Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
127 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
Haqlı Olmaq Üçün Mübarizə: Niyə Haqlı Olmağı İstəyirik?❓🗣

İnsanlar tez-tez haqlı olduqlarını başqalarına sübut etməyə çalışırlar. Haqlı olduqlarını dərk etmələrinə baxmayaraq bu mövzuda mübahisə etməyə davam edirlər.

◉Bəs niyə insanlar buna ehtiyac duyur?

Araşdırmalar göstərir ki, haqlı olduqlarını eşitmək istəyən insanların bir çoxu özgüvən əksikliyi yaşayırlar. Bundan əlavə bu tip insanlar eşidilmək və anlaşılmağa ehtiyac duyurlar. Onlar emosiyalarının doğruluğunu təsdiqləmək üçün başqalarının razılığını alırlar.

◉Bu cür mübahisələr zamanı nə etməliyik?

Mübahisələrdə əslində mübarizə apardığımız şey anlayış və empatiya duyğusudur. Mübahisəni sonlandırmaq üçün ilk addım olaraq, mübahisəni yaradan səbəbləri aydınlaşdırmaq lazımdır. Nəyi təsdiqləməyə çalışırsınız? Həqiqətən ehtiyac duyduğunuz şey nədir? Beləcə daxili ehtiyaclarınızı anlamağa çalışın.

Ən önəmlisi, qarşınızdakı insan haqlılığınızı qəbul edə biləcəkmi və buna dəyərmi deyə düşünməyi unutmayın... 😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤2👏2
🧠Plasebo effekti nədir?

Bir qəfil ölüm hadisəsi:

Bir neçə il öncə Türkiyədə qəribə ölüm hadisəsi baş vermişdi. Ət anbarında işləyən fəhlələrdən ikisi qapının qəfil bağlanması nəticəsində soyuducu otaqda qalmışdı. Səhəri gün onları tapanda hər iki fəhlənin donaraq öldüyü məlum olmuşdu. Meyitlərin üz və əllərinin dərisində donvurma əlamətlərini xatırladan ləkələr belə var idi. Məsələni maraqlı edən isə o idi ki, həmin gün soyuducu işləməmişdi və onların qapalı qaldığı otaqda normal temperatur var idi.

💊Plasebo - müalicəvi təsiri olmayan, amma insanlarda yaxşılaşma hissi yaradan bir şeydir (maddə, söz təsiri, hərəkət, ritual və s.). Məsələn, bir xəstəyə “ağrı kəsici” kimi sadə bir şəkər həbi verilir, və həmin şəxs ağrısının azaldığını hiss edə bilər – sadəcə inamın gücü ilə. Plasebo insan bədəninin zehindən gələn təsirlərə necə güclü cavab verdiyini göstərir.

Digər sahələrdə bunun adı - inandırma gücüdür. Gətirdiyimiz neqativ hadisədə məsələn, fəhlələr özlərini inandırmışdılar ki, onlar bağlı soyuducuda qalıblar. Ona görə temperatur normal olsa da dondular.

Yuli Qay Sezar: "İnsanlar inanmaq istədikləri şeylərə ağlasığmaz olsa belə, həvəslə inanırlar."

Bunun yaxşı tərəfini istifadə edin, pis tərəfindən isə özünüzü qoruyun. İnam dağları tərpədir və bu da bizim xeyrimizə də ola bilər, ziyanımıza da.

İnandığınız nəyisə diqqətlə seçin 😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16🔥4❤3
Serotonin nədir? 🌼 Həyatınıza Rəng Qatan Hormon.

"Bəlkə depressiyada deyilsiniz, sadəcə serotonin azdır?"


🌞Günəşli Günlərin Sehri:

Serotonin ifrazı gün işığının təsiri ilə artır. Araşdırmalar göstərir ki, günəş işığı beyində serotonin ifrazını artırır və bu da insanın daha yaxşı əhval-ruhiyyədə olmasına səbəb olur. Bu səbəbdən, payız və qış aylarında günlərin qısa olması ilə əlaqədar serotonin səviyyəsi düşə bilər və bunun nəticəsində “qış depressiyası” kimi adlandırılan vəziyyət yarana bilər.

🧠Serotonin – beynimizin "xoşbəxtlik hormonu" olaraq tanınır və ruh halından başlayaraq yuxu, iştah və hətta öyrənmə proseslərində mühüm rol oynayır. Beyin və bədənin fərqli hissələrində fəaliyyət göstərən bu kimyəvi maddə, psixoloji və fiziki sağlamlığımıza təsir edərək həyatımızın bir çox hissəsində özünü göstərir.

Unutmayın ki, hər birimiz öz xoşbəxtliyimizi yarada bilərik; sadəcə, serotoninimizin qədrini bilməli və ona düzgün yanaşmalıyıq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1🔥6👍5❤4🕊2
İnsan ruhunun sirri uşaqlığın zehni dramlarındadır. Bu dramların dərinliyinə girin və şəfa tapacaqsınız...
👍13👏4🔥3❤1🕊1
🧠Halo Effekti: Görünüşdən Düşüncələrə Yol Açan Təsir

🌟Gözəllik və Keyfiyyət: Reklamda Halo Effektinin Gücü

🏀Nike, idmançılar və məşhur şəxslərlə əməkdaşlıq edir. Məsələn, Serena Williams və Cristiano Ronaldo kimi dünyaca tanınmış idmançıların reklamlarında yer alması, istehlakçılara məhsulun keyfiyyətli və effektiv olduğu inancını aşılayır. Bu, halo effektinin müsbət bir nümunəsidir, çünki bu məşhurların bacarıqları və müvəffəqiyyətləri, Nike məhsullarını daha cazibədar edir.

💡Halo effekti — insanlar haqqında ilk təəssüratlara əsaslanaraq bütün xüsusiyyətlərini qiymətləndirmə meylidir. Bu effektə əsasən, kimsə barədə müsbət və ya mənfi bir xüsusiyyət bizdə müsbət və ya mənfi ümumi fikir yaradır. Məsələn, əgər bir insan cazibədar və gülərüzdürsə, onu daha bacarıqlı, mehriban və hətta ağıllı kimi qəbul edə bilərik. Bu, həm gündəlik həyatda, həm də iş dünyasında, təhsil və sosial münasibətlərdə mühüm rol oynayır.

🔑Halo effektinin gücünü anlayaraq, həm özünüzü, həm də məhsul və xidmətlərinizi daha effektiv şəkildə təqdim edə bilərsiniz. Unutmayın ki, müsbət bir imic yaratmaq, yalnız sizi tanıyanların fikrini deyil, həm də peşəkar imkanlarınızı artıracaq!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🔥4❤3
✨Mənfi Düşüncələrin Gücü: Nosebo Effekti Bədənimizə Necə Təsir Göstərir?

İnancların Tələsi:

Ən tanınmış araşdırmalardan biri, iştirakçılara yeni bir dərman verildiyini və bunun yan təsirləri olacağını söyləyərək aparılıb. Əslində isə onlara aktiv təsir göstərməyən bir dərman verilib, lakin iştirakçıların əksəriyyəti baş ağrısı, ürəkbulanma və hətta dəridə qaşınma kimi yan təsirlər hiss edib. Beyin, mənfi gözləntiləri gerçək zərər kimi qəbul edib və bədənə bu yöndə siqnallar göndərib.

💭Nosebo effekti, bədənin sadəcə mənfi gözləntilər və inanclar səbəbilə xəstələnə biləcəyini göstərən effektlərdən biridir. Əslində bədəndə heç bir zərərli təsir yaratmayan maddələr və ya vəziyyətlər belə insanın yalnız mənfi inancı ilə real simptomlara səbəb ola bilir. Bu maraqlı psixoloji təsir, bədənin necə güclü və kompleks reaksiya verə biləcəyini göstərir.

💡Həyatda düşüncələrinizin gücünü heç vaxt kiçiltməyin; beyniniz bəzən sadəcə mənfi gözləntilərlə belə sizi xəstə edə bilər. Sağlamlığınızı qorumaq üçün pozitiv düşüncəni seçin və bədəninizi doğru istiqamətdə yönləndirin!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🔥4❤3
Həyatda Oynadığımız Rollar 🎭

"Bəlkə həyat bir səhnədir?"


🌌 Stanfordda Həbsxana Təcrübəsi – Gözlənilməz Dəyişim

Stanford Universitetində aparılan məşhur bir təcrübə həyatımıza necə təsir etdiyimizlə bağlı dərin suallar ortaya qoyur. Psixoloq Filip Zimbardo və onun komandası, insanların müəyyən rollara girdikdə necə dəyişə biləcəyini anlamaq üçün tələbələr arasında "məhkum" və "mühafizəçi" rolları təyin etdilər. Nəticə isə gözlənilməz oldu.

🎩 Rolların İnsanı Əslində Necə Dəyişdirə Biləcəyi

Günlər keçdikcə "mühafizəçilər" bu rolun gücündən sui-istifadə etməyə başladılar. Daha sərt, soyuqqanlı və amansız oldular. "Məhkum"lar isə özlərini əzilmiş və gücsüz hiss etməyə başlayaraq qorxuya qapıldılar. Hətta təcrübənin əslində bir oyun olduğunu belə unutmuşdular.

🎑 Həyatdakı rollarımız bizi dəyişdirirmi?

Təcrübənin 2 həftə aparılması nəzərdə tutulmuş olsa da, tələbələrdəki emosional dəyişiklərə görə 6cı gün təcrübə dayandırıldı. Bu göstərdi ki, həyatdakı rollarımız – işdə, ailədə, dostlar arasında – psixologiyamıza düşündüyümüzdən daha çox təsir edə bilər.

🧩Sizin rolunuz sizi təmsil etmir, əksinə, siz onu formalaşdıra bilərsiniz. Öz xoşbəxtliyinizi yaratmaq üçün dəyişməkdən çəkinməyin!

Rolları dəyişmək zamanıdır...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡7👍6❤3
🧠Asılılıq: Beyinin "Mükafat" Tələsi

⚠️İlk Təcrübə və Təkrar: Asılılığın Gözəgörünməz Gücü


🍫Çox vaxt şəkərli qidalar və ya sosial media tətbiqləri kimi gündəlik istifadə etdiyimiz şeylər asılılıq yaratmaq potensialına malikdir. Məsələn, sosial media bildirişləri ilə gələn dopamin "partlayışları" beyində asılılıq yaradır. İlk istifadədən xoş təəssürat alan beynimiz, bu mükafatları yenidən yaşamaq istəyir. Nəticədə həmin vərdişlər həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bu, asılılığın tələsinə düşməyimizin bir nümunəsidir.

💥Asılılıq Mexanizmi — Beyin, müəyyən bir davranış və ya maddə ilə müsbət təcrübə yaşadıqda, dopamin adlı kimyəvi maddə ifraz edir və "mükafat sistemi" güclənir. Bu proses davranışın davam etdirilməsinə səbəb olur. Məsələn, şirniyyat yedikdə aldığımız zövq bizi növbəti dəfə yenə bu təcrübəni yaşamağa vadar edir, zamanla isə bu, gündəlik vərdişə çevrilə bilir.

🔑 Aslılığın gücünü başa düşərək öz davranışlarımıza nəzarət edə bilərik.
Unutmayın ki, kiçik dəyişikliklər və yeni müsbət vərdişlər formalaşdırmaq, daha xoşbəxt və balanslı həyat yaşamağa kömək edə bilər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12✍1😍1
🔎 Neqativ Təcrübənin Qərəzliyi: Niyə Mənfi Hadisələri Daha Yaxşı Xatırlayırıq?

📓Beynimizin Gizli Düşüncəsi – Mənfi Hadisələrə Üstünlük Veririkmi?

Bəzən həyatımızda baş verən ən kiçik mənfi təcrübələr belə bizə böyük təsir göstərir. Psixoloqlar bu fenomeni "Negativity Bias" adlandırır, yəni beynimizin mənfi hadisələrə, fikirlərə və ya emosiyalara daha çox əhəmiyyət verməsi. Amma niyə belə olur?

🕵🏻‍♂ Rozin və Royzman Təcrübəsi (2001)
Rozin və Royzman bu mövzuda bir araşdırma apardı. İnsanlara tanımadıqları bir nəfər haqqında həm müsbət, həm də mənfi məlumatlar verdilər. Maraqlı olan odur ki, insanlar müsbət məlumatları tez unudub, mənfi məlumatları isə daha çox ciddiyə alırdılar. Görünür ki, beynimiz mənfi hadisələri “daha vacib” kimi qəbul edir və yaddaşımızda daha güclü izlər buraxır.

🕵🏻‍♂ John Cacioppo və Həmkarlarının Araşdırması (1999)
Beynin bu yanaşmasını test etmək üçün Cacioppo və həmkarları insanlara müxtəlif şəkillər – həm müsbət, həm də mənfi – göstərdi. Beyin skanları göstərdi ki, insanlar mənfi görüntülərə (məsələn, təhlükəli vəziyyətlərə) daha sürətli və güclü reaksiya verirdilər. Yəni, təhlükələr qarşısında beyin dərhal xəbərdarlıq edir və qorunma instinkti ilə hərəkətə keçir.

🔍 Niyə Bu Reaksiya Bizimlədir?
Neqativ Təcrübənin Qərəzliyi, təkamülümüzün bir mirasıdır. Əcdadlarımız təhlükələrə həssas olduqları üçün daha sürətli reaksiya verib həyatda qalırdılar. Bu, bizim də diqqətimizi mənfi məlumatlara yönəltməyimizə səbəb olur.

✨ Pozitiv Yanaşma İlə Həyatınızı Dəyişin
Bu səbəbdən, əgər düşüncələriniz mənfi hadisələrə köklənibsə, beyninizi pozitivə yönləndirmək üçün şüurlu seçimlər edin.

Mənfi şeylərə diqqət yetirmək təbiidir, amma pozitiv olmaq bir seçimdir. 🌈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11👍10❤3🕊2🔥1
Həyat meşədən keçən bir yola bənzəyir: bəzən istiqaməti itiririk amma məhz ən qaranlıq anlarda yolun ən gözəl hissələrini kəşf etmək fürsəti yaranır...🍃
🔥12❤5👍4
💎Qüsurların Mükəmməlliyini Kəşf Etmə Sənəti: Kintsugi Fəlsəfəsi

🪄Kintsugi, qədim Yapon sənətidir və "qızıl təmir" anlamına gəlir. Bu sənət, qırılmış əşyaları əvvəlkindən daha gözəl və qiymətli bir formaya salmağı hədəfləyir. Kintsugi fəlsəfəsi, qırılmanın sadəcə bir dağılma və ya məhv olma deyil, əksinə yenidən var olma fikrini müdafiə edir.

🔍Qüsurların Psixoloji Əhəmiyyəti

Hər birimizin həyatında qüsurlar və qırılmalar olur. Bu fəlsəfə bizə öyrədir ki, qüsurlarımızı qəbul edib onlara dəyər vermək bizi daha güclü edir. Zədələr və yaralar utanc verici deyil; əksinə, bunlar həyat təcrübələrimizin izləri və daxili zənginliyimizin göstəriciləridir. Hər bir zədə, keçmişimizi qəbul etməyin və bu təcrübələrdən yeni gözəlliklər yaratmağın yolunu göstərir.

📌Qüsurlarımız, bizi unikal edən özəlliklərdir. Ona görə də gəlin qüsurlarımızı gözəlləşdirək!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
🤔"Birazdan edərəm, axşam edərəm, bəlkə sabah..." Ertələməkdən yorulmadın?

"Bu gün ertələdiyin hər şey sabah sənə yük olaraq qayıdacaq"


📱Bu günün dünyasında demək olar ki, hər kəs ertələmə "xəstəliyindən" əziyyət çəkir. Məsələn: öz biznesin haqqında araşdırmağa başlamısan və 10 dəqiqə sonra görürsən ki, Instagram-da reelslərə baxırsan. Bu problemin həlli nədən qaynaqlanır?

❓Hər hansı bir işi gördükdə ona həvəsin olub-olmadığını nəzərə alırsan? Almırsansa, bəlkə də ertələmə bundan qaynaqlanır. Uşaqlığını xatırla, sevdiyin hər hansı bir oyunu ertələyirdin? Böyük ehtimal ki, yox. Hər hansı bir şeyin önəmli və ya maraqlı olduğunu dərk etmədən, onu etmək çətin, etsən bəlkə aşağı keyfiyyətli bir şey alınacaq. Buna görə də, dərketmə və həvəs məsələsini gözardı etmə.

"Bu gündən qaçaraq sabahın məsuliyyətindən qurtula bilməzsən." – Abraham Linkoln


🔍Hər ertələmək istədikdə bunu niyə etdiyini xatırla, bu cür dərk etdikcə bəlkə də problemi bir dəfəlik həll edəcəksən.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9👍1
Həyat, sonsuz okean kimi dalğalarla doludur. Hikmət, mübarizə aparmaq əvəzinə onun dalğalarında üzməyi öyrənməkdədir...🌊
👍11❤4👏2👌2
👁Ikiqay (Ikigai): Həyatın Mənasını Tapmaq Fəlsəfəsi

"Həyatın mənası, həyatı dolu-dolu yaşayıb ona dəyər qatmaqdır." – Albert Eynşteyn


🧘‍♂️Ikiqay, Yapon mədəniyyətində "həyatın mənası" və ya "səbəb" kimi tərcümə olunan qədim bir fəlsəfədir.  Okinavada uzunömürlü insanların həyat tərzi ilə də bağlı olan ikigai, bizi daha dərin suallara yönləndirir: "Mən niyə varam?", "Həyatımdakı dəyər nədir?", "Hər gün oyandığımda məni hərəkətə gətirən nədir?"

⏳Okinavalılar niyə uzun yaşayır?

Okinavalılar dünyanın ən uzun yaşayan insanlarından hesab olunur və onların həyat fəlsəfələrindən biri də ikiqaydır. Tədqiqatlar göstərir ki, həyatının mənasını tapan insanların ürək-damar xəstəliklərinə və depressiyaya daha az meyilli olduğu müşahidə edilir.

Həyatımıza rəng qatan bu anları tapdıqda, bəlkə də uzun və sağlam ömürün sirrini tapmış oluruq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13❤4👏1😍1
İnsandan hər şeyi al, sonra yarısını qaytar - və o xoşbəxt olacaq...
👏10❤3🔥2
"Həyat sonsuz sayda səhifələri olan bir kitabdır, hər biri öz hekayəsini yazmağınızı gözləyir. Səhv etməkdən qorxmayın, onlar hekayənizə dərinlik və dəyər qatır."
👍9🔥4❤1🕊1
İmposter Sindromu Nədir?🤔

İmposter sindromu öz bacarıqlarına və nailiyyətlərinə şübhə etdiyin bir vəziyyətdir. Sənə görə, başqaları sənin haqqında düşündüyü kimi istedadlı və ya layiqli deyilsən və bir gün hər kəs sənin "saxta" olduğunu başa düşəcək deyə qorxursan.

Deyək ki, işdə və ya məktəbdə böyük bir təqdimata hazırlaşmalısan. İmposter sindromuna sahib olsan, bu səni çox narahat edə bilər və kifayət qədər yaxşı iş çıxarmayacağını düşünərsən. Bu vəziyyət isə iki fərqli nəticəyə səbəb ola bilər:

1. Son dəqiqəyə qədər gözləyərsən. Lazımi işləri son ana qədər təxirə salıb, yalnız vaxtında çatdırmaq üçün çabalayarsan. Sonunda isə əldə etdiyin uğurun sadəcə “şans” sayəsində olduğunu düşünərsən.

2. Həddindən artıq işləyərsən. Qəribə dərəcədə çox çalışarsan və yenə də özünə layiq istirahət verməzsən. Sənə görə, səndən daha bacarıqlı olan biri bu qədər əziyyət çəkmədən də bunu bacara bilərdi.

İmposter Sindromunu Daha Çox Kimlər Yaşayır?🤯

Araşdırmalar göstərir ki, əgər ətrafındakı insanlardan fərqli hiss edirsənsə, imposter sindromunu yaşamaq ehtimalın daha yüksəkdir. Hətta dünya şöhrətli alim Albert Eynşteyn belə bir nöqtədə özünü "saxtakar" kimi hiss edib. Bu isə maraqlı faktdır ki, insanların təxminən 82%-i həyatının müəyyən dövründə özünü saxta kimi hiss edib.

İmposter Sindromunu Necə Dəf Etmək Olar?🤔

İmposter sindromunu dəf etmək mümkündür. Bunun üçün uğurlarının sənə aid olduğunu qəbul etməyi öyrənməlisən və bu uğurlara layiq olduğunu qəbul etməyə çalışmalısan.

Bunları cəhd et:

Uğurlarını xatırla. Yaxşı etdiyin işləri və qürur duyduğun nailiyyətləri bir siyahıya topla. Başqalarından aldığın tərif dolu e-mailləri və qeydləri saxla. Özünü saxta hiss edəndə bunları oxumaq, özünə inamını yenidən qazana bilər. 🗒

Özünü başqaları ilə müqayisə etmə. Özünü başqaları ilə, xüsusilə sosial şəbəkələrdə, müqayisə etmək çox asandır. Onun əvəzinə, sadəcə özünün daha yaxşı bir versiyası olmağa fokuslan.

Məqsəd mükəmməl olmaq deyil; çünki heç kəs mükəmməl deyil.✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🕊3🔥2❤1
🤯🧠Şüuraltınızı Fəth Edin: Həyatınızı Dəyişdirəcək Gizli Sirr

"Şüuraltı zehniniz əmr gözləyən güclü bir xidmətçidir. Ona doğru istiqaməti göstərməlisiniz." – Gozef Mörfi


Şüuraltı zehin bir təyyarəni avtopilot rejimində uçurtmağa bənzəyir. Siz şüurlu olaraq iş gördüyünüzdə(hansı ki, hal-hazırda edirsiniz) beyninizin idarəsi sizin əlinizdə olur. Lakin şüuraltı elə güclü zehindir ki, o həmişə arxa planda işləyir və siz fərqində olmadan hər şeyi idarə edir. Bunu məlumatlarla dolu bir yaddaş bankına bənzətmək olar, ya da bir ensiklopediya.

🔍Şüuraltı Zehin Necə İşləyir?

Bu yaddaşda doğulduğunuz andan etibarən öyrəndiyiniz, gördüyünüz, eşitdiyiniz hər şey saxlanılır. Şüuraltımız bizim tükənməz sərvətimizdir. Hansı ki, hipnoz zamanı bütün bu xatirələri tam dəqiqliyiylə xatırlamaq və yaddaşın tozlu səhifələrini vərəqləmək mümkün olur amma şüurlu şəkildə insanlar yaşadıqlarının 95%-99% unudurlar.

Şüuraltı zehin vasitəsilə nəfəs alırıq, oturub dururuq, hətta danışırıq. Bir sözlə, vərdiş halına gətirdiyimiz hər şey əslində şüuraltı zehin sayəsində mümkün olur. Bəs bu vərdişlər həmişə xeyirli olurmu?

Vərdişləri Dəyişmək: Şüurlu Zehninizlə Şüuraltı Zehnin Harmoniyası🥂😏

Şüuraltı keçmişdə dediklərinizə və etdiklərinizə bağlı qalmağınızı təmin edir. Hər dəfə yeni bir şey etməyə çalışdığınızda, şüuraltınız sizi əvvəlki rahatlıq zonanıza geri çəkməyə çalışır. Hətta fərqli bir şey etməyi düşünmək belə sizi gərgin və narahat edə bilər. Yeni vərdiş yaratmaq və ya davranışlarımızı dəyişmək istədikdə şüurlu zehnimizə üz tutmaq lazım gəlir. Bu zaman şüuraltı ilə şüurlu zehnin harmoniyasını qurmaq vacibdir.

Bunun üçün aşağıdakı addımları izləyin:

1️⃣Maneəni Tanıyın- Məqsəd və arzularınızı düşünün və sizi onlara çatmaqdan saxlayan düşüncə, vərdiş, fikir və ya maneələri tapın.

2️⃣Məhdudlaşdırıcı Düşüncələri Buraxın- Özünüzlə üzləşin, düşüncələrinizi qəbul edib anlayın və onları buraxın. Azad olun.

3️⃣Hədəfi Şüurlu Zehninizlə Qoyun- Şüurlu zehninizi istifadə edərək, həyatınızda nələrin baş verəcəyinə dair bir gözlənti qurun. Məsələn, maneə ilə qarşılaşdığınız zaman özünüzə deyin: “Keçmişdə bunu etmişəm amma indi artıq bunu etmirəm.” Əsas məsələ istədiyiniz şeyin baş verdiyini düşünmək, maneələr qarşısında boyun əyməmək və iradəli olmaqdır.

4️⃣Şüuraltı Zehninizin İdarəni Əlinə Almasına İcazə Verin- Zamanla şüuraltınız buna öyrəşəcək və özünü rahat hiss edəcək. Bu zaman idarəni şüuraltınıza buraxın.

🔖💌Şüuraltının əsiri olma və öz həyatını özün idarə et. Sənə maneə olan bütün divarları parçala, azad ol! İnanıram ki, bacaracaqsan!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6❤3👍3
Səbr, böyük xəyalların səssiz inşaatıdır...
🔥13👍3