8.86K subscribers
2.04K photos
250 videos
2 files
1.8K links
otk.az | Onlayn sınaq imtahanları
Download Telegram
Forwarded from otk.az
Forwarded from otk.az
Ödənişsiz sınaqların sayı artırıldı, yeni siniflər əlavə edildi
otk.az pinned a photo
otk.az pinned «İnteraktiv test toplusundan istifadə qaydası https://www.youtube.com/watch?v=NHjUpDENfJU»
Forwarded from otk.az
Forwarded from otk.az
Forwarded from otk.az
DİM-in nəşr etdiyi Riyaziyyat 11 interaktiv test kitabına yazılmaqla kitabdakı 83 variantı imtahan formatında işləyib hər bir test tapşırığının düzgün cavabları və bəzi tapşırıqların həlli ilə tanış ola bilərsiniz
Yeni N1 2022 ONLAYN SINAQ İMTAHANLARI
otk.az pinned a photo
III ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarına hazırlaşan abituriyentlərin nəzərinə!

2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilmişdirlər.

Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, 2022-ci ildən etibarən III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsi, TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

http://dim.gov.az/news/7328/
İmtahanlara hazırlaşmaq üçün otk.az portalında Test bankından (bütün fənn və siniflər üzrə mövzu-mövzu sınaqlardan), Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi siniflər üzrə kitabçaların (Azərbaycan dili, Riyaziyyat, İngilis dili 11-ci siniflər) və Riyaziyyat test toplusunun interaktiv versiyasından, Buraxılış (9 və 11-ci siniflər) və qruplar üzrə qəbul imtahanlarına hazırlıq səviyyənizi yoxlamaq üçün isə portaldakı sınaq imtahanlarından istifadə edə bilərsiniz.