8.86K subscribers
2.04K photos
250 videos
2 files
1.81K links
otk.az | Onlayn sınaq imtahanları
Download Telegram
otk.az portalında dərsliklərdə olan hər bir mövzu üzrə (bütün sinif və fənlər) sınaqdan keçə bilərsiniz.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

http://dim.gov.az/news/6884/
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8 - 23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. http://dim.gov.az/news/6887/
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlər III ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə iyulun 15-də , I və IV ixtisas qrupları üzrə isə 27-28 iyul tarixlərində keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

http://dim.gov.az/news/6894/
Forwarded from otk.az
Qəbul imtahanının 2-ci mərhələsinin bütün qrupları üzrə (Azərbaycan və rus bölmələri) portala yerləşdirilmiş 2019, 2020, 2021-ci ilin sınaq imtahanlarından istifadə edə bilərsiniz
Bu gün imtahan verəcək bütün abituriyentlərə uğurlar arzu edirik #otk.az
14 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

✅ İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdiriləcək.

✅ İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

✅ 15 iyul saat 16:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:

III ixtisas qrupu (Azərbaycan bölməsi);
https://eservices.dim.gov.az/exam/2021/a3.htm

III ixtisas qrupu (rus bölməsi).
https://eservices.dim.gov.az/exam/2021/r3.htm
Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı ( https://www.youtube.com/stateexamcenter ) və “Facebook” səhifəsi vasitəsilə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək. Canlı yayımda Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş məlumat veriləcək.

Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. İmtahan tarixi, bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.

Qeyd edək ki, bugünkü imtahanda istifadə olunan qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları canlı yayım zamanı təqdim olunacaq.
Forwarded from otk.az
1-2 iyul 2021-ci il tarixlərində keçirilən imtahanların nəticələri elan olunub.

http://dim.gov.az/news/6936/
Forwarded from otk.az
Media is too big
VIEW IN TELEGRAM
ONLAYN TEST BANKI

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar məktəb dərsliyinin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.

İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.
https://otk.az/?menu=courses&id_category=5
#DİM #otk #onlayn #sınaq #imtahan #fənn #test #təhsil #magistratura #rezidentura #doktorantura
Forwarded from otk.az