𝐂Ə𝐍𝐍Ə𝐓 𝐐𝐎𝐗𝐔𝐋𝐔𝐌🕊
12K subscribers
1.4K photos
298 videos
2 files
57 links
•"Hərşeyin başı səbrdir səbr edin ki xoşbəxt olasız" 🕊️🤍
Download Telegram
Sükut elədim "dərdi var" dedilər. Biraz deyindim "zəhəri var" dedilər. Susdum "dərdindən susur" dedilər. Biraz danışdım "zəhərini qusur" dedilər...

Mövlana Cəlaləddin Rumi
❤8👍6
وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.

İsra surəsi, 37-ci ayə
❤7👍3
İmam Hadi (ə):

“İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma, çünki sənin qəlbin başqalarına münasibətdə necədirsə, başqalarının da qəlbi sənə qarşı elədir”.

— Biharul-Ənvar, c. 74, səh. 181
❤9👍3
"Allah-Təala buyurmuşdur:

Oruc mənim üçündür və onun mükafatını Özüm verəcəyəm."

Hədisənin şərhi ilə bağlı bir neçə kəlmə: Əbu Hamid Qəzzali: "Oruc Allah üçündür. Doğrudur, bütün ibadətlər Allahdan ötrü edilir, lakin bu xüsusi şərəf yalnız oruca aiddir. Eynilə Kəbə evi kimi... Bütün torpaqlar Allahın olsalar da, Onun evi olmaq şərəfi yalnız Kəbəyə məxsusdur."

İlahi Ziyafət, Səhifə 7.
❤7
İmam Səccad  (ə) buyurub:

Salam olsun sənə ey Ramazan ayı  ki, heç bir ay səninlə fəzilətdə yarışa bilməz
❤8
Bu gündən etibarən Allahın qonaqlığı başlayır. Allah  bu qonaqlıqdan layiqincə bəhrələnməyi hər birimizə nəsib etsin. Bu ay bəndənin bəndəlikdə sədaqətini təzahür etməsi gərəkən və yaxud de: bəndəlikdə müsabiqə verməsi gərəkən bir ayıdır. Odur ki, hər birinizə bu bəndəlik müsabiqədə uğurlar diləyirəm! Əzimli və ixlaslı olmağı əldən verməyin.
❤6
Ramazan ayının 1-ci gününün duası

✨🌹✨🌹✨🌹✨🌹✨🌹

✨Ərəbcə:

 اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ.

✨Oxunuşu: 

Əllahumməc-əl siyəmi fihi siyəməs-saiminə və qiyəmi fihi qiyəməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi yə iləhəl-ələmin. Və-fu ənni yə əfiyən ənil-mücrimin.

✨Tərcüməsi: 

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
❤11
Ramazan Ayinda mühüm əməllərdən biridə budurki,
imksakla iftara “Bismilləh” la başlansın
və Qədr sürəsi oxunsun

Ayetullah Məliki Təbrizi
❤7
Ey bağışlaması bol olan ALLAHım! Məni, ailəmi və bütün möminləri hesab günündə mağfirət et.

Əllahummə salli əla Muhammad və Ali Muhammad və əccil fərəcəhum
❤9
Ramazan ayının 2-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹

✨ Ərəbcə:

 •اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ• 


✨ Oxunuşu:

Bismillahir-Rahmanir-Rahim. Əllahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.

✨ Tərcüməsi:

İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!

✨ Allah ibadətlərinizi qəbul eləsin.🌹
❤10👍1
Muhəmməd Peyğəmbər (s) buyurub:

“İnsana Ramazan ayında tutduğu hər gün oruca görə qızıldan min qapısı olan bir saray verilər.”

Biharul-ənvar,c.93,s.345
❤8
Həmd olsun bizi bu aya çatdırana! Belə gözəl ay nasib ola bilmişsə ömrümüzə, Allahın sevimli bəndələriyik ki, bizlərə bağışlanmağımız üçün böyük bir fürsət tanıyıb. Bu fürsəti əldək verməyək Allahın izni və yardımı ila..•Dualarınızda bizləridə yad edin."
❤10
Ramazan ayının 3-cü gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

✨ Ərəbcə:

• اَللّـهُمَّ ارْزُقْني فيهِ الذِّهْنَ وَالتَّنْبيهَ، وَباعِدْني فيهِ مِنَ السَّفاهَةِ وَالَّتمْويهِ، وَاجْعَلْ لى نَصيباً مِنْ كُلِّ خَيْر تُنْزِلُ فيهِ، بِجُودِكَ يا اَجْوَدَ الاجْوَدينَ •

✨ Oxunuşu: 

Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.

✨ Tərcüməsi:

İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!


✨Allah ibadətlərinizi qəbul eləsin.🌹

@CennetQ0xulum

❁ ••┈┈•• ❁🌺❁ ••┈┈•• ❁
❤7
İmam Baqir (ə) buyurub:

"Hər şeyin bir baharı vardır, Quranın baharı da ramazan ayıdır."
❤8
Rəbbim Oruclarımızı, Dualarımızı və İbadətlərimizi qəbul etsin...
Üzünüz təbəssüm ilə,
Könlünüz huzur ilə dolsun...
İftarınız, Sahurunuz bərəkətli olsun...
Allah biz günahkar,
aciz bəndələrinin günahlarını bağışlasın...
Rəhmətindən,mərhəmətindən bizləri yoxsul buraxmasın....

Amin Ya Rabbəl Aləmin...
❤8
Ramazan ayının 4-cü gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨

✨ Ərəbcə: 

•اَللّـهُمَّ قَوِّني فيهِ عَلى اِقامَةِ اَمْرِكَ، وَاَذِقْني فيهِ حَلاوَةَ ذِكْرِكَ، وَاَوْزِعْني فيهِ لاِداءِ شُكْرِكَ بِكَرَمِكَ، وَاحْفَظْني فيهِ بِحِفْظِكَ وَسَتْرِكَ، يا اَبْصَرَ النّاظِرينَ•

✨ Oxunuşu:  

Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi`ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.

✨ Tərcüməsi: 

İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükür etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!

✨Allah ibadətlərinizi qəbul eləsin.🌹
❤5
Ey bağışlayanların ən Yaxşısı,
ey fəth edənlərin ən Yaxşısı,
ey yardım edənlərin ən Yaxşısı,
ey hakimlərin ən Yaxşısı,
ey ruzi verənlərin ən Yaxşısı,
ey varislərin ən Yaxşısı,
ey tərif edənlərin ən Yaxşısı,
ey xatırlayanların ən Yaxşısı,
ey nazil və ehsan edənlərin ən Yaxşısı!
Ey Səndən başqa məbud olmayan,
Sən bütün eyib və nöqsanlardan pak və uzaqsan,
fəryada yet və bizi cəhənnəm odundan amanda saxla,ey Rəbbim!

Covşən Kəbir" duasından
❤8
"Həzrət Əli (ə) buyurur: Orucun ən ali dərəcəsi qəlb orucu (yəni qəlbi  Allahdan qeyri hər bir şeydən qorumaq ) və özünü günah fikirlərdən  qorumaqdır".
Bu cür oruc tutan şəxsin qəlbinə  Allah öz məhəbbətini  daxil edər , onun bəsirətini açar və ona hikmət verər".
❤10