✒️ Əmirəlmöminin (ə):
إِذَا هِبْتَ أَمْراً فَقَعْ فِيهِ، فَإِنَّ شِدَّةَ تَوَقِّيهِ أَعْظَمُ مِمَّا تَخَافُ مِنه.
«Bir işdən qorxursansa, onun üzərinə get. Çünki ondan həddindən artıq çəkinməyin, qorxduğun şeyin özündən daha ağırdır.»
📚 Nəhcül-bəlağə, 175-ci hikmət
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir

❤7👍3
💡 Niyə uşağa «tez ol!» deməməliyik? 💭
📎 Uşağa daim «tez ol!» dedikdə, onun beyni həyəcan vəziyyətinə keçərək kilidlənir və diqqətini itirir. Səsimizin tonunu və bir neçə sadə sözü dəyişməklə, onu stressiz şəkildə özümüzlə əməkdaşlığa cəlb edə bilərik.
🔻 Uşağın beynində «qırmızı həyəcan siqnalı»:
🔸 Həyəcan və stress vəziyyətinin aktivləşməsi
🔸 Ürək döyüntüsünün artması və narahatlıq
🔸 «Mən yetərsizəm» kimi dağıdıcı inancın aşılanması
🔸 Özgüvənin sarsılması və rədd edilmək qorxusu
🔸 Diqqət və qərar qəbuletmə qabiliyyətinin pozulması
🌱 Alternativ davranışlar:
🔹 «Tez ol» yerinə «Yavaş-yavaş hazırlaşaq?» demək
🔹 İş zamanı səmimi kömək təklif etmək
🔹 Planlarda 10 dəqiqəlik əlavə vaxt nəzərdə tutmaq
🔹 Mərhələləri anlaması üçün vizual cədvəllərdən istifadə etmək

👍8
Dalğa
🖤✨ Həzrət Zəhraya (ə) təvəssülün qaydaları Həyatın çətin anlarında və çıxılmaz vəziyyətlərdə ən yaxşı sığınacaq Həzrət Zəhraya (ə.s) təvəssül etməkdir. Rəvayətlərdə bu uca xanıma sığınmaq üçün müxtəlif yollar göstərilib:
🖤✨ Həzrət Zəhraya (ə) təvəssülün qaydaları
Həyatın çətin anlarında və çıxılmaz vəziyyətlərdə ən yaxşı sığınacaq Həzrət Zəhraya (ə.s) təvəssül etməkdir. Rəvayətlərdə bu uca xanıma sığınmaq üçün müxtəlif yollar göstərilib:
🔸 Həzrət Fatiməyə (ə) istiqasə (kömək diləmə) namazı:
İki rükət namaz qıl, namazdan sonra üç təkbir və Həzrət Zəhranın (ə) təsbihatını de. Sonra səcdəyə get və 100 dəfə de:
«Ya Məvlati ya Fatimətu əğisni»
(Ey xanımım, ey Fatimə, harayıma yetiş!).
Sonra sağ yanağını möhürün üzərinə qoyub 100 dəfə eyni zikri de. Ardınca alnını möhürün üzərinə qoyub 100 dəfə həmin zikri təkrarla. Sonra sol yanağını möhürün üzərinə qoyub 100 dəfə zikri de. Sonra yenidən alnını möhürə qoyub zikri 110 dəfə de və hacətini (istəyini) dilə.
🔸 Həzrət Fatimənin (ə) salavatı:
Ayətullah Axund Həmdani Həzrət Zəhraya (ə) təvəssül etmək üçün aşağıdakı salavatın 530 dəfə deyilməsini tövsiyə edir:
«اللَّهُمَّ صَلِّ عَلَى فَاطِمَةَ وَ أَبِيهَا وَ بَعْلِهَا وَ بَنِيهَا وَ سِرِّ الْمُسْتَوْدَعِ فِيهَا بِعَدَدِ مَا أَحَاطَ بِهِ عِلْمُكَ»
«Allahım! Fatiməyə, onun atasına, həyat yoldaşına, övladlarına və onda əmanət qoyulmuş gizli raza Sənin elminin əhatə etdiyi şeylərin sayı qədər salavat və rəhmət göndər!»

👍5❤2
Hacı Cavad məscidi söküləndə bizimlə necə oyun oynadılar? Dedilər sökülməyəcək, bir dəstə dindarı bizimlə üz-üzə qoydular, sonra bir dəstə dindara söz verdilər ki, əvəzində sizə məscid veriləcək, onları da bizimlə üz-üzə qoydular, sonra gəldilər sökdülər, sonra dedilər ki, icra hakimi bizdən icazəsiz söküb. Bu qədər oyunları görən dindar necə bu hakimiyyətə yenə aldana bilər?
Hakimiyyət dindarları həbs edəndə rayon-rayon həbs edirdi. Biləcəridəki dindarlar düşünürdü ki, Binəqədidəki dindarlar yəqin radikaldır deyə onları həbs edirlər. Sonra keçdilər Biləcəriyə.
Hakimiyyət hicabı qadağan edəndə məktəb-məktəb edirdi. O məktəblərdə ki, hicab hələ qadağan olmamışdı, onlar deyirdilər ki, ümumi qadağa yoxdur, yalandır. Sonra onlara da gəlib-çatdı qadağa.
İndi də hicab dükanlarını hissə-hissə bağlayırlar, hansılar ki, onlara növbə çatmayıb video çəkir ki, ümumi hicab dükanlarının bağlanması söhbəti yalandır. Sabah da növbə onlarındır...
Daha bu hakimiyyət eyni üslubu neçə dəfə təkrarlamalıdır ki, biz düzgün təhlil edə bilək hakimiyyətin addımlarını?...
https://t.me/miraga_dadas

❤4👍1
#CƏMİYYƏTİ_BİRLƏŞDİRƏN_GİZLİ_GÜC
🖼 YAXŞILIĞIN YAPILMASI
"Yaxşılıqların yayılması cəmiyyətin psixoloji müdafiə qalxanıdır."
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
🖼 YAXŞILIĞIN YAPILMASI
"Yaxşılıqların yayılması cəmiyyətin psixoloji müdafiə qalxanıdır."
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍6❤1
🖤 «Nə tez birliyimiz pərişan oldu...» 😭
📚 Əmirəlmöminin (ə) | Əmali, Şeyx Tusi
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
📚 Əmirəlmöminin (ə) | Əmali, Şeyx Tusi
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
👍8❤2
فَقُلْ حَسْبِيَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ
«Allah sənə bəsdir; Ona təvəkkül et, çünki O, böyük ərşin sahibidir.»
📚 "Tövbə" surəsi, 129-cu ayə
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
«Allah sənə bəsdir; Ona təvəkkül et, çünki O, böyük ərşin sahibidir.»
📚 "Tövbə" surəsi, 129-cu ayə
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
🥰10❤3
Media is too big
VIEW IN TELEGRAM
Yat-yat ulu xalqım səni qoy qəflət aparsın
Röyalara dal ruhunu eyş-işrət aparsın
Aydın Xırdalanlı
https://t.me/meclisiuns
Röyalara dal ruhunu eyş-işrət aparsın
Aydın Xırdalanlı
https://t.me/meclisiuns
❤6
📣 Ayətullah Xameneinin (Allah ona rəhmət etsin) müqavimət cəbhəsinin qələbəsi üçün Quran oxumaq və dua etmək tövsiyəsi
🔹 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru üçün "Fəth" surəsinin, "Səhifeyi-Səccadiyyənin 14-cü duasının" və "Təvəssül" duasının oxunmasını tövsiyə etmişdir.

❤8👍1
🌿 Dinin həyatın bütün sahələrində təcəlli etməsi
🔻 #Ustad_Əlipur :
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
🔻 #Ustad_Əlipur :
“İlahi və həqiqi dini biliklər bir sıra quru, mücərrəd zehni anlayışlardan ibarət deyil. Əksinə, onların hamısı insan həyatının axarında mövcuddur. İnsan istəsə də, istəməsə də, bilsə də, bilməsə də, bütün varlığı ilə real aləmdə bu həqiqətlərə təslimdir.”
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
❤7👍1
FİRƏNGİZ.pdf
1.9 MB
❤5👍1
2 Noyabr
Amerika üçün bu insanın özünü yandırması zərrə qədər məna kəsb etmirdi. Ona görə də öz təcavüzkar və yırtıcı siyasətinə qaldığı yerdən davam etdi.
🎯 T.me/tarixinbugunu

❤5👍3
🌿 «مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ...»
📗 “Fəth” surəsi, 29-cu ayə (ayənin bir hissəsi)
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
"Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, öz aralarında isə rəhimlidilər."
📗 “Fəth” surəsi, 29-cu ayə (ayənin bir hissəsi)
🆔 @dalgaa | 🌐 az.ziaossalehin.ir
❤8👍1
#️⃣ #İlahi_Maarif_Mövzuları_Silsiləsi
🔻 № 1
❇️ Yaradılışın məqsədləri haqqında düşünməyin zəruriliyi
🔸 Biz istəsək də, istəməsək də, bilsək də, bilməsək də, çox uca bir #məqsəd üçün yaradılmışıq.
🔻 Lakin həmin məqsədi #dərk etsək, həyatımız tamamilə fərqli bir məcraya yönələr. Əgər bu ali məqsəddən xəbərsiz olsaq, həmin məqsəd öz qüvvəsində qalacaq, məhrum olan isə biz olacağıq.
Bu, palçıqdan zövq alan və öz həyatından razı olan bir torpaq qurdu kimidir. Onun mövcud vəziyyətindən razı qalması daha üstün həqiqətlərdən #xəbərsiz olmasından qaynaqlanır.
«وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ، مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ»
Bu ayə insanı silkələmək, bütün varlığı ilə sarsıtmaq üçün kifayətdir. Görəsən, Allah nə buyurur?
👉 Biz göyləri, yeri və onların arasında olanları #oyuncaq və əyləncə olsun deyə yaratmamışıq. Biz onları yalnız #haqq olaraq yaratmışıq. Lakin insanların çoxu bunu bilmir.
Nəfəs alan bütün varlıqların hər biri öz mərtəbəsinə uyğun dərketmə qabiliyyətinə malikdir. Lakin minlərlə həşərat, milyonlarla quş, həşərat, bitki və ağac yaradılış aləminin dərinliklərində #ali_insanların dərk etdiyi həqiqətləri anlaya bilməz.
📌 Bununla belə, hər bir varlıq öz cəhalət dünyasında özü üçün bir #rahatlıq tapır.
📖 #Ustad_Əlipur, «İlahi maarif haqqında otuz iki söhbət» adlı dərs vəsaiti, səh. 19.

👍5