📢 Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İdman TV-nin birgə əməkdaşlığı çərçivəsində məktəblilər arasında “Böyük tənəffüs” adlı idman yarışı televiziya layihəsinə start verilib.
ℹ️ Layihənin məqsədi ümumi təhsil müəssisələrində təhsilalanların fiziki aktivliyini artırmaq, onların idmana marağını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlərin psixoloji inkişafını dəstəkləməkdir.
🔴 Yarışın buraxılışlarını Elm və Təhsil Nazirliyinin "Youtube" səhifəsində və İdman TV 📺 kanalından izləmək mümkündür.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22898-1

❤5
Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
#ElmVəTəhsilNazirliyi #EduGovAz #Novruz #TorpaqÇərşənbəsi

❤12🙏5
📢 Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur.
ℹ️ Proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər.
📌 İki illik proqramın məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək.
🗓️ Proqrama sənəd qəbulunun son tarixi: 30 mart 2026-cı il
Ətraflı: https://shorturl.at/b5KWE

👍6👏1
📢 “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” adlı layihəyə start verilib.
📍Layihə çərçivəsində Bakı, Mingəçevir, Xankəndi və Ağdam şəhərlərini əhatə edən ümumilikdə 6 məktəbdən 120 şagird və 24 müəllimin iştirakı ilə maarifləndirici təlim-düşərgə təşkil olunacaq.
🎨👩🍳Məktəblərdə milli-mədəni dəyərlər, etiket qaydaları və milli geyim mövzularında təlimlər, esse və rəsm müsabiqələri, milli kulinariya yarışları və ekskursiyalar keçiriləcək.
Layihə mart-iyul ayları ərzində davam edəcək.

❤3
2026–2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara təqdim olunub.
Valideynlər müvafiq link vasitəsilə daimi qeydiyyat ünvanlarının dislokasiyada yer alıb-almadığını yoxlaya bilərlər. Yeni inşa olunmuş binalarda yaşayanlar isə “Azərişıq” ASC abonent kodu əsasında ünvan məlumatlarını dəqiqləşdirməlidirlər.
Qeydiyyat ünvanı dislokasiyada olmayan və ya yanlış göstərilən valideynlər aprelin 6-dək müvafiq formanı dolduraraq 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa və ya dislokasiya@baku.edu.gov.az
ünvanına müraciət edə bilərlər.
Əlavə suallarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzi (146-1) fəaliyyət göstərir. 📞
Paytaxt məktəbləri üzrə dislokasiya: https://baku.edu.gov.az/az/page/333

❤8
📢 Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 13.04.2026-cı il tarixindən başlayaraq 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: ⬇️
https://shorturl.at/81UiM

👍5
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan, birliyin və yenilənmənin rəmzi olan Novruz bayramınız mübarək!🌸
#ElmVəTəhsilNazirliyi #NovruzBayramı
#ElmVəTəhsilNazirliyi #NovruzBayramı
❤19🙏3
✅2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
✅Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.
✅Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22912-1

❤14👍3
📢 Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir
🗓 Fevral ayının 25-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
📌 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq, 9-cu siniflər üzrə isə bu proses tədris ilinin sonunadək aktiv edilməyəcək.
🔗 Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

❤4👍1
Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.
#ElmVəTəhsilNazirliyi #31mart #Soyqırım

🙏10
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 2 aprel tarixində Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
✅ Qəbulda Lənkəran və Lerik sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 1 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

👍2
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 8 aprel tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
✅ Qəbulda Şamaxı və Ağsu sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 6 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
✅ Qəbulda Şamaxı və Ağsu sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 6 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤4👍2
Elm və təhsil naziri Emin Əmrullayev aprelin 17-si Qusar şəhərində vətəndaşları qəbul edəcək.
📍 Qəbula kimlər yazıla bilər?
Qusar, Quba və Xaçmaz sakinləri
📌 Qəbula necə yazılmaq olar?
✅ Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək
⏰ Qeydiyyat üçün son tarix: 10 aprel 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

👍3
📢 Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə❗️
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Aşağıdakı siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
🔗 https://shorturl.at/eZcZH

👍6❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.
👍7❤1
Nazir müavini Həsən Həsənlinin Şamaxıdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 8 aprel tarixində Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu aprelin 24-də keçiriləcək.
📍 Qəbulda Şamaxı və Ağsu sakinlərinin iştirakı nəzərdə tutulub.
📌 Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 8 aprel tarixində Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu aprelin 24-də keçiriləcək.
📍 Qəbulda Şamaxı və Ağsu sakinlərinin iştirakı nəzərdə tutulub.
📌 Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⭐️Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən 2026-cı ilin birinci rübünün sonunadək (31.03.2026) olan əsas fəaliyyət indikatorları üzrə əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir. Belə ki, hazırkı dövrədək 32 500-ə yaxın tələbənin müraciəti əsasında 79 000-dən çox kredit müqaviləsi rəsmiləşdirilib. Ümumilikdə isə 74 milyon manatdan artıq vəsait ayrılıb.
Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.
✅ Qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

👍3❤1
📢Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 13 aprel tarixindən sənəd qəbulu başlayır
Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla müvafiq keçidlə tanış ola bilərsiniz: ⬇️

👍3❤2