AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.84K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
​📢"Məktəblilərarası Milli Hakaton"a 8-11-ci siniflər üçün qeydiyyatın bitməsinə son 3 gün qalıb.

📝 Qeydiyyat prosesi və ilkin test tapşırıqları mərhələsi davam edir.

📌 Qeyd edək ki, hakatonda iştirak üçün qeydiyyat 🔗 codehour.edu.az saytı üzərindən aparılır.
👍6❤2🙏1
​📣 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton” a qeydiyyat prosesi davam edir.

📝 Hazırda respublika üzrə ümumi təhsil müəssisələrində artıq 275 000 şagird hakatona qeydiyyatdan keçib.

📌 Qeyd edək ki, hakatonda iştirak üçün qeydiyyat 🔗 codehour.edu.az saytı üzərindən aparılır.
👍4🙏1
📢 “Məktəblilərarası Milli Hakaton” üçün qeydiyyat davam edir!

Şagirdlərin qeydiyyat prosesini daha da əlçatan etmək üçün "Milli Hakaton" çərçivəsində ölkə üzrə 147 mərkəz fəaliyyət göstərir. Məktəblilər təyin olunmuş mərkəzlərə gələrək rahatlıqla qeydiyyatdan keçə bilərlər.

📌 Regionlar üzrə mərkəzlərin siyahısını təqdim edirik. ⬇️

https://hakatonmerkezler.tiiny.site
👍10🙏2❤1
Torpaq çərşənbəniz mübarək! 🌱

#Novruz #TorpaqÇərşənbəsi
❤21👍13🥰1🙏1
“Məktəblilərarası Milli Hakaton” üçün qeydiyyat və tapşırıqların işlənməsi prosesi martın 28-dək davam edir.

Qeydiyyatdan keçmiş şagirdlərin nəzərinə çatdırırıq ki, iştirakçılar martın 28-dək tapşırıqları yerinə yetirməlidirlər.

Bunun üçün qeydiyyat zamanı şagirdin elektron ünvanına göndərilən istifadəçi adı və şifrə ilə “Learn” https://learn.algoritmika.az/login platformasına daxil olaraq tapşırıqları yerinə yetirmək vacibdir.
👍10❤1🙏1
Təbiətin oyanış fəsli olan yazın gəlişini, milli-mədəni dəyərlərimizi özündə əks etdirən Novruz bayramınız mübarək! 🌸

#ElmVəTəhsilNazirliyi #NovruzBayramı
👍35❤9🥰4🔥1
📣 300.000 məktəbli “Məktəblilərarası Milli Hakaton”da! 👦🏻👧🏻

Ölkəmizdə ilk dəfə keçirilən “Məktəblilərarası Milli Hakaton” innovasiyaya və texnologiyaya maraq göstərən minlərlə məktəblini bir araya gətirir! Artıq 300.000 şagird respublika miqyaslı “Milli Hakaton”da iştirak etmək üçün 📝 qeydiyyatdan keçib.

Gənc istedadlar burada proqramlaşdırma və digər rəqəmsal bacarıqlarını sınayaraq gələcəyin texnoloji liderlərinə çevriləcəklər.

İdeyalarını kodla, gələcəyini qur! 🤩
👍17👏2🙏2❤1
Əziz şagirdlər,

“Məktəblilərarası Milli Hakaton” üçün qeydiyyat və tapşırıqların işlənməsi prosesi 28 mart tarixində yekunlaşır.

Odur ki, son 3 gün ərzində tapşırıqları işləməyə və qeydiyyatınızı tamamlamağa tələsin!
👍10
Ramazan bayramınız mübarək! 🌙 🕌

#ElmVəTəhsilNazirliyi #RamazanBayramı
❤46🙏9👍6🥰2
​31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə günahsız qurbanları hörmətlə anırıq.

#AzərbaycanlılarınSoyqırımıGünü
🙏14👍5❤2💔2
​Elm və təhsil naziri Emin Əmrullayev 18 aprel tarixində Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21957-1
👍4
​📢 Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu davam edir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21958-1
👍6❤1
“Rəqəmsal məktəb” platforması barədə məlumatlısınızmı❓
Anonymous Poll
55%
Bəli 🙂
34%
Xeyr 🙁
11%
İlk dəfədir eşidirəm 🤔
👎16👍11👌1
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ətraflı: https://president.az/az/articles/view/68494
👍5
✅ Azərbaycanda elmin inkişafı dövlətin müəyyən etdiyi əsas prioritet sahələrdən biridir. Elmin populyarlaşdırılması və cəmiyyət üçün anlaşıqlı dildə təqdim olunması bu sahədə əsas çağırışlardan biridir.

✅ Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə fəaliyyət göstərir, lakin bu say elmi məhsuldarlıqla mütənasib deyil.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm festivalı”nda səsləndirib.
👏3❤1👍1
✅ Tədqiqatçıların əməyinin ayrı-ayrılıqda qiymətləndirilməsi vacibdir.

✅ Əsas vəzifələrdən biri elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır.

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm festivalı” zamanı bu fikirləri səsləndirib.
👍3
​ℹ️ Aprelin 8-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında həyata keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verilib.

🥇“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.

📌 Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.
👍6👎1
​Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Ətraflı: https://president.az/az/articles/view/68516
​📢 Maarifçi olmaq istəyənlərin nəzərinə❗️

Elm və Təhsil Nazirliyi III “Maarifçi” tələbə-məzun təcrübə proqramına start verir!

Ötən proqramlardan fərqli olaraq, budəfəki “Maarifçi”nin təcrübə müddəti 4 aydır.

📝 Qeydiyyat üçün keçid: https://anket.edu.az/user/200
👍3
📢 15 000 şagird “Milli Hakaton” Olimpiadasının seçim mərhələsində!

“Məktəblilərarası Milli Hakaton”un qeydiyyat və seçim mərhələsində iştirak edən 300 000-dən çox şagird arasından 15 000-i olimpiadanın seçim mərhələsinə vəsiqə qazanıb! 🤩

Tapşırıqları yerinə yetirərək ən yüksək nəticə göstərən 8–11-ci sinif şagirdlərinin 5%-i yarışa davam edəcək.

“Milli Hakaton”un qeydiyyat və seçim mərhələsində iştirak edib, növbəti mərhələyə keçməyən şagirdlər üçün isə motivasiyaedici imkanlar nəzərdə tutulub. Onlar “Learn Algoritmika” platformasında iştirakçı sertifikatı əldə edəcək, həmçinin “Milli Hakaton” müddətində interaktiv kvizlər, əyləncəli videolar və digər maraqlı fəaliyyətlərə qoşularaq vaxtlarını səmərəli keçirə biləcəklər.

Seçilmiş şagirdlərin siyahısı rəsmi vebsaytda – codehouredu.az-da yerləşdirilib!
👍8🙏1