𝐂Ə𝐍𝐍Ə𝐓 𝐐𝐎𝐗𝐔𝐋𝐔𝐌🕊
12K subscribers
1.4K photos
298 videos
2 files
57 links
•"Hərşeyin başı səbrdir səbr edin ki xoşbəxt olasız" 🕊️🤍
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
BAYRAM NAMAZININ QILINMA QAYDASI
https://t.me/istiftaat1

Bu hökm məhşur rəyə əsasən izah edilib

Qeyd: Sistani ağanın nəzərinə əsasən birinci rükətdə 5 təkbir 4 qunut ikinci rükətdə isə 4 təkbir 3 qunut vardır (Yəni birinci rükətdə 5 ci təkbirdən sonra qunut yoxdur və eyni zamanda 2 ci rükətdə də 4 cü təkbirdən sonra qunut yoxdur
❤5👍3
Bu ayda Allah ev sahibi, siz qonaqsınız.

Peyğəmbər (s) necə gözəl buyurub: "Siz bu ayda Allahın ziyafətinə dəvət olunmusunuz". Bu ayda Allah ev sahibi, siz qonaqsınız. İndi dərk edin, görün, İlahi rəhmət qapıları bu ayda nə qədər bəndələrin üzünə açıqdır!
Ev sahibi ilə qonaq arasında münasibətdə ev sahibidir ki, qonağın hörmətini saxlamalı, onu əziz tutmalıdır. Hər kim kərim bir şəxsin qonağı olsa, qonaq olduğu üçün ev sahibi onu əziz tutar. Təkcə çalışın və səy edin ki, ən azı qonaq kimi bu ev sahibinin (Allahın) süfrəsinin başına keçə biləsiniz.


"Quranla tanışlıq,c.4,səh.195


Son günlərin qədrini bilək
👍5❤2
Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.
❤11👍3
Həsən ibn Sədəqə nəql edərək deyir: “İmam Kazım (ə) buyurdu:

“Gündüz dincəlin, çünki Allah oruc tutan kəsi yatdığı zaman yedirdər və içirdər”.

(Səvabul-əmal və iqabul-əmal, səh 71, hədis 214.)
❤4
Oruc pərdədir. Bir gün oruc tutsanız, pis söz deməyin, qışqırıb çağırmayın. Pis bir şey etmək istəməsəniz, “mən orucluyam!” deyin və pis heç nə etməyin.
👍4
Ramazan ayının 27-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨
•اللَّهُمَّ ارْزُقْنِي فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِي فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِي وَ حُطَّ عَنِّيَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ•

✨Duanın oxunuşu: 

Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin.

✨Duanın tərcüməsi: 

İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah! 

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
❤1
İmam Əli (əleyhissalam) buyurmuşdur:

صوم القلب خير من صيام اللسان و صوم اللسان خير من صيام البطن.

Qəlbin orucu dilin orucundan, dilin orucu da qarının orucundan üstündür

Ğurərul-hikəm, c.1. s.417, h.80
👍8
İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

اذا صمت فليصم سمعك و بصرك و شعرك و جلدك.

Oruc tutarkən qulaq, göz, saç və dərin də oruc tutsun.

Əl-Kafi, c.4, s.87, h.1
👍6
Ramazan ayının 29-cu gününün duası
🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨
•اللَّهُمَّ غَشِّنِي فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِي فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِي مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ الْمُؤْمِنِينَ•

✨Duanın oxunuşu: 

Əllahummə ğəşşini fihi bir rəhməh, vərzuqni fihit təvfiqə vəl isməh, və təhhir qəlbi min ğəyahibit tuhəməh, ya rəhimən biibadihil mu`minin.   

✨Duanın tərcüməsi: 

İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah! 

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
❤3
Əlvida ya Şehri Ramazan, Gəlişin hüzur verdi, Gedişin keder, Biz seni tutduq sende bizim Sirat körpüsündə elimizden tut...
❤8
Əlvida, yoldaşlığından bezmək, ünsiyyətindən doymaq mümkün olmayan ay!
Əlvida, ey özü ilə bərəkət gətirən və çirkinlikləri yuyub aparan!
Əlvida! Səndən doymasaq da, orucundan yorulmasaq da - əlvida!
Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay!
Əlvida, ey neçə-neçə pislikləri dəf, neçə-neçə xeyirləri isə cəzb edən ay!
Əlvidə sənə də, min aydan üstün olan Qədr gecəsinə də!
Əlvida, dünən iki əlli yapışdığımız, sabah həsrətini çəkəcəyimiz ay!
Əlvida sənə də, əlimizdən çıxan fəzlinə də, məhrum qaldığımız bərəkətlərinə də!
❤7
İmam Əli (ə) buyurub :

Kim fitrə zəkatını əksik olmadan verərsə Allah da onun malındakı əksiyi tamamlayar
❤8
📌DİQQƏT 📌

Şəxsidə çoxlu suallar gəlib ki biz günortaya qədər oruc olmalıyıq? Xeyir əzizlər bayram günü oruc tutmaq haramdır.
Bəzi insanlar boş vaxtlarında sizinlə danışarlar, bəzi insanlar isə sizinlə danışmaq üçün vaxt ayırarlar. Bunların arasındakı fərqi öyrənin.

Əyər dəyər verdiyiniz biri sizə deyirsə bağışla vaxtım olmur, vaxtım olmadı sənə yazam, bilin ki onun üçün dəyərli deyilsiz artıq. Vaxt hamı üçün eynidi. Sizə 15 bizə 24 saat deyil. Bu sadəcə bir bəhanədir.
❤18👍3
"Bəzən uzaqlaşmaq lazım gəlir,
yaxınlaşmaq üçün;
bəzən xatırlamaq lazım gəlir,
xatırlanmaq üçün;
bəzən ağlamaq lazım gəlir,
açılmaq üçün;
bəzən anmaq lazım gəlir,
anılmaq üçün;
bəzən də susmaq lazım gəlir,
duymaq üçün."
👏12❤6
Doğru insana yalan danışmaq ən böyük axmaqlıqdır..
❤16👍6
Hz. Əli (ə):

Axirət nemətlərinə yalnız dünyanın çətinlikləri və imtahanlarının qarşısında səbr edən şəxs sahib olar.

Mənbə: "Qurərul-hikəm", səh 284.
❤19
Bir ilin deyerini sinifdə qalan bilər
Bir ayın dəyərini tez övlad dünyaya gətirən ana bilər
Bir dəqiqənin dəyərini təyyarəni qaçıran sərnişin bilər
Bir saniyənin deyerini son anda ölümdən dönən bilir
Bir salisenin dəyərini gümüş medal qazanan bilir
❤13👍4
Görülən kiçik bir iş iman üzündəndirsə, kiçik olmasına rəğmən böyük bir işdir, amma görülən böyük bir iş iman üzündən deyilsə böyüklüyünə rəğmən yenədə kiçik bir işdir.
❤15👍1