𝐂Ə𝐍𝐍Ə𝐓 𝐐𝐎𝐗𝐔𝐋𝐔𝐌🕊
12K subscribers
1.4K photos
298 videos
2 files
57 links
•"Hərşeyin başı səbrdir səbr edin ki xoşbəxt olasız" 🕊️🤍
Download Telegram
Peyğəmbər (s) buyurmuşdur:

"Kim xurma ilə iftar etsə,
namazının 400 dəfə savabı vardır"...

Biharul ənvar. Cild 95, səhifə 12.
❤3
Ramazan ayının 7-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨

✨ Ərəbcə:

  •اَللّـهُمَّ اَعِنّي فِيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْني فيهِ مِنْ هَفَواتِهِ وَآثامِهِ، وَارْزُقْني فيهِ ذِكْرَكَ بِدَوامِهِ بِتَوْفيقِكَ يا هادِيَ الْمُضِلّينَ•

✨ Oxunuşu:  

Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin. 

✨ Tərcüməsi:  

İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən!


✨Allah ibadətlərinizi qəbul etsin🌹
❤1
Ramazan Quranımızın doğum ayıdır. Ramazan göylərin qapılarının daim açıq
olduğu bir qapıdır. Ramazan sevərək yaradan Allahın sevdiyi qullarına ucu bucağı olmayan lütfüdür. Ramazan xəzinəsi, sevgisi, lütfü, mərhəməti geniş olan Allahın sevdiyi qulları ilə görüş
məqamıdır. Ramazan vəhy ayıdır. Qəlbimizi vəhy üzərində kökləyək
❤6
🌹İmam Səccad🌹(ə):



Salam sənə olsun ey Ramazan ayı ki, heç bir ay səninlə fəzilətdə yarışa bilməz.



Mənbə:Səfinətul- Bihar, cild 2, səh12.


Orucunuz qəbul olsun🌹
❤7
Ramazan ayının 8-ci gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

✨ Ərəbcə: 

•اَللّـهُمَّ ارْزُقْني فيهِ رَحْمَةَ الاَيْتامِ، وَاِطْعامَ اَلطَّعامِ، وَاِفْشاءَ السَّلامِ، وَصُحْبَةَ الْكِرامِ بِطَولِكَ يا مَلْجَاَ الاْمِلينَ•

✨ Duanın oxunuşu: 

Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət-təam, və ifşaəs-səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz nemətinlə bu gün məni yetimlərə rəhm edən, yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver, məni kəramətli və yaxşı insanlarla yoldaş et, ey arzu edənlərin sığınacaq və pənahı!


✨ Allah ibadətlərinizi qəbul etsin.🌹
❤4
Əziz Peyğəmbərimiz (s ) buyurub:

"Əgər bilsəydiniz Ramazan ayında sizə nələr təqdir olunar, Allaha şükrünüzü artırardınız”.
❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyətini qəbul et. Qaxlmayanlara da niyət nəsib et Rəbbim.

Sabahınız xeyirli Allah tutduğunuz orucları qəbul eləsin inşəAllah.

Əllahummə salli əla Muhammad və Ali Muhammad və əccil fərəcəhum
❤8
Allahın Peyğəmbəri (s) buyurdu:

"Ey Əbəl Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
❤7
Ramazan ayının 10-cu gününün duası

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

✨ Ərəbcə: 

•اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنَ الْمُتَوَكِّلينَ عَلَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْفائِزينَ لَدَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْمُقَرَّبينَ اِلَيْكَ بِاِحْسانِكَ يا غايَةَ الطّالِبين•

✨ Duanın oxunuşu:  

Əllahumməcəlni fihi minəl mutəvvəkkilinə ələyk, vəcəlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.

✨ Duanın tərcüməsi: 

İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!

✨Allah ibadətlərinizi qəbul etsin.🌹
❤7
İnsanın etdikləri heç bir zaman cavabsız
qalmır və bir gün mütləq oxşar formada özünə geri qayıdır...


@CennetQ0xulum
❤9
𝖰ə𝗅𝖻𝗂𝗇 𝗊ı𝗋ı𝗅𝗆𝖺𝗌ı 𝗊𝖺𝖻ı𝗋𝗀̆𝖺𝗇ı𝗇 𝗊ı𝗋ı𝗅𝗆𝖺𝗌ı 𝗄𝗂𝗆𝗂𝖽𝗂𝗋. 𝖪ə𝗇𝖺𝗋𝖽𝖺𝗇 𝖻𝖺𝗑𝖺𝗇𝖽𝖺 𝗁𝖾𝖼̧𝗇ə 𝖻𝗂𝗅𝗂𝗇𝗆ə𝗓 𝖺𝗆𝗆𝖺 𝗁ə𝗋 𝗇ə𝖿ə𝗌𝖽ə 𝖺𝖼ı 𝗏𝖾𝗋ə𝗋...

@CennetQ0xulum
👍6
Yas artdiqca insan daha aydin anlayrr ki
ona nə mübahisələr lazımdır nə intriqalar
nə də bitməyən dramlar Artıq başqalarının bitməyən problemləri yük kimi görünür
Ïnsan sadəcə sakitlik istəyir Zaman keçdikcə dərk edirsən ki ən böyük xoşbəxtlik rahatlıqdr az adam az söz çox huzur Çünki anlayırsan enerjini dava-dalașa yox öz həyatına serf etmək daha dəyərlidir
@CennetQ0xulum
❤10
Həzrət Məhəmməd (s) buyurur:

Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.

Biharul-ənvar, c.37, səh-129

@CennetQ0xulum
❤9
Bəzən səhərlər təkcə günün başlanğıcı olmur…
Bəzən də Allahın insana “yenidən başla” deməsidir
Dünən nə qədər ağır olsa da, bu gün hələ yazılmayıb
Və yazılacaq hər sətir sənin niyyətindən asılıdır.
Ürəyini kinlə yox ümidlə doldur…
Çünki Allah ümidi olan qəlbi boş buraxmaz

Ey Rəbbim bu günümü xeyirlə başlat, xeyirlə tamamla


@CennetQ0xulum
❤11
_İmam Sadiq (ə) buyurub: Biz Əhli-beytin Qaimi (ə.f) cümə günü zühur edəcək._

*_Şeyx Hurr Amili (r.ə) - "İsbatul-huda" c.5, səh.185, h.624_*
❤7
Əzizlərim hər birinizin mübarək Qurban Bayramını təbrik edirəm
Allah-Təala bu müqəddəs günlərin hörmətinə etdiyimiz duaları ibadətləri və qurbanları öz dərgahında qəbul etsin Qəlblərimizi iman nuru ilə doldursun süfrələrimizdən ruzi-bərəkəti əskik etməsin Allah bütün xəstələrə şifa darda olanlara kömək dünyasını dəyişən möminlərə rəhmət etsin
İnşallah bu bayram İmam Zamanın (ə.f) zühuruna yaxınlaşmağımıza onun həqiqi yolundan gedənlərdən olmağımıza və duasına layiq bəndələrdən olmağımıza vəsilə olar Allah hamımıza ixlaslı iman gözəl əxlaq və xeyirli ömür nəsib etsin
Bayramınız mübarək bir birimizi dualarda unutmayaq
❤6