxdur.

İnsanın qurtuluş günü bu gündür. Dünyadaki bütün işlər bü gün görülüb, sabah yox.

4️⃣ Kiminsə adını unutmayın.

Ad - istənilən dildə hər kəs üçün ən şirin və ən vacib səsdir. İstəyirsənsə insanı özünə tərəf çəkəsən - onun adını de. Bu tanışlıqda, münasibətdə və hətta satışda, biznes danışıqlarda işləyir. İnsanın adını çəkəndə o düşünür ki, o sizə vacibdir (çünki adını yadda saxlamazdınız) və şüuraltı deyir ki, bu insan sənə yaxındır (çünki adımızı çəkən insanlar adətən bizə yaxın olanlar olur).

5️⃣ Artıq xoşbəxtsən və əslində daha xoşbəxt olacaqsan kimi yaşa!

Özünü xoşbəxt insan kimi apar - elə də olacaqsan. Bilirsiniz, insana xoşbəxtlik üçün çox şey lazım deyil. Əsasən də, çox adam düşündüyü kimi, pul ya uğur. Kasıb da, uğursuz da xoşbəxt ola bilər və olur. Ona görə əsas - bu hissi tutmaqdır. Dalğanı tut - ardı da gələcək.


#uğur_qaydaları
#ünsiyyət #danışıq #insan #karneqi #kitab #kitablar

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👏2
🏆🥇👑İtlər və hepard yarışı

Bu yarışda kimin daha sürətli olduğunu öyrənmək istəyirdilər: itlər yoxsa hepardlar.

Lakin yarışa başlamaq üçün siqnal səslənəndə hepard yerindən tərpənmədi.

İnsanlar təşkilatçıdan soruşmağa başladı: "Nə məsələdir?"

Hepard buna belə cavab verdi:

"Bəzən ən yaxşı olduğunu sübut etmək - sənin üçün təhqirdir."

___
Sizi pisləyəndə, bacarığınızı alçaldanda heç vaxt əksini sübut etməyin. Ağıllı, müdrik, güclü insan həmişə sizin güclü tərəfinizi görəcək. Daha çox - cəmiyyət hər kəsi yaxşı tanıyır. Sizin etdiklərinizi, bacarığınızı, dəyərinizi azaldan - sadəcə özünü qaldırmaq üçün sizi alçaltmağa çalışır. Öz gücünüzü bilin və kiməsə onu sübut etməyin, görmək istəyən - görəcək. Sübut etməyin əks təsiri var - camaat düşünəcək ki, sizin özünüzdən şübhəsiz var 😉


#həkayələr
#uğur_qaydaları
#liderlik

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤4👏3
👍👍😡👿Xeyir və şər - nisbidir yoxsa mütləq?

Üzüklər hökmdarını oxumusunuz? Filmi də var. Orda təmiz (mütləq) şər var və təmiz (mütləq) xeyir.

Yəni ki, Sauron, Saruman, orklar - bunlar pisdirlər, şər. Tolkien elə onları göstərir ki, onlarda yaxşı heç nə yoxdur.

Elflər, insanlar isə - yaxşı tərəfdir. Onların tərəfini saxlayırıq və qalib gəlmələrini istəyirik. Pis insanların da şüuru - Sauron və onun tərəfdarları ilə "zəhərlənib".

Uşaqlığda ümumi olaraq filmlər belə idi - yaxşı və pis aydın olurdu. Və onların arasında qalın, görünən xətt var idi - onları ayıran xətt.

Gorg Martin isə buna görə G. R. R. Tolkieni tənqid edir ki, həyatda belə olmur. Həyatda yaxşı və pis, xeyir və şər - nisbi anlayışlardır. İnsan təmiz pis olmur, biri üçün yaxşı olur, biri üçün pis. Eynən də hərəkət: biri üçün yaxşı olan hərəkət, digəri üçün pis ola bilər.

Şər saydığımız qatil - psixoloji xəstə ola bilər, cəmiyyət tərəfindən elə yetişdirilə bilər. Oğru kasıblığa görə oğru ola bilər.

Martinin əsərlərində ("Od və buz nəğməsi" romanlar silsiləsi, onun əsasında çəkilən serial "Taxt Oyunları") hər insanın yaxşı tərəfi də var, pis də. Ən böyük antaqonist (baş qəhrəmanın düşməni) - elə göstərilib ki, onun da elə olmasının səbəbi var. İki ordu vuruşanda - hər tərəfin öz haqqı var.

❓🚩❓İndi sual, kim düzdür, Tolkien yoxsa Martin?


#uğur_qaydaları
#fəlsəfə
#kitablar
#kitab #pdf #martin #taxtoyunları #üzüklərhökmdarı #əsər #roman

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8
🛍🛍🛍Deyirlər hər sahədə rəqabət çoxdur, amma almağa gedəndə adam bilmir nə alsın. Seçim var, amma elə zəif məhsullardır ki.

Geyim, ayaqqabıdan tutmuş mebelə kimi.

İndi komp üçün mebel istəyirəm, var, amma elə mebeldir ki, elə bil Sovet vaxtında istehsal olunub. Bahalısı da, ucuzu da. Adamın pula heyfi gəlir ki, buna pul verməkdənsə onda köhnə mebel ilə qalım.

Mollarda 100-200$ olan ayaqqabılar elə gündədir ki, 30 ayaqqabı içində birini gücnən seçə bilirsən. Amma ABŞ-da 70-100$-a elə ayaqqabılar var ki, hamısını almaq istəyirsən, sadəcə pulun o qədər yoxdur və qoymağa yerin.

Ona görə biznes açanda kimsə desə ki, rəqabət çoxdur - inanmayın. Çox halda rəqabət - 0 səviyyədə 😉

Rəqabət ABŞ-dadır...


#fikirlər
#biznes
#marketinq
#rəqabət #ticarət

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
✈️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
🚩Dostlar, Dogs listinq olunacaq 1,5 saat sonra.

Kim çıxartmayıb? Tez tokeni çıxarın!

🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri pinned «🚩Dostlar, Dogs listinq olunacaq 1,5 saat sonra. Kim çıxartmayıb? Tez tokeni çıxarın! 🔥»
 🚪🚪🏠“Qapıya ayaq” texnikası

Heç "qapıya ayaq" texnikası haqqında eşitmisiniz? Bu tez-tez satıcılar, siyasətçilər və davranışınıza təsir etmək istəyən digər insanlar tərəfindən istifadə edilən manipulyasiya üsullarından biridir. 

Bu texnikanın mahiyyəti ondan ibarətdir ki, əvvəlcə sizdən kiçik bir xahişlə, sonra isə daha böyük və daha əhəmiyyətli istəklə razılaşmağınız xahiş olunur. 

Məsələn, sizdən ətraf mühit üçün bir petisiya imzalamağınız və sonra eyni məqsəd üçün xeyriyyə pulu verməyiniz xahiş oluna bilər.

Ayaq-qapı fenomeni ilk dəfə 1966-cı ildə Fridman və Freyzer tərəfindən tədqiq edilmişdir.

Yuxarıda adı çəkilən amerikalı psixoloqlar Kaliforniyalı ev sahiblərinə baş çəkərək onlardan binalarına çirkin, nəhəng “Yolda diqqətli olun” lövhəsi qoymağı xahiş ediblər. Sakinlərin yalnız 17%-i razılıq verib. Bununla belə, ev sahiblərindən əvvəlcə daha az xidmət göstərmək - evlərinin balkonunda "Sürüş zamanı diqqətli olun" yazısı olan reklam vərəqələri yerləşdirmək istənilirdisə, demək olar ki, hamı həvəslə razılaşdı. Və iki həftə sonra sakinlərdən yenidən afişa yerləşdirmələri xahiş edildikdə, 76% razılaşdı.

Yatırım istəyirsinizsə, birinci xırda yatırım istəyin. Alandan sonra yenisini və daha çoxunu.

Avtomobil satanda test-drayv olur çox vaxt. İnsanları otuzdururlar maşına və demək olar ki onu satırlar. Çünki test-drayvdan sonra insan almış olur böyük ehtimal ilə.

Tədqiqatlar göstərir ki, kiçik bir xahişlə razılaşan insanlar daha böyük bir təklifə də razılaşırlar, çünki onlar ardıcıl və məqbul olmaq istəyirlər. 

Özünüzü bu texnikadan necə qorumalısınız? Ən başlıcası, onların sizi manipulyasiya etməyə çalışdıqlarını başa düşməkdir və bir şey xoşunuza gəlmirsə və ya sizə uyğun gəlmirsə, imtina etməkdən qorxmayın. Unutmayın ki, hər zaman seçim etmək və yox demək haqqınız var.


#uğur_qaydaları
#marketinq
#manipulyasiya #psixologiya #psixolojiya #psixoloji #psixoloq #həkim #ticarət #satış #Azərbaycan #Bakı

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤3
🎉💎🎉Dostlar, yada salırıq ki, bizdə #yarış gedir. Büdcə - 50 ₼, uduş yeri - 3.

🗓Cəmi 11 gün qalıb... 12 sentyabr 23:59 bitir 🗓


🎁🤑💸Hədiyyələr:

🥇 - 30 ₼
🥈 - 12 ₼
🥉 - 8 ₼

Kitab: "Varlı ata, kasıb ata" Robert Kiyosaki

Tam şərtlər və yarış özü - https://t.me/biznes_ugur/1077


7️⃣7️⃣7️⃣Hər kəsə uğurlar. Sual olduqca - yazın 😉

👍👍➕Dostlarınızı dəvət edin, mətni digər qruplara atın ki, yarış maraqlı keçsin.

Maraqlı keçsə - tez-tez bunu keçirəcəyik 🍬✨🎆


#yarış

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🔖📖📕Daha çox oxumağınızın səbəbini izah edən sitatlar:

1️⃣ Yaxşı yazan müəllifləri oxumaqla, yaxşı danışmağa alışırsınız.

2️⃣ Mədəniyyət oxunan kitabların sayı deyil, başa düşülənlərin sayıdır.

3️⃣ Kitab oxuyan insanlar televizora baxanları həmişə idarə edəcəklər.

4️⃣ Kitab hər zaman filmdən daha yaxşıdır, çünki təxəyyülün xüsusi effektlərdə heç bir məhdudiyyəti yoxdur, filmdə isə - var.

5️⃣ Nə qədər çox oxusan, bir o qədər az təqlid edirsən.

6️⃣ İnsanlar iki kateqoriyaya bölünür: kitab oxuyanlar və oxuyanları dinləyənlər.

#uğur_qaydaları
#kitablar
#pdf_kitab #oxumaq #ədəbiyyat #təhsil #inkişaf #tələbə

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤3
👩‍🎓👨‍🎓🔖📖📚Məktəb sistemi bizə pul haqqında bilik vermək istəmir.

Onlar yaxşı, itaətkar işçilər yetişdirmək istəyirlər.  Məktəbdə nə öyrətdiklərinə baxın - bu real həyatda uğur qazanmaq üçün lazım olanın əksidir:

 ➖Səhv etməyin;

 ➖Onların dediklərini edin;

 ➖İmtahanı birlikdə yox, təkbaşına verin;

 ➖Yalnız bir düzgün həll yolu var.

 Realda - hər problemin bir çox həlli var!

 Nəticədə, məktəbdən sonra siz:

 ❕Səhv etməkdən öləcək qədər qorxursunuz;

 ❕Hər şeyi təkbaşına, qüvvələri birləşdirmədən, qarşılıqlı əlaqə olmadan edirsiniz. Beyin fırtınası olmur.

 ❕Və hər kəs yeganə düzgün həll yolunu bilmək istəyir.

Düzgün həll - yeganə deyil! Həll yolları çox sayda olur! İnsanlar məktəblərini qandallı tərk edirlər!

Düşünürəm ki, məktəb sistemi cinayətkardır, çünki o uşaqların öyrənmə ruhunu öldürür. Uşaq intizarla məktəbə gedir: 

 - "Bəli! Oxuyacam! Bu əla olacaq!"

 Və müəllim deyir:

- “Otur və ağzını yum! Sənin fikrin bizə maraqlı deyil!”

 🗣🗣 Kim Kiyosaki ©


#uğur_qaydaları
#təhsil
#təhsilsistemi #tələbə #tələbələr #məktəb #uni #universitet #ixtisas #kitablar #ədəbiyyat #inkişaf #kiyosaki #varlı #zəngin

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏10👍6❤2
🎞🎬💸🚩💰Dostlar, Hamster Combat 26 sentyabr listələnir.

Gəlin qalan günlərdə ən vacib amillərə diqqət verib airdropumuzu artıraq.

Videoya diqqətlə baxın, layk qoyun, abunə olun kanala və şərhlər yazın 😉

👉 YouTube-da videoya bax👈

#video
#hamster_combat

t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə |✅ | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3