Dalğa
3.45K subscribers
17K photos
12.7K videos
312 files
16.2K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
Mikayıl Müşfiq - "Sənə qurban"

Deyirsən, yanında qalacağam mən, Çox gözəl fikirdir, qal, sənə qurban! Nə zaman istəsən əziz canımı, Qumral gözlərinlə al, sənə qurban!

Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı, Gəl çəkmə sinəmə sən hicran dağı, Gümüş topuğunda xal, sənə qurban!

Sən Müşfiqin yanında,
Qalginən, sənə qurban,
İstəsən bu canımı,
Alginən, sənə qurban...

https://t.me/meclisiuns
❤5🕊2👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
Səfəvilərin cuhudlara və cuhudların Səfəvilərə nifrəti

Azərbaycan Araşdırma Mərkəzi
👍7❤2
Rəd surəsi (Təfsir).pdf
5.1 MB
📚 Yeni kitab

Rəd surəsinin təfsiri
Tərtib: Ümid Münib

https://t.me/pdf_dini_kitablar
👍5❤1
Ərbəin bütün islam şəhidlərinin anım məkanıdır

Şəhidləri millətinə görə dəyərləndirmək yanlışdır

Paylaşın

#xalq_mediası
❤4👍1
Dalğa
Ərbəin bütün islam şəhidlərinin anım məkanıdır Şəhidləri millətinə görə dəyərləndirmək yanlışdır Paylaşın #xalq_mediası
Ərbəində vətənpərvər görünmək üçün ancaq Qarabağ şəhidlərinin şəkilləri olan mokəblərə girənlər, İmam Hüseynin zamanında olsaydılar Yezidin qoşununda durub vətənpərvər görünməyə çalışardılar...

Paylaşın

#xalq_mediası
👍6❤1
Müraciət

Bismilləhir-Rahmənir-Rahim

Allah-Təala bizə böyük bir lütf və mərhəmət nəsib etdi ki, Şəhid İmam Seyyid Əli Xameneinin dövründə yaşadıq və o böyük şəxsiyyətin müridi olmağa çalışdıq. Bu yolda bəzilərimiz daha sürətlə irəlilədi, bəzilərimiz isə yıxılıb qalxaraq yoluna davam etdi. Kimlərsə ön sırada idi, onlar həqiqətən də "əs-sabiqunə əs-sabiqun" idilər, belə ki çətinliklərə sinə gərir, məqsədə doğru qətiyyət və əzmlə irəliləyirdilər. Biz isə heç olmasa onların ardınca getməyə çalışdıq. Baxmayaraq ki, nöqsanlarımız, çatışmazlıqlarımız və iradə zəifliklərimiz də az olmadı.
Lakin o böyük şəxsiyyətin şəhadəti ilə biz Xameneidən sonrakı bir dövrə qədəm qoymadıq. Əksinə, onunla olan mənəvi birlik və yol yoldaşlığı (məiyyət) davam etməlidir. Bu baxımdan, o böyük şəxsiyyətin müridləri bir sıra mühüm məsələlərə xüsusi diqqət yetirməlidirlər.
Fəzilətli insanların fəzilətlərindən danışmaq gözəldir, lakin bu kifayət etmir. Onların xatirələri keçmişdə qalmış bir hadisə kimi deyil, davam edən yolun, yaşayan məktəbin və nəfəs alan bir düşüncənin parçası kimi təqdim edilməlidir. Bu xatirələr bizi həmin şəxsiyyətin yolunu davam etdirməyə, onun amallarını, fikirlərini və strateji planlarını həyata keçirməyə sövq etməlidir. Əks halda elə bir vəziyyət yaranır ki, fəzilət sahibinin üstünlükləri yalnız onun şəxsiyyəti və zahiri keyfiyyətləri üzərində diqqəti cəmləmək üçün qabardılır, məktəbi və yolu isə tədricən unudulur. Bəzən daha çox emosional təsir yaratmaq məqsədilə xatirələr və fərdi xüsusiyyətlər ön plana çıxarılır. Halbuki əsas məqsəd onun fikirlərini yaşatmaq, yolunu davam etdirmək və başladığı işi gələcəyə daşımaq olmalıdır.
Bu böyük şəxsiyyətin strateji düşüncəsi və ideyaları əsasında fəaliyyət proqramlarımız yenidən nəzərdən keçirilməlidir. Əgər belə bir proqram hələ mövcud deyilsə, mütləq hazırlanmalıdır. Şəxslərə bağlılıq yalnız hiss və duyğular səviyyəsində qalmamalı, konkret fəaliyyət proqramına çevrilməlidir.
Şəhid İmam Xameneinin fikir tərzini və dünyagörüşünü dünya miqyasında tanıtmaq zəruridir. Onun fikirləri o qədər dərin, sistemli və əhatəlidir ki, düzgün təqdim olunduğu təqdirdə təkcə müsəlman cəmiyyətləri üçün deyil, qeyri-müsəlman cəmiyyətlər üçün də cazibədar və nicatverici ola bilər.
Şəhid İmam Xameneinin ən böyük arzularından biri Yeni İslam Sivilizasiyasının qurulması idi. Bu, hamımızın çalışmalı olduğu zirvə və ali hədəfdir. Yeni İslam Sivilizasiyası nədir? Hansı əsaslar üzərində qurulmalıdır? Onun parametrləri hansılardır? Bu mövzuda elmi araşdırmalar aparmalı, fikir mübadilələri və dərin müzakirələr təşkil etməliyik. Yalnız bu halda qarşıya qoyduğumuz məqsədə aparan yol xəritəmiz daha dəqiq, daha kamil və daha aydın olacaq.
Biz Şəhid İmam Xameneinin fikir strategiyası və planı əsasında zühur ümmətini formalaşdırmaq məsuliyyətini daşıyırıq. Hesab edirəm ki, o böyük şəxsiyyətə göstərilə biləcək ən böyük ehtiram və xidmət də məhz budur: onun məktəbini, ideyalarını və strateji baxışını yaşatmaq, onları gələcək nəsillərə ötürmək və həyata keçirmək.
Təbii ki, bu yolun davamlılığı saleh rəhbərliyə bağlılıqdan ayrılmazdır. Buna görə də Şəhid İmam Xameneinin saleh xələfinə münasibətdə son dərəcə diqqətli olmalıyıq.
Bəzən haqq yolunu istiqamətindən döndərmək istəyənlər şəhid haqqında "İmam" ifadəsini rahatlıqla işlədirlər. Halbuki çox vaxt bu ifadəyə qəlbən etiqadları belə olmur. Onların hesabına görə, artıq sıralarımızdan ayrılmış bir şəxs haqqında ən ali ifadələri işlətmək təhlükəsizdir. Bununla insanların emosiyalarını öz təsirləri altına almaq, daha sonra isə tədricən xətti dəyişmək daha asan olur.
Lakin həmin şəxslər saleh xələf olan İmam Müctəba Xamenei haqqında "İmam" ifadəsinin işlədilməsindən çəkinir, hətta bunun qarşısını almağa çalışırlar. Halbuki bir məktəbin davamçısını qəbul edib, onun rəhbərini həmin məktəbin təqdim etdiyi məqam və anlayışlarla tanımamaq ciddi bir ziddiyyətdir.
Bu yanaşma siyasi məqsədlərdən qaynaqlanan manipulyasiyanın və ikili standartın nümunəsidir. Böyük bir İslam ümmətinin rəhbərliyini öz üzərinə götürmüş saleh bir şəxsi adi dünya liderlərindən biri səviyyəsinə endirmək nə məntiqə, nə də imamət məktəbinin anlayışlarına uyğundur. Biz gündəlik dini həyatımızda məsciddə namaza rəhbərlik edən şəxsə "İmam-camaat", cümə namazına rəhbərlik edənə isə "İmam-cümə" deyirik. Deməli, "imam" anlayışı yalnız tarixi bir ünvan deyil, rəhbərlik məqamını ifadə edən dini bir termindir. Bu həqiqəti dərk etmək isə heç də çətin deyil.
Yadımdadır ki, illər əvvəl Azərbaycan cəmiyyətində Böyük Şəhid Xamenei haqqında ilk dəfə "İmam" ifadəsini işlədərkən ciddi hücumlara və istehzalara məruz qalırdıq. Lakin Allaha şükür olsun ki, zaman keçdikcə bu ifadə tədricən qəbul olundu və daha geniş şəkildə işlədilməyə başladı.
Bu gün bizim üzərimizə düşən vəzifə yalnız keçmişi yad etmək deyil. Əsas vəzifə o böyük şəxsiyyətin məktəbini yaşatmaq, strateji düşüncəsini inkişaf etdirmək, ideyalarını cəmiyyətə daşımaq və Yeni İslam Sivilizasiyasının qurulması yolunda yorulmadan çalışmaqdır. Şəhid İmam Xameneiyə göstərilə biləcək ən böyük sədaqət də fikrimcə budur.
Allah-Təala bizi bu yolda sabitqədəm, bəsirət sahibi, haqqı tanıyıb ona əməl edən və öz vəzifəsini layiqincə yerinə yetirən bəndələrindən qərar versin.

Amin.

Orxan Məmmədov
Azərbaycan Araşdırma Mərkəzi

https://t.me/qaf_simurq
👍7❤2
Biz Hüseyn süfrəsinin nanu nəmək pərvəriyik,
Harda vardırsa Hüseyn adı ona müştəriyik,
Gecə - gündüz o Şaha nö'hə deyib ağlamışıq,
Gər qəbul etsə onun nö'kərinin nö'kəriyik.

Məhəmməd Füzuli

https://t.me/meclisiuns
👍8❤2😢1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍1
Media is too big
VIEW IN TELEGRAM
Səfəvilərin ideoloqlarından biri Şeyx Əhməd Lahici

Azərbaycan Araşdırma Mərkəzi
👍10❤1🥰1
Azərbaycan demokratik, respublika quruluşlu ölkələr siyahısındadır. (Təbii ki, kağız üzərində...) Bəs Azərbaycanda niyə demokratiya yoxdur? Nədir əskik olan? Nə çatışmır? Azərbaycanda dini idarəçilik yoxdur, konsertlər, festivallar keçirilir, saxta da olsa seçkilər olur və s. Bəs çatışmayan nədir? Cavab, Avropadan qaçqın statusu alan liberal təfəkkürlü görməmiş blogerlərin "ayə Avropada nazir velosiped sürür, bizdə Qalenvagen, bizdən adam olan deyil və s." sözlərindəmi gizlənib? Əlbəttə ki, xeyr... Bunlar ucuz və səthi blogerlərin qərb təbliği şousudur. Bu müqayisələr problemi göstərir, amma həll etmir. Problemin həlli üçün gərək əvvəlcə problemi təhlil edəsən, daha sonra islah təklifi verəsən.

Gəlin 100 il əvvələ gedək; Azərbaycana sekulyarizmin gəldiyi vaxtlara. Modernizm bütün dünyada bildiyiniz kimi 3 əsas üzərində qurulmuşdu. Sekulyarizm, yəni dini idarəçiliyə müqabil idarəçilik. İnsan mərkəzli humanizm və qərblilərin irrasionallıq adlandırdıqları iman müqabilindəki rasionalizm. Sekulyarizm bunların içində sonuncusu idi. Avropalılar insan mərkəzli yəni humanist qanunlarının və rasional sistemlərinin kilsə tərəfindən sıxışdırıldığını əsas gətirərək sekulyarizmi ora daxil etdilər. Yəni məsələnin kökü insan mərkəzli və əqli sistem idi, sadəcə kilsə bununla mübarizə apardığı üçün üçüncü əsas yəni dini idarəçiliyə müqabil sekulyarizm də yaranmışdı. Azərbaycana o dövrün "arvadları hicabsız gəzən mütəfəkkirləri" bunlardan ancaq birini gətirdilər: Sekulyarizmi. Problem bax buradan başladı. Çünkü zatən Azərbaycanda dini bir sistem və idarəçilik yox idi. Bəs Mirzə Cəlillər, onların kukla obrazı olan Kefli İsgəndərlər kimi baltalayırdılar? Məgər Azərbaycanda insan haqları ortaya atıldı və din bununla müxalifmi oldu? Xeyr... Sadəcə o dövrdə maqnatların əksəri bəhai idi və onlar din ilə mübarizəyə güclü pul buraxırdılar. Məsciddə məddahlıqla və mərsiyəxanlıqla məşğul olan Mirzə Ələkbərlər birdən-birə sabun sexinə qeybdən gələn pullarla sahib olmurdular ki... Onlar görürdülər ki, bəhai Musa Nağıyevlər dinin həcv və tənqidinə güclü pul buraxır, qaçırdılar bəhailərin yanına.

Elə bu səbəbdən Azərbaycana modernizmin ancaq sekulyar yönü gəldi. Əgər humanizm gəlsəydi həmin maqnatlar xalqı qul kimi neft buruqlarında istismar edə bilməyəcəkdilər.
Mən bu mövzunu nə qədər istəsəz uzada bilərəm, amma darıxdırıcı olmasını istəmirəm. Məqsədim sadəcə sizə qısa formada izah etmək idi ki, Azərbaycanda heç bir modernist sistem mövcud deyil. Adı var sadəcə. Modernizmdən bizə sadəcə sekulyar hissə gəlib. Yəni din ilə mübarizə. Azərbaycana kimsə humanizm və rasionalizm gətirmək ardınca olmayıb. Ölkəmizin bu cür vəziyyətdə olmasının başlıca səbəbi məhz budur.

Son olaraq yuxarıda yazdığım arvadları hicabsız mütəfəkkirlər sözünə də qısa izah gətirim. Azərbaycanda o dövrdə qadınlar yaşmaq adlanan niqab taxırdılar. Bu, xalqın ənənəvi geyim forması idi. Kimsə yaşmaqsız gəzəndə, yəni üzünü açıb küçəyə çıxanda camaat bu şəxsin pis yola düşdüyünü düşünürdü. Yaşmaqsız insan hicab geyinirdi, sadəcə üzü açıq olurdu. İndi siz təsəvvür edin ki, belə bir dövrdə kimsə tamamilə hicabsız gəzir. Bunlara cəmiyyətin baxışı və bunların cəmiyyətdəki mövqeyi sizcə necə olardı. Bəli... Qərb aşiqi, Britaniyanın Qafqaz koloniyabaşısı AXC komandasının əksər üzvlərinin arvadları hicabsız idilər...

Onlar Azərbaycana qərbdən modernizmin ancaq sekulyar yönünü idxal edirdilər. Bunlar o qədər ləyaqətsiz insanlar idilər ki, ingilis qoşunu (Hindistandan Britaniyanın gətirdiyi silahlı hamballar ordusu) Bakıya daxil olanda AXC-də səfir və müavin vəzifəsində çalışan Adil bəy Ziyadxanov onların önünə çıxıb "bizi o əzəmətli mədəniyyətinizə qəbul edin!" demişdi. Onların Bakıda ilk işi fahişəxana açmaq olmuşdu və Bakını tərk edəndə "sizi özümüzlə aparacağıq" vədini verib evləndikləri azərbaycanlı qadınları sonuncu vaqona yerləşdirmiş, qatar yola düşəndə həmin vaqonu qatardan ayırmış və hamısı başlarını qatarın pəncərələrindən çıxararaq gülüb əl eləmişdilər.

Bunlar tarixdir... Tarixi analizlə öyrənməsək xronologiyaları əzbərləməyin heç bir mənası olmaz...

https://t.me/miraga_dadas
❤5
Media is too big
VIEW IN TELEGRAM
📹 İLKİN - MAMEDOV / KƏRBƏLAYİ - TALEH | " ZEYNƏBÇİ - XANIMLAR " ( YENİ 2026 )

https://t.me/meclisiuns
🥰5👍3
İLKİN - MAMEDOV / KƏRBƏLAYİ - TALEH | " ZEYNƏBCİ - XANIMLAR " (…
Ilkin Mamedov
📹 İLKİN - MAMEDOV / KƏRBƏLAYİ - TALEH | " ZEYNƏBÇİ - XANIMLAR " ( YENİ 2026 )

https://t.me/meclisiuns
❤6👍3
Media is too big
VIEW IN TELEGRAM
Hacı Ələmdar Mahir — Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında (2014)

https://t.me/meclisiuns
❤6
Media is too big
VIEW IN TELEGRAM
Şəhid Nəvvab Səfəvi kimdir?!...

Azərbaycan Araşdırma Mərkəzi
❤5👍1
Əfv et bizi ana vətən
Sənə Albert olammadıq
Dözüb ayrı-seçkiliyə
Biz qoynunda qalammadıq

Saldın bizi yad ellərə
Cuhudlara qaldın, vətən...
Xainlərə verdin nə var
Bizdən nə var aldın, vətən...

Mirağa Dadaş
❤4😢3👍1
Azərbaycan Araşdırma Mərkəzinin "Vilayəti-Fəqih ideologiyasının təbliği" bölməsi yeni səsli kitabını sizlərə təqdim edir. Bu, Vilayəti-Fəqih əsərlərindən səsləndirilən sayca 41-ci kitabdır.

Müsəlmanların İslama qayıtmaqdan başqa yolu yoxdur. İslam hakimiyyətini qurmaqdan, İslamın həyata keçirilməsini və gerçəkləşməsini təmin etməkdən başqa yolları yoxdur. Bunlar müsəlmandırlar. Niyə bir xalqa hörmətsizlik edirsiniz və deyirsiniz ki, İran İslamı bunların ağzına salıb? Müsəlman xalqlar kiminsə İslamı onların ağzına salmasını gözləmirlər.


Kitab: Şəhid Rəhbərin Azərbaycan respublikası haqqında fikirləri

📚 Kitabın pdf linki🔗
https://t.me/pdf_dini_kitablar/1501

🎧Kitabın audio linki 🔗
https://t.me/pdf_dini_kitablar/1508

💻 Kitabın YouTube linki 🔗
https://youtu.be/2tHoz-zHjbo?is=VvwhqIkjgJKAGrAy
❤7🥰1
Kərbəlanın yolların izzətli möminlər keçər
Hər şeyindən din üçün qeyrətli möminlər keçər

Pərdə-pərdə dürci-iffət kimliyin eylər nihan
Hər kəsə öz sirrin ifşa eyləməz dürci-dəhan
Həzrəti Zəhradan almış təlimi-iffət, cahan
Çünki iffət dərsini iffətli möminlər keçər.

Əhli-təqva zikr edər, zikr etdiyiyçün şükr edər
İntizarından yanar dil, dilsə ismin zikr edər
Həsrətin hər kim çəkər Sahib-Zəmanın fikr edər
Həzrətin fikrindən ol həsrətli möminlər keçər.

Sahibi-əsr'-zəman, qeybü-nihanından sənin
Bəhs edibdir ayələr namu-nişanından sənin
Varlığından, malü-mülkündən və canından, sənin
Surətin fikriylə ən sürətli möminlər keçər.

Kərbəladə baş verənlər bağlı olmuş qeyrətə
And ola kim keçdi başından, çatıbdır izzətə
Âşuradə yarü-ənsari Hüseynin ümmətə
Ümmət üçün göstərib heybətli möminlər keçər.

Hər nə gözlə gördün aləmdə fənadır, tərk elə
Sev bəqa mülkün, ürəkdə həqqin eşqin bərk elə
Dahi, Allahdan gələn hər dərdə səbr et, dərk elə
İmtəhanından onun himmətli möminlər keçər

Rüfət Dahi

https://t.me/meclisiuns
❤6👍2