Dalğa
3.46K subscribers
17K photos
12.7K videos
311 files
16.2K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
🖼 İFFƏT VƏ HİCAB

✍️ Şəhid Mürtəza Mütəhhəri:

«İslamda örtünmək (hicab) hökmünün yalnız qadınlara aid edilməsinin səbəbi, özünü nümayiş etdirmək və bəzənmək istəyinin qadınlara məxsus olmasıdır. Qəlbləri və könülləri fəth etmək baxımından kişi ov, qadın isə ovçudur.»

📚 «Hicab məsələsi», s. 88

#hicab
#şəhid_Mütəhhəri

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍6
#️⃣ #Evlilik_və_Ailə_Mövzuları_Silsiləsi
🔻 № 2

💠 İnsanların evlənməkdə məqsədləri


📖 #Ustad_Əlipur, «Evlilik və ailə haqqında altı söhbət» adlı dərs vəsaiti, səh. 6.

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
#️⃣ #Evlilik_və_Ailə_Mövzuları_Silsiləsi
🔻 № 2

💠 İnsanların evlənməkdə məqsədləri

🔰 İnsanların #evlənməkdə_məqsədləri olduqca müxtəlifdir. Bəzi insanların evlənməkdə məqsədi yalnız #şəhvətin_və_cinsi_ehtiyacların_təmin_edilməsidir. Onların məlumat və məqsəd dairəsi bundan o tərəfə keçmir.

🔺 Bəzilərinin evlənməkdə məqsədi #həyat_yoldaşı_və övlad sahibi olmaqdır. Digərləri isə belə düşünürlər: «Mənim cəmiyyət qarşısında məsuliyyətim var və ictimai vəzifəmi təkbaşına yerinə yetirməkdə çətinlik çəkirəm. Cəmiyyətə təqdim edəcəyim övladları tərbiyə etməklə öz çatışmazlıqlarımı aradan qaldırmaq, həm ailə, həm də ictimai məsələlərlə bağlı arzularımı ictimai-tərbiyəvi bir ocaq vasitəsilə həyata keçirmək istəyirəm».

🔺 Bəzi insanların məqsədi öz nəslinin #kəsilməməsidir. Belə insanlar öz nəsillərinin davam etməsinə xüsusi həssaslıqla yanaşırlar.

🔺 Bir qrup insanın məqsədi iqtisadi fəaliyyətinin nəticə verməsi və məna qazanması üçün həyat yoldaşına sahib olmaqdır.

🔺 Digər bir qrupun məqsədi isə #ictimai, #siyasi və #etiqadi məsələlərdə özünə bir yol yoldaşı tapmaqdır. Onlar ağır ictimai, siyasi və etiqadi fəaliyyətlərdə güclü, səmimi, həmfikir və silahdaş bir həyat yoldaşına sahib olmaq, məsuliyyətlərini birlikdə yerinə yetirmək istəyirlər.

🔺 Bəzi insanların evlənməkdə əsas məqsədi isə həyatlarında #psixoloji_sakitlik əldə etməkdir. Onlar gündəlik yorğunluqlardan sonra ailə həyatı qurmaqla rahatlıq və dinclik tapmaq istəyirlər.

🔹 Beləliklə, diqqət yetirsəniz, hər kəs müəyyən bir məqsədlə evlənməyə qərar verir. Hətta bəzi insanlarda bir neçə məqsəd eyni vaxtda mövcud ola bilər. Lakin əsas məsələ insanı bu yolda addım atmağa sövq edən #əsas_məqsəddir. Məhz həmin əsas məqsəd onun #gələcək_həyatının_idarə_olunması qaydasında həlledici rol oynayır.

📖 #Ustad_Əlipur, «Evlilik və ailə haqqında altı söhbət» adlı dərs vəsaiti, səh. 6.

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍1
Media is too big
VIEW IN TELEGRAM
Yeni video

Gələcək sizin əlinizdədir

Şeyx Orxan Məmmədov
❤1