İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
2K subscribers
3.74K photos
465 videos
30 files
631 links
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus 1 nömrəli ixtisas seçimi mərkəzi
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus Dinamik İnformasiya Mərkəzi


+994552219733 wp
Download Telegram
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Marketing ixtisasını bitirən şəxslər Azərbaycanda geniş sahələrdə və müxtəlif məkanlarda çalışma imkanı əldə edə bilərlər. Əsas iş imkanları aşağıdakılardır:

1. Şirkətlər və Korporasiyalar:

Marketinq və Satış şöbələri: Məhsul və ya xidmətlərin tanıtımı, satış strategiyalarının hazırlanması, müştəri bazasının analizi.

Brend menecment: Brendlərin inkişaf etdirilməsi və idarə olunması.

Biznes inkişafı: Yeni müştərilərin cəlb edilməsi və bazar imkanlarının araşdırılması.

2. Reklam və Media Agentlikləri:

Reklam meneceri: Kreativ kampaniyaların planlaşdırılması və həyata keçirilməsi.

Dizayn və Kontent yaradılması: Sosial media postları, video və vizual materialların hazırlanması.

Digital marketing mütəxəssisi: SEO, SEM, sosial media idarəçiliyi və rəqəmsal analitika.

3. İT və Texnologiya Şirkətləri:

UX/UI tədqiqatları: Müştəri təcrübəsinin təkmilləşdirilməsi.

Rəqəmsal məhsulun tanıtımı: Tətbiqlər və onlayn platformaların marketinqi.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Marketing ixtisasını bitirən şəxslər Azərbaycanda geniş sahələrdə və müxtəlif məkanlarda çalışma imkanı əldə edə bilərlər. Əsas iş imkanları aşağıdakılardır: 1. Şirkətlər və Korporasiyalar: Marketinq və Satış şöbələri: Məhsul və ya xidmətlərin tanıtımı,…
4. Bank və Maliyyə Sektoru:

Müştəri xidməti və marketinq: Bank məhsullarının tanıtımı, müştəri bazasının artırılması.

Reklam və kampaniyaların təşkili: Kredit, depozit və digər xidmətlərin təqdimatı.

5. Təhsil və Akademik Mərkəzlər:

Universitetlərdə və kurslarda tədris: Marketinq sahəsində biliklərin ötürülməsi.

Marketinq araşdırmaları: Akademik və praktik tədqiqatlar aparılması.

6. Dövlət və Qeyri-Hökumət Təşkilatları:

İctimai əlaqələr şöbələri: PR və kommunikasiya strategiyalarının hazırlanması.

Layihə menecmenti: Sosial layihələrin planlaşdırılması və icrası.

7. Sahibkarlıq:

Öz işini quraraq kiçik və orta bizneslər üçün marketinq həlləri təqdim etmək.

İş imkanlarını genişləndirmək üçün tövsiyələr:

Rəqəmsal marketinq alətlərini (Google Ads, Facebook Business, SEO) öyrənmək.

Yüksək səviyyədə analiz və hesabat bacarıqlarına yiyələnmək.

Təcrübə proqramlarında iştirak etməklə real iş mühiti ilə tanış olmaq.

Azərbaycanda xüsusilə Bakı şəhərində, eləcə də turizm, tikinti və xidmət sektoru inkişaf etmiş bölgələrdə bu sahədə çoxlu iş imkanları mövcuddur.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Azərbaycan Tələbələri:
1. Korporasiyalar və Şirkətlər:

📌Layihə menecmenti: Layihələrin planlaşdırılması, icrası və izlənməsi.
📌Kadrların idarəedilməsi (HR): İşə qəbul, təlim, əməkdaşların motivasiyası və inkişafı.
📌Strateji idarəetmə: Şirkətin uzunmüddətli hədəflərinin müəyyən edilməsi və tətbiqi.
📌Satış və əməliyyatların idarə olunması: Məhsul və xidmətlərin satışının effektiv təşkili.

2. Bank və Maliyyə Sektoru:

📌Maliyyə meneceri: Büdcənin idarə olunması, risk analizi və maliyyə strategiyalarının hazırlanması.
📌Filial rəhbəri: Bank filiallarının işinin təşkil olunması və nəzarət.

3. Dövlət və Dövlətə Məxsus Təşkilatlar:

📌Dövlət idarəetməsi: Nazirliklər, komitələr və digər dövlət qurumlarında rəhbər və idarəetmə vəzifələri.
📌Proqram və layihə idarəçiliyi: Dövlət və beynəlxalq layihələrin təşkili.

4. Təhsil və Akademik Sektor:

📌Universitetlər: Tədris və tədqiqat sahəsində işlər.
📌Təlim və inkişaf mərkəzləri: Liderlik və idarəetmə üzrə təlimlərin təşkili.

5. Sahibkarlıq:

Öz biznesini qurmaq və idarəetmə bacarıqları ilə kiçik və orta biznesləri inkişaf etdirmək.

6. Turizm və Xidmət Sektoru:

📌Otel və restoran idarəçiliyi: Müştəri xidməti, personal idarəetməsi və biznesin inkişafı.
📌Səyahət agentlikləri: Turistik xidmətlərin idarə olunması.

7. Qeyri-Hökumət və Beynəlxalq Təşkilatlar:

📌Layihə rəhbəri: Sosial və iqtisadi inkişaf layihələrinin idarə olunması.
📌İdarəetmə mütəxəssisi: Təşkilatın əməliyyatlarının effektiv idarəsi.


8. İT və Texnologiya Şirkətləri:

📌Biznes analitikası: Şirkətlərin fəaliyyətinin təhlili və təkmilləşdirilməsi.
📌İT layihə menecmenti: Texnoloji məhsul və xidmətlərin idarə edilməsi.


İş imkanlarını artırmaq üçün tövsiyələr:

Liderlik və kommunikasiya bacarıqları: Effektiv idarəetmə üçün əsasdır.

Texnologiya bilikləri: MS Excel, ERP sistemləri, layihə idarəetmə alətləri (Trello, Asana, Jira və s.).

Sertifikatlar: PMP (Project Management Professional), Agile, Scrum kimi beynəlxalq sertifikatlar.

Təcrübə proqramları və şəbəkələşmə: Praktik bilik və peşəkar əlaqələr qurmaq üçün faydalıdır.


Menecment sahəsi geniş olduğuna görə, xüsusilə Bakıda yerləşən iri şirkətlər və beynəlxalq təşkilatlar bu sahədə iş imkanları təqdim edir.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
🎓 Əziz tələbələr dərs yükünüzü bizimlə yüngülləşdirin !

Niyə məhz biz ? 🤔
● Yüksək nəticə
● Keyfiyyətli iş
● Vaxtında təhvil
● Professional yanaşma
● Düzgün planlama
● 💯 % nəticə
● Ədəbiyyatdan geniş istifadə

Xidmətlərimiz
⬇️
✅ Dissertasiya
✅ Diplom işi
✅Referat
✅ Kurs işi
✅Məqalə
✅Təqdimat
✅Tərcümə
✅Slayd
✅Əlyazma işlərin yazılması
✅CV və.s

📌Peşəkar işçilərimiz tərəfindən yüksək səviyyədə elmi işlərin hazırlanması !

🎓Tələbələrə uyğun sərfəli qiymət və endirimlər !

🟢 Əgər sizdə yüksək nəticə istəyirsinizsə doğru ünvandasınız !

📞 055 221 97 02
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Ortalama balı 90+ olan tələbələr "Respublika əlaçısı" layihəsinə,
Ortalama balı 80+ olanlar isə "Respublika zərbəçisi" layihəsində iştirak edə bilər.

Layihədə iştirak etmək üçün bizə sadəcə:
📌Ad, soyad, ata adı
📌1 ədəd fotoşəkil
📌Ortalama balınızı göstərən transkript
📌Təhsil aldığınız müəssisə, qrup, kurs, ixtisas, fakültəni yazmaq kifayətdir!

Layihədə iştirak etməyə tələs!
📞050 885 55 26
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Gözünüz aydın🎉😍

Ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert Pərvin Əliyevin abituriyentlər və tələbələr üçün qeydiyyatı aktiv etdi!🎉🎉

Xidmətlərimiz⤵️
✅️Tələbə transferi
✅️9/11 illik kolleclərə ixtisas seçimi
✅️Universitetlərə ixtisas seçimi
✅️Magistratura səviyyəsi üzrə ixtisas seçimi
✅️Subbakalavr ixtisas seçimi və.s

Sən də işini mütəxəssislərə həvalə et!
Qeydiyyata düşməyə tələs!

Menecerlə əlaqə: 055 221 97 32
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Jurnalistika ixtisası üzrə magistr olmaq istəyənlərin DİQQƏTİNƏ!

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Əlavə olaraq namizədlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
1. Dövlət qurumları

📌Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (müxtəlif şöbələr).
📌Sosial Xidmət Agentliyi.
📌DOST Mərkəzləri (Dayanıqlı və Operativ Sosial Təminat).
📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
📌Miqrasiya Xidməti (sosial adaptasiya üzrə işçi).

2. Səhiyyə və təhsil müəssisələri

📌Psixiatriya xəstəxanaları və mərkəzləri (sosial işçi kimi).
📌Reabilitasiya mərkəzləri (fiziki və psixoloji yardıma ehtiyacı olan insanlar üçün).
📌Uşaq evləri və internatlar.
📌Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəblər və mərkəzlər.

3. Qeyri-Hökumət Təşkilatları (QHT-lər)
📌Qızıl Aypara Cəmiyyəti.
📌UNICEF Azərbaycan.
📌Sosial yardım və reabilitasiya ilə bağlı fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lər.

4. Hüquq-Mühafizə Orqanları və Məhkəmə sistemi

📌Penitensiar xidmət (məntəqə və koloniyalarda sosial reabilitasiya işləri).
📌Uşaq və qadın hüquqlarını müdafiə edən mərkəzlər.

5. Özəl sektor

📌Sosial xidmət və psixoloji yardım mərkəzləri.
📌Xarici humanitar təşkilatların yerli nümayəndəlikləri.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Qabiliyyət imtahanı, magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanı və bakalavr səviyyəsinə qəbul üçün təşkil olunan blok imtahanlarının nəticələri yalnız imtahanın keçirildiyi təqvim ili ərzində etibarlıdır. Bu müddət ərzində namizədlər əldə etdikləri nəticələrdən müvafiq təhsil proqramlarına müraciət etmək məqsədilə istifadə edə bilərlər. Nəticələrin növbəti illərdə keçərli olması üçün namizədlər yenidən imtahanda iştirak etməlidirlər.


Qeyd: Bunun üçün sadəcə müvafiq olaraq sənəd qəbulu zamanı qeydiyyatdan keçmək kifayət edir.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün qabiliyyet) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə bilərlər.

DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Sabahdan şəhərin ən dadlı ünvanı açılır! 🎉

📌 *TOP BAKU restoranı rəsmi açılışını edir!*

✨ Lüks VİP kabinetlər, möhtəşəm teras, geniş və zövqlü zal – hamısı sizin rahatlığınız və zövqünüz üçün!

💃 Canlı atmosfer, dadlı menyu və unudulmaz açılış ab-havası sizi gözləyir!
📍 Sabah hamı TOP BAKU-da!

Restoranımızın sosial media hesabları⤵️

https://www.tiktok.com/@topbaku?_r=1&_t=ZS-914UlQBXzf7

https://www.instagram.com/topbakurestaurant?igsh=MWJkdHFwNWxpaDl6MA==

Ünvan: İnşaatçılar m/s Kontakt Home çıxışı Perla mebel VI mərtəbə