8.8K subscribers
2.03K photos
250 videos
2 files
1.79K links
otk.az | Onlayn sınaq imtahanları
Download Telegram
Forwarded from Abituriyent Jurnalı
Şəms Vəliyeva Ağdam rayonu 122 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 395.5 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:

“Dərslərə hazırlaşarkən planlı olun, vaxt bölgüsünü düzgün edin. Mənim əsas motivasiyam hədəfim idi. Məqsədim üçün mübarizə aparırdım. DİM nəşrlərinin hazırlıq prosesimdə çox faydası oldu. Mən mütəmadi sınaq imtahanlarında iştirak edirdim və zəif bildiyim mövzuları təkrarlayırdım”.

Uğurlar, Şəms!
История Азербайджана 8, 35 mövzu üzrə sınaq imtahanı portala yerləşdirildi (350 test tapşırığı), 1 illik abunə 3 azn və ya bu imtahanlara 1 kuponla PULSUZ yazıla bilərsiniz
❤1
Forwarded from Abituriyent Jurnalı
Turan Əliyev Humanitar təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 394 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:

“Məqsədiniz uğrunda hər zaman yorulmadan çalışın. Vaxtınızı düzgün bölün. Müəllimlərim bu yolda hər zaman mənə dayaq idilər. Mən hazırlıq dövründə 2-3 dəfə DİM-in test toplularını bitirmişəm. Həm ənənəvi, həm də otk.az portalındakı onlayn sınaq imtahanlarında biliyimi yoxlayırdım”.

Uğurlar, Turan!
👍5👎2❤1
Mən, Məmmədov Xəzər Sumqayıt EPİ Academy-in Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. OTK sınaqları tam şəkildə DİM meyarlarına uyğun olduğu üçün şagirdlərimi bu sınaqlara göndərirəm. Qeyd edim ki, şagirdlərimin OTK sınaqları ilə DİM imtahanında topladıqları nəticələr tam üst-üstə düşür. Ona görə təşkilatçılara təşəkkür edirəm. Bütün şagirdlərə də tövsiyə edirəm ki, mütəmadi olaraq OTK sınaqlarını işləyin, öz çatışmazlıqlarınızı görün , öz üzərinizdə işləyin, nəticəniz də yüksələcək.
👍7
Forwarded from otk.az
Forwarded from Abituriyent Jurnalı
Nilufər Zeynalzadə Tərtər rayon Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 393.2 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:
“Zaman çox dəyərlidir. Vaxtınızı düzgün bölün. Ailəmi qürurlandırmaq, öz adımı zirvədə saxlamaq istəyi mənim əsas motivasiyamdır. DİM nəşrləri abituriyentlərin imtahana hazırlığına çox kömək edir. Mən biliyimi həm ənənəvi, həm də otk.az portalındakı onlayn sınaq imtahanlarında yoxlayırdım".

Uğurlar, Nilufər!
👍4
Forwarded from Abituriyent Jurnalı
Yaqub Rzayev Ordubad rayonu Gənzə kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 391.9 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:

“Əzmkar, qətiyyətli, səbrli olun. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün ciddi çalışın. Əlçatmaz heç nə yoxdur. Mənim üçün mümkünsüz görünən nəticəni ağılla və çox çalışaraq əldə etdim. Özünüzə inanın, daim çalışın. Əmin olun ki, zəhmətinizin bəhrəsini görəcəksiniz. Hazırlıq dövründə mənim əsas motivasiyam ailəm və hədəfim olub. Mən 8-ci sinifdən DİM nəşrlərindən yararlanıram. DİM nəşrlərində olan hədiyyə kuponlarıından istifadə edərək otk.az portalındakı sınaq imtahanlarında biliyimi yoxlayırdım. Bu hədiyyə kuponları bizim üçün çox faydalıdır və buna görə Dövlət İmtahan Mərkəzinə təşəkkür edirəm”.

Uğurlar, Yaqub!
👍5❤1
Forwarded from otk.az
Qəbul imtahanları yaxınlaşır, biliyinizi otk.az portalındakı onlayn sınaq imtahanları ilə yoxlayın
👍3
Sonuncu canlı sınaq
Forwarded from otk.az
Forwarded from Abituriyent Jurnalı
Ömər Əliyev Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 393.2 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:

“Bütün hədəflərə çatmaya bilərik. Bu, bizim motivasiyamıza, əzmimizə təsir edə bilməz. Daim iti addımlarla irəliyə doğru hərəkət etməliyik. Hazırlıq üçün DİM nəşrlərini bütün abituriyentlərə tövsiyə edirəm. Uğur qazanmaq istəyən hər bir abituriyent mütəmadi sınaq imtahanlarında iştirak etməlidir. Mən biliyimi həm ənənəvi, həm də otk.az portalındakı onlayn sınaq imtahanlarında yoxlayırdım”.

Uğurlar, Ömər!
👍4
Forwarded from otk.az
Qəbul imtahanları yaxınlaşır, biliyinizi otk.az portalındakı onlayn sınaq imtahanları ilə yoxlayın
👍1
Forwarded from Abituriyent Jurnalı
Nigar Məhərrəmova Tovuz rayonu Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 392.5 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:

“Qarşınıza məqsəd qoyun və bu məqsəd uğrunda çalışın. Uğurun sirri özümüzdən asılıdır. Uğurun yarısı əzmkarlıq və çox çalışmaqdırsa, digər yarısı özünə müəllimlik etməyi bacarmaqdır. Məncə, yaxşı nəticə qazanmaq istəyən hər bir abituriyent DİM nəşrlərindən yararlanmalıdır. Sınaq imtahanlarında iştirak etmək çox faydalıdır. Mən imtahana hazırlıq müddətində DİM nəşrlərindəki hədiyyə kuponları ilə otk.az portalındakı onlayn sınaq imtahanlarında iştirak edərək biliyimi yoxlayırdım”.

Uğurlar, Nigar!
👍3
otk.az portalında onlayn sınaqlara istənilən vaxt yazılıb, istənilən vaxt imtahan verə bilərsiniz
Forwarded from Abituriyent Jurnalı
Afiq Mustafazadə Qazax şəhəri N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Qəbul imtahanının ikinci mərhələsində 392.5 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:

“Kəmiyyət yox, keyfiyyət önəmlidir. Ağıllı şəkildə çalışmaq lazımdır. DİM nəşrləri imtahana hazırlıq üçün ən keyfiyyətli vəsaitlərdir. DİM nəşrlərindəki hədiyyə kuponları vasitəsilə otk.az portalındakı onlayn sınaq imtahanlarından yararlanırdım. Mən həm ənənəvi, həm də onlayn sınaq imtahanlarında biliyimi yoxlayırdım”.

Uğurlar, Afiq!
otk.az pinned «otk.az portalında onlayn sınaqlara istənilən vaxt yazılıb, istənilən vaxt imtahan verə bilərsiniz»