Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
128 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
👍👍😡👿Xeyir və şər - nisbidir yoxsa mütləq?

Üzüklər hökmdarını oxumusunuz? Filmi də var. Orda təmiz (mütləq) şər var və təmiz (mütləq) xeyir.

Yəni ki, Sauron, Saruman, orklar - bunlar pisdirlər, şər. Tolkien elə onları göstərir ki, onlarda yaxşı heç nə yoxdur.

Elflər, insanlar isə - yaxşı tərəfdir. Onların tərəfini saxlayırıq və qalib gəlmələrini istəyirik. Pis insanların da şüuru - Sauron və onun tərəfdarları ilə "zəhərlənib".

Uşaqlığda ümumi olaraq filmlər belə idi - yaxşı və pis aydın olurdu. Və onların arasında qalın, görünən xətt var idi - onları ayıran xətt.

Gorg Martin isə buna görə G. R. R. Tolkieni tənqid edir ki, həyatda belə olmur. Həyatda yaxşı və pis, xeyir və şər - nisbi anlayışlardır. İnsan təmiz pis olmur, biri üçün yaxşı olur, biri üçün pis. Eynən də hərəkət: biri üçün yaxşı olan hərəkət, digəri üçün pis ola bilər.

Şər saydığımız qatil - psixoloji xəstə ola bilər, cəmiyyət tərəfindən elə yetişdirilə bilər. Oğru kasıblığa görə oğru ola bilər.

Martinin əsərlərində ("Od və buz nəğməsi" romanlar silsiləsi, onun əsasında çəkilən serial "Taxt Oyunları") hər insanın yaxşı tərəfi də var, pis də. Ən böyük antaqonist (baş qəhrəmanın düşməni) - elə göstərilib ki, onun da elə olmasının səbəbi var. İki ordu vuruşanda - hər tərəfin öz haqqı var.

❓🚩❓İndi sual, kim düzdür, Tolkien yoxsa Martin?


#uğur_qaydaları
#fəlsəfə
#kitablar
#kitab #pdf #martin #taxtoyunları #üzüklərhökmdarı #əsər #roman

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8
🛍🛍🛍Deyirlər hər sahədə rəqabət çoxdur, amma almağa gedəndə adam bilmir nə alsın. Seçim var, amma elə zəif məhsullardır ki.

Geyim, ayaqqabıdan tutmuş mebelə kimi.

İndi komp üçün mebel istəyirəm, var, amma elə mebeldir ki, elə bil Sovet vaxtında istehsal olunub. Bahalısı da, ucuzu da. Adamın pula heyfi gəlir ki, buna pul verməkdənsə onda köhnə mebel ilə qalım.

Mollarda 100-200$ olan ayaqqabılar elə gündədir ki, 30 ayaqqabı içində birini gücnən seçə bilirsən. Amma ABŞ-da 70-100$-a elə ayaqqabılar var ki, hamısını almaq istəyirsən, sadəcə pulun o qədər yoxdur və qoymağa yerin.

Ona görə biznes açanda kimsə desə ki, rəqabət çoxdur - inanmayın. Çox halda rəqabət - 0 səviyyədə 😉

Rəqabət ABŞ-dadır...


#fikirlər
#biznes
#marketinq
#rəqabət #ticarət

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
✈️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
🚩Dostlar, Dogs listinq olunacaq 1,5 saat sonra.

Kim çıxartmayıb? Tez tokeni çıxarın!

🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri pinned «🚩Dostlar, Dogs listinq olunacaq 1,5 saat sonra. Kim çıxartmayıb? Tez tokeni çıxarın! 🔥»
 🚪🚪🏠“Qapıya ayaq” texnikası

Heç "qapıya ayaq" texnikası haqqında eşitmisiniz? Bu tez-tez satıcılar, siyasətçilər və davranışınıza təsir etmək istəyən digər insanlar tərəfindən istifadə edilən manipulyasiya üsullarından biridir. 

Bu texnikanın mahiyyəti ondan ibarətdir ki, əvvəlcə sizdən kiçik bir xahişlə, sonra isə daha böyük və daha əhəmiyyətli istəklə razılaşmağınız xahiş olunur. 

Məsələn, sizdən ətraf mühit üçün bir petisiya imzalamağınız və sonra eyni məqsəd üçün xeyriyyə pulu verməyiniz xahiş oluna bilər.

Ayaq-qapı fenomeni ilk dəfə 1966-cı ildə Fridman və Freyzer tərəfindən tədqiq edilmişdir.

Yuxarıda adı çəkilən amerikalı psixoloqlar Kaliforniyalı ev sahiblərinə baş çəkərək onlardan binalarına çirkin, nəhəng “Yolda diqqətli olun” lövhəsi qoymağı xahiş ediblər. Sakinlərin yalnız 17%-i razılıq verib. Bununla belə, ev sahiblərindən əvvəlcə daha az xidmət göstərmək - evlərinin balkonunda "Sürüş zamanı diqqətli olun" yazısı olan reklam vərəqələri yerləşdirmək istənilirdisə, demək olar ki, hamı həvəslə razılaşdı. Və iki həftə sonra sakinlərdən yenidən afişa yerləşdirmələri xahiş edildikdə, 76% razılaşdı.

Yatırım istəyirsinizsə, birinci xırda yatırım istəyin. Alandan sonra yenisini və daha çoxunu.

Avtomobil satanda test-drayv olur çox vaxt. İnsanları otuzdururlar maşına və demək olar ki onu satırlar. Çünki test-drayvdan sonra insan almış olur böyük ehtimal ilə.

Tədqiqatlar göstərir ki, kiçik bir xahişlə razılaşan insanlar daha böyük bir təklifə də razılaşırlar, çünki onlar ardıcıl və məqbul olmaq istəyirlər. 

Özünüzü bu texnikadan necə qorumalısınız? Ən başlıcası, onların sizi manipulyasiya etməyə çalışdıqlarını başa düşməkdir və bir şey xoşunuza gəlmirsə və ya sizə uyğun gəlmirsə, imtina etməkdən qorxmayın. Unutmayın ki, hər zaman seçim etmək və yox demək haqqınız var.


#uğur_qaydaları
#marketinq
#manipulyasiya #psixologiya #psixolojiya #psixoloji #psixoloq #həkim #ticarət #satış #Azərbaycan #Bakı

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤3
🎉💎🎉Dostlar, yada salırıq ki, bizdə #yarış gedir. Büdcə - 50 ₼, uduş yeri - 3.

🗓Cəmi 11 gün qalıb... 12 sentyabr 23:59 bitir 🗓


🎁🤑💸Hədiyyələr:

🥇 - 30 ₼
🥈 - 12 ₼
🥉 - 8 ₼

Kitab: "Varlı ata, kasıb ata" Robert Kiyosaki

Tam şərtlər və yarış özü - https://t.me/biznes_ugur/1077


7️⃣7️⃣7️⃣Hər kəsə uğurlar. Sual olduqca - yazın 😉

👍👍➕Dostlarınızı dəvət edin, mətni digər qruplara atın ki, yarış maraqlı keçsin.

Maraqlı keçsə - tez-tez bunu keçirəcəyik 🍬✨🎆


#yarış

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🔖📖📕Daha çox oxumağınızın səbəbini izah edən sitatlar:

1️⃣ Yaxşı yazan müəllifləri oxumaqla, yaxşı danışmağa alışırsınız.

2️⃣ Mədəniyyət oxunan kitabların sayı deyil, başa düşülənlərin sayıdır.

3️⃣ Kitab oxuyan insanlar televizora baxanları həmişə idarə edəcəklər.

4️⃣ Kitab hər zaman filmdən daha yaxşıdır, çünki təxəyyülün xüsusi effektlərdə heç bir məhdudiyyəti yoxdur, filmdə isə - var.

5️⃣ Nə qədər çox oxusan, bir o qədər az təqlid edirsən.

6️⃣ İnsanlar iki kateqoriyaya bölünür: kitab oxuyanlar və oxuyanları dinləyənlər.

#uğur_qaydaları
#kitablar
#pdf_kitab #oxumaq #ədəbiyyat #təhsil #inkişaf #tələbə

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤3
👩‍🎓👨‍🎓🔖📖📚Məktəb sistemi bizə pul haqqında bilik vermək istəmir.

Onlar yaxşı, itaətkar işçilər yetişdirmək istəyirlər.  Məktəbdə nə öyrətdiklərinə baxın - bu real həyatda uğur qazanmaq üçün lazım olanın əksidir:

 ➖Səhv etməyin;

 ➖Onların dediklərini edin;

 ➖İmtahanı birlikdə yox, təkbaşına verin;

 ➖Yalnız bir düzgün həll yolu var.

 Realda - hər problemin bir çox həlli var!

 Nəticədə, məktəbdən sonra siz:

 ❕Səhv etməkdən öləcək qədər qorxursunuz;

 ❕Hər şeyi təkbaşına, qüvvələri birləşdirmədən, qarşılıqlı əlaqə olmadan edirsiniz. Beyin fırtınası olmur.

 ❕Və hər kəs yeganə düzgün həll yolunu bilmək istəyir.

Düzgün həll - yeganə deyil! Həll yolları çox sayda olur! İnsanlar məktəblərini qandallı tərk edirlər!

Düşünürəm ki, məktəb sistemi cinayətkardır, çünki o uşaqların öyrənmə ruhunu öldürür. Uşaq intizarla məktəbə gedir: 

 - "Bəli! Oxuyacam! Bu əla olacaq!"

 Və müəllim deyir:

- “Otur və ağzını yum! Sənin fikrin bizə maraqlı deyil!”

 🗣🗣 Kim Kiyosaki ©


#uğur_qaydaları
#təhsil
#təhsilsistemi #tələbə #tələbələr #məktəb #uni #universitet #ixtisas #kitablar #ədəbiyyat #inkişaf #kiyosaki #varlı #zəngin

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏10👍6❤2
🎞🎬💸🚩💰Dostlar, Hamster Combat 26 sentyabr listələnir.

Gəlin qalan günlərdə ən vacib amillərə diqqət verib airdropumuzu artıraq.

Videoya diqqətlə baxın, layk qoyun, abunə olun kanala və şərhlər yazın 😉

👉 YouTube-da videoya bax👈

#video
#hamster_combat

t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə |✅ | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
🦅🐦🐔Bir gün bir kişi qartal yumurtası tapıb toyuğun altına qoydu.

Balaca qartal toyuqlarla böyüyüb onlara oxşayırdı: onlar kimi qaqqıldayırdı, qurd axtarışında torpağı qazırdı, qanad çalırdı...

İllər keçdi. Bir gün artıq yetişmiş qartal səmada məğrur bir quş gördü.

Qartal sehrlənib soruşdu:

- Bu kimdir?
 
- "Bu bütün quşların padşahı qartaldır" - deyə qonşu ona cavab verdi. - "Cənnətə aiddir. Biz isə, toyuqlar, torpağa aidik."
 
Beləliklə, qartal toyuq kimi yaşadı və toyuq kimi öldü, çünki toyuq mənşəyinə inanırdı.

___
🔖Məna 1: İstəsəniz də, istəməsəniz də ətrafınız sizə təsir edir, həmişə bunu unutmayın.

🔖Məna 2: toyuqlar heç vaxt qartallar kimi düşünməyəcək, ona görə də toyuqlar qartalları heç vaxt anlamayacaq.


#uğur_qaydaları
#həkayələr
#hekayə #nağıl #kitab #məsəl #müdriklik

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10
🤣😂😂Noldu bəs, Uğur qazanırdın?

Həmişə deyirəm ki, uğur yolu - cəmiyyətə qarşı getməkdədir. Və həmişə də diqqət edirəm ki, uğur yolunda uğursuzluqlar, zərbələr, çətinliklər çox olur.

Bir faktda da diqqət etmək istəyirəm. Siz hər dəfə çətinliklə üzləşəndə, aşanda, məğlub olanda onun ardınca gələnləri də düzgün qəbul etməlisiniz.

Siz qəbul etməlisiniz ki, sizə güləcəklər, lağa qoyacaqlar, məzələnəcəklər sizinlə. Cəmiyyət sizdən bir səhv gözləyir ki, bunları etsin. Hətta sizin ciddi ya zarafata dediyiniz sözləri şişirdib yadınıza salacaq.

1️⃣Pis niyyətlə də yox e. Sadəcə onlar bizi anlamır. Necə ki dünənki hekayədə toyuq qartalı anlamırdı, elə də cəmiyyət uğurluları ya uğura gedənləri anlamır.

Qarşı tərəfə gedən insana cəmiyyət nə deyər? Dəli, gic, xəyalpərəst? Deyər ki, onda çatmır? Elə də deyir. Siz anlamalısınız ki, siz uğura çatmayınca siz daim zərbələr altınta olacaqsınız. Bu hətta ən yaxın insanlarınızdan da gələcək.

2️⃣İkinci səbəb də - lağa qoyaraq, insan öz üstünlüyünü göstərmək istəyir. Yəni ki, mən ağıllıyam, sən yox.

3️⃣Üçüncü səbəb də odur ki, cəmiyyət üzdə olanı görür. Maska, Bezoda, Gobsa, Geytsə baxıb yalnız qalibiyyəti görürlər. Onlar düşünürlər ki, uğurlu insan yalnız qalib gəlməlidir və onları komiksdəki Superqəhrəmanlarla bir tuturlar. Ona görə anlamırlar ki, uğurlu insanın səhvləri də olur. Bütün varlılar, hətta ən güclü mütəxəssisləri olan şirkətlər səhv edir, edib və edəcəklər. Baxın Google nə qədər servisini uğursuz olduğuna görə bağlayıb.

KFC yaradıcısına gülürdülər ki, kimdir sənin toyuğunu alan. Amma o bir-bir kafeləri gəzib toyuğunu təklif edirdi, hətta pulsuz bişirirdi. Nəticəni görürük. Nəticənin səbəbi - öz uğurundan əmin olub kiməsə qulaq asmamaq.

___
Ona görə, siz öz məqsədinizdən, nə etdiyinizdən əmin olmalısınız ki, sizə bu zərbələr təsir etməsin. Sizin beyninizə fikir gələndə ki, "mən nə edirəm?", siz daim onu yox etməlisiniz: "Mən ayaq üstə möhkəm durmuşam və öz hərəkətimdəm əminəm, səhv də mənim, uğur da mənim, məğlubiyyət də mənim, qalibiyyət də". Bunu anlayıb, dərk edib siz hər atdığınız addımı rahat atacaqsınız və müsbət nəticə də özünü çox gözlətməyəcək.

Əks halda, birinci uğurda təslim olacaqsınız. Təslim olma fikri gələndə də, yadınıza salın ki, bu zəiflərin xüsusiyyətidir. Divarı qırmaq istəyirsiniz və alınmır? Daha möhkəm vurun, alət tapın, xüsusi texnika gətirin, amma aşırın onu, qırıb tökün. Yalnız bu düşüncə irəli aparacaq. Yoxsa bir cəhd edib, büzülüb qaçacaqsınızsa, onda uğur sizlik deyil.

🔖Bir iş alınmadı, ya səhv tapıb yenidən cəhd edin ya da digər sahəyə keçin.

🗣️Həyatda əsas vurduğun zərbə deyil. Qəbul edə biləcəyin zərbələrdir. Yalnız onlar sənin kim olduğunu göstərir🗣️ 😉

"Otur yerində", "Sənlik deyil", " Noldu bəs, Ferrari alırdın?", "Bəs deyirdin burda yaxşı pul var?", "Biznes sənlik deyil, get fəhlə işlə" prodakşn təqdim edir 😂©


#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏6❤1👍1
📈💸💸Dibdir, yoxsa hələ düşəcək?

Fikrimcə dibə yaxındır. Ona görə portfeli qurmaq vaxtıdır.

🤑Not: fikrimcə $0,007 lap dibdir, amma vəziyyət lap gərginləşsə $,005 kimi düşə bilər. Ondan ucuz olması - yəqin ki Üçüncü Dünya Müharibəsi olsa olar.

💸BTC: məncə $60000-dən aşağı düşməz. Yenə də, vəziyyət lap gərginləşsə - $40 000 kimi aşa bilər. Ondan aşağı - ÜDM yalnız.

😡DOGS: dünən $0,00065 idi, indi biraz düzəlib. Yenə də $0,00045 kimi vəziyyət daha gərginləşsə düşə bilər. Ondan aşağı - yenə ÜDM.

💰ETH: onsuzda vəziyyəti yaxşı deyildi, bu lap təsir edir. Vəziyyət düzəlsə də, noyabra kimi (SEC-in ETF haqqında qərarı olacaq) güclü artım gözləmirəm. $3000 ona kimi çətin vurub keçər.

🤑Ton: Ton özünü hamıdan yaxşı hiss edir. Burda Durovun Fransa ilə səhnəarxası müqavilə təxmininə görədir məncə. + tap-tap oyunları Tona marağı yüksəldir. Və onların listinqi. Ona görə Ton hələ $4,5 aşmayıb, hələ ki yaxşı ayaqda dayanıb. Gərginləşsə vəziyyət düşəcək, $4,5 ola bilər. Ondan aşağı - ya Durov haqqında neqativ xəbər, ya ÜDM. Qalxması məncə vəziyyət düzəlsin $6,7 rahat ola bilər.

HMSTR, CATİ, WAT - məsləhət görməzdim. CATİ deyirlər bu ay +100% edə bilər, $1+ ola bilər. Ehtimal fikrimcə azdır. Hələ ki məsləhət görməzdim. HMSTR, WAT uçuruma doğru gedirlər. Almağı məsləhət görməzdim.

🚩Qeyd edək ki, Yatırım tövsiyyəsi deyil. Təhsil niyyəti ilə bu analizi yazırıq. Özünüz düşünün, qərar verin və riski, məsuliyyəti özünüz daşıyın 😉


#kripto_treydinq

t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə |✅ | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3