📢 “Evdə təhsilə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin və onların ailələrinin dəstəklənməsi” layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Birgə və Sağlam İctimai Birliyi tərəfindən həyata keçirilir.
🎯 Layihənin məqsədi evdə təhsil alan və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sosial və təhsil inkişafına töhfə vermək, onların ailələrinə psixoloji və pedaqoji dəstək göstərməkdir. Bununla yanaşı, evdə təhsilin keyfiyyətinin və inklüzivliyinin artırılması, valideyn və müəllimlərin inklüziv və xüsusi təhsil sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlərdəndir.
Müraciət üçün: https://forms.gle/U722cg1dmivU4xK17
✊🏻Birlikdə mümkündür.
İnklüziv təhsil – hər kəs üçün❗
Gəlin, daha sağlam, inklüziv və qayğıkeş təhsil mühiti üçün birlikdə çalışaq.
QEYD: yerlər məhduddur.
Əlavə məlumat üçün:
📩info@birgesaglam.az
📞+994 99 200 23 10

❤5
VI “ Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
Müsabiqədə iştirak hüququna malik olan şəxslər https://yukselish.az/register keçidi vasitəsilə 16 aprel 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.
📌 Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi bilik və bacarıqlarınızı nümayiş etdirmək, ölkənin aparıcı idarəçilərinin mentorluğu ilə inkişaf etmək və kadr bankına daxil olaraq yeni karyera imkanları qazanmaq üçün əla fürsətdir.

❤5👏1
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüddə olan bir qrup qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə uzun illər pedaqoji fəaliyyət göstərmiş müəllimlər və məktəb direktorları ilə fikir mübadiləsi aparılıb, onların Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr vurğulanıb. Nazir təcrübəli pedaqoqların bilik və təcrübəsinin gənc müəllimlərə ötürülməsinin əhəmiyyətini qeyd edib.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22889-1

👏4❤1👍1
8 Mart Beynəlxalq Qadınlar Günüdür.
Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, elmin və təhsilin inkişafında mühüm rol oynayan güclü və fədakar sima kimi seçilib. Bu gün də qadınlarımız ölkəmizin intellektual potensialının formalaşmasına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə böyük töhfə verirlər.
Əziz qadınlar, bayramınız mübarək! 🌷
#ElmVəTəhsilNazirliyi #EduGovAz #8Mart #BeynəlxalqQadınlarGünü

❤38🙏3👏1
IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
Martın 11-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının IV mərhələsinə müraciət qəbulu başlayır.
💡 “Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram:
* bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri,
* magistratura tələbələri,
* son 3 il ərzində məzun olmuş gənclər üçün nəzərdə tutulub.
📌 4 ay davam edəcək proqram çərçivəsində iştirakçılar:
• Elm və Təhsil Nazirliyinin struktur bölmələrində,
• nazirliyə tabe qurumlarda,
• regional təhsil idarələrində,
• Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.
🎯 Proqramın məqsədi gənclərin nəzəri biliklərini praktikada tətbiq etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və iş təcrübəsi əldə etməsinə dəstək olmaqdır.
🔗 Müraciət etmək üçün: https://anket.edu.az/user/309

❤7
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 3 aprel tarixində Bərdə şəhərində vətəndaşları qəbul edəcək.
✅ Qəbulda Bərdə və Ağdam sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 19 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

👍4❤1
📢 Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib.
ℹ️ Layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsilalanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir.
🔴 Yarışın buraxılışlarını Elm və Təhsil Nazirliyinin "Youtube" səhifəsində və İdman TV 📺 kanalından izləmək mümkündür.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22898-1

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
#ElmVəTəhsilNazirliyi #EduGovAz #Novruz #TorpaqÇərşənbəsi

❤12🙏5
📢 Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur.
ℹ️ Proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər.
📌 İki illik proqramın məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək.
🗓️ Proqrama sənəd qəbulunun son tarixi: 30 mart 2026-cı il
Ətraflı: https://shorturl.at/b5KWE

👍6👏1
📢 “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” adlı layihəyə start verilib.
📍Layihə çərçivəsində Bakı, Mingəçevir, Xankəndi və Ağdam şəhərlərini əhatə edən ümumilikdə 6 məktəbdən 120 şagird və 24 müəllimin iştirakı ilə maarifləndirici təlim-düşərgə təşkil olunacaq.
🎨👩🍳Məktəblərdə milli-mədəni dəyərlər, etiket qaydaları və milli geyim mövzularında təlimlər, esse və rəsm müsabiqələri, milli kulinariya yarışları və ekskursiyalar keçiriləcək.
Layihə mart-iyul ayları ərzində davam edəcək.

❤3
2026–2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara təqdim olunub.
Valideynlər müvafiq link vasitəsilə daimi qeydiyyat ünvanlarının dislokasiyada yer alıb-almadığını yoxlaya bilərlər. Yeni inşa olunmuş binalarda yaşayanlar isə “Azərişıq” ASC abonent kodu əsasında ünvan məlumatlarını dəqiqləşdirməlidirlər.
Qeydiyyat ünvanı dislokasiyada olmayan və ya yanlış göstərilən valideynlər aprelin 6-dək müvafiq formanı dolduraraq 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa və ya dislokasiya@baku.edu.gov.az
ünvanına müraciət edə bilərlər.
Əlavə suallarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzi (146-1) fəaliyyət göstərir. 📞
Paytaxt məktəbləri üzrə dislokasiya: https://baku.edu.gov.az/az/page/333

❤8
📢 Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 13.04.2026-cı il tarixindən başlayaraq 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: ⬇️
https://shorturl.at/81UiM

👍5
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin və yenilənmənin rəmzi olan Novruz bayramınız mübarək!🌸
#ElmVəTəhsilNazirliyi #NovruzBayramı
#ElmVəTəhsilNazirliyi #NovruzBayramı
❤19🙏3
✅2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
✅Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.
✅Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22912-1

❤14👍3
📢 Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir
🗓 Fevral ayının 25-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
📌 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq, 9-cu siniflər üzrə isə bu proses tədris ilinin sonunadək aktiv edilməyəcək.
🔗 Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

❤4👍1
Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.
#ElmVəTəhsilNazirliyi #31mart #Soyqırım

🙏10