Education🎓
21K subscribers
706 photos
12 videos
329 files
615 links
Abituriyentlərin N1 Təhsil Kanalı.✅️

✔️Bütün fənlərə aid testlər, sınaqlar

✔️DİM-dən ən son RƏSMİ xəbərlər

✔️Buraxılış və qəbula düşmüş suallar

İnstagram: https://www.instagram.com/educationn_az?igsh=MWU3emN0
Download Telegram
Keçən il ali təhsil müəssisələrinə ixtisas seçimi saat 16:00-da başlamışdı.
❤‍🔥1👍1
💍👰‍♀️🤵 2021-ci ilin Prezident təqaüdçüləri ailə qururlar.

🔖Sumqayıt şəhərinin Təbiət Elmləri Təmayüllü Gimnaziyasının və İstedad liseyinin məzunları, həm də 2021-ci ilin Prezident təqaüdçüləri Ruslan Murtuzov (691,3 bal) və Arzu Məmmədova (691,1) bal ailə həyatı qururlar.

⚡️Onlar bu il Bakı Ali Neft Məktəbindən məzun olublar.

💥2 savadlı gəncin qurduğu ailə savadlı bir cəmiyyət deməkdir. Xoşbəxt olun, dostlar!
❤‍🔥7😍2❤1
📚Fizika dərslərinə qeydiyyat
davam edir!

✅Qruplarda az sayda şagird
✅Hər bir şagirdə xüsusi diqqət və
fərdi yanaşma
✅Nəticəyönümlü hazırlıq

Uğurlu nəticə üçün siz də
dərslərimizə qoşulun!

📩Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın:
0504107391
❤‍🔥1
https://www.instagram.com/p/DcZbndLDPgB/?igsi=MWRqcTV1cGR1MndyeA==


‼️ *11 illik kollec üzrə Keçən il etdiyimiz ixtisas seçimlərinin nəticələrinin bir qismi✅😍*

📌*Sizdə minimum ballarla Düzgün ixtisas seçimi etdirmək istəyirsizsə Şəfail müəllimə həvalə edə bilərsiz✅*

📌*İxtisas seçimi üçün qeyd olunan nömrəyə müraciət edib əvvəlcədən yer tutun. Seçim başlayanda günü biz təyin edib çağırıq.*

📲*0553198581 wp*
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rəsədxana ilə hədəflərinizə bir addım daha yaxın olun. Qəbul imtahanlarında yüksək nəticə və parlaq gələcək üçün doğru ünvan! ✔️

resedxana.com
❤‍🔥1
⚡️ DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

● DİM 2027-ci ildə keçiriləcək 9 və 11 illik buraxılış imtahanlarının proqramlarını Azərbaycan və rus dillərində təqdim edib.

● 9-cu sinif üzrə Azərbaycan bölməsində Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsində isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar açıqlanıb. 2026-cı ilin imtahan modeli saxlanılacaq.

● 11-ci sinifdə xarici dil üzrə dinləyib-anlama üçün 1 mətn və 4 tapşırıq, oxuyub-anlama üçün 2 mətn və 8 tapşırıq, qrammatika və leksika üzrə isə 13 qapalı tipli tapşırıq veriləcək.

● Xarici dil imtahanında ilk dəfə yazı bacarığını yoxlayan tapşırıq tətbiq olunacaq. Şagird verilmiş sual və ya fikir əsasında fakt və mülahizələrini ifadə edən kiçikhəcmli mətn yazacaq.

● 11-ci sinif üzrə Azərbaycan dili və riyaziyyat fənlərində 2026-cı ildə tətbiq olunan model dəyişməyəcək. Yeni dərsliklərin materialları isə hazırda 9 və 11-ci sinifdə oxuyan şagirdlər həmin dərsliklərlə təhsil almadığı üçün proqramlara daxil edilməyib.
❤‍🔥1
⚡️Bu il ADA Universitetinin böyük ailəsinə qoşulan 1000-dən çox yeni tələbədən biri də Cəmilə Məmmədlidir.
📣O, qəbul imtahanında 577 bal toplayaraq Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub.
Təbriklər!
❤2❤‍🔥1
⚡️Milli Məclisdə magistratura təhsilinin 2 ildən 1 ilə, bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi təklif edilib.
❤3❤‍🔥1
⚡️Elm və təhsil naziri Emin Əmrullayev:

📣“Filankəs müəllimin məktəbi”, “filankəs xanımın məktəbi” yaxşı anlayış deyil. Burada biz yaxşı məktəbdən yox, ayrı-ayrı şəxslərin arzularından danışmış oluruq. Əslində 1, 2, 3 nömrəli məktəblər arasında fərq olmamalıdır".
⚡️ Məktəblərdə hicab və digər dini geyim elementləri qadağan olundu
💔3👍1
🔴2 bacı 600-dən çox balla ADPU-da❗️

🔖Fatimə Nəcəfzadə 2024-cü ildəki qəbul imtahanlarında 663,9 bal toplayaraq ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olub.

🔖Bu il onun bacısı Zəhra Nəcəfzadə də böyük uğura imza ataraq 604 bal nəticə göstərib və bacısı kimi ADPU-nun eyni ixtisasını seçib.

Təbrik edirik❗️
❤5👍2
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.
❤1👍1
⚡️ Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.
❤1👍1
BDU Sentyabr ayının təqaüdünü ödədi.✅
Xeyirli olsun❗️
🚨Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb

🏫 Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında dərs bölgüsü ilə bağlı mübahisə yaşanıb.

🩹 1981-ci il təvəllüdlü ibtidai sinif müəllimi P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

⚠️ P. Məmmədova müəllim yoldaşı S. Əhmədovanın onu döyərək xəsarət yetirdiyini bildirib.

👮 DİN-in regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı Ağstafa Rayon Polis Şöbəsində ekspertiza təyin edilməklə araşdırma aparılır.
⚡️ Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.

İlkin məlumata görə, 14 şagird zəhərlənib.

Məsələ araşdırılır.

Uşaqlar xəstəxanaya aparılıb. Vəziyyətləri nəzarət altındadır.
🤔1
🏛️🏗️ Azərbaycan Texnologiya Universitetində təmir işləri 335.000 manata başa gələcək.
⚡️Naxçıvan Dövlət Universitetindən Müəllimlər Günü ilə bağlı müəllimlərə ən böyük hədiyyə! 💥

🔴Rektor Elbrus İsayevin müvafiq əmri ilə, əməkdaşların aylıq maaşları artırıldı.

😱Artımın minimum 250-300 manata yaxın olduğu bildirilir.

Əhsən, NDU!👏
❤3
SON DƏQİQƏ❗️

🇦🇿Azərbaycanda aprelin 1-dən  kartdan - karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.

💸 Köçürmə məbləğinə görə tariflər:
▪️ 100 manatadək — 3 qəpik
▪️ 100 – 1 000 manat — 10 qəpik
▪️ 1 000– 10 000 manat — 50 qəpik
▪️ 10 000 –40 000 manat — 2 manat
▪️ 40 000 manatdan yuxarı — 4 manat