Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤5🔥4👏2🎉1
"Daxili səsinizi eşidə bilmək üçün bəzən xarici sükutu tapmaq lazımdır."
Ziqmund Freyd
Ziqmund Freyd
❤10👍6⚡1👏1🤩1🕊1😍1💘1
Kontent səviyyəsini bəyənirsiniz? #sorğu
Anonymous Poll
18%
1 - Xeyr
14%
2 - Belə də
22%
3 - Orta
13%
4 - Babat, normal
33%
5 - Əla
💘1
Ən böyük ünsiyyət problemimiz:
"Anlamaq üçün deyil, cavab vermək üçün dinləyirik."
"Anlamaq üçün deyil, cavab vermək üçün dinləyirik."
👍17🔥3🕊3👏1💘1
👥Deindividuasiya: Qrup Davranışlarının Psixologiyası
🎃 Diner Və Həmkərlarının Təcrübəsi
Psixoloq Edvard Diner(Edward Diener) və həmkarları Hellouin gecəsində bir təcrübə keçirdi. Bir qrup uşaq toplanmışdı, Diner uşaqları əvvəlcə tək-tək çağırır, adını və ünvanını soruşur sonra isə ona konfetlə dolu qabdan yalnız bir konfet götürməsini tapşırıb otaqdan çıxır. Sonra digər uşaqları qrup şəklində və heç bir məlumat almadan çağırır eyni şeyi onlardan da tələb edir və birdən artıq konfet götürənin məsuliyyətə cəlb olunacağını bildirib otağı tərk edir. Təcrübə göstərir ki, tək olan uşaqlar əlavə şirniyyat götürməyə qrupda olanlardan daha az meyillidirlər. Həm də eksperiment zamanı adı soruşulmayan uşaqların əlavə şirniyyat götürməyə daha çox meyilli olduğunu da anlayırlar.
👁🗨 Anonimlik və Deindividuasiya
Deindividuasiya, insanların qrup içində anonim olduqda fərdi kimliklərini və məsuliyyət hisslərini itirməsi deməkdir. Qrup daxilində insanlar cavabdehlik hiss etmir və davranışlarında sərhəd tanımır. Onlar öz şəxsiyyətlərindən uzaqlaşır və bəzən bu mənfi nəticələr doğurur.
🤯 🧑⚖️ Kütlə Psixologiyası və Güc
Qustav Lebon(Gustave LeBon) kütlə psixologiyasında qeyd edir ki, bir kütlənin içində olmaq fərdin fərdi düşüncələrini məhdudlaşdırır və onu güclü təsirlərə qarşı həssas edir. Kütlə içində fərd öz sərhədlərini və mənəvi məhdudiyyətlərini asanlıqla unudur.
🎭 Sosial Mənlik Statusu
Sosial mənlik nəzəriyyəsi də göstərir ki, deindividuasiya zamanı insanlar öz fərdi mənliklərindən çox, qrup mənliklərinə əsaslanırlar. Bu vəziyyətdə qrup norması nədirsə, davranış da o istiqamətdə formalaşır—müsbət və ya mənfi.
🪞 Özünü Dərk Etmə Gücü
Deindividuasiya ilə mübarizə aparmağın bir yolu, insanların özlərini daha çox dərk etməsini təmin etməkdir. Güzgü kimi sadə bir vasitə belə, insanları öz hərəkətlərini daha diqqətli nəzərdən keçirməyə vadar edə bilər, çünki güzgü onların kimliklərini xatırladır.
Quranda və İncildə belə sözlər yazılıb: Özünə pərəstişgah yaratma.
İstər şəxs, istər qrup formasında. Çalışın öz mənliyinizi formalaşdırıb inkişaf etdirin. Kiminsə və nəyinsə təsirində yaşamayın. Əks halda ziyan verən insan və ya qrup təsirinə düşə bilərsiniz, məsələn sektalar belə işləyir. Unutmayın, öz mənliyiniz hər şeydən vacibdir!
"Deindividuasiya, insanların sərhədlərini itirməsidir."
~Leon Festinger

👍8❤1⚡1👏1
Koqnitiv Dissonans: Özümüzə Yalan Danışırıq🫣 ⁉️
💸 💵 Festinger və Karlsmit Təcrübəsi
Festinger və Karlsmit maraqlı bir təcrübə keçirmək qərarına gəldi. Bir qrup şəxs toplayıb onlara çox cansıxıcı bir iş tapşırdılar. İşin sonunda bu şəxslərin bir hissəsinə 1$, qalan hissəsinə 20$ verib başqa adamlara işin necə maraqlı olduğuyla bağlı yalan danışmalarını istədilər.
🤔 👀 1 Dollar Alanların Düşüncə Dəyişiklikləri
Bu təcrübənin nəticəsi olduqca maraqlı idi: 1 dollar alan iştirakçılar bu pulun yetərsiz olduğunu görəndə belə bir cansıxıcı iş gördüklərinə məyus oldular. Onlarda yaranan daxili gərginlik özlərini günahlandırmaq, peşmanlıq hiss etməklərinə səbəb oldu. Bu narahatlığı aradan qaldırmaq və sakitləşmək üçün özlərini bu işin əslində elə də sıxıcı olmadıqlarına inandırdılar. Bir növ belə bəhanələrlə təskinlik tapırdılar. Nəticədə digər adamlara da işin əslində maraqlı olduğunu dedilər.
💰 🤑 20 Dollar Alanların Təcrübəsi
20 dollar alanların bu məbləği yetərincə yüksək hesab etdikləri üçün heç onlar özlərini ittiham etmirlər və daxili gərginlik yaşamırlar. Bu da düşüncələrinin elə olduğu kimi qalmasıyla nəticələnir. Yəni işin sıxıcı olduğunu qəbul edirlər. Digər insanlara da işin necə sıxıcı olduğundan danışırlar.
⚡️ Koqnitiv Dissonansın İnsan Psixologiyasındakı Rolu
Koqnitiv Dissonans insanların iki mənfi hadisəylə qarşılaşdığında yaranan daxili gərginliyi(günahkarlıq və narahatlıq hissini) aradan qaldırmaq üçün özlərinə müəyyən bəhanələr, səbəblər tapmalarıdır. Leon Festinger bu nəzəriyyəni 1957-ci ildə irəli sürüb və insanların necə daxili narahatlıq hissi yaşadıqlarını izah etmək üçün istifadə edib. Təcrübəyə əsasən insanların daxili gərginliklərini azaltmaq üçün öz düşüncələrini necə dəyişdirdiklərini və davranışlarını necə əsaslandırdıqlarını başa düşmək mümkündür.
Növbəti mətnimizdə Koqnitiv Dissonansdan necə qurtulmalı olduğumuzdan danışarıq. Gəlin bizi yalan danışmağa sövq edən bu hissi içimizdən söküb ataq⚔️ 🙃
“İnsanın daxili gərginliyi, onun özünə qarşı dürüstlüyünə olan ehtiyacı ilə əlaqədardır.” — Mahatma Qandi
Festinger və Karlsmit maraqlı bir təcrübə keçirmək qərarına gəldi. Bir qrup şəxs toplayıb onlara çox cansıxıcı bir iş tapşırdılar. İşin sonunda bu şəxslərin bir hissəsinə 1$, qalan hissəsinə 20$ verib başqa adamlara işin necə maraqlı olduğuyla bağlı yalan danışmalarını istədilər.
Bu təcrübənin nəticəsi olduqca maraqlı idi: 1 dollar alan iştirakçılar bu pulun yetərsiz olduğunu görəndə belə bir cansıxıcı iş gördüklərinə məyus oldular. Onlarda yaranan daxili gərginlik özlərini günahlandırmaq, peşmanlıq hiss etməklərinə səbəb oldu. Bu narahatlığı aradan qaldırmaq və sakitləşmək üçün özlərini bu işin əslində elə də sıxıcı olmadıqlarına inandırdılar. Bir növ belə bəhanələrlə təskinlik tapırdılar. Nəticədə digər adamlara da işin əslində maraqlı olduğunu dedilər.
20 dollar alanların bu məbləği yetərincə yüksək hesab etdikləri üçün heç onlar özlərini ittiham etmirlər və daxili gərginlik yaşamırlar. Bu da düşüncələrinin elə olduğu kimi qalmasıyla nəticələnir. Yəni işin sıxıcı olduğunu qəbul edirlər. Digər insanlara da işin necə sıxıcı olduğundan danışırlar.
Koqnitiv Dissonans insanların iki mənfi hadisəylə qarşılaşdığında yaranan daxili gərginliyi(günahkarlıq və narahatlıq hissini) aradan qaldırmaq üçün özlərinə müəyyən bəhanələr, səbəblər tapmalarıdır. Leon Festinger bu nəzəriyyəni 1957-ci ildə irəli sürüb və insanların necə daxili narahatlıq hissi yaşadıqlarını izah etmək üçün istifadə edib. Təcrübəyə əsasən insanların daxili gərginliklərini azaltmaq üçün öz düşüncələrini necə dəyişdirdiklərini və davranışlarını necə əsaslandırdıqlarını başa düşmək mümkündür.
Növbəti mətnimizdə Koqnitiv Dissonansdan necə qurtulmalı olduğumuzdan danışarıq. Gəlin bizi yalan danışmağa sövq edən bu hissi içimizdən söküb ataq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5⚡1❤1👏1
"Bir gün dönüb, keçmişinizə baxdığınızda, mübarizələrlə keçən illərin həyatınızın ən gözəl illəri olduğunu fərq edəcəksiniz."
~Ziqmund Freyd
~Ziqmund Freyd
🔥13⚡1
İnsan beyninin ən qədim və sadə təbəqəsi “sürünən beyin” adlanır. Adından da göründüyü kimi, bu hissə ilk dəfə sürünənlərdə (ilanlar, kərtənkələlər) yaranıb və bizim beynimizin əsasını təşkil edir. Sürünən beyin ən əsas funksiyalara cavabdehdir. Gəlin baxaq, bu nə deməkdir və gündəlik həyatımıza necə təsir edir!
Sürünən Beyin Nə Edir?
Sürünən beyin daha çox avtomatik funksiyaları idarə edir:
Nəfəs alma
Ürək döyüntüsü
Bədən balansı 🤸♀️
Bu hissə bizi düşünmədən yaşadan bir "avtomatik pilot" kimidir. Əgər kimsə deyirsə ki, “ürəyini döyündürmək üçün fikirləşmək lazımdır,” gülün, çünki sürünən beynimiz bu işi artıq özü görür!
Niyə Sürünən Beyin?
Adı sürünən beyin olsa da, bu, bizə hərəkət etməyə kömək edir. Sadə desək, bu hissə bizi həyat üçün lazım olan şeylərə fokuslanmağa məcbur edir, çünki o, təcrübədən yaxşı öyrənmir, instinktlərə əsaslanır. Yəni əgər hər dəfə təhlükə ilə qarşılaşsaq, qaçmağa və ya müdafiəyə keçməyə meylli olarıq. Bu, bizi qorumaq üçün instinktiv davranışlarımızı idarə edir.
Məsəl üçün 🧗:
Deyək ki, hündürlükdən qorxursunuz. Dağın başına qalxanda dərhal ürəyiniz sürətlə döyünməyə, nəfəsiniz isə tez-tez gəlməyə başlayır. Səbəb? Sürünən beyniniz təhlükəni hiss edib sizi "hazırlıq vəziyyətinə" gətirir. Bu hiss, hətta düşməyəcəyinizi bildiyiniz halda belə, avtomatik olaraq işə düşür.😅
Maraqlı Fakt
Sürünən beynimiz dərslərdən və təcrübələrdən öyrənmir. Bu səbəbdən o, yeni şeylər yaratmaq, dəyişmək və öyrənmək baxımından məhduddur. Məsələn, bir ilan eyni təhlükə ilə qarşılaşsa, yenə eyni cür davranacaq – çünki bu beyin hissəsi dəyişməz davranışları idarə edir.
Ən maraqlısı isə odur ki, nə qədər inkişaf etsək də, bizim içimizdə hər zaman bir "sürünən" gizlənib. Bu qədim beyin bizi təhlükələrdən qoruyur, amma eyni zamanda müasir dünyada qarşılaşdığımız yeni çağırışları dərk edə bilmədiyindən bəzən bizi geri saxlayır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7⚡5👏2🔥1
Güzgü neyronları beynimizin “sirli qəhrəmanlarıdır.” Onlar bizə başqalarının nə hiss etdiyini, necə davrandığını anlamağa kömək edir və bu bacarıq sosial münasibətlərimizin əsasını təşkil edir. Maraqlıdır ki, bu neyronlar bizim də başqaları kimi hərəkət etməyimizi təmin edərək empati qurmağımıza imkan yaradır! 🧑🤝🧑
Güzgü Neyronları Nə İş Görür?
Əsasən, güzgü neyronları birini müşahidə etdikdə, biz həmin hərəkəti etməsək də, beynimizin onu “hərəkət edirmiş kimi” qəbul etməsidir. Məsələn:
Kiminsə qışqırdığını görürsünüz və ürəyiniz sıxılır
Dostunuz zədə alır və siz də sanki ağrını hiss edirsiniz
Bu, beyində güzgü neyronlarının aktivləşməsi nəticəsində baş verir. Onlar başqasının yaşadığı təcrübəni “güzgü” kimi əks etdirir və siz də o təcrübəyə şərik olursunuz.
Məsəl üçün: Göz Yaşları
Dostunuz üzüləndə və ağlayanda bəzən səbəbini bilməsəniz də siz də kədərlənirsiniz. Bu, güzgü neyronlarının işidir. Onlar dostunuzun emosiyasını əks etdirir və siz də eyni hisləri yaşamağa başlayırsınız. Yəni güzgü neyronları bizi başqalarına yaxınlaşdırır və empati qurmağımıza yardım edir.
Maraqlı Fakt
Araşdırmalar göstərir ki, güzgü neyronları sadəcə kədərlə yox, sevinc, qorxu və hətta həyəcanla da aktivləşir! Bir nəfərin gülümsədiyini görəndə beynimizdə eyni “gülmə” neyronları işə düşür və bu, özümüzü daha xoşbəxt hiss etməyimizə səbəb olur
Həyatımızdakı Təsiri
Güzgü neyronları sayəsində biz başqalarından öyrənirik. Məsələn, uşaqlar valideynlərini izləyərək necə davranmağı öyrənirlər. Onlar hər şeyi təkrar etməyə çalışır, yemək yedikdə qaşığı necə tutmalı olduqlarını belə güzgü neyronları vasitəsilə mənimsəyirlər.
Güzgü neyronları bizim gizli sosial bağlarımızdır. Onlar bizi başqalarının duyğularını anlamağa və onlarla daha yaxın əlaqə qurmağa kömək edir. Bizim "empati" adlandırdığımız şeyin arxasında dayanan bu gözəgörünməz qəhrəmanlar, həyatımızın hər anında başqaları ilə harmoniyada olmamıza yardım edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9👏3
"Ox ancaq geri çəkilərək atılar. Əgər həyat çətinliklərlə sizi geri çəkirsə sizi daha böyük hədəfə atacağı üçündür. Nişan almağa davam et!"
~Paulo Coelho
~Paulo Coelho
👍14👏1
Biz hamımız bunu hiss etmişik – ilk dəfə gördüyünüz bir yer, tanış olmayan insanlar və ya yeni bir vəziyyət… ancaq birdən “sanki bunu əvvəllər yaşamışam” deyə düşünürsünüz. Bu qəribə hissə Deja Vu deyilir və fransızca "artıq görülmüş" deməkdir. Deja vu, beynimizin “bu anı tanıyıram” dediyi anlardan biridir, amma əslində bu tanışlıq gerçək deyil!
Niyə Deja Vu Baş Verir?
Elm adamları deja vu-nun niyə baş verdiyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Bu fenomenin əsas səbəblərindən biri beynimizin həddən artıq məlumat yükləməsi ola bilər. Beynimiz hər an çox məlumatı eyni anda işləyir, amma bəzən bu prosesdə kiçik bir səhv baş verir və biz yeni bir şeyi tanış kimi qəbul edirik. Məsələn, iki qısa yaddaş məlumatı bir-birinə qarışır və beyin onu daha əvvəl yaşanmış bir hadisə kimi qəbul edir.
Bunu Belə Təsəvvür Edin…
Deja vu sanki filmdə birdən-birə bir səhnəni yenidən görmək kimidir. Yaddaşınıza bənzəyən bir hissə düşür, lakin bu hiss əslində yeni bir şeydir. Məsələn:
Bir dostun evində əyləşmisiniz və həmin otaqda əvvəllər heç olmamısınız. Amma sanki “bu anı daha əvvəl yaşamışam” deyə düşünürsünüz.
Bəzi insanlar bunu “xəyallarını reallıqda yaşamaq” kimi hiss edir. Beyninizdə daha əvvəl yaşamadığınız bir şeyə tanışlıq hissi verir və bu sizi bir az çaşdırır.
Elm Adamları Nə Deyir?
Deja vu ilə bağlı hələ də dəqiq bir izah yoxdur, amma araşdırmalar göstərir ki, bu hadisə daha çox gənclərdə və stressli dövrlərdə baş verir. Bunun səbəbi olaraq, beynin yeni məlumatı çox sürətli emal etməsi və tanışlıq hissi yaratması göstərilir. Yaddaş proseslərimizdən məsul olan beyinin müəyyən hissələri, bəzi anlarda sanki köhnə xatirələri yenidən yükləməyə çalışır və bu da deja vu hissini yaradır.
Maraqlı Fakt!
Maraqlıdır ki, deja vu zamanı beyin daha əvvəl yaşanmamış bir hadisəni yaşanmış kimi qəbul edir, amma eyni zamanda “bu hiss səhvdir” deyə bilir. Yəni beyniniz həm bu anı tanış kimi qəbul edir, həm də bunun həqiqətən yaşanmadığını bilir. Bu da deja vu-nu həm qəribə, həm də möhtəşəm bir təcrübəyə çevirir!
Əslində Gələcəyimi Görürəm?
Bəzi insanlar deja vu yaşadıqlarında gələcəyi gördüklərini düşünür. Lakin elm adamları deja vu-nun sadəcə beyində qısa müddətli bir qarışıqlıq olduğunu və bunun gələcəyi görmə ilə heç bir əlaqəsi olmadığını deyir. Bu sadəcə, beynimizin öz unikal “məşğul işlərindən” biridir!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14🔥2👏1🏆1
Beynimiz iki əsas yarımkürədən ibarətdir – sağ və sol yarımkürələr. Bu iki yarımkürə, bədənin müxtəlif işlərinə görə "ixtisaslaşıb" və fərqli vəzifələri icra edirlər. Lateralizasiya isə bu vəzifə paylaşımına deyilir.
Sol Yarımkürə: Beynin "Rəsmi" Hissəsi ➡️
Sol yarımkürə, bir növ məntiqi və analitik hissədir.
Bura:
• Dil (yazı və danışıq),
• Riyaziyyat,
• Məntiqi düşüncə,
• Analiz və planlaşdırma aiddir.
Təsəvvür edin ki, işdə hesabat yazırsınız və ya çətin bir riyaziyyat məsələsi həll edirsiniz. İşdə olan beyin yarımkürəsi sol olacaq!
Sağ Yarımkürə: Beynin "Yaradıcı" Hissəsi ⬅️
Sağ yarımkürə isə yaradıcılıq və vizual qavrayış ilə məşğuldur.
Bura:
• Yaradıcılıq,
• Emosiyalar,
• Musiqi,
• Rənglər və şəkillər daxildir!
Məsələn, rəssam bir tablonu çəkərkən, bu prosesdə beynin sağ yarımkürəsi aktiv olur.
Sizdə hansı daha yaxşı işləyir?
Bir çox insan, sağ və sol beyin haqqında eşidib və özünü bu şəkildə tanıdır: “Mən sağ beyinəm, yaradıcılığım çoxdur” və ya “Mən sol beyinəm, həmişə analitik düşünürəm”. Bu, çox yayılmış bir ifadə olsa da, həqiqətində hər iki yarımkürə bir-biri ilə əlaqəli və hər iki tərəf də çalışır. Beynin hər iki yarımkürəsi bir-birini tamamlayır, yəni, biz həm məntiqi, həm də yaradıcı düşüncəni eyni anda istifadə edirik!
Sol və Sağ Yarımkürələr Arasındakı Əlaqə
Yarımkürələr bir-biri ilə corpus callosum adlı bir “birləşdirici körpü” vasitəsilə əlaqə qurur. 🏗️ Bu körpü beynin sol və sağ hissəsini birləşdirir, beləliklə, hər iki yarımkürə bir-birini tamamlaya bilər.
Araşdırmalar Nə Deyir?
Araşdırmalar göstərir ki, hətta sadə işlərdə belə beynin hər iki yarımkürəsi çalışır. Məsələn, sağ yarımkürədə bir vizual obraz yaradılırsa, sol yarımkürə bunu anlamaq üçün analiz edir. Bu da beynimizin necə səmərəli şəkildə hər iki yarımkürənin gücünü istifadə etdiyini göstərir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6👏3❤2🔥2
Yuxuda olduğunuzu bilirsiniz və hər şeyi idarə edə bilirsiniz – bu necə də maraqlıdır, elə deyilmi? Bu, "lucid yuxu" adlanan və çoxları üçün xüsusi olan bir yuxu növüdür. Bu vəziyyətdə insanlar sanki “yuxu pultu”nu ələ keçirir və yuxularında istədikləri hər şeyi edə bilirlər.
Lucid yuxuda olmaq, “yuxu içində yuxuda olduğunun fərqində olmaq” deməkdir. Bu halda, əksər insanlar qeyri-adi macəralar yaşamağa başlayır: məsələn, uçmaq, çox sevdikləri yerlərə səyahət etmək, hətta əfsanəvi yerlərdə olmaq.
Lucid Yuxuların Sirləri
Araşdırmalar göstərir ki, lucid yuxular zamanı beynin müəyyən hissələri adi yuxulardan fərqli işləyir. Beynin aktiv olan bu bölgələri, oyanıqlıq və şüur hissini artıraraq, yuxunun içində “kontrol” yaratmağa imkan verir. Bəzi insanlar lucid yuxuları yaşamaq üçün xüsusi üsullar belə tətbiq edirlər. Məsələn, gecə yatmazdan əvvəl “bu gecə yuxuda olduğumu biləcəyəm” deyərək özlərini hazırlayırlar.
Lucid Yuxuların Faydaları
Lucid yuxu təkcə əyləncə deyil. Mütəxəssislər bu yuxuların insanın özünü daha yaxşı tanımasına, qorxularını aşmasına və yaradıcılığını artırmasına kömək edə biləcəyini deyir. Təsəvvür edin ki, qorxduğunuz bir vəziyyətlə lucid yuxuda qarşılaşırsınız və bunu idarə edirsiniz. Bu, reallıqda həmin qorxu ilə üzləşmək üçün özünüzə güvən qazanmaq deməkdir.
Lucid Yuxuların Ziyanlı Tərəfləri
Lucid yuxuların çox maraqlı və həyəcanverici tərəfləri olsa da, bəzi insanlar üçün bu vəziyyətin ziyanlı təsirləri də ola bilər. Hər nə qədər yuxunu idarə etmək və qəribə dünyalara səyahət etmək maraqlı səslənsə də, lucid yuxuların müəyyən riskləri də var.
1. Yuxu Keyfiyyətinə Təsir
Lucid yuxu ilə yuxunun içində olmaq bəzən oyanmağa daha yaxın hiss etdirə bilər. Yuxuda olduğunuzu bilməklə həqiqətən rahatlanmaq əvəzinə, beyin aktiv qalır və bu da tam dərin yuxu əldə etməyə mane ola bilər. Uzun müddətli olaraq belə yuxular görmək yuxu keyfiyyətini azalda və bədənin istirahətinə mane ola bilər.
2. Yuxu İflici Təcrübəsi
Bəzi insanlar lucid yuxulardan sonra “yuxu iflici” yaşamağa daha meyilli ola bilər. Bu, oyanarkən bədənin hərəkətsiz olduğu, amma insanın tam ayıq olduğu bir vəziyyətdir və olduqca qorxulu hiss yarada bilər. Yuxu iflici zamanı insanlar nə tərpənə bilir, nə də danışa, və bəzən halüsinasiyalar yaşana bilər.
Lucid yuxular maraqlı və bənzərsiz təcrübələrdir, amma bunu təhlükəsiz şəkildə etmək daha məqsədəuyğundur. Daim bu yuxulara nəzarət etməyə çalışmaq yerinə, zaman-zaman təbii yuxu axışına buraxmaq yuxu keyfiyyətini artırar və riskləri azaldar.
Həmişə olduğu kimi, burada da balanslı olmaq ən yaxşı yanaşmadır!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7👍5❤1👏1🎉1
👶🧠Körpələrdə Möcüzəvi Yaddaş: Doğuşdan Beyin Aktivliyi
Körpələrin doğulandan sonra necə sürətlə öyrəndiyini heç düşünmüsünüzmü? Əslində, kiçik beyinlər artıq dünyaya gələndə müəyyən şeyləri tanıyıb fərqləndirə bilirlər. Məsələn, bəzi tədqiqatlar göstərir ki, körpələr hələ ana bətnində olarkən ana səsini yadda saxlayır! Bu səbəbdən də, doğulduqdan sonra anasının səsini başqa səslərdən ayırmaq onlar üçün çox asandır.
🔍Araşdırmalara əsasən, körpələr ilk aylarda ətrafdakı səsləri, üzləri və hətta qoxuları belə tanımağa başlayır. Məsələn, körpə müəyyən bir qoxunu hiss etdikdə özünü daha rahat hiss edir, çünki həmin qoxu ona anasını xatırladır. Təsəvvür edin ki, körpə tanıdığı səsi və qoxunu duyanda təhlükəsiz və rahat hiss edir – sanki yenidən ana bətnindədir.
Bu erkən yaddaş qabiliyyəti, körpələrin ətraf aləmi və ən sevdikləri insanları necə tez tanıyıb onlara uyğunlaşdıqlarını göstərir.

😍6👍4🔥3🎉1
👤❓Prosopaqnoziya: Üzləri Tanımamaq Problemi
Təsəvvür edin, ən yaxın dostunuzla qarşılaşırsınız, amma onu yalnız səsindən və ya geyimindən tanıya bilirsiniz. Bəli, qəribə gəlir, amma prosopaqnoziya deyilən bir vəziyyət var ki, bəzi insanlarda bu məhz belə olur. Prosopaqnoziya üzləri tanımaqda çətinlik yaradan bir beyin problemidir, və bu problemi yaşayan insanlar hətta ailə üzvlərini, dostlarını və tanışlarını üzlərindən tanımaqda çətinlik çəkirlər.
Prosopaqnoziya Necə Baş Verir?🧠👥
Prosopaqnoziya, beyinin üzləri tanımaqdan məsul olan hissəsi ilə bağlıdır. Bu hissə zədələnəndə və ya düzgün işləməyəndə prosopaqnoziya ortaya çıxır. Araşdırmalara görə, bu vəziyyət anadangəlmə də ola bilər, ya da baş zədələnməsi nəticəsində yaranır. Bu vəziyyəti yaşayan insanların beyni üzləri fərqli qəbul etmir; sadəcə, bir üzlə başqa üz arasındakı fərqləri qeyd etməkdə çətinlik çəkir.
"Kimi Görürəm?" 🎭
Prosopaqnoziya yaşayan biri üçün hər gün tanış insanlar arasında dolaşmaq, sanki kostyumlu bir teatr tamaşasında olmaq kimidir – o, üzləri deyil, geyimləri və səsləri tanıyır. Məsələn:
Dərsdə müəllimə baxıb onu hər kəsin içində tanıya bilməyə bilər.
Ən yaxın dostunu tanış bir kafenin içində görəndə belə, üzünü tanımaya bilər, amma danışmağa başlayanda və ya xüsusi geyimini görəndə kim olduğunu anlar.
Bəs İnsanlar Bu Problemlə Necə Baş Edir? 🤔📋
Prosopaqnoziyası olan insanlar fərqli üsullarla tanıdıqları insanları ayırd edirlər. Səs tonuna, saç stilinə, geyim tərzinə və hərəkətlərinə diqqət edirlər. Məsələn, bir insanı onun səsi, sevdiyi geyimlər və ya hətta özünəməxsus hərəkətləri ilə tanımağa çalışırlar. Bu insanlar üçün tanış simalar əvəzinə sanki hər bir insan "kod adı" və fərqli işarələri ilə tanış olur.
Maraqlı Fakt! 🔍😲
Prosopaqnoziya əslində o qədər nadir deyil! Dünyada bu vəziyyəti yaşayan minlərlə insan var, sadəcə çoxları bunun fərqinə varmır. Bəzən insanlar, sadəcə üzləri unutduqlarını düşünürlər, amma bu vəziyyət, əslində beyinlə bağlı bir problem ola bilər. Məşhur insanlardan biri olan Bred Pit də prosopaqnoziya yaşadığını bildirib!
Prosopaqnoziya ilə yaşamaq çətin olsa da, bu vəziyyətdə olan insanlar özlərinə uyğun üsullar taparaq gündəlik həyatda çox vaxt uğurla davranırlar. Müxtəlif təlimlər, üzləri tanımaq üçün xüsusi texnikalar və ətraf mühitdən daha çox məlumat toplamaq kimi metodlarla bu çətinliyi azaltmağa çalışırlar. Prosopaqnoziya, başqalarına görə çox fərqli olsa da, bu problemi yaşayan insanlar, sadəcə fərqli tanıma üsullarını kəşf etməklə cəmiyyətdə yer tapmağa çalışır.

👍7🔥2🤩2❤1
"Küləyi idarə edə bilməzsən, amma, yelkənləri ona uyğun tənzimləyə bilərsən. Başına gələnlər qədər, onlara verdiyin reaksiyalarda önəmlidir."
🔥12👍4❤2⚡1