Forwarded from Abituriyent Jurnalı
Şəbnəm Novruzova Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Buraxılış imtahanında 300 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:
“Dərsləri planlı şəkildə yerinə yetirin. Öyrəndiklərinizi təkrarlayın. Mən həm ənənəvi sınaq imtahanlarında iştirak edirdim, həm də DİM nəşrlərindəki hədiyyə kuponları ilı otk.az portalında öz biliklərimi yoxlayırdım. Əsas motivasiyam gələcəklə bağlı planlarım, ailəmin və müəllimlərimin mənə olan inamıdır”.
Uğurlar, Şəbnəm!

👏5👍1
Humay Harunova Qax şəhər 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Buraxılış imtahanında 300 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:
“DİM nəşrləri vasitəsilə öyrəndiklərinizi daha da möhkəmləndirin. otk.az portalındakı sınaq imtahanları ilə biliklərinizi yoxlayın. Mənim bu uğuru qazanmağımın ən böyük səbəblərindən biri dərslərimə daim hazırlıqlı olmağım idi. Asudə vaxtlarımda mütaliə edir, rəsm çəkirdim. Bu il keçirilən buraxılış imtahanında maksimum bal toplayan şagirdlər sırasında olduğum üçün həm xoşbəxt, həm qürurluyam”.
Uğurlar, Humay!

❤5👏2
Media is too big
VIEW IN TELEGRAM
İlahə Məhərrəmzadə Tovuz şəhəri, Mahir Ələkbərov adına tam orta məktəbin 11-ci sinif şagirdidir. O, buraxılış imtahanında 300 bal toplayaraq yüksək nəticə qazanıb.
❤7
Həcər İsgəndərli Ağstafa rayonu, Həsənsu kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Buraxılış imtahanında 300 bal toplayaraq yüksək nəticə qazanıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərə tövsiyə edir:
“Dövlət İmtahan Mərkəzinin nəşrlərindən və otk.az portalındakı sınaq imtahanlarından bəhrələnin. Mən hazırlıq müddətində DİM nəşrləri vasitəsilə biliklərimi təkmilləşdirirdim. otk.az portalındakı sınaq imtahanlarında biliklərimi yoxlayırdım. Ən böyük arzum Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almaqdır. Növbəti imtahanda da maksimum nəticə qazanmaq üçün çalışıram. Bütün abituriyentlərə uğur arzulayıram və ümid edirəm ki, hər birimiz istədiyimizə nail olarıq”.
Uğurlar, Həcər!

👍9
История 6, 23 mövzu üzrə sınaq imtahanı portala yerləşdirildi (230 test tapşırığı), 1 illik abunə 3 azn