Tort mağazası. Sabit xərclər (dövriyyədən asılı olmayan: icarə, maaşlar, kommunal xidməti...) - 3000 ₼ 1 aya. Dəyişən xərclər - hər məhsula 10 ₼. Məhsulun satış qiyməti - 30 ₼.
Neçə tort satılmalıdır ki, şirkət ziyana düşməsin? Zərərsizlik nöqtəsi.
Neçə tort satılmalıdır ki, şirkət ziyana düşməsin? Zərərsizlik nöqtəsi.
Anonymous Quiz
14%
300
9%
100
4%
75
14%
1000
20%
150
11%
3000
2%
30
2%
975
7%
Düz cavab yoxdur
16%
Məlumat azdır
Dostlar, 13.04.2025 film müzakirəsi olacaq.
Vaxt (ing. "In Time" (2011))
Axşam saat 20:00-da başlayırıq
Filmdəki dünyada pul yoxdur və onun əvəzinə vaxtdır. İnsanlar vaxtla ödəniş edirlər, vaxtla kazinoda oynayırlar. Kimin vaxtı bitir - həyatına son qoyulur.
Kimin vaxtı yoxdursa, vaxt olanda şərhlərdə film haqqında fikrini yaza bilər
#böyük_film
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Hansı ifadə sizə daha yaxındır? #sorğu
Anonymous Poll
51%
Bilik - gücdür!
4%
Bilməzlik - gücdür!
45%
Bilməzliyini bilmək - gücdür!
Bir gənc, yeni parıldayan "Jaguar"ında gözəl əhval-ruhiyyə ilə nəğmə oxuyaraq yol gedirdi. Birdən yol kənarında oturan uşaqları gördü. Diqqətlə onları keçdikdən sonra yenidən sürətlənmək istəyəndə maşına daş dəydiyini eşitdi.
Gənc maşını dayandırdı, çıxıb uşaqlardan birini yaxasından tutdu və qışqıraraq silkələməyə başladı:
— Əclaf! Nə üçün maşınıma daş atdın! Bu maşının nə qədər qiyməti olduğunu bilirsən?!
Uşaq cavab verdi:
— Bağışlayın, cənab... Mənim niyyətim sizə və maşınınıza zərər yetirmək deyildi. Qardaşım əlildir, təkərdən yıxılıb, amma onu qaldıra bilmirəm. Saatlardır kömək diləyirik, heç bir maşın dayanmadı. Başqa çarəm qalmadı, daş atmazdım, siz də dayanmazdınız.
Gənc kömək edib əlili təkərli stuluna oturtdu, göz yaşlarını güclə saxlayaraq. Sonra maşınına yaxınlaşdı və parlaq yeni qapıda daşın buraxdığı çökəyi gördü.
O, bu maşınla illərlə yolda oldu və hər dəfə mexaniklərin qapıdakı çökəyi təmir etmək təklifinə "yox" dedi. Çünki hər dəfə bu çökək ona xatırladırdı:
"Pıçıltıya məhəl qoymasan, sənə tərəf daş atılacaq."
___
Həyat həmişə sizi sınayır. Kiminsə köməyə ehtiyacı olduğunu "pıçıltılar"la hiss edəndə dayanın. Əks halda taleyin "daşı" sizə dəyəcək.
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#hekayələr
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9
Dünyada 8+ mlrd insan var. Təsəvvür edin, hər kəsin ayrı planı, ayrı imkanı, ayrı biliyi, ayrı məqsədi... Bundan əlavə kütlələr psixologiyası fərqli olur. Təbiət də öz təsirini göstərir. Bir insan diqqətsizliyi dünyada asan şəkildə pandemiyaya səbəb ola bilər. Bunları nəzərə alsaq, gələcəyi proqnozlaşdırmaq insan üçün qeyri-mümkün olur, çünki dünyada hər saniyə milyardlarla dəyişikliklər olur. Bunların hamısını eyni anda insan üçün izləmək qeyri-mümkündür. Məsələn bir ölkəyə yeni prezident gəlir və onun siyasəti dünyaya təsir göstərir. Bunları biz öncədən bilə bilmərik. Amma hazır ola bilərik.
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#kitablar
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🔥1
İnsanlar keçmiş təcrübələrə əsaslanaraq gələcəyi proqnozlaşdırmaq qabiliyyətini həddindən artıq qiymətləndirirlər. Məsələn, 2008-ci ilə qədər analitiklər ipoteka istiqrazlarında risk görmürdülər, onları "təhlükəsiz" hesab edirdilər. Amma 2008-ci ildəki İqtisadi böhranda biz nəticəni gördük.
Tarix bizə öyrədir ki, heç vaxt baş verməmiş hadisələr baş verir.
Biz öz inamlarımızı təsdiq edən faktları axtarır, ziddiyyətli məlumatları isə görməməzlikdən gəlirik. Məsələn, investorlar "uğurlu strategiyalar"a inanır, minlərlə uğursuz treyderi isə görmürlər. Biz ən uğurlu biznesmen götürüb ortaq xüsusiyyətlərini axtarıb uğur sirrini axtarırıq. Amma nə qədər uğursuz indan o xüsusiyyətlərə malikdir? Hər bir sahibkarın ayrı uğur səbəbi ola bilər, onları da biz bilmirik, hətta özləri heç bilmir. Kiminsə bəxti gətirib, kiminsə yoldaşı kömək edib, kiminsə rəqibi bağlanıb və bütün bazar təsadüfən bunun olub, kiməsə işçisi kömək edib, kiminsə təcrübəli qohumu olub və s. Uğur kitablarında hər şeyi bəzəyib bizə təqdim edirlər. Reallıq isə fərqlidir. Hətta heç biliyi, məqsədi olmayan biri də uğurlu sahibkar ola bilər. Məsələn təsadüfi hadisəyə görə.
Eyni zamanda nə qədər uğursuz insanlar var? Niyə onların uğursuzluq səbəblərini öyrənmirik? Axı bu daha vacibdir. Bəlkə öyrəniləsi elə budur?
"Orta dünya": proqnozlaşdırıla bilən hadisələr aləmi (insan boyu, maaşlar), normal paylanmanın üstünlük təşkil etdiyi.
"Ekstremal dünya": nadir hadisələrin hər şeyi müəyyən etdiyi sahələr (maliyyə, texnologiya). Burada bir Qara qu quşu bütün bazarları dağıda bilər.
Qara qu quşlarını proqnozlaşdırmağa çalışmaq əvəzinə, zərbələrdən güclənən sistemlər yaratmaq lazımdır. Məsələn, investisiyaların diversifikasiyası, Böhranlara uyğunlaşa bilən çevik biznes modelləri.
Hadisədən sonra dünyanı başa düşülən etmək üçün sadələşdirilmiş hekayələr yaradırıq. Məsələn, şirkətlərin uğurunu təsisçilərin "dahiliyi" ilə izah edirik, təsadüfün rolunu isə görməməzlikdən gəlirik.
Talebin tövsiyələri:
- "Təcrübələr aparmaq": çoxsaylı ideyaları sınayın və beləliklə uğur üçün şansınız artacaq.
- "Xaosda imkanlar axtarmaq: 2008-ci il böhranında $500 milyon qazanmaq kimi, ya Covid19 zamanı yeni milyardçılar yarandı tibbi sahədə.
- "Gözləmək əvəzinə hərəkət etmək: İmkanlar ağacda bitmir, hərəkət etməlisiniz ki, imkanlar qarşınıza çıxsın. Sadəcə edin, özünüzü və ideyalarınızı yoxlayın və nəticə özünü çox gözlətməyəcək.
Hər hansı bir imkana və ya imkanı xatırladan şeydən yapışın. İmkanlar nadir hallarda əldə edilir, çox vaxt düşündüyümüzdən də az rast gəlinir. Şanslı Qara qu quşunu tutmaq üçün onunla qarşılaşmağı özünüz axtarmalısınız. İnsanlar çox vaxt özlərinə şansın üz verdiyini belə başa düşmür və onu əldən verirlər. Əgər böyük nəşriyyat (rəssam, prodüser, nüfuzlu bankın sahibi, görkəmli alim) sizinlə görüş təklif edərsə, bütün işlərinizi ləğv edin: belə bir fürsət ikinci dəfə təqdim olunmaya bilər.
Proqnozlar saxta təhlükəsizlik hissi yaradır. Əvəzinə Hərəkətlərə diqqət yetirin səbəblərə yox. Məsələn, treyder üçün qiymət hərəkəti "niyə qiymət düşdü/qalxdı"-dan daha vacibdir. Qeyri-müəyyənliyi fakt kimi qəbul edin. Bilirsiniz, kriptovalyutada siz uzun analitika edirsiniz, texniki analiz, xəbərləri oxuyub təxmin edirsiniz ki, bu kriptovalyutanın qiyməti qalxacaq. Bu zaman hansısa Balina böyük miqdarda onu satıb qiyməti çökdürür. Buna baxıb digər yatırımçılar panikada tez satıb daha da tokeni salır aşağı, amma proqnozlara uyğun qalxmalı idi. Təsadüfləri və qeyri-müəyyənliyi bir fakt kimi qəbul edin.
"Əgər səhər hər hansı bir dəqiqliklə gününüzün necə keçəcəyini bilirsinizsə, deməli siz bir az ölüsünüz və biliklərinizdən nə qədər əmin olsanız, bir o qədər də ölüsünüz." - Nassim Nikolas Taleb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3❤1👏1
"Yağışı proqnozlaşdırmağa çalışmayın — gəmilər tikin və yağışa hazır olun."
"Fırtınalardan qaçmaq əvəzinə, yel dəyirmanları tikin."
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#kitablar
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🔥1
"Mikroaddımlar metodu + şüurlu narahatlıq"
Niyə bu işləyir?
Necə tətbiq etməli?
Nümunə, ictimai çıxışdan qorxursınızsa:
1-ci gün: Dostunuza bir lətifə danışın.
3-cü gün: 2–3 tanış qarşısında çıxış edin.
7-ci gün: Sosial şəbəkələr üçün video çəkın.
14-cü gün: 5 nəfərlik iclasda çıxış edin.
Hər gün sizi bir az qorxudan bir kiçik hərəkət edin. Məsələn, kafedə tanımadığınız adamla söhbətə başlayın; işə yeni marşrutla gedin; qeyri-adi yemək dadın.
Vəziyyət: İnsan öz biznesinə başlamaq istəyir, amma qorxur.
- Mikroaddımlar:
1-ci gün. 15 dəqiqə ərzində niş haqqında 1 məqalə oxuyun.
2-ci gün. Şirkət üçün 3 ad ideyası yazın.
3-cü gün. Dostunuzla ideyanız haqqında danışın.
4-cü gün. Konstruktorda sadə bir sayt səhifəsi yaradın (qüsursuz olmasa belə).
5-ci gün. Layihə haqqında sosial şəbəkələrdə ilk postu paylaşın.
Nəticə: 2 həftədən sonra qorxu azalacaq, hərəkət vərdişə çevriləcək.
___
Bu gün mikroaddımlarla başlayın — bir ay sonra nələrə qadir olduğunuza heyran qalacaqsınız!
Böyük Şəxsiyyət
#uğur_qaydaları
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤1🔥1
İctimai iaşə bazarında eyni mətbəx arasında ən vacib rəqabətləri üstünləmə şərtləri hansılardır? #sorğu
Yəni ən vacib hansı şərtlərə əsasən alıcılar bir məhsulu alırlar? Məhsul eyni tipdə olanda necə seçirlər hansı şirkətdən alsınlar? 3 variant seçin.
Yəni ən vacib hansı şərtlərə əsasən alıcılar bir məhsulu alırlar? Məhsul eyni tipdə olanda necə seçirlər hansı şirkətdən alsınlar? 3 variant seçin.
Anonymous Poll
55%
Qiymət
41%
Qidanın dadı
35%
Endirimlər, hədiyyələr
24%
Obyektin, işçi heyətinin təmizliyi
36%
Obyektin dizaynı və gözəlliyi: satış yeri, saytı, reklamları
32%
Brend: tanınmış brendə üstünlük verilir
23%
Məhsulun qablaşdırılması
8%
Xarici ad
24%
Qidanı hazırlama və çatdırılma sürəti
1%
Başqa şərt (şərhdə yazacam)
❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏3❤1👍1
Bir gün siçan ferma sahibinin siçan tələsi qurduğunu gördü. Bu barədə toyuğa, qoyuna və inəyə danışdı. Ancaq hamısı cavab verdi: "Siçan tələsi sənin problemindir, bunun bizə heç bir aidiyyəti yoxdur!"
Bir az sonra ilan siçan tələsinə düşdü və fermerin arvadını dişlədi. Onu sağaltmaq üçün həyat yoldaşına toyuğu kəsib şorba hazırladılar. Sonra xəstə qadını ziyarətə gələn hər kəsi yedizdirmək üçün - qoyunu kəsdilər. Və nəhayət, dəfn mərasimində qonaqları kifayət qədər qidalandırmaq üçün - inəyi də kəsdilər.
Və bütün bu müddət ərzində siçan divardakı bir deşikdən baş verənləri seyr etdi və heç kimlə əlaqəsi olmayan şeylər haqqında düşündü!
___
Məna: Bir şey sizə birbaşa təsir etmirsə, onun ümumiyyətlə sizə təsir etməyəcəyini düşünməyin.

👍7👏6🔥3❤2
Hamını salamlayıram.
Bu ay, İyun ayı Kişilərin mental sağlamlığı fərqindəliyi ayıdır, və bu haqqında danışılmağa dəyər bir mövzudur.
Hər bir insan güclü olmalıdır,özünü gücləndirməlidir,amma bu əsas da kişilərin "güclü ol" deyib problemlərini içinə ataraq yaşaması mənasına gəlmir. Güc – susmaq, içində dağ qədər nəhəng,dərya qədər geniş dərd olarkən “mən yaxşıyam” demək deyil. Həqiqi güc, “mən yaxşı deyiləm” deməyi bacarmaqdır. Həqiqi güc, kömək istəməkdən qorxmamaqdır. Bir filmdə görmüşdüm, uşaq tülküdən soruşdu ki, dediyin ən cəsarətli şey nə olub həyatında? O isə cavabında "help" dedi.
Kişilər də yorulur. Qorxur. Sevir. Darıxır. Qırılır. Ağlayır. Amma çox vaxt bunları danışmağa cəsarət etmirlər. Çünki onlara belə öyrədilib: "kişi ağlamaz", "kişi zəif olmaz".
Bu ay, gəlin bu divarları birlikdə yıxaq. Gəlin bir-birimizə qulaq asaq. Ata, qardaş, oğul, dost — hər bir kişi bir insanın dünyasıdır. Get bu gün atanla,qardaşınla maraqlan. Necəsən? de. Ona gül al. 88% kişilər ilk güllərini məzarlarında alırlar. Sənin bir sözün, bir qucaqlaşman, bir “necə hiss edirsən?” sualın bir həyatı dəyişə bilər.
Unutma: Səssizlik qəhrəmanlıq deyil. Danışmaq – şəfa yolunun başlanğıcıdır.
Bu ay və hər zaman, kişilərin ruh sağlamlığını ön plana çıxaraq. Çünki onlar da hiss edir. Onlar da yaşayır. Onlar da dəyərli, sevilməyə və anlaşılmağa layiqdir.
#KişilərinRuhSağlamlığıAyı
#DanışmaqGücdür
#SənTəkDeyilsən
Mənbə: https://t.me/kecid7

Telegram
Keçid🔑📚
Düşüncələr və suallar❓& inkişaf📈 & elm📚 & incəsənət🖼 - hər şey.
chat qrupumuz: https://t.me/+zjKrBi0z_kFlZTky
chat qrupumuz: https://t.me/+zjKrBi0z_kFlZTky
❤7👍1🔥1👏1
Bundan öncə isə, o özünə inamı o vaxtın Liderinə qalib gələndə yaratdı. 19 yaşında gənc tanınmayan bir idmançı o vaxtın Otun Kralı, 7-qat Uimbldon çempionu və Birinci Raketi olan 29 yaşlı Pitt Samprası məğlub edib, illər boyu öz dominantlığına yol açdı.
Federerin bu oyun haqqında sözləri:
"Samprasa qalib gəlib anladım ki, mən böyük ola bilərəm"
___
Özünə inamsızlıq hətta üstünlük qazandığın anlarda belə məğlubiyyət gözləməyə vadar edir və nəticədə çox anda məğlubiyyəti də əldə edirsiniz.
___
___
Məhz buna görə də ən yaxşı və güclülər yenə və yenə qalib gəlirlər:
___
İdmanda, uğurda, biznesdə və ümumi həyatda, əgər beynində qalib gəlməmisənsə, realda da qalib gəlməyəcəksən. Bunu heç vaxt unutma!
Böyük Şəxsiyyət
#uğur_qaydaları
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5👏1🕊1🏆1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Məncə dilimizin inkişafı üçün çox böyük itkidir.
Kiminsə məlumatı olsa yazın t.me/boyuk_shexsiyyet
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✍2
Küçədə yardım istəyənlərə kömək etmək lazımdır? #sorğu
Anonymous Poll
9%
Bəli, borcumuzdur
42%
Bəli, imkan varsa kömək etmək lazımdır
0%
Əlbəttə, bu nə xəsislikdir?
10%
Lazımdır, hər kəs pis vəziyyətə düşə bilər
10%
Bilmirəm, fikrim yoxdur
4%
Xeyr, razıram öncəki paylaşımdakı fikirlənizlə.
5%
Xeyr, imkanım yoxdur kiməsə kömək etməyə. Özümə pul çatmır.
5%
Əlbəttə ki, Xeyr. İndi pulu olan da yardım istəyir. Bəzən yardım istəyənlər bizdən çox qazanır.
19%
Xeyr. Onların çoxu tənbəl insanlardır. İşə düzəlməkdənsə küçədə yardım istəməyi seçirlər.
___
Əlavəniz varsa - yazın
Böyük Şəxsiyyət
#uğur_qaydaları
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM