Dalğa
3.46K subscribers
17K photos
12.7K videos
311 files
16.2K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
❤️ Allahın xas bəndələrinə sevgi

✒️ İmam Xomeyni (r.ə):
"Bütün insanların fitrəti Onun müqəddəs zatını mədh və sitayiş edir, digər mövcudatdan (fani varlıqlardan) isə uzaqlaşır. Yalnız kamallıq məmləkətləri və eşq şəhərlərindəki mənəvi seyrləri sayəsində o Cəlal sahibi olan Zatda fani olmuş müqəddəs varlıqlar (bəndələr) istisnadır. Onlara olan eşq və məhəbbət, mədh və sitayiş elə Haqqın Özünə olan eşq və sitayişin eynidir."«Allahın xas bəndələrini sevmək, Allahı sevməkdir».


📕 «Həmd surəsinin təfsiri» kitabı, s. 28

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
❤8👍3
✒️ #Ustad_Əlipur :

📍Fitrət tapıla bilən bir həqiqətdir.
📍Bu o deməkdir ki, hər kəs öz fitrətinə qovuşsa, Allahı hiss edər.
📍Fitrət elə ilahi iradənin özüdür
.


🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍8
🖌 امام صادق عليه‌السلام :

مَنْ قَرَأَ فِي كُلِّ لَيْلَةِ جُمُعَةٍ اَلْوَاقِعَةَ أَحَبَّهُ اَللَّهُ وَ أَحَبَّهُ إِلَى اَلنَّاسِ أَجْمَعِينَ وَ لَمْ يَرَ فِي اَلدُّنْيَا بُؤْساً أَبَداً وَ لاَ فَقْراً وَ لاَ فَاقَةً وَ لاَ آفَةً مِنْ آفَاتِ اَلدُّنْيَا وَ كَانَ مِنْ رُفَقَاءِ أَمِيرِ اَلْمُؤْمِنِينَ ع وَ هَذِهِ اَلسُّورَةُ لِأَمِيرِ اَلْمُؤْمِنِينَ ع خَاصَّةً لاَ يَشْرَكُهُ فِيهَا أَحَدٌ

✒️ İmam Sadiq (ə):
"Hər kim hər cümə axşamı "Vaqiə" surəsini oxuyarsa, Allah onu sevər və bütün insanların nəzərində sevimli edər. Dünyada heç vaxt çətinliyə, yoxsulluğa, ehtiyaca və dünya bəlalarından birinə düçar olmaz, həmçinin Əmirəlmöminin əleyhissalamın dostlarından və həmdəmlərindən olar."


📖 Savabul-ə'mal, c. 1, s. 144

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
❤8👍3
Nüdbə duası münacat halında olanlar üçün deyil,
mübarizə halında olanlar üçündür.


👇
✉️ @dalgaa
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰6👍2
📌 Fitrətə diqqət yetirməyin maneələri

✒️ #Ustad_Əlipur :
«Bizim öz həqiqətimizə diqqət yetirməyimizə mane olan ən mühüm maneələrdən biri, dinə və yaradılış qanunlarımıza uyğun gəlməyən bütün əməllərdir.»


📘 Mənbə: "Fitrət" kitabı, səh. 48

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
🥰8
That resistance Means life

✅ Müqavimət həyat deməkdir!

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍8
✍️ Ayətullah Cavadi Amoli:

"Mədinənin zəngin yəhudilərinin elə möhkəm saray və qalaları var idi ki, məğlub olacaqlarını ağıllarına gətirmirdilər; müsəlmanlar da onlara qalib gələ biləcəklərini güman etmirdilər. O dövrdə hava nəqliyyatının olmaması səbəbindən qalanı fəth etmək asan deyildi. Hərbi hesablamalara görə heç kəs onların qaçacağını təsəvvür etmirdi. Lakin Uca Allah elə etdi ki, Xeybər yəhudiləri oradan pərən-pərən (didərgin) düşdülər:

«Kitab əhlindən olan kafirləri ilk sürgündə öz yurdlarından çıxaran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə zənn edirdilər ki, qalaları onları Allahdan qoruyacaq. Lakin Allah onlara gözləmədikləri yerdən gəldi və qəlblərinə qorxu saldı...» (Həşr surəsi, ayə 2).

Onlar: «Bu möhkəm qalalar bizi qoruyacaq və heç kəs Xeybər qapısını aça bilməz» – deyirdilər. Qafil idilər ki, müsəlmanların arasında o ilahi gücü ilə Xeybər qapısını təkbaşına yerindən qoparan Həzrət Əli (ə) var.

Keçmişin təkəbbürlü hiyləgərləri öz plan və təşkilatlarının kökündən qoparılacağını düşünmədikləri kimi, Xeybər yəhudiləri də heç gözləmədikləri yerdən məğlub oldular."


📚 "Təsnim" təfsiri, c. 45, s. 632-633

🔗 Ətraflı

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
❤7👍2
✍️ Mövlana Cəlaləddin Bəlxi (Məsnəvi):
"Hər kim öz əslindən uzaq düşərsə, Yenidən qovuşacağı günü axtarar."


🔺 Xarici (maddi) aləmə həddindən artıq diqqət yetirdiyi üçün öz daxilindən (fitrətindən) qafil olan insan heç bir maddi nailiyyətlə razı qalmayacaq və şad olmayacaqdır. Nəhayət, o, istər öz seçimi ilə, istərsə də məcburiyyətdən, öz daxilinə boylanacaq və axtarışa başlayacaq ki, öz əslinə qovuşaraq hüzur və fərəhi orada tapsın.

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍5❤1
📌 DÜNYAYA BAĞLILIQ

"Dünyaya bağlılıq insanı dəyişir! İnsanı alçaldır. Bəziləri elə zənn edirlər ki, ev alıblar, lakin əslində ev onları əsir alıb! Elə bilirlər ki, maşın alıblar, amma maşın onları satın alıb!"


📚 Mirzə İsmayıl Dulabi (r.ə)

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍7❤1
✒️ #Ustad_Əlipur :
«İslama tövhid dini deyirlər, çünki insanı “Rəbb”ə qovuşdurur. Amma xəyali Allaha deyil, fitri Allaha; halbuki insanların tapındığı əksər allahlar xəyalidir.»


📕 Mənbə: "Fitrət" kitabı, səh. 41

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍7❤1
✒️ Həzrət Fatimə (s.ə):

"Sizi hara (hansı dalana) aparırlar?! Halbuki, Allahın Kitabı (Quran) aranızdadır. Onun işləri (hökmləri) aşkar, qanunları parlaq və nişanələri nurludur."


"أَنَّىٰ تُؤْفَكُونَ؟ وَكِتَابُ اللَّهِ بَيْنَ أَظْهُرِكُمْ، أُمُورُهُ ظَاهِرَةٌ وَأَحْكَامُهُ زَاهِرَةٌ وَأَعْلَامُهُ بَاهِرَةٌ"

📘 العوالم، ج ۱۱، ص ۴۷۱.

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍5❤2😢2
Dalğa
✒️ Həzrət Fatimə (s.ə): "Sizi hara (hansı dalana) aparırlar?! Halbuki, Allahın Kitabı (Quran) aranızdadır. Onun işləri (hökmləri) aşkar, qanunları parlaq və nişanələri nurludur." "أَنَّىٰ تُؤْفَكُونَ؟ وَكِتَابُ اللَّهِ بَيْنَ أَظْهُرِكُمْ، أُمُورُهُ ظَاهِرَةٌ…
🏴 Həzrət Fatimə (əleyha-səlam) Fədək xütbəsinin bir hissəsində belə buyurmuşdur:

▪️ «أَنّى تُؤفَکونَ؟ وَکِتابُ اللهِ بَینَ أَظهُرِکُم، أُمورُهُ ظاهِرَةٌ وَأَحکامُهُ زاهِرَةٌ وَأَعلامُهُ باهِرَةٌ...»

▪️ «Sizi hara döndərirlər? Halbuki Allahın Kitabı aranızdadır. Onun hökmləri aşkardır, ehkamı parlaqdır, nişanələri isə göz qamaşdırır (nurludur)...»

📗 Kitab əl-Əvalim, 11-ci cild, səh. 471.

➖➖➖➖➖

🔻 Hədisin şərhi 🔻

🔸 Bir şəxs cəmiyyətin rəhbəri və karvanın önündə gedən yolgöstərəni olduqda, təhlükə zamanı xəbərdarlıq edir, yanlış yolları göstərir, insanları fitnələrə düşməkdən və azğınlığa sürüklənməkdən çəkindirir. Peyğəmbərin Əhli-beyti (sallallahu əleyhi və alihi) də məhz belə bir missiyanı yerinə yetirir. Onlar Qurani-Kərim kimi ümmətə yol göstərir, Allahın Kitabının yanında «doğru yolu» və «azğınlıq yolunu» tanıdır, sapmaları insanlara xatırladırlar.

🔸 İslam cəmiyyətində Allahın yolundan və Peyğəmbərin sünnəsindən uzaqlaşma əlamətləri görünürdü. Buna görə də Həzrət Fatimə (əleyha-səlam) xütbə söyləyərək xəbərdarlıq etdi, Qurani-Kərimin ayələrini və Allah Rəsulunun tövsiyələrini insanlara xatırlatdı.

🔸 Peyğəmbərin vəfatından çox qısa müddət sonra əhdlərini pozan, hakimiyyətə çatmaq üçün Allah Rəsulunun (sallallahu əleyhi və alihi) ən aydın vəsiyyətlərini tapdalayan, onun Əhli-beytini kənara çəkən həmin dəstənin davranışı necə də heyrətamizdir!

🔸 Əgər İslamın zühurundan və Məhəmməd Peyğəmbərin (sallallahu əleyhi və alihi) təlimlərinin yayılmasından əsrlər keçmiş olsaydı və bu cür sapmalar, qəflətlər baş versəydi, bəlkə də, buna müəyyən izah vermək olardı. Lakin Peyğəmbərin qızının həmin insanları məzəmmət etməsinin səbəbi bu idi ki, Quranın aydın və işıqlandırıcı ayələri hələ də onların arasında mövcud idi, Allah dininin nişanələri hələ silinməmişdi, Peyğəmbərin Əhli-beyti və Allahın Kitabı hələ də insanların arasında idi. Bütün bunlara baxmayaraq, bidətlər və azğınlıqlar meydana çıxırdı!

Məhz buna görə Həzrət Fatimə (əleyha-səlam) belə bir sual ünvanlayır:

«Hara belə tələsirsiniz? Doğru yoldan necə də tez azdınız!»

📗 Mənbə: Cavad Mühəddisi, «Fatimi hikmətləri» kitabı.

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
🥰3❤2😢2
📜‌ Həzrət Zəhraya (s.ə) edilən zülmün açıq-aydın sübutu

2️⃣ Buxari və Müslim öz "Səhih"lərində rəvayət edirlər:
Məsurdan [rəvayət olunur ki, o] deyir: Peyğəmbərin (s) minbərdə belə buyurduğunu eşitdim:
"Səhih əl-Buxari" və "Səhih Müslim"

3️⃣ Peyğəmbər (s.ə.s):
"Fatimə mənim bədənimin bir parçasıdır; onu incidən hər nə məni də incidər və onu kədərləndirən hər nə məni də kədərləndirər."

📓 Mənbə: "Risalətül-məvəddət", s. 139 (əl-Qədir, c. 7, s. 231-233-dən nəqlən)

4️⃣ [Həmçinin] B uxari Urvədən, o da Aişədən rəvayət edir:
«Həzrət Fatimə öz irsini tələb etdikdə, Əbubəkr Rəsulullahın irsini Fatiməyə verməkdən imtina etdi.
Fatimə bərk qəzəbləndi və ondan uzaqlaşdı, dünyadan köçənədək bir daha onunla danışmadı.»

5️⃣ «Və Fatimə Rəsulullahdan sonra altı ay yaşadı.
Vəfat etdikdə, yoldaşı Əli (ə) onu gecə vaxtı dəfn etdi və Əbubəkri xəbərdar etmədi və özü ona namaz qıldı.»

📓 Risalətül-məvəddət, s. 142.

🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍3😢3❤1
📸 Qərb Azadlığı!


#Hicaba_Azadlıq

👇
🆔 @dalgaa
👍6❤1
✒️ Ayətullah Təhriri:

"Bəndə (günah işlətmək və ya qəflətə düşmək səbəbindən) özünü Allahın qəzəbinə layiq bildiyi zaman, onun yeganə xilas yolu Uca Allaha pənah aparmaqdır. Yəni, yalnız Allahın rəhmətinin genişliyinə ümid etməlidir ki, Uca Allah onun tövbəsini qəbul edib ona lütf və mərhəmət göstərsin."



🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
❤8👍2😢1