8.86K subscribers
2.04K photos
250 videos
2 files
1.81K links
otk.az | Onlayn sınaq imtahanları
Download Telegram
Riyaziyyat 6-ya yazılmaqla bütün bu mövzular üzrə ayrılıqda hazırlıq səviyyənizi yoxlaya bilərsiniz
Я не получили "зачет" по Азербайджанскому языку, а по правилам для участия в конкурсе в вузы "зачет" обязателен. Как мне зарегистрироваться на повторный экзамен по Азербайджанскому языку?

Выпускникам текущего года общеобразовательных школ, которые набрали меньше 50 баллов на экзамене по Азербайджанскому языку (как государственному), достаточно подтвердить электронное заявление в вуз или колледж на сайте ГЭЦ. https://eservices.dim.gov.az/erizebak/erize/PageParol.aspx После этого они автоматически будут включены в базу абитуриентов, которые будут сдавать экзамен по Азербайджанскому языку вместе с выпускниками предыдущих лет. Дата экзамена будет объявлена в ближайшие дни.
Elektron ərizənin təsdiqini ləğv etmək üçün DİM-ə gəlməyə ehtiyac yoxdur.

Təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edirlər. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini basmaq lazımdır.
Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

Elektron ərizələrin qəbulu 8 iyun saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün və iddiaçıların xarici dil üzrə, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat elan edib

İmtahanlarda iştirak etmək üçün qeydiyyat 2021-ci il iyunun 7-dən 13-dək internet vasitəsilə aparılacaq.

Ətraflı: www.dim.gov.az
Forwarded from otk.az
Forwarded from otk.az
Ali təhsil müəssisələrinə və 11 illik bazada kolleclərə ərizə qəbulu iyunun 8-də başa çatır.

Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq etməlidirlər. Həmin abituriyentlər ərizələrini 8 iyun saat 23:59-dək təsdiq etməlidirlər.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini 8 iyun saat 17:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.

SQK-ların ünvanları: http://dim.gov.az/news/6691/

Ətraflı məlumat üçün https://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov linkinə daxil ola bilərsiniz.
Forwarded from otk.az
Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən Dizayn (14), Dekorativ sənət (15), Məşqçilik (61), Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.
✅ Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də ikinci dəfə “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

Ətraflı: http://dim.gov.az/news/6735/
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 1 iyul

Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı 1 iyul

Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan 1 iyul

Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı 1 iyul

Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı 1 iyul


Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
III ixtisas qrupu 14 iyul
II ixtisas qrupu 15 iyul
I ixtisas qrupu 27 – 28 iyul
IV ixtisas qrupu 28 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.
Forwarded from otk.az
Forwarded from otk.az
ONLAYN TEST BANKI

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar məktəb dərsliyinin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.

Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti 1 manatdır. İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.
https://otk.az/?menu=courses&id_category=5
Forwarded from otk.az
Qəbul imtahanının 2-ci mərhələsinin bütün qrupları üzrə (Azərbaycan və rus bölmələri) portala yerləşdirilmiş 2019, 2020, 2021-ci ilin sınaq imtahanlarından istifadə edə bilərsiniz
Forwarded from otk.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Buraxılış imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərən şagirdlərdən biri Beyləqanın Yuxarı Aran kənd məktəbinin məzunu Aygün Məhərrəmova (300 mümkün baldan 297.1 bal) imtahanlara hazırlıq dövründə otk.az portalındakı sınaq imtahanlarından istifadə edib. Uğurlar Aygün!
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2021-ci il iyunun 14-dən 29-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ətraflı: http://dim.gov.az/news/6758/
Forwarded from otk.az