AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.84K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Hörmətli müəllimlər,

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özünüzlə gətirməyiniz kifayətdir. İmtahan binasına çanta və digər şəxsi əşyaların gətirilməsi tövsiyə olunmur.

Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM
👍3❤2
​📢 Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Proqrama son müraciət tarixi ⌛️ 15 iyundur.

Müsahibələrə isə ⏳ 25 iyun tarixindən start veriləcək.

Daha ətraflı: ➡️ https://dp.edu.az/az/news/4928
👍2❤1
Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi keçirilir.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22154-1

#ElmVəTəhsilNazirliyi #EduAz #AzərbaycanMüəllimi #TəhsilTV #Müsabiqə
👍5
“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının qalibləri elan olunub.

🔗Ətraflı: https://shorturl.at/0C963
❤6
Azərbaycan Respublikasının Təhsil İnstitutu sertifikatlaşdırılma prosesi çərçivəsində keçirilmiş sınaq imtahanının sual nümunələrini təqdim edir.

Sual nümunələri və düzgün cavablar ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

➡️ https://shorturl.at/LzZzN
❤6
🏫 Məktəb həyatının son, böyük yolun ilk addımında olan məzunlarımıza uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #SonZəng #Şagird
❤25🥰2
İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda 10 nömrəli və Muğan qəsəbə tam orta ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində iştirak edib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22162-1
👍8👏1
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22163-1
👍9👏2👎1
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Bu mühüm tarix dövlətçiliyimizin qorunması baxımından xüsusi önəm daşıyır.
❤11👏4🎉2
📢 Məktəbəhazırlıq qruplarına qəbul başlayır

📅 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

🏫 Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

⏳ Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

#MÜTDA #EduAz #MəktəbəHazırlıq
❤5👏3
Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22187-1
👍15👏1