AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
“Times Higher Education” fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub.

11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin sayı ilk dəfə 4-ə yüksəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar. Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərinə ilk dəfə bu il daxil olublar.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22748-1
👏4❤3👍1
Forwarded from Emin Əmrullayev
Yanvarın 21-də Türkiyəyə rəsmi səfər çərçivəsində Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüş keçirdik.

Görüşdə ölkələrimiz arasında ali təhsil sahəsində strateji tərəfdaşlığın uğurlu inkişafı, universitetlərin səmərəli əməkdaşlığı qeyd olundu.

Görüş çərçivəsində həmçinin Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.

Səfər zamanı Hacettepe və Ankara universitetlərini də ziyarət etdik.
❤9
Forwarded from ARTİ
🔊Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişafı üçün yeni metodik vəsaitlər istifadəyə verildi!

Müvafiq keçidlərə daxil olmaqla metodik vəsaitlər ilə tanış ola bilərsiniz:

📗Şagirdlərdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması:
🌐https://online.flippingbook.com/view/679148917/

📘Şagirdlərdə rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması:
🌐https://online.flippingbook.com/view/679264506/

🔗Ətraflı: https://shorturl.at/hzwy7
❤7👍1
📢 Təhsil İnstitutu 2026-2027-ci tədris ili üzrə metodist hazırlığı üçün müsabiqə elan edir!

🔹 Müsabiqəyə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ibtidai sinif, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat, biologiya, kimya, fizika, informatika, təsviri incəsənət, texnologiya, musiqi və tarix fənn müəllimləri dəvət olunurlar.

📝 Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

🗓️ Qeydiyyat üçün son tarix: 1 mart 2026
🔗 Qeydiyyat linki: https://shorturl.at/u3DYT
➡️ Ətraflı: https://shorturl.at/zhaDa
❤10
24 yanvar Beynəlxalq Təhsil Günüdür.

Təhsil hər bir cəmiyyətin davamlı inkişafının təməlidir. Beynəlxalq Təhsil Günü bütün insanlar üçün bərabər və ömürboyu öyrənmə imkanlarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
❤15👍10
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.❄️

ℹ️ Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

✅ Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

📌 Qeyd edək ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.
❤7👍3
Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 10-15 yaşlı məktəblilər üçün "VEX IQ Competition" yarışı üzrə Respublika turniri keçiriləcək!🚀

🔗 Qeydiyyat üçün steam.edu.az saytına keçid edin.
📍 Bakı Avropa Liseyi
🗓 Son qeydiyyat tarixi: 30 yanvar 2026-cı il

ℹ️ Qalib komanda ABŞ-nin Missouri əyalətinin Louis şəhərində təşkil olunacaq dünya çempionatında iştirak hüququ qazanacaq.

Bütün komandalara uğurlar arzu edirik!🤩
❤9👍2
Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 14-17 yaşlı məktəblilər üçün "VEX V5 Robotics Competition" yarışı üzrə Respublika turniri keçiriləcək!🚀

🔗 Qeydiyyat üçün steam.edu.az saytına keçid edin.
🗓 Son qeydiyyat tarixi: 30 yanvar 2026-cı il
📍 Bakı Avropa Liseyi
ℹ️ Qalib komanda ABŞ-nin Missouri əyalətinin Louis şəhərində təşkil olunacaq dünya çempionatında iştirak hüququ qazanacaq.

Bütün komandalara uğurlar arzu edirik!🤩
❤5👍1
Prezident İlham Əliyev elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi barədə Sərəncam imzalayıb.

Ağadadaşov Sərxan Əbülfət oğlu

Ağayev Şahmar Zöhrab oğlu

Həsənova Elmina Qəhrəman qızı

Həsənova Leyla Elçin qızı

İsmayıllı Aynur Telman qızı

İsmayılov Mahmud Azər oğlu

Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı

Məmmədova Lamiyə Famil qızı

Novruzov Səməd Əbülqasım oğlu

Tağızadə Mahir Tahir oğlu
❤16👍4
Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 10-16 yaşlı məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri keçiriləcək!🚀

🔗 Qeydiyyat üçün fll.steam.edu.az saytına keçid edin.
📞 Ətraflı məlumat üçün: +994 10 226 72 17
🗓️ Son qeydiyyat tarixi: 10 fevral 2026-ci il
📍 Bakı Avropa Liseyi

Bütün komandalara uğurlar arzu edirik!🤩
❤5👍1
Prezident İlham Əliyev: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar”.

Gününüz mübarək, əziz gənclər!
❤19👏1
📌 Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. 📚📖

Dərslik komplektlərinin layihələri 🌐 www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.

Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya 📧 derslik@edu.gov.az elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edir.
❤5
Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıtda vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 13 fevral 2026-cı il (saat 18:00-dək)

❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍4
🌐 portal.edu.az platformasından istifadə edirsinizmi?
Anonymous Poll
79%
✅ Bəli
21%
❌ Xeyr
❤6
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinin fəaliyyət dairəsi genişləndirilib.

Artıq vətəndaşlar 146 – 11 xətti vasitəsilə elm və təhsil nazirinin və müavinlərinin qəbuluna yazılmaq üçün müraciət edə bilərlər.
❤5👍3
Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 12-18 yaşlı məktəblilər üçün "Fast and Furious (Xətt izləyən maşınların yarışı)" Respublika turniri keçiriləcək!🚀

🗓 14.03.2026
📍 STEAM İnnovasiya Mərkəzi

🔗Qeydiyyat və ətraflı məlumat üçün: www.steam.edu.az / +994 10 226 72 17

Qaydalarla tanış olmaq üçün: https://we.tl/t-EfubvDoTX1

Son qeydiyyat tarixi- 27 fevral 2026-ci il📌

Bütün komandalara uğurlar arzu edirik!🤩
❤5
Bu gün elmdə uğur qazanan, araşdıran və yeniliklərə imza atan bütün qadın və qızların günüdür. Onların bilik və əzmi gələcəyin qurulmasında əhəmiyyətli rola malikdir.
❤23
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək.

Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22827-1
👍4❤2
Elm və təhsil nazirinin müavini İdris İsayev 25 fevral tarixində Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 20 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤5