İşdə üstümə qışqırırlar. Bəzən təhqir edirlər. Nə edim?
Belə şirkətlərə toksik şirkət deyirlər. Təəssüf ki, belələri çoxdur. Çünki bizdə korporativ və işgüzar etika hələ formalaşmayıb.
Nə etmək olar?
• ya qəbul etməlisiniz: məsləhət görmürəm, istəmirəm kimsə "əzilmiş" olsun.
• cavab verib öz sərhədlərinizi qorumalısınız: dalaşmayın, mədəni şəkildə izah edin ki, hər kəs səhv edir, amma belə tərzdə danışmağınız düz deyil və s. Söz - qılıncdan güclüdür BŞ ©
___
Qeyd edim ki, bunu belə saxlamayın. Çünki şəxsiyyəti əzilən biri çətin uğur qazanar. Və övladlarınıza da ziyan olacaq. Kiminsə ixtiyarı yoxdur kimisə alçaltsın.
___
Mən özüm də işləyəndə həmişə cavab vermişəm kimsə həddini aşanda. İstər müdir olsun, istər müavini, istər kim.
Şəxsiyyətinizi qorumasanız, kimsə onu qorumayacaq.
Sərhədlərinizi qoyun ki, kimsə onu aşıb keçməsin.
Özünüzə hörmət tələb etməsəniz, kimsə sizə hörmət qoymayacaq...
Böyük Şəxsiyyət
#uğur_qaydaları #biznes
#sual_cavab #motivasiya
#hüquq #fəlsəfə
#karyera #əhval_ruhiyyə
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💯4❤2🔥1
Öncə qeyd edək ki, bütün biznes ideyalarını bu hasteqlə tapa bilərsiniz #biznes_ideya@biznes_ugur
Və çalışaq təkrarlanmayaq.
Qəribə səslənsə də, keyfiyyətli çörək tapmaq çətindir. Təndir çörəyi alırsan 2-3 saat sonra quruyur, yemək olmur. Baton da alırsan (qara, ağ) - dadlı olmur. Məncə bu sahə boşdur.
Nadir hallarda uzun müddət yumşaq qalan və dadlı çörək tapırdım, o da rayonlarda (məsələn, kürə çörəyi). Bakıda görmədim.
Bura misal üçün, fransız bagetlərini, türk çörəyini (səhv etmirəmsə "trabzon çörəyi" adlanır) əlavə edək. Mağazalara paylamaq ya da elə bişirib sexdən satmaq olar.
Nəsə zamanla bunların keyfiyyəti azalır. Təəssüf ki. Bakıda tərəvəz aldım, dadı yox, sudur. Qiyməti də yüksək. Məncə k/t sektoru zəifləyir, keyfiyyətli məhsul azalır, ona görə ağıllı iş qurmaq vaxtıdır. Təkrar oldu, amma vacib sahədir.
Bir neçə yerli brend gördüm və çox bəyəndim. Məncə davam etməliyik. Qadın və kişi, uşaq və böyük, dini geyimlər - hər sahədə istehsal açmaq olar. Əsas gözəllikdir və rahatlıq. İnstagram, YouTube qulluğunuzda hazırdır.
Ölkədə normal, keyfiyyətli ayaqqabı tapmaq olmur. Çoxunun içi bərk olur, adamın ayağı ağrıyır. Mollarda 150+ manatdan başlayır qiymətlər, amma aralarında bir populyar 3-4 brendə güvənmək olur. Eyni zamanda hər insan 150+ manat verə bilmir ayaqqabıya.
Yaxşı və münasib qiymətdə olan brend tapıb ölkəyə gətirib satmaq olar. Məncə yaxşı qazanarsınız. Türkiyədə, Çində yaxşı brend olar. Balaca partiya da gətirmək olar. O qədər keyfiyyətli ayaqqabılar var ki, 15-30$ arasında.
Marketlərə baxın - nəyi xaricdən gətiririk onu istehsal etmək olar. Qiymətlər çox bahadır, özümüz istehsal etsək bazar boşluğunu tutmaq olar. Və mütləq deyil ki, böyük istehsal açasınız. Balacadan da başlamaq olar.
Çox gözəl sahədir. İşveçrədə olur e, sarı pendir. Yerin altında saxlayırlar. Bizim ölkədə bu sahə çox da inkişaf etməyib. Amma etməlidir. Ölkədə restoranlar çoxdur, əsasən də Bakıda. Yüksək keyfiyyətli pendirdən məncə imtina etməzlər. Biri pizza düzəldir, digər qidaya əlavə edir ya doğrayıb dilim-dilim verir. Eyni zamanda marketlərə də paylamaq olar.
Böyüklər üçün istirahət çox azdır. Ya restorana gedirsən, ya park/Bulvar/moll gəzirsən. Bilyarda ailəvi getmək olmur. Boulinq, kartinq, tamaşalar kənara, belə digər yerlər azdır. Peyntbol, lazertaq, straykbol, balıqçılıq klubları, retro kinoteatr, ailəvi oyunlar yerləri, musiqili axşamlar (restoranlarda), sirk, fokusçular, konsertlər və s. - əminəm ki, daha maraqlı ideyalar düşünmək olar.
Deməli apparat alınır və müştərilər pul atıb özləri maşınlarını yuyurlar. Qəşəng ideyadır. Müştərilər üçün ucuz, sahibkar üçün az xərc tələb edən.
Baxıram, çoxunun saytı yox, dərin biznes-model qurmayıblar, amma qəşəng qazanırlar. Sadəcə internetdə elan atıb, biznes kart paylayıb obyekt əldə edib satırlar və ya icarə verirlər. Əlbəttə, hər şey belə asan deyil, amma yəni bazara giriş çox da yüksək deyil.
Ölkədə əhali qanunu çox aşağı səviyyədə bilir. Bu sahədə çox yaxşı qazanmaq olar. Ofisləri Asan xidmət, Notarius, ya İcra Hakimiyyəti, VVAQ, Bələdiyyə, Miqrasiya və digər dövlət orqanlarının yaxınında açılmaq məsləhətlidir. Baxır sahənizə. Mühasibat agentliyi çox zaman Vergilər-in yaxınında olur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Çox adam bu sahədə məşğuldursa - deməli orada pul var:
• avtomobil təmiri;
• məişət texnikasının təmiri;
• evi istiləşdirmək üçün sistemlər: kombi, isti pol (satış, quraşdırma, təmir);
• kondisioner: satış, quraşdırma, təmir;
• evdə kiçik təmir işləri: elektrika, santexnika, pəncərə qoyulması və ya təmiri;
• HoReCa avadanlıqlarının təmiri: biznes üçün sobaların təmiri - adətən bir neçə restoran, otel, şirniyyat evi, çörək sexi və s. götürürsən, daim zəng vurub təmirə çağırırlar.
Bizim ölkədə yeni-yeni inkişaf edir. Çox perspektivlidir.
• SMM: İnstagram, YouTube, TikTok, Linkedİn, Facebook, Threads.
• SEO: saytların axtarış sistemlərində qalxması.
• PPC reklam: FB Ads, Google Ads, Yandex.Direct.
• Saytların yaradılması, QR-menu, Taplink.
• CRM və POS sistemlərinin quraşdırılması. İzah edərəm bir dəfə ətraflı.
Çox populyar sahədir. İstənilən məhsulu satmaq olar, sadəcə özəllik yaradın ki, sizdən almaq sərfəli və güvənli olsun. Qab-qacaqdan geyimə kimi - hər şeyi satmaq olar.
Kimin əlavə ideyası varsa - yazın
Böyük Şəxsiyyət
#biznes_ideya
#qazanc
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sosial lift – insanın sosial statusunu dəyişməsinə və sosial pilləkənlərlə yuxarı qalxaraq daha yüksək mövqeyə, peşəyə, gəlirə və nüfuza çatmasına imkan verən sosial institutları, mexanizmləri və kanalları ifadə edən məcazi anlayışdır. Belə "liftlərə" misal olaraq təhsil, ailə, ordu, kilsə, biznes, elm, siyasət və ictimai təşkilatlar göstərilə bilər.
Bu hər kəsə aydındır. Hər sahədə güclü mütəxəssis işsiz qalmır və çox uğurlu olur. Həkimlər, hüquqşunaslar, jurnalistlər, İT-mütəxəssislər, mühəndislər, memarlar, kinorejissorlar...
Hər hansı bir dövlət işində, daha doğrusu Dövlət apparatında iş və karyera qurmaq. Həm nüfuzlu olursunuz, həm də qazanc yüksək. Əlbəttə ki, burada uzun illər boyu məqsədli xidmət etmək lazımdır.
Çox anda xarici şirkətdə. Əsasən də bu beynəlxalq korporasiyadırsa.
Ekoloji, humanitar, sosial məqsədli təşkilatlarda.
Hərb elə bir sahədir ki, güclü, savadlı, məsuliyyətli və vətənpərvər zabitləri irəli çəkirlər. Özüm şahid olmuşam. Burada nə tanışlıq kömək etmir, nə də pul. Sadəcə işinə və Vətəninə sadiqlik. Amma, əlbəttə ki, uzun vaxt lazımdır ki, istədiyin nöqtəyə çatasan. Bunu da anlamaq lazımdır.
Məsələn, SOCAR-da.
Burada izaha ehtiyac yoxdur.
Futbol, güləş/sambo, şahmat, üzgüçülük, boks, MMA və digərləri. Qalib gələnlər yüksək dəstək alırlar + reklam kontraktları.
Musiqi - məncə ən populyar sosial liftdir bu sahədə. Əlavə də, aparıcı, TV-də iş.
İngiliscə - networking. Yəni sosial əlaqələr, tanışlar. El arasında "dayday". Amma burada pis nəsə yoxdur. Sadəcə hər ölkədə tanışlarının çox olması çox vacibdir və uğur yolunda kömək olur. Normal bir haldır. Ona görə insanlarla tanışlıq yaratmaq, ünsiyyət qurmaq, insanlar tərəfindən bəyənilmək çoz vacib və gözəl bacarıqdır.
Əlavəniz var?
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#karyera
#qazanc
#təhsil
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
https://www.linkedin.com/company/böyük-şəxsiyyət/
https://www.linkedin.com/in/böyük-şəxsiyyət/
Zamanla şəxsi səhifədə marketinqə aid fərqli paylaşımlar olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
“Bunu böyüklər həll edir” - yoxdur. Ata 5 yaşlı uşağın gözünə baxıb soruşur: “Bəs sən nə düşünürsən?” — və cavabı gözləyir. Burada hörmət yox, daxili səsin çəkisi formalaşır. Adi ailələrdə uşaqlar “itaət etməyi” öyrənir. Ambisiyalı ailələrdə isə — “təsir etməyi”, düz olmasan belə. Bu demokratiya deyil. Bu — liderlik mövqeyinin açılışıdır: “mənə aidiyyəti var, mən qarışmaq haqqına malikəm.”
Altı yaşlı uşaq sendviçdən dişləyir və eşidir: “Bu gündən nə istəyirsən?” — demir “özünü yaxşı apar”, demir “məni utandırma”. Deyir "Özün nə istəyirsən?". Bu nəzarət deyil — müəllifliyi öyrətməkdir. Çünki 7 yaşında məqsədini formalaşdırmağı öyrənənə, 27 yaşında rəis lazım olmur.
Danlamaq yoxdur, “mən demişdim axı” yoxdur. Sual hamıya: “Harada səhv etdin və nə başa düşdün?”. İlk danışan ata olur — özü haqqında. O, öyrətmir, utanmadan zəifliyini göstərir. Bu isə məktəbin proqramını (“səhv = məğlubiyyət”) sındırır. Burada səhv = alət. Çünki güclü o deyil ki, kim yıxılmır. Güclü o kəsdir ki, uçuruma sakit baxır — və ondan pilləkən düzəldir.
Ölüm, pul, hakimiyyət, xəyanət. Filtr yoxdur. “Bunu böyüyəndə biləcəksən” yoxdur. Qaranlığın adını çəkməyi öyrənən uşaq, böyüyəndə ondan qorxmur. Onu nə xəyanət, nə ölüm, nə də itki sarsıdır. Çünki o, öyrənib: reallıqla təmas — onun üzərində nəzarət deməkdir.
“Anaya kömək et” demir, “sənin zonan — vanna otağı. Özünə cavabdehsən” deyir. Xatırlatma yoxdur. Mükafat yoxdur. Çünki lider üçün əsas məsuliyyətə görə qiymət lazım deyil. Uşaq döşəməni “məcbur” olduğu üçün yox, bura onun ərazisi olduğu üçün silirsə — gələcəkdə komandaya rəhbər də ona görə olur ki, mühit idarə etməyi bacarır. Hər şey isə bir diş fırçasından başlayır — hansı ki, ona yalnız sən cavabdehsən.
___
Bunlar ailədə xoş ab-hava yaratmaq üçün deyil. Burada sən qaydalar yaradırsan. Əks halda - həyatın boyu kiminsə qaydalarına riayət edəcəksən.
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#təhsil
#çərçivədən_çıxın
#liderlik
#milyonçu_düşüncəsi
#uşaq_tərbiyəsi
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Təssəvvür edin, qayıqda üzürsünüz, əziyyətlə irəli gedirsiniz, amma hər dəfə dalğa sizi geriyə, əvvəlki yerə atır. Siz daha da çox güc sərf edirsiniz, amma yenə atılırsınız. Və bu daim davam edir. Haqsızlıqdır? Axı siz çalışırsınız, inkişaf edirsiniz?
Desəm ki, bu bizim həyatımızdır, inanarsınız? Gəlin izah edək.
Hər il, hətta bəzən hər ay qiymətlər qalxır. Bu il 500 ₼ maaş alırsınız və həyata 400 ₼ xərcləyirsiniz. Amma gələn il, eyni məhsullar üçün siz 400 ₼ yox (təxminən) 10% çox sərf edəcəksiniz. Bu edir 440 ₼, amma maaş qalxmır. Növbəti il yenə də 10% qalxır qiymətlər və sizə artıq həyat üçün 484 ₼ lazım olur. Artıq sizin maaşınız qalxmasa gələn ilə yaşayış səviyyəniz düşəcək.
Bunun adı inflyasiyadır.
İnflyasiya — latın mənşəli sözdür, inflatio sözündən gəlir — “şişmə, hava ilə dolma, köpmə”. Sanki bir balon kimi, getdikcə daha çox şişir, ta ki partlayana qədər. İqtisadiyyat əsrlərdir bu ssenarini təkrar edir: qiymətlər artır, pul dəyərini itirir, insana isə elə gəlir ki, eyni yerdə qalmaq üçün daim daha sürətli qaçmalıdır.
Təsəvvür edin, eyni səviyyədə yaşamaq üçün inkişaf etmək lazımdır. Hər il ən azı 10% daha çox qazanmaq lazımdır ki, eyni səviyyədə yaşayasınız.
İnkişaf olunmasa hətta geri atılırsınız və daim daha aşağı təbəqələrə düşürsünüz.
Və təsəvvür edin ki, inflyasiya 10% yox, 20% oldu. 30-40-50% oldu. Düşünün, hər il 30% daha çox qazanmaq lazımdır ki, siz sadəcə eyni səviyyədə yaşayasınız.
___
Ona görə bunu nəzərə alın. Və inkişafınızın sürətini daha artırın ki, siz inflyasiyanı hər il qat-qat keçəsiniz. Yalnız elə yaşayış səviyyəniz qalxacaq.
İqtisadiyyat elə qurulub ki, sən inkişaf etməsən - batacaqsan. Çünki eyni səviyyədə qalmaq üçün inkişaf etməlisən. Artım üçün daha güclü inkişaf lazımdır.
___
İnflyasiya — dünyanın səssiz bölünməsidir.
O, sizdən gələcək üzərindəki hakimiyyəti alır, inamı ümüdə, ümidi isə toza çevirir. Amma onun mahiyyətini anlayanlar axına qarşı üzməyi öyrənirlər: yanmayan, paslanmayan və dəyərini itirməyən şeylərə sərmayə qoyurlar.
Pul — sadəcə kağızdır, amma inflyasiya — onu qeyri-müəyyənlik okeanı üzərində sovuran küləkdir. Ona görə həyatınızı qeyri-müəyyənlik içində yaşamayın.
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#nəzəriyyə
#çərçivədən_çıxın
#statistika
#iqtisadiyyat
#həyatqəddardı
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍4
Forwarded from Fidigitally
Salamlar, Mənim adım Fidandır.🙋♀
Digital marketinglə məşğulam. Daim öz üzərimdə çalışır, həm tətbiq edir, həm də öyrəndiklərimi başqalarıyla bölüşürəm.
📲Hazırda kiçik biznes sahiblərinə və şəxsi brend yaratmaq istəyənlərə SMM dəstəyi verirəm. Həmçinin, digital məzmunlar yaradaraq frilanser olaraq çalışıram.
Bu kanalda sosial media üçün effektiv ideyalar, digital məhsul nümunələri və rəqəmsal dünyada dəyər yaratmaq istəyənlər üçün praktik tövsiyələr paylaşacağam.
Öyrəndiklərimi real, sadə və praktik formada təqdim edirəm ki, izləyən hər kəs faydalana bilsin.
Əgər sən də sosial mediada inkişaf etmək, brendini yaratmaq və kontentinlə daha çox insana çatmaq istəyirsənsə — burası sənin üçündür 🌿
Gəlin birlikdə öyrənək, paylaşaq və inkişaf edək 🤍

Bobbi Akselrod - «Milyardlar» serialından, ambisiyalı, hiyləgər və amansız milyarderdir, Axe Capital adlı hedc-fondunu idarə edir. O, maliyyə manevrlərində ustadır və komandaya ilham vermək qabiliyyətinə malikdir. Qarşısında duran rəqib və düşmənlərini soyuqqanlıcasına məhv edir. Biznesdə prinsipsiz olsa da, ailəsinə və yaxınlarına sadiqdir.
Böyük Şəxsiyyət
#uğur_qaydaları
#şəxsiyyətlər
#fikirlər
#motivasiya
#milyonçu_düşüncəsi
#böyük_film
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc |
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
Forwarded from Kripto Qazanc 🇦🇿🇹🇷
💼💎🚀 1 il ərzində bazar:
2024 sentyabr - 2024 dekabr qalxdı.
2024 dekabr - 2025 aprel çökdü.
2025 aprel - 2025 avqust qalxdı.
2025 sentyabr - başladı çökməyə.
___
Deməli, bazar çökəndə alıb - bazar qalxanda satmaq olardı. Çünki bu anlarda tokenlər x2-x6 etdilər.
Ona görə bu dövrlərə uyğun hərəkət etmək lazımdır.
Keçən il $100 olanda, onu sentyabrda alıb dekabrda $250 etmək olardı.
Sonra 2025 apreldə ona dibdə kripto alıb onu avqustda $750-900 etmək olardı.
Və ona indi dibdə kripto alıb, 2025 dekabra $1500-5000 etmək olar.
Burada səbr lazımdır. Hər gün kripto alıb satmaq lazım deyil. Sadəcə alıb gözləmək lazımdır.
Futures kazinodur. Şeytanın oyuncağı. Spotda almaq lazımdır.
Bu qədər. Diqqətlə oxuyub düşünün...

👍2
💎🛍🧮Həyatımız - bahalaşma ilə mübarizədir
Çünki inflyasiyadan başqa da səbəblər var.
Gəlin araşdıraq, nə bizim varlanmağımıza mane olur:
1. İnflyasiya:
İnflyasiya idxal/ixracdan, ölkə iqtisadiyyatının gücündən, istehsalından, kiçik biznesin inkişafından, geosiyasətdən, pul çapından asılı olur - bunu hər kəs artıq bilir. Ona görə inflyasiya mövzusunu açıqlamayaq.
Çünki ölkədə istehsal və kiçik biznes nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ölkə nə qədər çox ixrac etsə o qədər yaxşıdır. İnflyasiya azalır. Çünki yerli valyutaya daim tələbat olur.
2. Demoqrafik səbəblərdən asılı olan qiymət artması:
Bu da inflyasiyanın bir hissəsidir. Tibb, təhsil, daşınmaz əmlak - bunların qiyməti daha sürətlə qalxır və ümumi inflyasiyanı qabaqlayır. Mənzil almaq ildən ilə çətinləşir.
3. İstehlak cəmiyyəti:
Bizə propaqanda edirlər ki "pulunu xərclə", "al", "kredit götür", "taksit götür (bir neçə aya ödə)".
Və biz qazandığımızdan çox pul xərcləyirik nəticədə. Əvvəl 7 ildən bir dəyişdiyimiz telefonu, indi 2 ildən bir dəyişirik - kredit və ya taksit götürərək. Birinin pulunu verən kimi, digərini götürürük. Hətta eyni zamanda bir neçə krediti olanlar da çoxdur.
4. Qalxan standartlar:
Əvvəl biz 07 almaq istəyəndə, indi ən azı Opel, Reno almaq istəyirik. Çünki standartlar dəyişib. Əvvəl 30 ₼ verib knopkalı telefon alanda, indi standartlar deyir ki, 700 manatlıq telefon al. Əlbəttə ki, bunlar xərcləri artırır.
5. Korporasiyalar:
Hər bir şirkətin məqsədi - daha çox pul qazanmaqdır. Qazancın maksimallaşması. Ona görə onlar hər il, hər ay və hər gün minlərlə hiylələr kəşf edirlər ki, bizlərə məhsulu daha baha və daha çox satsınlar. Başqa sözlə onlar bizlərdən daha çox pul almaq istəyirlər və alırlar da. Məsələn, baxın, ən bahalı telefon əvvəl 600 ₼ olanda, indi 4000-5000 ₼-dır. Və ən vacibi də odur ki - bizi məcbur etmirlər, biz özümüz pulumuzu öz xoşumuzla vermək istəyirik.
6. Hələ gələcəkdə - süni intellekt, robotlaşma iş yerlərini azaldır və azaldacaq.
___
Dostlar, cəmiyyət elə qurulub ki, varlılar daha varlı olur, kasıblar da daha kasıb. Bunu unutmayın. Əgər kasıbsınızsa - deməli daha kasıb olacaqsınız.
Bu çarxdan necə çıxmaq olar? Sabah yazacam...
Böyük Şəxsiyyət ©️
#uğur_qaydaları
#nəzəriyyə
#çərçivədən_çıxın
#statistika
#iqtisadiyyat
#həyatqəddardı
t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Öncə qeyd etmişdik ki, inflyasiya daim artır və sadəcə eyni səviyyədə yaşamaq üçün ildə 10-15% daha çox qazanmalısan (= inkişaf etməlisən). Reallıq isə daha ağırdır.

Sistem sənə qarşı qurulubsa necə uğur qazanmaq olar?
Biz elə bir dünyada yaşayırıq ki, oyunun qaydaları əvvəldən bizim xeyrimizə deyil.
Pul inflyasiya ilə dəyərini itirir, korporasiyalar diqqətimizi və gəlirimizi udur, dövlət vergilər alır, cəmiyyət isə bizi istehlaka və “status oyuncaqlarına” sürükləyir. Amma çıxış yolu var. Lövhədə (şahmat) fiqur olmaq yox, oyunçu olmaq lazımdır.

1. Bunun üçün ilk növbədə - oyunun qaydalarını dərk edin:
• Pul həmişə dəyərdən düşür.
• “Statik” formada saxlamaq — uduzmaq deməkdir. Pul - sənə işləməlidir, sən pula yox.
• Sistem yığmağı yox, xərcləməyi təşviq edir.
• Siz heç kimə lazım deyilsiniz. Çətin anda sizə heç kim kömək etməyəcək.
• Təhsil sistemi sizə normal təhsil verməyəcək. Boş yerə ümidlənməyin.
• Özünüz özünüzə kömək etməsəniz, kimsə kömək etməyəcək.
• Heç nə etməsəniz, heç nə də olmayacaq, daha doğrusu daha pis olacaq hər şey.
• Hər kəs uğur qazanmayacaq. Ona görə çalışın ən öndə olun, digərlərindən daha sürətli inkişaf edin.
• Dünya zəifləri əzir. Zəif = biliksizlər.
Çıxış: şikayətlənmək yox, bu mexanizmləri öz xeyrinə işlətmək lazımdır.
Nə etmək:
• Maliyyə qaydalarını öyrənin;
• Özünüz təhsil alın. Həm seçdiyiniz sahədə, həm də ümumi həyat görünüşünüzü artırın - hər sadəcən az az bilik toplayın.
• Çalışın özünüzü təmin etməyi öyrənin. Valideylərlə yaşayırsınızsa, az olsa da, özünüzə qazanc yaradın və çalışın maliyyə azadlığınız, daha doğrusu maliyyə müstəqilliyiniz olsun.
• Valideyinlərlə danışın ki, sizin inkişafınıza dəstək olsunlar. Çünki çox valideyin maneə olur və qadağa qoyaraq potensialımızı azaldır, inanmır bizə.
2. Düşüncənizi dəyişin:
• «Qiymətlər artır» əvəzinə → «İnflyasiyanı ötəcək aktivlərə necə sərmayə qoyum?»
• «Mən bunu ala bilmirəm» əvəzinə → «Mən bunu necə qazana bilərəm?»
• «Sistem mənə qarşıdır» əvəzinə → «Sistemin qaydalarını necə öz xeyrimə istifadə edim?»
Yeyilən və əzilən olma!
3. Bacarıqlarla özünüzü qoruyun:
• Ən güclü anti-inflyasiya aktivi — dəyər yaratmaq bacarığıdır.
• Satış, marketinq, maliyyə, texnologiyalar - bunlardan daim yeni bilik alın. Çünki onlara həmişə tələbat olacaq.
• Dünya ilə bir inkişaf edin və bu sahələrdə biliklərinizi artırın: İT, kriptovalyuta, süni intellekt, avtomatlaşdırma.
• Bir peşə seçin və elə inkişaf edin ki, dünyada ən ən güclü mütəxəssislərdən biri olun.
• İngilis dili - mütləq öyrənin və dünya sizə açılacaq. Onunla da dünyanın imkanları və fürsətləri.
Nə qədər əvəzolunmazsan, sistem səni bir o qədər az “yeyə” bilir. Amma yenə də yeyir... Məqsədiniz yeyilmə payının azaldılmasıdır.
4. Gələcəyə yatırım:
• Çalışın özünüzə ad qazanın. Həm adi insan kimi, kimə güvənmək olar, kimi yaxşı biri hesab edirlən, həm də mütəxəssis kimi - çalışın maksimum adam sizi peşəkar kimi tanısın.
• Netvorkinq: çalışın tanışlarınız, dostlarınız çox olsun. Əliniz hər yerə çatsın.
5. Gəliri şaxələndirin:
• Heç vaxt bir ölkədən, bir valyutadan və ya bir gəlir mənbəyindən asılı qalmayın.
• Valyuta bazarı: nağd pulu çalışın tək manatda yox, dollar, avroda da saxlayın. Əlavə olaraq depozit açıb faiz alın.
• Fond bazarı: çalışın az az olsa da, uzunmüddətli yatırım edib səhmləri saxlayın. Böhranda belə yaşayan sahələrə yatırım edin: energetika, qida, tibb - bu böhrandan sığortanız olsun.
• Kriptovalyuta: əsası olan, arxasında güclü ad və ya şirkət olan tokenlərdən alıb saxlayın. Uzun müddətli.
• Əlavə olaraq: onlayn biznes, xarici bazarlarda qazanc və digər sərt aktivlərə (qızıl, gümüş, torpaq, daşınmaz əmlak) vaxtınızı və maliyyənizi ayırın.
Bütün yumurtaları bir səbətdə saxlamayın.
6. Kapitalı statusla qarışdırmayın:
Çoxları “oyuncaqların” dalınca qaçır — iPhone, kredit maşınlar, brendlər.
Amma güc obrazda yox, kapitalladır. Sual: bu aktivdir, yoxsa passiv? Pul gətirirsə — aktivdir. Qalanı — xərclərdir.
7. Müdafiə və kapitalın artımı:
• Təhlükəsizlik yastığı: 3–6 aylıq qara gün üçün xərclərinizin məbləği həmişə olmalıdır.
• Pis borclardan, kreditlərdən qurtulun.
• Qızıla, torpağa, səhmlərə sərmayə qoyun.
• Pulunuzu valyutalara bölün.
• Passiv gəlir mənbələri və aktivlər yaradın: investisiya, biznes, rəqəmsal aktivlər, icarədə passiv gəlir.
• Kapital yığın.
• Hüquqi savadlılıq: vergilər, güzəştlər, cərimələrin ləğvi, haqqınızdan istifadə etmək - qanunu bilsəniz günahsız yerə sizi əzə bilməyəcəklər.

❤1
8. Uzun dövrlərlə düşünün:
Sistem aylıq və ya illik düşünənləri udur.
Qazananlar 10–20 illik plan qurur:
• Kapital hədəfiniz nədir?
• Hara sərmayə edəcəksiniz?
• Ailənizi və övladlarınızı necə təmin edəcəksiniz?
9. Qurtarıcı gözləməyin:
• Universitet sənə həqiqi bilik verməyəcək.
• Dövlət sənə firavan qocalıq yaratmayacaq.
• Valideynlər həmişə düzgün yol göstərə bilməz.
Əsas: özünü özün təmin et və öz qayğına özün qal.
10. Sistem üzərindən qazanmağı öyrənin:
• Keşbek, bonuslar, birgə alışlar - ağıl ilə alqı edin.
• Sağlamlıq profilaktikası: sağlamlıq da kapitaldır, onu qoruyun.
• Sığorta: öz canınızı, sağlamlığınızı, mülkünüsü, biznesinizi sığortalayın. Qara gündə sığorta köməyiniz olacaq.
___
Bonus: yubanmayın, ertələməyin. Hər şeyi indi edin - bu gün də yox, indi bu saniyədə. Çünki indi etməsəniz, heç vaxt etməyəcəksiniz.
___
Sistem daim qazancınızın bir hissəsini alacaq: inflyasiya, qiymət artımı və vergi ilə.
Amma şahmatdakı kimi, piyadalar birinci məhv olur. Qalib gələn - bir neçə addım önü düşünənlər olur...
Böyük Şəxsiyyət ©️
#uğur_qaydaları
#qazanc
#karyera
#maliyyə
#çərçivədən_çıxın
#həyatqəddardı
#iqtisadiyyat
#məqsədlər

‼️💵💎Kriptoda 2 tələ:
🩸Nəticə: siz mənfidə satıb daha ucuzdan almaq istəyirsiniz. Amma bazar qalxır - siz tez satdığınızdan baha qiymətə alıb düşünürsünüz ki, bazar tez qalxacaq. Amma o yenə düşür və yenə siz mənfidəsiniz. Nəticədə pul itirə itirə gedəcəksiniz.
💎Təcrübəli nə edir: pilləkənlə alır. Pulunu bölür 3-5 yerə və hər düşdükcə alır. Beləliklə orta alqı qiymətini aşağı salır. Heç kim bilmir bazar dibdə nə vaxt olur. Sadəcə alırlar. Gördüyünüz kimi, kripto elə anda qalxıb düşür ki, heç kim gözləmir. Ona görə səbr edin. Pilləkənlə alıb pilləkənlə satın.
____
🩸Nəticə: FOMO hissi. Heyfslənirsiniz və gələn səfər yaxşı qalxışda satmırsınız ki, daha yüksəkdə ola bilər. O qalxır qalxır, bir zaman düşür və görürsünüz ki, pulunuz əridi. "Kaş ki satardım" deyərək hamını günahlandıracaqsınız.
💎Təcrübəli nə edir: tamahını idarə etməyi bacarır. O hər qalxdıqca, pilləkənlə satır və qazancını fiksasiya edib gözləyir yeni fürsəti. Təcrübəli 💵 #USDT ilə hər şeyi ölçür, kripto dəyəri ilə yox. Ona görə qazancı fiksasiya edir hər fürsətdə.
#treydinq_dərsləri
#kripto_treydinq
___
Birjalar:
OKX KYC mütləq. Invite kod:
MEXC KYC mütləq deyil. Invite kod:
___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
• Aldım - bazar düşdü, daha aşağıdan ala bilərdim. Fürsəti qaçırtdım.
🩸Nəticə: siz mənfidə satıb daha ucuzdan almaq istəyirsiniz. Amma bazar qalxır - siz tez satdığınızdan baha qiymətə alıb düşünürsünüz ki, bazar tez qalxacaq. Amma o yenə düşür və yenə siz mənfidəsiniz. Nəticədə pul itirə itirə gedəcəksiniz.
💎Təcrübəli nə edir: pilləkənlə alır. Pulunu bölür 3-5 yerə və hər düşdükcə alır. Beləliklə orta alqı qiymətini aşağı salır. Heç kim bilmir bazar dibdə nə vaxt olur. Sadəcə alırlar. Gördüyünüz kimi, kripto elə anda qalxıb düşür ki, heç kim gözləmir. Ona görə səbr edin. Pilləkənlə alıb pilləkənlə satın.
____
Satdım, qiymət daha da qalxdı. Daha baha satıb daha çox qazana bilərdim.
🩸Nəticə: FOMO hissi. Heyfslənirsiniz və gələn səfər yaxşı qalxışda satmırsınız ki, daha yüksəkdə ola bilər. O qalxır qalxır, bir zaman düşür və görürsünüz ki, pulunuz əridi. "Kaş ki satardım" deyərək hamını günahlandıracaqsınız.
💎Təcrübəli nə edir: tamahını idarə etməyi bacarır. O hər qalxdıqca, pilləkənlə satır və qazancını fiksasiya edib gözləyir yeni fürsəti. Təcrübəli 💵 #USDT ilə hər şeyi ölçür, kripto dəyəri ilə yox. Ona görə qazancı fiksasiya edir hər fürsətdə.
#treydinq_dərsləri
#kripto_treydinq
___
Birjalar:
OKX KYC mütləq. Invite kod:
56226904MEXC KYC mütləq deyil. Invite kod:
12SUY9___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
❤2
🧠🤖🦾Süni intellektin ziyanları
Birinci qeyd edim ki, tam olaraq süni intellekt (AGI) hələ ki yaradılmayıb. Hal-hazırda kəşf etdiyimiz - neyron şəbəkələridir. Dərinliyə girsək isə - dil modelləridir.
Fərq oradadır ki, ChatGPT kimi neyron şəbkələrində şüur, təxəyyül, mənlik, dərrakə, düşüncə yoxdur. Və bütün mövcüd olan bilikləri də özünə yükləməyib. Amma çoxumuz onu ən ağıllı, insan və Tanrı arasında olan varlıq kimi qəbul edirik. Bu isə elə deyil. Hələ ki...
Ona görə, sual verəndə, onlar bütün onlara yüklənilən məlumatlara (yazılar, səslər, videolara) əsaslanaraq cavab verirlər. Bu tam olaraq düz olmaya bilər, əsasən də fəlsəfi mövzularda.
1. Ona görə fəlsəfi, mənəvi (sevgi, münasibət, seçim, qərar) suallarda yanıla bilərsiniz. Buna diqqət edin. Çalışın texniki, elmi, dəqiq suallar verin. Əsas emosional qərarları əldə edilən məlumatlara əsasən özünüz verin.
2. Səhv məlumat
Hətta texniki, elmi suallarda səhv məlumat da əldə edə bilərsiniz. Məsələn tibbdə. Çünki neyron şəbəkələri səhv, etibarsız və ya köhnə mənbəni seçə bilər. Nəticədə ziyan gələ bilər sizə.
3. Faydalı bilikləri qaçırma
Neyron şəbəkələri məlumatı mənbələrdən götürür, hər süni intellektdə baza fərqlidir. Çoxu axtarış sistemlərdəki saytlardan çəkir məlumatı.
İndi təsəvvür edin, siz maliyyə haqqında Forbes-də məqalə oxuyursunuz və əminsiniz ki, bunu nüvuzlu KİV yazıb, buna inanmaq olar. Süni intellektdə isə - mənbə dəqiq bilinmir. Ona görə səhv məlumat əldə edə bilərsiniz və ya, nə ondan daha vacibdir, dərin peşəkar məlumatını diqqətinizdən qaçıra bilərsiniz. Fərq var - kimdən təhsil almaq, Uoll-Strit canavarlarından yoxsa forumda şərh yazan naməlum şəxsdən.
Ona görə axtarış sistemlərini unutmayın. Hələ ki, ən dərin biliklər, peşəkar məqalələr oradadır.
4. Tənbəlləşmə
Necə ki, TikTok bizi öyrədib uzun sənədli filmə baxmamaq, uzun məqalə oxumamaq, elə də beyin deyir ki, axtarış sisteminə (Google) getmə, ChatGPT-yə yaz tez və qısa cavab verəcək.
5. Yaltaqlıq vs. ChatGPT məni başa düşür
Bəzən ChatGPT - sizin verdiyiniz suala eşitmək istədiyiniz cavabı verir. Çünki insanların cavab xoşuna gəlməyəndə cavaba şikayət atıb 👎 qoyur. Buna əsasən də süni intellekt çalışır elə cavab yazsın ki, xoşunuza gəlsin = eşitmək istədiyiniz olsun.
6. Öz fikri yoxdur, tənqidi düşüncəsi yoxdur
İnternetdən ortalanmış cavablar verir.
Süni intellekt köməkçidir. O kitablara, təhsilə, mentorlara, peşəkarlara əvəz deyil. Və hətta, o öz intellektinizə əvəz deyil. Ona güvənib öz zeyninizi geridə saxlamayın...
Böyük Şəxsiyyət ©️
#süni_intellekt

❤8