AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov: “Növbəti illərdə məktəb psixoloqları daxil olmaqla bütün pedaqoji heyətin sertifikasiyadan keçirilməsi planlaşdırılır”.
👍8❤1
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-sı Qax şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Qax, Şəki, Zaqatala və Balakən sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 14 may 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
❤1👍1
📣 Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.

Müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u ümumi təhsil müəssisələrinin, 996-sı isə təhsilverənlərin fərdi layihələridir.

ℹ️ Cari müsabiqə iştirakçılarının 367-si (36%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib.

📍 Ən çox layihə təklifi Bakı, Gəncə və Ağstafadan daxil olub.
❤3
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.

Müvafiq dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Ətraflı: https://president.az/az/articles/view/72295

#PrezidentAz #ElmVəTəhsilNazirliyi #Təhsil
❤17👍7👏1
📣 Bu gün saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir!

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

📌 Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

👨‍👩‍👧‍👦 Valideynlərə dəstək məqsədilə ölkə üzrə ümumilikdə 368 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Qeydiyyat zamanı çətinlik yaşayan valideynlər Alternativ Qeydiyyat Mərkəzlərinə, eləcə də “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.

📍 Rayon və şəhərlər üzrə Alternativ Qeydiyyat Mərkəzlərinin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: ⬇️

🔗 Link: https://shorturl.at/oH9na
❤5👍3
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 22 may tarixində Ağdaş şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Ağdaş rayon sakinləri iştirak edə bilərlər.

Adı çəkilən rayonun sakinləri 20 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤4👍2
Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.

Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir.

Heydər Əliyevin söylədiyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir.
❤23
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər.

Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤3👍2
📣 Nazir müavini Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun 25 may tarixində Tovuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul mayın 15-də keçiriləcək.

✅ Qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər.

Adı çəkilən rayonun sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤3
WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.

Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.

Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.

🔗 https://reqemsal.edu.az/
❤8
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu və Tətbiqi Elmlər İnstitutu yaradılacaq.

Ətraflı: https://tinyurl.com/58nfms45

#NazirlərKabineti #Qərar #BöyükQayıdış
👍3❤1
💡Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır

✅Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.

🗓️ Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq.

Ətraflı: https://tinyurl.com/yzt3jrks
❤5👏2
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.

Ətraflı: https://tinyurl.com/46cjnjyb
❤3👍1
WUF13 zamanı Bakının bəzi məktəblərində şagirdlər "Rəqəmsal məktəb" üzərindən onlayn dərslərə 💻 necə qoşula bilərlər?

Addımlar təlimatda ☝️
❤2
📢 Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

🗓️ 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq. Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.

ℹ️ Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
❤4👍1
📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4
❤4👍1
📢 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır!

🗓️ 19 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

💻 Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

⏳ Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.
👍4❤1👏1
🏆 İtaliyada keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2026) məktəbli qızlarımız uğurla çıxış edərək 2 bürünc medal qazanıblar.

67 ölkədən 242 məktəblinin iştirak etdiyi olimpiadada Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli nəticələri ilə fərqləniblər.

Qızlarımızı ürəkdən təbrik edir, onlara gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq! 🌟
👍5👏3❤2
📢 Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulu ilə bağlı məlumat

📍 Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 22 may tarixində Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun tarixi barədə əlavə məlumat veriləcək.

Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

📌Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
👍4
📢 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır.

🗓️ 21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

🕛 Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.
❤2