Haqlı Olmaq Üçün Mübarizə: Niyə Haqlı Olmağı İstəyirik?❓ 🗣
İnsanlar tez-tez haqlı olduqlarını başqalarına sübut etməyə çalışırlar. Haqlı olduqlarını dərk etmələrinə baxmayaraq bu mövzuda mübahisə etməyə davam edirlər.
◉Bəs niyə insanlar buna ehtiyac duyur?
Araşdırmalar göstərir ki, haqlı olduqlarını eşitmək istəyən insanların bir çoxu özgüvən əksikliyi yaşayırlar. Bundan əlavə bu tip insanlar eşidilmək və anlaşılmağa ehtiyac duyurlar. Onlar emosiyalarının doğruluğunu təsdiqləmək üçün başqalarının razılığını alırlar.
◉Bu cür mübahisələr zamanı nə etməliyik?
Mübahisələrdə əslində mübarizə apardığımız şey anlayış və empatiya duyğusudur. Mübahisəni sonlandırmaq üçün ilk addım olaraq, mübahisəni yaradan səbəbləri aydınlaşdırmaq lazımdır. Nəyi təsdiqləməyə çalışırsınız? Həqiqətən ehtiyac duyduğunuz şey nədir? Beləcə daxili ehtiyaclarınızı anlamağa çalışın.
Ən önəmlisi, qarşınızdakı insan haqlılığınızı qəbul edə biləcəkmi və buna dəyərmi deyə düşünməyi unutmayın...😉
İnsanlar tez-tez haqlı olduqlarını başqalarına sübut etməyə çalışırlar. Haqlı olduqlarını dərk etmələrinə baxmayaraq bu mövzuda mübahisə etməyə davam edirlər.
◉Bəs niyə insanlar buna ehtiyac duyur?
Araşdırmalar göstərir ki, haqlı olduqlarını eşitmək istəyən insanların bir çoxu özgüvən əksikliyi yaşayırlar. Bundan əlavə bu tip insanlar eşidilmək və anlaşılmağa ehtiyac duyurlar. Onlar emosiyalarının doğruluğunu təsdiqləmək üçün başqalarının razılığını alırlar.
◉Bu cür mübahisələr zamanı nə etməliyik?
Mübahisələrdə əslində mübarizə apardığımız şey anlayış və empatiya duyğusudur. Mübahisəni sonlandırmaq üçün ilk addım olaraq, mübahisəni yaradan səbəbləri aydınlaşdırmaq lazımdır. Nəyi təsdiqləməyə çalışırsınız? Həqiqətən ehtiyac duyduğunuz şey nədir? Beləcə daxili ehtiyaclarınızı anlamağa çalışın.
Ən önəmlisi, qarşınızdakı insan haqlılığınızı qəbul edə biləcəkmi və buna dəyərmi deyə düşünməyi unutmayın...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤2👏2
Bir qəfil ölüm hadisəsi:
Bir neçə il öncə Türkiyədə qəribə ölüm hadisəsi baş vermişdi. Ət anbarında işləyən fəhlələrdən ikisi qapının qəfil bağlanması nəticəsində soyuducu otaqda qalmışdı. Səhəri gün onları tapanda hər iki fəhlənin donaraq öldüyü məlum olmuşdu. Meyitlərin üz və əllərinin dərisində donvurma əlamətlərini xatırladan ləkələr belə var idi. Məsələni maraqlı edən isə o idi ki, həmin gün soyuducu işləməmişdi və onların qapalı qaldığı otaqda normal temperatur var idi.
Digər sahələrdə bunun adı - inandırma gücüdür. Gətirdiyimiz neqativ hadisədə məsələn, fəhlələr özlərini inandırmışdılar ki, onlar bağlı soyuducuda qalıblar. Ona görə temperatur normal olsa da dondular.
Yuli Qay Sezar: "İnsanlar inanmaq istədikləri şeylərə ağlasığmaz olsa belə, həvəslə inanırlar."
Bunun yaxşı tərəfini istifadə edin, pis tərəfindən isə özünüzü qoruyun. İnam dağları tərpədir və bu da bizim xeyrimizə də ola bilər, ziyanımıza da.
İnandığınız nəyisə diqqətlə seçin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16🔥4❤3
Serotonin nədir? 🌼 Həyatınıza Rəng Qatan Hormon.
🌞 Günəşli Günlərin Sehri:
Serotonin ifrazı gün işığının təsiri ilə artır. Araşdırmalar göstərir ki, günəş işığı beyində serotonin ifrazını artırır və bu da insanın daha yaxşı əhval-ruhiyyədə olmasına səbəb olur. Bu səbəbdən, payız və qış aylarında günlərin qısa olması ilə əlaqədar serotonin səviyyəsi düşə bilər və bunun nəticəsində “qış depressiyası” kimi adlandırılan vəziyyət yarana bilər.
🧠 Serotonin – beynimizin "xoşbəxtlik hormonu" olaraq tanınır və ruh halından başlayaraq yuxu, iştah və hətta öyrənmə proseslərində mühüm rol oynayır. Beyin və bədənin fərqli hissələrində fəaliyyət göstərən bu kimyəvi maddə, psixoloji və fiziki sağlamlığımıza təsir edərək həyatımızın bir çox hissəsində özünü göstərir.
Unutmayın ki, hər birimiz öz xoşbəxtliyimizi yarada bilərik; sadəcə, serotoninimizin qədrini bilməli və ona düzgün yanaşmalıyıq.
"Bəlkə depressiyada deyilsiniz, sadəcə serotonin azdır?"
Serotonin ifrazı gün işığının təsiri ilə artır. Araşdırmalar göstərir ki, günəş işığı beyində serotonin ifrazını artırır və bu da insanın daha yaxşı əhval-ruhiyyədə olmasına səbəb olur. Bu səbəbdən, payız və qış aylarında günlərin qısa olması ilə əlaqədar serotonin səviyyəsi düşə bilər və bunun nəticəsində “qış depressiyası” kimi adlandırılan vəziyyət yarana bilər.
Unutmayın ki, hər birimiz öz xoşbəxtliyimizi yarada bilərik; sadəcə, serotoninimizin qədrini bilməli və ona düzgün yanaşmalıyıq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1🔥6👍5❤4🕊2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🔥4❤3
İnancların Tələsi:
Ən tanınmış araşdırmalardan biri, iştirakçılara yeni bir dərman verildiyini və bunun yan təsirləri olacağını söyləyərək aparılıb. Əslində isə onlara aktiv təsir göstərməyən bir dərman verilib, lakin iştirakçıların əksəriyyəti baş ağrısı, ürəkbulanma və hətta dəridə qaşınma kimi yan təsirlər hiss edib. Beyin, mənfi gözləntiləri gerçək zərər kimi qəbul edib və bədənə bu yöndə siqnallar göndərib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🔥4❤3
Həyatda Oynadığımız Rollar 🎭
🌌 Stanfordda Həbsxana Təcrübəsi – Gözlənilməz Dəyişim
Stanford Universitetində aparılan məşhur bir təcrübə həyatımıza necə təsir etdiyimizlə bağlı dərin suallar ortaya qoyur. Psixoloq Filip Zimbardo və onun komandası, insanların müəyyən rollara girdikdə necə dəyişə biləcəyini anlamaq üçün tələbələr arasında "məhkum" və "mühafizəçi" rolları təyin etdilər. Nəticə isə gözlənilməz oldu.
🎩 Rolların İnsanı Əslində Necə Dəyişdirə Biləcəyi
Günlər keçdikcə "mühafizəçilər" bu rolun gücündən sui-istifadə etməyə başladılar. Daha sərt, soyuqqanlı və amansız oldular. "Məhkum"lar isə özlərini əzilmiş və gücsüz hiss etməyə başlayaraq qorxuya qapıldılar. Hətta təcrübənin əslində bir oyun olduğunu belə unutmuşdular.
🎑 Həyatdakı rollarımız bizi dəyişdirirmi?
Təcrübənin 2 həftə aparılması nəzərdə tutulmuş olsa da, tələbələrdəki emosional dəyişiklərə görə 6cı gün təcrübə dayandırıldı. Bu göstərdi ki, həyatdakı rollarımız – işdə, ailədə, dostlar arasında – psixologiyamıza düşündüyümüzdən daha çox təsir edə bilər.
🧩 Sizin rolunuz sizi təmsil etmir, əksinə, siz onu formalaşdıra bilərsiniz. Öz xoşbəxtliyinizi yaratmaq üçün dəyişməkdən çəkinməyin!
Rolları dəyişmək zamanıdır...
"Bəlkə həyat bir səhnədir?"
🌌 Stanfordda Həbsxana Təcrübəsi – Gözlənilməz Dəyişim
Stanford Universitetində aparılan məşhur bir təcrübə həyatımıza necə təsir etdiyimizlə bağlı dərin suallar ortaya qoyur. Psixoloq Filip Zimbardo və onun komandası, insanların müəyyən rollara girdikdə necə dəyişə biləcəyini anlamaq üçün tələbələr arasında "məhkum" və "mühafizəçi" rolları təyin etdilər. Nəticə isə gözlənilməz oldu.
Günlər keçdikcə "mühafizəçilər" bu rolun gücündən sui-istifadə etməyə başladılar. Daha sərt, soyuqqanlı və amansız oldular. "Məhkum"lar isə özlərini əzilmiş və gücsüz hiss etməyə başlayaraq qorxuya qapıldılar. Hətta təcrübənin əslində bir oyun olduğunu belə unutmuşdular.
🎑 Həyatdakı rollarımız bizi dəyişdirirmi?
Təcrübənin 2 həftə aparılması nəzərdə tutulmuş olsa da, tələbələrdəki emosional dəyişiklərə görə 6cı gün təcrübə dayandırıldı. Bu göstərdi ki, həyatdakı rollarımız – işdə, ailədə, dostlar arasında – psixologiyamıza düşündüyümüzdən daha çox təsir edə bilər.
Rolları dəyişmək zamanıdır...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡7👍6❤3
⚠️İlk Təcrübə və Təkrar: Asılılığın Gözəgörünməz Gücü
Unutmayın ki, kiçik dəyişikliklər və yeni müsbət vərdişlər formalaşdırmaq, daha xoşbəxt və balanslı həyat yaşamağa kömək edə bilər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12✍1😍1
📓Beynimizin Gizli Düşüncəsi – Mənfi Hadisələrə Üstünlük Veririkmi?
Bəzən həyatımızda baş verən ən kiçik mənfi təcrübələr belə bizə böyük təsir göstərir. Psixoloqlar bu fenomeni "Negativity Bias" adlandırır, yəni beynimizin mənfi hadisələrə, fikirlərə və ya emosiyalara daha çox əhəmiyyət verməsi. Amma niyə belə olur?
🕵🏻♂ Rozin və Royzman Təcrübəsi (2001)
Rozin və Royzman bu mövzuda bir araşdırma apardı. İnsanlara tanımadıqları bir nəfər haqqında həm müsbət, həm də mənfi məlumatlar verdilər. Maraqlı olan odur ki, insanlar müsbət məlumatları tez unudub, mənfi məlumatları isə daha çox ciddiyə alırdılar. Görünür ki, beynimiz mənfi hadisələri “daha vacib” kimi qəbul edir və yaddaşımızda daha güclü izlər buraxır.
🕵🏻♂ John Cacioppo və Həmkarlarının Araşdırması (1999)
Beynin bu yanaşmasını test etmək üçün Cacioppo və həmkarları insanlara müxtəlif şəkillər – həm müsbət, həm də mənfi – göstərdi. Beyin skanları göstərdi ki, insanlar mənfi görüntülərə (məsələn, təhlükəli vəziyyətlərə) daha sürətli və güclü reaksiya verirdilər. Yəni, təhlükələr qarşısında beyin dərhal xəbərdarlıq edir və qorunma instinkti ilə hərəkətə keçir.
Neqativ Təcrübənin Qərəzliyi, təkamülümüzün bir mirasıdır. Əcdadlarımız təhlükələrə həssas olduqları üçün daha sürətli reaksiya verib həyatda qalırdılar. Bu, bizim də diqqətimizi mənfi məlumatlara yönəltməyimizə səbəb olur.
Bu səbəbdən, əgər düşüncələriniz mənfi hadisələrə köklənibsə, beyninizi pozitivə yönləndirmək üçün şüurlu seçimlər edin.
Mənfi şeylərə diqqət yetirmək təbiidir, amma pozitiv olmaq bir seçimdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11👍10❤3🕊2🔥1
Hər birimizin həyatında qüsurlar və qırılmalar olur. Bu fəlsəfə bizə öyrədir ki, qüsurlarımızı qəbul edib onlara dəyər vermək bizi daha güclü edir. Zədələr və yaralar utanc verici deyil; əksinə, bunlar həyat təcrübələrimizin izləri və daxili zənginliyimizin göstəriciləridir. Hər bir zədə, keçmişimizi qəbul etməyin və bu təcrübələrdən yeni gözəlliklər yaratmağın yolunu göstərir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
"Bu gün ertələdiyin hər şey sabah sənə yük olaraq qayıdacaq"
"Bu gündən qaçaraq sabahın məsuliyyətindən qurtula bilməzsən." – Abraham Linkoln
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9👍1
"Həyatın mənası, həyatı dolu-dolu yaşayıb ona dəyər qatmaqdır." – Albert Eynşteyn
🧘♂️Ikiqay, Yapon mədəniyyətində "həyatın mənası" və ya "səbəb" kimi tərcümə olunan qədim bir fəlsəfədir. Okinavada uzunömürlü insanların həyat tərzi ilə də bağlı olan ikigai, bizi daha dərin suallara yönləndirir: "Mən niyə varam?", "Həyatımdakı dəyər nədir?", "Hər gün oyandığımda məni hərəkətə gətirən nədir?"
Okinavalılar dünyanın ən uzun yaşayan insanlarından hesab olunur və onların həyat fəlsəfələrindən biri də ikiqaydır. Tədqiqatlar göstərir ki, həyatının mənasını tapan insanların ürək-damar xəstəliklərinə və depressiyaya daha az meyilli olduğu müşahidə edilir.
Həyatımıza rəng qatan bu anları tapdıqda, bəlkə də uzun və sağlam ömürün sirrini tapmış oluruq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13❤4👏1😍1
İnsandan hər şeyi al, sonra yarısını qaytar - və o xoşbəxt olacaq...
👏10❤3🔥2
İmposter Sindromu Nədir?🤔
İmposter sindromu öz bacarıqlarına və nailiyyətlərinə şübhə etdiyin bir vəziyyətdir. Sənə görə, başqaları sənin haqqında düşündüyü kimi istedadlı və ya layiqli deyilsən və bir gün hər kəs sənin "saxta" olduğunu başa düşəcək deyə qorxursan.
Deyək ki, işdə və ya məktəbdə böyük bir təqdimata hazırlaşmalısan. İmposter sindromuna sahib olsan, bu səni çox narahat edə bilər və kifayət qədər yaxşı iş çıxarmayacağını düşünərsən. Bu vəziyyət isə iki fərqli nəticəyə səbəb ola bilər:
1. Son dəqiqəyə qədər gözləyərsən. Lazımi işləri son ana qədər təxirə salıb, yalnız vaxtında çatdırmaq üçün çabalayarsan. Sonunda isə əldə etdiyin uğurun sadəcə “şans” sayəsində olduğunu düşünərsən.
2. Həddindən artıq işləyərsən. Qəribə dərəcədə çox çalışarsan və yenə də özünə layiq istirahət verməzsən. Sənə görə, səndən daha bacarıqlı olan biri bu qədər əziyyət çəkmədən də bunu bacara bilərdi.
İmposter Sindromunu Daha Çox Kimlər Yaşayır?🤯
Araşdırmalar göstərir ki, əgər ətrafındakı insanlardan fərqli hiss edirsənsə, imposter sindromunu yaşamaq ehtimalın daha yüksəkdir. Hətta dünya şöhrətli alim Albert Eynşteyn belə bir nöqtədə özünü "saxtakar" kimi hiss edib. Bu isə maraqlı faktdır ki, insanların təxminən 82%-i həyatının müəyyən dövründə özünü saxta kimi hiss edib.
İmposter Sindromunu Necə Dəf Etmək Olar?🤔
İmposter sindromunu dəf etmək mümkündür. Bunun üçün uğurlarının sənə aid olduğunu qəbul etməyi öyrənməlisən və bu uğurlara layiq olduğunu qəbul etməyə çalışmalısan.
Bunları cəhd et:
Uğurlarını xatırla. Yaxşı etdiyin işləri və qürur duyduğun nailiyyətləri bir siyahıya topla. Başqalarından aldığın tərif dolu e-mailləri və qeydləri saxla. Özünü saxta hiss edəndə bunları oxumaq, özünə inamını yenidən qazana bilər.🗒
Özünü başqaları ilə müqayisə etmə. Özünü başqaları ilə, xüsusilə sosial şəbəkələrdə, müqayisə etmək çox asandır. Onun əvəzinə, sadəcə özünün daha yaxşı bir versiyası olmağa fokuslan.
Məqsəd mükəmməl olmaq deyil; çünki heç kəs mükəmməl deyil.✨
İmposter sindromu öz bacarıqlarına və nailiyyətlərinə şübhə etdiyin bir vəziyyətdir. Sənə görə, başqaları sənin haqqında düşündüyü kimi istedadlı və ya layiqli deyilsən və bir gün hər kəs sənin "saxta" olduğunu başa düşəcək deyə qorxursan.
Deyək ki, işdə və ya məktəbdə böyük bir təqdimata hazırlaşmalısan. İmposter sindromuna sahib olsan, bu səni çox narahat edə bilər və kifayət qədər yaxşı iş çıxarmayacağını düşünərsən. Bu vəziyyət isə iki fərqli nəticəyə səbəb ola bilər:
1. Son dəqiqəyə qədər gözləyərsən. Lazımi işləri son ana qədər təxirə salıb, yalnız vaxtında çatdırmaq üçün çabalayarsan. Sonunda isə əldə etdiyin uğurun sadəcə “şans” sayəsində olduğunu düşünərsən.
2. Həddindən artıq işləyərsən. Qəribə dərəcədə çox çalışarsan və yenə də özünə layiq istirahət verməzsən. Sənə görə, səndən daha bacarıqlı olan biri bu qədər əziyyət çəkmədən də bunu bacara bilərdi.
İmposter Sindromunu Daha Çox Kimlər Yaşayır?
Araşdırmalar göstərir ki, əgər ətrafındakı insanlardan fərqli hiss edirsənsə, imposter sindromunu yaşamaq ehtimalın daha yüksəkdir. Hətta dünya şöhrətli alim Albert Eynşteyn belə bir nöqtədə özünü "saxtakar" kimi hiss edib. Bu isə maraqlı faktdır ki, insanların təxminən 82%-i həyatının müəyyən dövründə özünü saxta kimi hiss edib.
İmposter Sindromunu Necə Dəf Etmək Olar?🤔
İmposter sindromunu dəf etmək mümkündür. Bunun üçün uğurlarının sənə aid olduğunu qəbul etməyi öyrənməlisən və bu uğurlara layiq olduğunu qəbul etməyə çalışmalısan.
Bunları cəhd et:
Uğurlarını xatırla. Yaxşı etdiyin işləri və qürur duyduğun nailiyyətləri bir siyahıya topla. Başqalarından aldığın tərif dolu e-mailləri və qeydləri saxla. Özünü saxta hiss edəndə bunları oxumaq, özünə inamını yenidən qazana bilər.
Özünü başqaları ilə müqayisə etmə. Özünü başqaları ilə, xüsusilə sosial şəbəkələrdə, müqayisə etmək çox asandır. Onun əvəzinə, sadəcə özünün daha yaxşı bir versiyası olmağa fokuslan.
Məqsəd mükəmməl olmaq deyil; çünki heç kəs mükəmməl deyil.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🕊3🔥2❤1
"Şüuraltı zehniniz əmr gözləyən güclü bir xidmətçidir. Ona doğru istiqaməti göstərməlisiniz." – Gozef Mörfi
Şüuraltı zehin bir təyyarəni avtopilot rejimində uçurtmağa bənzəyir. Siz şüurlu olaraq iş gördüyünüzdə(hansı ki, hal-hazırda edirsiniz) beyninizin idarəsi sizin əlinizdə olur. Lakin şüuraltı elə güclü zehindir ki, o həmişə arxa planda işləyir və siz fərqində olmadan hər şeyi idarə edir. Bunu məlumatlarla dolu bir yaddaş bankına bənzətmək olar, ya da bir ensiklopediya.
Bu yaddaşda doğulduğunuz andan etibarən öyrəndiyiniz, gördüyünüz, eşitdiyiniz hər şey saxlanılır. Şüuraltımız bizim tükənməz sərvətimizdir. Hansı ki, hipnoz zamanı bütün bu xatirələri tam dəqiqliyiylə xatırlamaq və yaddaşın tozlu səhifələrini vərəqləmək mümkün olur amma şüurlu şəkildə insanlar yaşadıqlarının 95%-99% unudurlar.
Şüuraltı zehin vasitəsilə nəfəs alırıq, oturub dururuq, hətta danışırıq. Bir sözlə, vərdiş halına gətirdiyimiz hər şey əslində şüuraltı zehin sayəsində mümkün olur. Bəs bu vərdişlər həmişə xeyirli olurmu?
Vərdişləri Dəyişmək: Şüurlu Zehninizlə Şüuraltı Zehnin Harmoniyası
Şüuraltı keçmişdə dediklərinizə və etdiklərinizə bağlı qalmağınızı təmin edir. Hər dəfə yeni bir şey etməyə çalışdığınızda, şüuraltınız sizi əvvəlki rahatlıq zonanıza geri çəkməyə çalışır. Hətta fərqli bir şey etməyi düşünmək belə sizi gərgin və narahat edə bilər. Yeni vərdiş yaratmaq və ya davranışlarımızı dəyişmək istədikdə şüurlu zehnimizə üz tutmaq lazım gəlir. Bu zaman şüuraltı ilə şüurlu zehnin harmoniyasını qurmaq vacibdir.
Bunun üçün aşağıdakı addımları izləyin:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6❤3👍3