𝐂Ə𝐍𝐍Ə𝐓 𝐐𝐎𝐗𝐔𝐋𝐔𝐌🕊
12K subscribers
1.4K photos
298 videos
2 files
57 links
•"Hərşeyin başı səbrdir səbr edin ki xoşbəxt olasız" 🕊️🤍
Download Telegram
Ramazan ayının 14-cü gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹
•اَللّـهُمَّ لا تُؤاخِذْني فيهِ بِالْعَثَراتِ، وَاَقِلْني فيهِ مِنَ الْخَطايا وَالْهَفَواتِ، وَلا تَجْعَلْني فيهِ غَرَضاً لِلْبَلايا وَالاْفاتِ، بِعِزَّتِكَ يا عِزَّ الْمُسْلِمينَ•

✨ Duanın oxunuşu: 

Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.

✨ Duanın tərcüməsi: 

İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
Başqalarından daha yaxşı olmağa çalışmayın, əvvəlcə özünüzdən daha yaxşı olmağa çalışın.Çünki ağıl başqaları ilə məşğul edildikdə kiçilir, özü ilə məşğul edildikdə isə böyüyür
❤12👍4🤩1
Xanım Fatimeyi Zəhra (s.ə)buyurub:

 «Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?»
👍10❤1
- Mübarək Ramazan ayının əsl
hədəfi insanı düzəltməkdir.
Yəni naqis insanlar özlərini
sağlam, sağlam insanlar da
özlərini kamil etsinlər...
👍11
Ramazan ayının 15-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

•اَللّـهُمَّ ارْزُقْني فيهِ طاعَةَ الْخاشِعينَ، وَاشْرَحْ فيهِ صَدْري بِاِنابَةِ الُمخْبِتينَ، بِاَمانِكَ يا اَمانَ الْخائِفينَ•

✨ Duanın oxunuşu: 

Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin.

✨Duanın tərcüməsi: 

İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən!

✨Allah ibadətlərinizi qəbul etsin
.🌹
👍4❤1🥰1👏1🕊1
İmam Cə'fər Sadiq (ə)buyurub:

Hər bir şey üçün paklayıcı vardır və bədənləri paklayan orucdur.

Vəsailuş-şiəh. Cild-10. Səh-8.
❤9👍1🤩1
Əziz Peyğəmbərimiz (s)buyurub:

Ramazan ayı Allahın (əzzə və cəllə) ayıdır. O bir aydır ki, Allah onda həsənələri (yaxşılıqları,savabları) artırar və günahları silər və o bərəkət ayıdır.

Biharul-ənvar; c96, s340, h5.
❤7👍2
Ramazan ayının 16-cı gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹
•اَللّـهُمَّ وَفِّقْني فيهِ لِمُوافَقَةِ الابْرارِ، وَجَنِّبْني فيهِ مُرافَقَةَ الاْشْرارِ، وَآوِني فيهِ بِرَحْمَتِكَ اِلى دارِ الْقَـرارِ، بِاِلهِيَّتِكَ يا اِلـهَ الْعالَمينَ•

✨ Duanın oxunuşu: 

Əllahummə vəffiqni fihi limuvafəqətil əbrar, və cənnibni fihi murafəqətəl əşrar, və avini fihi birəhmətikə ila daril qərar, biilahiyyətikə ya ilahəl aləmin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz böyüklüyünlə bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et, pis və şər insanlardan uzaqlaşdır və Öz rəhmətinlə məni əbədi behişt evində məskunlaşdır, ey aləmlərin məbudu!

✨Allah ibadətlərinizi qəbul etsin
.🌹
👍4
Ramazan Ayinda mühüm əməllərdən biridə budurki,
imksakla iftara “Bismilləh” la başlansın
və Qədr sürəsi oxunsun
❤5👍3
Muhəmməd peyğəmbər (s) buyurub:

Allah Təala mələkləri oruc tutanlara dua etməklə vəzifələndirmişdir
👍7🥰1
Ramazan ayının 18-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨
•اَللّـهُمَّ نَبِّهْني فيهِ لِبَرَكاتِ اَسْحارِهِ، وَنَوِّرْ فيهِ قَلْبي بِضياءِ اَنْوارِهِ، وَخُذْ بِكُلِّ اَعْضائي اِلَى اتِّباعِ آثارِهِ، بِنُورِكَ يا مُنَوِّرَ قُلُوبِ الْعارِفينَ•

✨ Duanın oxunuşu: 

Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et, bu gün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et, ey qəlbləri nurlandıran Allah!

✨Allah
ibadətlərinizi qəbul etsin🌹
👍4
* *_Qədr gecəsinin əməlləri_**
🌟🌙🌟🌙🌟🌙⭐️🌙🌟🌙

*•1•* Qüsl etmək, günbatan vaxtı yerinə yetirmək daha məsləhətlidir.
*•2•* Əhya saxlamaq (səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq).
*•3•* Cövşən-kəbir duasını oxumaq.
*•4•* Quranı açıq şəkildə qarşıya qoyub bu duanı oxumaq: “Allahummə inni əs'əlukə bi kitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl-əkbər və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc'ələni min utəqaikə minən-nar”.
*• Sonra Quranı başının üzərinə qoyub demək:* “Allahummə bi həqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim, fəla əhədə ə'rəfu bi həqqikə minkə”. 
*• Bundan sonra aşağıdakı sözləri demək lazımdır:*
1. Bikə ya Allah (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Huseyni (ə) (10 dəfə)
7. Bi Əliyyibnil Huseyni (ə) (10 dəfə)
8. Bi Məhəmməd ibni Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibni Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibni Cəfər (ə) (10 dəfə)
11. Bi Əliyyibni Musa (ə) (10 dəfə)
12. Bi Məhəmməd ibni Əli (10 dəfə)
13. Bi Əliyyibni Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibni Əli (ə) (10 dəfə)
15. Bil Huccəti (ə) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və hacətlər istənilir.
*•5•* Fərəc” duasını oxumaq.
*•6•* 100 dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək.
*•7•* Salavat zikr etmək
*•8•* İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq.
*•9•* Qədr gecəsinin məxsus 100 rükət müstəhəb namazı var. Bu namaz sübh namazı kimi iki rükət-iki rükət qılınır.
*• Qeyd:* Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar).
*•10•* Qədr gecəsində ən çox savabı olan əməllərdən biri Quran oxumaqdır. Hər kəs Quran oxuya bilirsə hədis və rəvayətlərə əsasən bu gecə Ənkəbut, Rum və Duxan surələrini oxusa böyük əcr və savaba nail olar.
*•11•* İmam Əlinin (ə) qatilinə lənət oxumaq: 100 dəfə "Əllahummələn qətələtə Əmiril-muminin.”

*• 19-cu gecənin (birinci Qədr gecəsinin) məxsusi duaları..*

*1•* Bu duanı oxumaq: “Ya zəlləzi kanə qəblə kulli şəy. Summə xələqə kullə şəy. Summə yəbqa və yəfna kullu şəy. Ya zəlləzi ləysə kəmislihi şəy və ya zəlləzi ləysə fis-səmavatil ula və la fil-ərəzinəs-sufla və la fəuqəhunnə və la təhtəhunnə və la bəynəhunnə ilahun yu`bədu ğəyruh, ləkəl-həmdu həmdən la yəqva əla ihsaihi illa əntə, fəsəlli əla Muhəmmədin və ali Muhəmmədin, səlatən la yəqva əla ihsaiha illa əntə”.

*2•* Bu duanı oxumaq: “Əllahumməc'əl fima təqzi və tuqəddiru minəl-əmril-məhtum və fima təfruqu minəl-əmril-həkim fi ləylətil-qədr və fil-qəzailləzi la yurəddu və la yubəddəlu, ən təktubəni min huccaci bəytikəl hərami əl-məbruri həccuhum, əl-məşkuri səyuhum, əl-məğfuri zunubuhumul-mukəffəri ənhum səyyiatuhum. Vəcəl fima təqzi və tuqəddiru ən tutilə umri və tuvəssiə ələyyə fi rizqi, və təfələ bi (bura çatdıqda öz hacətlərinizi istəyin)”.
👍2❤1
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da”

(Vəsailüş-şi, 8-ci cild, səh. 21).
🥰8❤3
Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edərək dedi:

“İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.
❤10👍2
💠Bu gecələrdə (qədr gecələrində) bir əməl var deyirəm ona əməl edin bir şərtlə ki mənim üçün də dua edəsiz.Bu əməl də sirr var ki onu deyə bilmərəm amma siz deyilənə əməl edin.Əməl budur
🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙

💠Bir dəfə Vaqiə surəsini oxuyun🌙

💠Sonra bir dəfə İxlas (qul huvəllah) surəsini oxuyun🌙

💠Axırda yeddi dəfə Ya Allah deyin.🌙
👍6
Qədr gecəsini öz vücudumuzda canlandırmalıyıq:

Ramazan ayının ilk günündən məqsədiniz "qədr gecəsi" olmalıdır; Ramazan ayının canı "qədr gecəsi" dir. Bu barədə söz çoxdur; amma məsləhət deyil "sir pərdədən kənara çıxsın", bircə buna çalışaq ki, qədr gecəsi ayda deyil; bizdə baş versin!
❤8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dedilər süd gətirin, siz Əliyə məlhəm üçün,
Əli isə söylədi: Əvvəl aparın Mülcəm üçün.
Bu da bir dərsi-ədalətdir bütün aləm üçün,
Ki, gərək Şah özü əvvəldə ədalətli ola,
Sonra nökər də baxıb Şaha ləyaqətli ola.

Əllahumməl'ən qatələtə Əmiril-Mu'minin (ə.s)!


*_Hz Əlinin başından zərbə aldığı yer_*
❤5
Allahın Peyğəmbəri (s)buyurub

"Kim ramazan ayını oruclu tutarsa və haramlardan, böhtandan çəkinərsə, Allah ondan razı olar və cənnəti ona vacib edər."

https://t.me/CennetQ0xulum
❤5