AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
📌 Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. 📚📖

Dərslik komplektlərinin layihələri 🌐 www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.

Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya 📧 derslik@edu.gov.az elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edir.
❤5
Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıtda vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 13 fevral 2026-cı il (saat 18:00-dək)

❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍4
🌐 portal.edu.az platformasından istifadə edirsinizmi?
Anonymous Poll
79%
✅ Bəli
21%
❌ Xeyr
❤6
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib.

Artıq vətəndaşlar 146 – 11 xətti vasitəsilə elm və təhsil nazirinin və müavinlərinin qəbuluna yazılmaq üçün müraciət edə bilərlər.
❤5👍3
Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 12-18 yaşlı məktəblilər üçün "Fast and Furious (Xətt izləyən maşınların yarışı)" Respublika turniri keçiriləcək!🚀

🗓 14.03.2026
📍 STEAM İnnovasiya Mərkəzi

🔗Qeydiyyat və ətraflı məlumat üçün: www.steam.edu.az / +994 10 226 72 17

Qaydalarla tanış olmaq üçün: https://we.tl/t-EfubvDoTX1

Son qeydiyyat tarixi- 27 fevral 2026-ci il📌

Bütün komandalara uğurlar arzu edirik!🤩
❤5
Bu gün elmdə uğur qazanan, araşdıran və yeniliklərə imza atan bütün qadın və qızların günüdür. Onların bilik və əzmi gələcəyin qurulmasında əhəmiyyətli rola malikdir.
❤23
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək.

Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22827-1
👍4❤2
Elm və təhsil nazirinin müavini İdris İsayev 25 fevral tarixində Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 20 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤5
Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar 🎉

7–8 fevral tarixlərində Rumıniyada keçirilən X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində Azərbaycan məktəbliləri möhtəşəm nəticə göstərərək 6 medal qazanıblar.

🥇 Qızıl medal qazanan:

Fateh Əhmədzadə – Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi

🥈 Gümüş medal qazananlar:

Ömər Əliməmmədzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi
Elay Verdiyev – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xsinif şagirdi
Əkbər Əhmədov – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xsinif şagirdi

🥉 Bürünc medal qazananlar:

Atilla Mustafa – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi
Mərd Cəfərzadə – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
👍12❤2👏2
21 fevral Beynəlxalq Ana Dili Günüdür.

Ana dili sərvətimiz, dəyərimiz və tariximizdir.

#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #21fevral #BeynəlxalqAnaDiliGünü
❤18👍5
Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧
❤16👍8
Elm və Təhsil Nazirliyinin dəstəyi, Mədəniyyət Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz Birləşsin” adlı I Xor Festivalı layihəsinə start verilir.

Ətraflı: https://shorturl.at/LfQW9
❤5👍2
✅ 25 fevral saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin yerdəyişməsinə start veriləcək.

🌐 Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

❗ Yerdəyişmə məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üçün aktivləşdirilir.

📌 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ŞagirdYerdəyişməsi #Şagird
❤6
Prezident İlham Əliyev fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

ℹ️ 2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

✅ Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb.

✅ Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

Ətraflı: https://president.az/az/articles/view/71697
❤6
🎶 Səslərimiz birləşsin!

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir!

Festivalın məqsədi şagirdlər arasında xor mədəniyyətini inkişaf etdirmək, milli musiqi dəyərlərimizi təbliğ etmək və kollektiv ifa bacarıqlarını gücləndirməkdir.

Layihə çərçivəsində dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq.

🎼 Əziz məktəb rəhbərləri və musiqi müəllimləri!
Şagirdlərinizin istedadını böyük səhnəyə daşımaq, onların birgə yaradıcılıq ruhunu gücləndirmək və məktəbinizi bu musiqi bayramının iştirakçısına çevirmək üçün siz də qoşulun!

📌 Qeydiyyat üçün aşağıdakı linkə keçid edin və festivalın bir parçasına çevrilin.

🔗 https://shorturl.at/LfQW9

Səslərimiz birləşsin, istedadlarımız səslənsin!
❤10
Xocalı soyqırımından 34 il ötür.

Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀

#XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
❤11
Gələcəyin təhsil lideri olmağa hazırsınız?

“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat başlayır!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində yeni bir layihəyə start verilir.

Strateji düşünən, qərarvermə bacarığı yüksək, komandaya ilham verən təhsil menecerlərinin yetişdirilməsi bu günün prioritetidir.
“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” məhz bu missiyaya xidmət edir — gələcəyin təhsil liderlərini formalaşdırmaq üçün.

Sizi nə gözləyir?

✨ Təcrübəli mütəxəssislərdən praktik yönümlü təlimlər
✨ Praktiki tapşırıqlar və real idarəetmə nümunələri
✨ Şəbəkələşmə və təcrübə mübadiləsi imkanı
✨ Fərdi mentor dəstəyi
✨ Rəsmi sertifikat

🔷 Kimlər qoşula bilər?
Rəhbər vəzifədə çalışmaq və ya bu istiqamətdə inkişaf etmək istəyən pedaqoji şəxslər

Son qeydiyyat tarixi: 15 mart 2026
Qeydiyyat: https://forms.gle/ebED9srb8Q
👍7❤6
Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Şuşa, Xankəndi və Xocalı sakinləri

📌 Qəbula necə yazılmaq olar?
✅ Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 6 mart 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
❤6
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinə start verilir!
Bu proqram məktəb rəhbərləri və təhsil menecerləri üçün sadəcə innovativ təlim deyil – idarəetmədə yeni baxış, liderlikdə yeni mərhələ deməkdir.
📌 Layihə çərçivəsində iştirakçılar:
🔹 Müasir təhsil idarəçiliyi
🔹 Effektiv qərarvermə mexanizmləri
🔹 Komanda idarəçiliyi və motivasiya
🔹 Dəyişikliklərin idarə olunması
🔹 Strateji planlaşdırma
istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
🎯 Proqramda iştirak üçün Bakı şəhərində yerləşən dövlət ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri müraciət edə bilərlər.
📝 İştirak seçim əsasında həyata keçiriləcək.
🔗 Müraciət linki:
https://docs.google.com/.../1FAIpQLSdcmT2nmWe.../viewform
Son müraciət tarixi: 15 mart, 2026
📞 Əlaqə: 055 247 45 35
📧 E-poçt: mba@tahsil.az
❤4
Hər evə xoş ovqat və ruzi-bərəkət arzulayırıq.

Od çərşənbəniz mübarək! 🔥
❤28