𝐂Ə𝐍𝐍Ə𝐓 𝐐𝐎𝐗𝐔𝐋𝐔𝐌🕊
12K subscribers
1.4K photos
298 videos
2 files
57 links
•"Hərşeyin başı səbrdir səbr edin ki xoşbəxt olasız" 🕊️🤍
Download Telegram
Peyğəmbərimiz (s) buyurub:

Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…"
❤6👍4🥰2😍1
İmam Sadiq (ə) buyurmuşdur:                                                                                  
“Oruc tutduğun zaman sənin qulağın, gözün, tüklərin, dərin və bütün bədən üzvlərin oruc tutmalıdır. Yəni, haram işlərdən, hətta məkruh işlərdən belə çəkinməlidir”.


"Məfatihul-Cinan".
👍10❤2🥰1😍1
Ramazan ayının 9-cu gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

✨ Ərəbcə:  

•اَللّـهُمَّ اجْعَلْ لي فيهِ نَصيباً مِنْ رَحْمَتِكَ الْواسِعَةِ، وَاهْدِني فيهِ لِبَراهينِكَ السّاطِعَةِ، وَخُذْ بِناصِيَتي اِلى مَرْضاتِكَ الْجامِعَةِ بِمَحَبَّتِكَ يا اَمَلَ الْمُشْتاقينَ•

✨ Duanın oxunuşu: 

Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu! 

✨Allah ibadətlərinizi qəbul etsin
.🌹
👍3❤1🥰1😍1
Allahın Peyğəmbəri (s) buyurdu:

"Ey Əbəl Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
👍5❤1
İmam Həsən (ə) buyurub:

Allah-təala Ramazan ayını öz bəndələri üçün yarış meydanı qərar vermişdir..
Bir dəstə insan bu ayda vaxtını itaət və ibadətdə keçirdərək səadət və Allahın_ razılığını qazanmaqda,
biri digərindən irəli çıxmağa çalışacaq...
Başqa bir dəstə də diqqətsizlik və laqeydlik ucbatından bu ayı zərər və ziyan ilə başa vuracaqlar...

Tuhəful-Uqul, səh 234, hədis 14.
👍5❤1
Ramazan ayının 10-cu gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

✨ Ərəbcə: 

•اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنَ الْمُتَوَكِّلينَ عَلَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْفائِزينَ لَدَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْمُقَرَّبينَ اِلَيْكَ بِاِحْسانِكَ يا غايَةَ الطّالِبين•

✨ Duanın oxunuşu:  

Əllahumməcəlni fihi minəl mutəvvəkkilinə ələyk, vəcəlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
❤3👍2
İmam Həsən Muctəba (ə) buyurub:

Bir şəxs Quran oxusa, onun üçün qəbul olunmuş bir dua vardır ya həmin vaxtda və ya gələcəkdə...
❤10👍2🤩1
İmam Musa Kazim (ə) buyurub:

Oruc tutanın duası,
iftar vaxtı qəbul olur...

Biharul-ənvar. Cild-92. Səh-255
❤9👍2
Ramazan ayının 11-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨

✨ Ərəbcə:  

•اَللّـهُمَّ حَبِّبْ اِلَيَّ فيهِ الاِحْسانَ، وَكَرِّهْ اِلَيَّ فيهِ الْفُسُوقَ وَالْعِصْيانَ، وَحَرِّمْ عَلَيَّ فيهِ السَّخَطَ وَالنّيرانَ بِعَوْنِكَ يا غِياثَ الْمُسْتَغيثينَ•

✨ Duanın oxunuşu: 

Əllahummə həbbib iləyyə fihil ihsən, və kərrih iləyyə fihil fusuqa vəl isyən, və hərrim ələyyə fihis-səxatə vən-niran, biəvnikə yə ğiyəsəl mustəğisin.  

✨ Duanın tərcüməsi:  

İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən!

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
👍4❤1
İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən):

«Bü ayda öz canlarınızı zəhmətə və sə‘yə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»

Biharul-Ənvar, c.96,səh. 375 , hədis 63
👍5❤2🥰1
🌹İmam Rza🌹 (ə):

Allahdan (Ramazan ayında) oruclarınızın qəbul olunmasını və bu Ramazanı oruc tutduğunuz sonuncu Ramazan olmamasını istəyin.


Mənbə:Fəzailu əşhuris-səlasə, Şeyx Səduq,səh 97.

Orucunuz qəbul olsun🌹
❤4
Ramazan ayının 12-ci gününün duası
 
🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹
•اَللّـهُمَّ زَيِّنّي فيهِ بِالسِّتْرِ وَالْعَفافِ، وَاسْتُرْني فيهِ بِلِباسِ الْقُنُوعِ وَالْكَفافِ، وَاحْمِلْني فيهِ عَلَى الْعَدْلِ وَالاِنْصافِ، وَآمِنّي فيهِ مِنْ كُلِّ ما اَخافُ بِعِصْمَتِكَ يا عِصْمَةَ الْخائِفينَ•

✨ Duanın oxunuşu: 

Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz gözətçiliyinlə bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir, mənə qənaət və kifayət libası geyindir, məni bu gün ədalət və insafa vadar et, məni qorxduğum işlərdən amanda saxla, ey qorxanların gözətçisi!

✨ Allah ibadətlərinizi qəbul etsin.🌹
👍4❤1
İmam Əli (ə.s):

"Ramazan Allahın ayı, Şaban Rəsulullahın ayı, Rəcəb mənim ayımdır."
❤5👍2
İmam Rza (ə) buyurub

"Kim Ramazan ayında bir möminə kömək edərsə, Allah təala insanların ayaqlarının siratdan düşəcəyi gün, o şəxsin siratdan keçməyinə köməklik edər".

"Biharul-ənvar" , c.93,səh.341.
👍6❤1
Ramazan ayının 13-cü gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨
•اَللّـهُمَّ طَهِّرْني فيهِ مِنَ الدَّنَسِ وَالاَقْذارِ، وَصَبِّرْني فيهِ عَلى كائِناتِ الاَقْدارِ، وَوَفِّقْني فيهِ لِلتُّقى وَصُحْبَةِ الابْرارِ بِعَوْنِكَ يا قُرَّةَ عَيْنِ الْمَساكينَ•

✨ Duanın oxunuşu: 

Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit-tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əyil məsakin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz köməyinlə bu gün məni çirkin əməl və pis işlərdən pak et, bu gün baş verəcək müqəddəratda mənə səbir və dözüm ver, məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey yoxsulların gözünün işığı!

✨Allah ibadətlərinizi qəbul etsin
.🌹
👍3