Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
127 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
💵💰💸Yeni fürsətlər - Spot Treydinq.

Major lislinq edəndə Mexc, Bitgetdə qiymət aşağı idi - 0,3$-dan başladı.

Amma OKX-da 1,9$-dan.

1 saat əvvəl Woof listinq etdi və çox maraqlı bir imkan gördüm:

Listinq $0,0001$-dan başladı. Çox aşağıdan. Və mən satmadım, yazdığım kimi, qiymət ucuzdur deyə satmayacaqdım.

Amma gərək alardım. $100 verib 1 000 000 woof alsaydım, indi o $459 olmuşdu.

Və məncə sabaha lap qalxacaq və böyük ehtimal ilə 0,001$ olacaq.

$0,00048-dən aldım. Elə olsa x2 edəcəm.

Amma təəssüf, $100 atıb rahat $459 indi və yaxın günlərdə $1000 edərdim.

___
Dərs olsun və gələcək fürsətləri qaçırmayaq. Görüm Vertus üçün öncədən $ saxlayacam, birdən onlar da belə edər
😉


___
Bütün oynadığımız oyunlar
___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə |✅ | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤1🔥1👏1
⚠️Dostlar, kim girməyibsə adminə ref lazımdır https://t.me/TVerse?startapp=galaxy-0004c994a4000169d3ae0002b4dd11

1. Botu açın və start verin.
2. Oyuna girib başlayın və kifayətdir.

Minnətdaram 🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😂💵💸İki dost görüşür. Biri digərindən soruşur:

- Salam, necəsən? İş, güc? Sən kriptovalyuta ilə məşğul idin, nə oldu onun axrı?
- Bilirsən, kriptovalyutada vəziyyət şahmatdakı kimidir - ya ağ zolaq, ya qara.
- Bəs indi hansı zolaqdır?
- İndi qara...


Üstündən uzun zaman keçir. Həmin dostlar yenə görüşür:

- Salam, necəsən? Kriptovalyutada vəziyyətin necədir? İndi hansı zolaqdır?
- İndi qara.
- Necə? Axı qara keçən səfər idi.
- Yox e, keçən səfərki ağ zolaq imiş
😂
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁7🤨2
❌ Uşaqlara disiplinli olmağı öyrədin!

Hər dəfə valideynlərin öyrənmə, gigiyena, qidalanma mövzularında həddindən artıq təlaşlı davranmamalarının vacibliyini dedikdə uşaqlarının gələcəyinin əldən gedəcəyi barədə narahat olurlar. Uşaq sadəcə anasının onun üçün hər şeyi düşünüb hazır etməyinə öyrəşir və düşünür ki, çalışmaq lazım deyil.

Onlar ona qaşıq-qaşıq verilən yeməyi yeyir, ev tapşırıqlarında əziyyət çəkmədən ona deyiləni yazır və onun üçün hazırlanmış paltarların geyindirilməsini gözləyir. Nəticədə, uşaqlar tənbəlləşir və bütün günü divanda uzanıb, telefonla oynayırlar. Amma, uşaq hələ böyüməyibsə, hələ də hər şeyi düzəltmək mümkündür.

Bu lazımsız təlaşı dayandırın, amma uşağın gələcəyini də məhv etməyin. Bunun üçün etməli olduğunuz şeylər:

🔻 Onunla xoş və etibarlı münasibətlər qurun.

Onunla olan dialoqunuzu əyləncəli etməyə çalışın. Bu zaman o deyilənləri etməyə daha həvəsli olacaq. Və ona verilən öhdəlikləri nəticəsində kiçik mükafatlar hazırlayın.

Sözlərinizi tutmağı unutmayın!

🔻 Uşağı elə öyrədin ki, öz məsuliyyətini və öz disiplinini dərk etsin.

Çalışın gün ərzində uşağınızla onun öhdəlikləri haqqında qısa və yorucu olmayan söhbətlər edərək onun da bir fərd olduğunu və sizin kimi öz öhdəliklərini yerinə yetirməli olduğunu başa salın. Əgər öhdəliklərini yerinə yetirməkdən boyun qaçırarsa, ona kiçik cəzalar verin. Dərslərini hazırlamadınsa, bu gün telefonla oynamaq olmaz.

Qaydaları çeynəməyin!

Nə qədər iradəli biri olduğunuzu və sözünüzü dinləməli olduğunu zamanla anlayacaq. Bu disiplindir...
👍15👏3✍1
🛒🐂🕯🍔 Görünməyən əl? Bazarı kim idarə edir?

SSRİ öz iqtisadiyyatını tam idarə edirdi, planlar qurub çalışırdı ona çatmağa. Onlar sayıb qərar verirdilər ki, neçə ədəd/tonn o ya başqa məhsuldan lazımdır. Nəticədə nə oldu? Kilometrlərlə məhsul alma üçün növbələr. Nəticədə hətta qida qıtlığı yaranırdı dəfələrlə. İnsanlar çörək belə almaq üçün uzun növbədə gözləyirdi.

Problem ordadır ki, nə qədər böyük və inkişaf etmiş ölkə olsa da, o insan tələbatını hər məhsul üçün düzgün təxmin edə bilməz. Həmdə, bu nəhəng dövlət resursunu lazımsız yerə sərf etməkdir.

Bu problemin həllini 1777-ci ildə tanınmış iqtisadiyyatçı, iqtisadi nəzəriyyənin təməlçisilərindən biri Adam Smit təklif etmişdi və indiki bazar iqtisadiyyatı onun prinsipi ilə işləyir.

Bir az tarixə gedək

18-ci əsrin əvvəlində eqoizmin (insan tərəfindən yalnız özünü düşünməsi) faydasından ingilis fəlsəfəçisi Bernard de Mandevil danışdı. "Arılar haqqında hekayə"-də o göstərir ki, arı pətəyi tamah və yalan içində məhv olur. Arılar Tanrıya dua edib, istədilər ki bu zəiflikləri yox etsin. O da dualarını eşitdi. Amma pətəy süquta doğru getdi.

Bu alleqoriya ilə yazar göstərdi ki, eqoist insanlar öz maraqlarını güdəndə, cəmiyyət burdan yalnız udur. Bu ideyanı 50 il sonra Adam Smit istifadə etdi.

Konsepsiyanın adı: "Bazarı idarə edən görünməyən əl"

Ona əsasən, bazara heç toxunmadan, bazar özü özünü idarə edəcək - tələbat və təklif arasında balansla. Bu prinsip həm qiymətə, həm məhsul keyfiyyətinə, həm də istehsalına aiddir.

Götürək çörəyi. Biri çörəyi 1 m satır. Digəri bişirib, 90 qəpiyə satır. Birinci məcbur olub qiyməti salır 85 qəpiyə ki, ondan alsınlar. Və bu proses o qədər davam edir ki, nə vaxt ən aşağı mümkün olan qiymət olacaq. Məsələn 50 qəpik. Bundan ucuz satmaq sərf etmir.

Sonra biri böyük zavod açıb 40 qəpikdən satır. Bu zaman digər kiçik istehsalçılar qalır müştərisiz. Nə edirlər? Ya daha ucuz satırlar, ya bağlanırlar, ya da çörəyin digər növünü bişirirlər - qara çörək, tumlu çörək, təndir çörəyi isti-isti və s.

Nəticədə, əhali fərqli növdə, bol sayda çörəklər və mümkün olan ən ucuz qiyməti alır. İstehsalçı pul qazanır. Dövlət vergisini alır, razı və tox əhalini və çörək bazarının idarəsini. Sabah çörək çox yeyiləcək - istehsal çoxalacaq, az yeyiləcək - azalacaq. Dövlət artıq bunu düşünmür, onun daha vacib işləri var.

Digər nümunə - üz tibbi maskaları adətən X-sayda alırdılar. İstehsalçılar da buna uyğun istehsal edirdilər. Covid-19 başlayanda, 2020-ci ilin əvvəlində maskalar çatmırdı. Ona görə istehsalçılar dərhal istehsalı qat-qat çoxaltdılar ki, tələbata çatsınlar. Bunu da ildırım sürətində etdilər.

Dövlət, əlbəttə ki, əhalini qorumaq üçün, biznesdə rəqabəti qorumaq üçün, ölkə büdcəsini doldurmaq və ölkə təhlükəsizliyini qorumaq üçün tədbir görməlidir. Bu normaldır. Və kritik halda ya kömək etmək, pa problemi aradan qaldırmalıdır. Amma mümkün qədər mane olmadan. Həddindən artıq idarə yalnız məhv edir. Monopoliya, haqsızlıq, əhali sağlamlığı və təhlükəsizliyi - bunlara nəzarət edir.

Ona görə, bazar iqtisadiyyatı ən güclü iqtisadi modellərdən biridir. Və gördüyümüz bütün inkişaf etmiş və yaşayış səviyyəsi yüksək olan ölkələr ona əsasən işləyir.

___
Niyə eqoizmin faydası?

İnsanlar özünə sərf edən qiymətdə məhsulu alır. 40 qəpiklik çörəyi qoyub niyə 50 qəpiyə alsın? Dadlı çörəyi qoyub niyə dadsız alsın?

İnsan taksiyə minir, taksi kobud danışır və bu da eqoizmini göstərib taksi şirkətinə şikayət edir ki, bunu işdən çıxarın. Nəticədə şirkət tədbir görür ki, sürücülər gülərüz və ədəb-ərkanlı olsunlar. Bundan bütün əhali udur - eqoist insanların sayəsinə.

___
Bu əslində hər bir qurumun idarəsində işləyir. Böyük şirkəti idarə etmək üçün, azad münasibətlər yaratmaq lazımdır, harda hər iştirakçının öz məsuliyyət sahəsi və öz nəticə məsuliyyəti olmalıdır. Ona görə o iş qəbul edəndə, öz cibini düşünüb diqqətli olacaq ki, sabah nəysə olsa - mənə ziyan olacaq. Beləliklə, şirkət istehsal etdiyi məhsul tam keyfiyyətli olur.


#iqtisadiyyat
#biznes
#rəqabət
#maliyyə

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥2👏1
☕️☕️☕️🥤💰Starbucks-ın yaranma hekayəsi

1981-ci ildə qab-qacaq satan bir işçi fikir verdi ki, xırda, adı-sanı olmayan bir şirkət çox böyük miqdarda kofe dəmləmək üçün qab alır. Buna təəcüblənərək, Hovard Şulç Sietl şəhərinə həmin şirkətə baş çəkməyə getdi.

Starbucks adında mağazaya yaxınlaşanda kofenin cəlbedici qoxusu Hovardı dərhal içəri çəkdi. İçəridə kofenin fərqli növləri var idi, halbuki, ABŞ-da o zaman insanlar heç bilmirdilər ki, kofe bitir yoxsa süni şəkildə hazırlanır. Bütün ABŞ avtomatik kofe dəmləyən apparat istifadə edəndə, burada əl avadanlıqları ilə dəmləyirlər. Hovard araşdırıb anladı ki, insanlara kofe dəmləmə prosesi ləzzət edir və əl aparatında kofe yanmır.

Hovarda kofeni uzadanda, onun ətrinə heyran oldu və birinci qurtumu edib tam şəkildə məftun olundu. Bu onun içdiyi ən dadlı kofe idi.

İşçilərli sorğu-sual edib getdi şirkətin istehsalına və sahiblərlə tanış oldu. Ona maraqlı idi ki, niyə sahiblər kofe ilə belə həvəslə məşğuldurlar. Cavab o oldu ki, o zaman bütün ABŞ saxta kofe içirdi. İstehsalçılar daha çox qazanmaq üçün bahalı kofeyə ucuzunu qatıb satırdılar. Onları yalnız pul maraqlandırırdı. Amma Starbucks üçün keyfiyyət birinci yerdə idi. Ona görə də, onlar belə populyar kofe mağazası idilər.

Yüksək keyfiyyətə görə alıcılar tövsiyə edirdilər, ona görə də müştəri bazası daim artırdı. Starbucks istəmirdi ki, hər kəs onları bəyənsin, onlara kofe sevənlər auditoriyası bəs edirdi.

Biraz sonra o yüksək maaşlı işindən çıxıb Starbucks-ın baş marketoloqu oldu. Çox tanışı onu danlayırdı, amma Hovard görürdü ki, Starbucks-ın böyük gələcəyi var. Və bacardığı qədər bu potensialı açmaq istəyirdi. O sahiblərə dedi ki, siz bir gövhərin sahibisiniz, dünyanın istənilən bir yerində istənilən adama kofedən içizdirin - o aşiq olacaq.

Hovard şirkətin işçiləri ilə danışırdı, müştərilər ilə danışırdı, kofenin bütün növlərini əzbərlədi və biliyini artırırdı. Bir dəfə İtaliyada olanda, gördü ki, orada barista gözəl eleqant hərəkətlərlə kofe dəmləyib, müştərilərlə danışıb onlara kofe süzürdü. Bu səhnədən nəzərini çəkə bilmədi. İtaliyanı biraz gəzib, Hovard gördü ki, İtalyanlar qidaya çox incə yanaşırlar: ən yaxşı inqredient seçirlər və hər xırdalıqlara fikir verirlər. ABŞ-da isə sırf satmaq üçün bişirirlər. İtalyada barista - hörmətli peşədir, ABŞ-da az maaş alan iş qüvvəsi. ABŞ-da kafeyə girib tez yemək yeyib çıxırlar, İtaliyada dostları ilə gəlib yeməkdən həzz alırlar. Hovard anladı ki, Starbucks-a bu çatmır.

Bir yerdə əvvəl içmədiyi "latte" içkisini sifariş edib dadından doya bilmədi. Starbucks çox dadlı kofe satırdı, amma onu dəmləyib fincanda vermirdi.

Həyəcanla qayıdıb ABŞ-a müdirlərinə bunu təklif etdi, onlar isə ciddi qəbul etmədi. Dedilər ki, biz restoran deyilik, biz kofe satırıq və restoran olmaq fikrimiz yoxdur. Eyni zamanda da onlar kredit götürüb böyük bir rəqiblərini almaq istəyirdilər və bütün diqqətlərini ona yönəltmişdilər.

Nəticədə kredit və fikirlərinin yayılması onları boğmağa başladı. Və bir anda Hovarda bir ekspresso-bar açmağa icazə verdilər. Həmin gündə millət doldu ora. Sonra 2-3 mağazada da kofe-bar açıb dayandırdılar proqramı.

Onlar istəmirdilər ki, Starbucks kofe barı olsun. Həmdə müştəri çoxaldıqca onlar eyni keyfiyyəti saxlaya bilməzdilər. Eyni zamanda da, müştəriləri adları ilə də tanıya bilməzdilər. Balaca olaq, amma keyfiyyətli məhsul sataq.

Davamı @biznes_ugur
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥2👏1🏆1
🥳🫴💐Hörmətli xanımlar, hər birinizi 8 mart münasibəti ilə təbrik edirəm.

Cəmiyyətdə yerinizin vacibliyini heç bir sözlə təsvir etmək olmaz. Bunu heç vaxt unutmayın.

Həmişə şənlənin, çiçəklənin və cəmiyyətimizi işıqlandırın. Sizə çoxlu sağlamlıq və sizi gözlədiyinizdən də çox xoşbəxt edən həyat.

Birdə inkişaf edin 😂. Ağıllı ana = ağıllı övlad = inkişaf etmiş cəmiyyət = xoşbəxt cəmiyyət.

🌹🌹🌹

👏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👏4🔥3
🤱❤️👶Ana👑🌹

Gözlərində həyatın yorğunluğu var,
Əllərində zəhmətin qabarları var,
Saçlarına erkən düşən ağ teli var,
Keşməkeşli həyatdan yoğrulubdur ana!
~ ~ ~ ~ ~
Gəl öpüm mən zəhmət qoxan əllərindən,
Bütün həyat yükünü daşıyırsan belində
Kədərindən əsər yox nəvazişli səsində
İnsan bədənindəki mələkdir ana!
~ ~ ~ ~ ~
Hər yıxılanda dolandı əlin belimə,
Qucaqlayıb sıxdın bizi sinənə.
Bir an olsun vermədin özgə əlinə,
Vəfakardır, mübarizdir mənim anam!
~ ~ ~ ~ ~
Yoxdur sənə nə yerdə, nə göydə tay!
Öz canından verdin hərəmizə pay,
Nə vaxt səslənsəm, verdin səsimə hay!
Haqqı ödənməzdir, əvəzsizdir ana!


Gülay Nağıyeva ©
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👏3🔥1
- Bir şeyi də yadında saxla, sadəcə sağ qalmaq kifayət deyil. Əksini iddia edənlərə inanma. Düşün. Tarakanlar həmişə sağ qalır. Amma bu bizim üçün kifayətdirmi? Ətrafındakı hər kəsdən daha yaxşı ol. Sənə layiq olduğun şeydə imtina etməyə cürət etməsinlər. Səhvlərə yol vermə. Sənin uğuruna hamı paxıllıq edəcək. Sənə nifrət edəcəklər, amma eyni zamanda hörmət də. Dediyimi başa düşürsən?  
- Bəli.  
- Və bir də. Heç vaxt geriyə baxma. Yalnız irəli. Həmişə irəli bax. Gülümsə və məktəbə qaç. Sabah isə qısa yolla get. Ancaq axmaqlar başqa cür edir.
...
- Nuh, axmaq kimi yaşama.


Pachinko (ing.), Koreya serialı ©


💧🔜 🌊

#fikirlər
#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10🔥4❤1👏1
Dostlar, 11 ref lazımdır))

https://t.me/CatteaAIbot/gameapp?startapp=r_179_1038036

1. Bota start verib oyunu açın.
2. Başqa heç nə ))

Təşəkkürlər 🙏
🏆🕔⏰Tənbəlliyə qarşı 15 üsul

Tənbəllik adətən iradə çatışmazlığından yox, motivasiyanın anlaşılmaması, uğursuzluq qorxusu, həddindən artıq yorğunluq və ya dəqiq məqsədlərin olmaması ilə bağlıdır.


1️⃣ Mikro addımlarla başlayın

Beyin böyük işlərə müqavimət göstərir. Məqsədi kiçik hərəkətlərə bölün («1 cümlə yazmaq», «1 əşyanı yerləşdirmək»).  
→ Nümunə: «Hesabat yazmaq» əvəzinə — «faylı açıb başlıq yazmaq».


2️⃣ Ən asan işlərdən başlayın

Əgər iş az vaxt tələb edirsə — onu dərhal yerinə yetirin. Bu irəliləmək üçün təkan yaradır. Çətin işdə ilişib saatlarla, günlərlə qala bilərsiniz.


3️⃣ «Sürtünməni» aradan qaldırın

Tənbəllik çox vaxt sizlə iş arasındakı maneələrdən yaranır. Başlanğıcı asanlaşdırın:  
- Hər şeyi axşamdan hazırlayın (məsələn, idman geyimini yatağın yanında qoyun).  
- Telefondan diqqət dağıdan tətbiqləri silin.  
- «Əgər... onda» metodundan istifadə edin: «Əgər kompüteri açsam, dərhal iş faylını açaram».


4️⃣ Nəticəyə yox, prosesə diqqət yetirin

Uğursuzluq qorxusu hərəkəti dayandırır. «Mükəmməl etmək» yox, «necə başlamaq» barədə düşünün.  
→ Nümunə: «Əvvəl hərəkət — sonra motivasiya».


5️⃣ «Dopamin planlaması» tətbiq edin

İşi xoş bir şeylə əlaqələndirin (kofe, musiqı, tamamladıqdan sonra gəzinti). Beyin işi mükafatla əlaqələndirməyə başlayacaq.


6️⃣ Dövrələrlə işləyin

Pomodoro texnikası: 25 dəqiqə iş + 5 dəqiqə istirahət. Qısa fasilələr təzyiqi azaldır və diqqəti saxlamağa kömək edir.


7️⃣ Konteksti dəyişin

Tənbəllik «ilişib qaldığınızın» siqnalı ola bilər. Fasilə edin, gəzin, başqa işə keçin. Bəzən ən yaxşı fikirlər hərəkətsizlik anlarında gəlir.


8️⃣ Hərəkətsizliyin nəticələrini vizuallaşdırın

Özünüzdən soruşun: «Bunu etməsəm nə olar?». Pul, nüfuz və ya fürsət itirmək qorxusu çox vaxt məqsədə çatmaq istəyindən daha çox motivasiya verir.


9️⃣ Perfeksionizm standartını aşağı salın

Özünüzlə razılaşın ki, vəzifəni «10 balldan 3» yerinə yetirəcəksiniz. Çox vaxt başladıqdan sonra işə girərək nəticəni yaxşılaşdıracaqsınız.


1️⃣0️⃣ Xarici məsuliyyəti qoşun

Məqsədlərinizdən birinə danışın və ya birgə iş üçün tərəfdaş tapın. Uğursuzluqdan utanma güclü stimuldur.


1️⃣1️⃣ Vaxta yox, enerjiyə nəzarət edin

Tənbəllik çox vaxt yorğunluqdan yaranır. Günün hansı saatlarında məhsuldarsınız müəyyənləşdirin və çətin işləri bu vaxta planlaşdırın. Yuxu və qidalanma haqqında unutmayın!


1️⃣2️⃣ «Ləngər vərdişləri» tətbiq edin

Günə sadə bir ritualla başlayın (idman, meditasiya, gün planı). Bu müsbət ton yaradır və hərəkətə müqaviməti azaldır.


1️⃣3️⃣ Tərəqqini izləyin

Yerinə yetirilən vəzifələri (hətta kiçikləri də) qeyd edin. Məqsədə doğru hərəkətin vizual təsdiqi motivasiyanı artırır.


1️⃣4️⃣ «Lazımdır»ı «istəyirəm»ə çevirin

«Mənə işləmək lazımdır» əvəzinə → «Mən işi başa vurmaq istəyirəm ki, yüksəliş əldə edim». Şəxsi dəyərlərlə əlaqə daxili etirazı azaldır.


1️⃣5️⃣ Hər işi keyfiyyətli görün

Bir işi səhlənkarcasına görüb sonra yenə ona qayıdacaqsınız. Ona görə əvvəldən yaxşı görün ki, daha az vaxt sərf edəsiniz.


1️⃣6️⃣ Diqqət çəkən hər şeydən uzaq

Telefon, insanlar, internet və s - bunlardan uzaq olun ki, ilişib qalmayasınız və diqqətinizi sərf işə yönəldəsiniz.


Bonus: Özünüzə şəfqət göstərin

Tənbəlliyə görə özünüzü danlamayın — bu stressi artırır və problemi dərinləşdirir. Deyin: «Bəli, mənim üçün çətindir, amma kiçik bir addım ata bilərəm».


___
Tənbəllik düşmən deyil, siqnaldır. Bəlkə də siz səhv məqsəd seçmisiniz, yandınız və ya real imkanlarınızı nəzərə almırsınız. Səbəbləri təhlil edin və yanaşmalarla təcrübə aparın!


#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6🔥3👌3
📣📞📺Propaqanda və PR: Edvard Berneys

1 aprel 1929-cu il, Nyu-York: feministlər azadlıq padarına çıxmışdı, bu zaman bir qrup qadın kütlədən ayrılıb, siqaret yandırıb onu çəkərək irəlilədilər. Bu zaman qəzetlər, jurnallar, TV bu xəbəri yaydı, çox böyük diqqət cəlb olundu.

Feministlər siqareti - azadlıq məşəli adlandırdı.


Bir neçə vaxt geriyə atılaq:

Tütün şirkəti "Lucky Strike" Ziqmund Freydin qohumu olan Edvard Berneysi çağırıb ona sifariş etdi: siqaret satışını qaldırmaq lazımdır.

Berneys də düşündü ki, siqareti kişilər çəkir, qadınlar yox. Onda ən asan yol - qadınlara siqaret çəkməyi yeritməkdir.

Nəticədə araşdırma aparıb, diqqət verdi ki, qadınlar üçün siqaret - kişilərdə olan azadlıq və qadağasızlıq simvoludur. Bunu istifadə edərək, Berneys feministləri mitinqə yığdı və siqareti qadınların azadlıq simvolu kimi göstərdi.

Bundan əlavə, KİV-lərə məqalələr yazdırdı, xəbərin geniş yayılmasına yol açdı. Siqaret çəkən qadınlar ictimai yerlərdə, qəzetlər, jurnallarda görünən yerlərə çıxdı. Xəbər yayılırdı ki, siqaret stressi azaldır və arıqlamağa səbəb olur. Həkimlərə pul verib dedizdirirdi ki, siqaret qida həzmini yaxşılaşdırır, opera oxuyanları da deyirdi ki, siqaret səsi yaxşılaşdırır.

Amma, əlbəttə ki, ən təsirli və duyğulara toxunan - qadın azadlığının simvolu oldu. Filmlərdə, teatrlarda, rəsmdə siqaret çəkən gözəl-göyçək qadınlar görsənirdi və əhali onları cəlbedici bir obraz kimi görürdü, qadınlar da onlara oxşamaq istəyirdi.


Nəticədə

1923-cü ildə 5% qadın siqaret çəkirdisə, 1929-cu ildə - 12% çəkdi. 1935-ci ildə 18,1%, 1965-ci ildə isə artıq 33,3%.

Təxminən 20 il ərzində Edvard Berneys siqareti və onun azad qadının məcburi atributuna, Lucky Strike siqaretini isə təkcə ABŞ-da yox, həm də Avropada ən məşhur siqaret markalarından birinə çevirdi.

Berneys pulunu qazandı, Lucky Strike satışını qaldırdı, qadınlar da azadlıq uğrunda siqaret çəkirdilər.

Berneys bundan əlavə amerika naharı kimi bekonlu  qayğanağı populyar etdi və bekon istehsal edən Beech-Nut Packing Company-nin satışını qaldırdı.

Bu vaxtlardan marketinqdə, reklamda duyğulara, hisslərə diqqət verməyə başladılar.

Bir azdan marketinqdə istifadə olunan ən əsas 3 duyğudan yazacam
😉


#marketinq

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥3
🎬🍿🎟 Film müzakirəsi:

Dostlar, sabah 30.03.2025 film müzakirəsi olacaq.

Sosial şəbəkə (ing. "The Social Network" (2010))


Axşam saat 20:00-da başlayırıq

Film Facebook-un yaranmasından gedir. Kim istəsə baxıb qoşular.

Kimin vaxtı yoxdursa, vaxt olanda şərhlərdə film haqqında fikrini yaza bilər.


#böyük_film

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Tort mağazası. Sabit xərclər (dövriyyədən asılı olmayan: icarə, maaşlar, kommunal xidməti...) - 3000 ₼ 1 aya. Dəyişən xərclər - hər məhsula 10 ₼. Məhsulun satış qiyməti - 30 ₼.

Neçə tort satılmalıdır ki, şirkət ziyana düşməsin? Zərərsizlik nöqtəsi.
Anonymous Quiz
14%
300
9%
100
4%
75
14%
1000
20%
150
11%
3000
2%
30
2%
975
7%
Düz cavab yoxdur
16%
Məlumat azdır