AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈
❤13👍2
Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Gəncə, Samux və Kəlbəcər sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍3
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.

⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq.

Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər.

✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər.
❤2
📢 Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır.

📌 Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 📧grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir.
❤2
📢 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

🗓️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
❤4👍2
📢 4 iyun saat 15:00-dan əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu prosesinə start verilir.

🎓 Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər 🌐 portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

📅 Sənəd qəbulu prosesi 31 avqust 2026-ci il saat 23:59-da başa çatacaq.

ℹ️ Qeyd edək ki, təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsilalma formaları üzrə həyata keçirilir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23124-1
❤4
📢2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

ℹ️ Şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.
✔️ Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

📆 Qeydiyyat müddəti: 9 – 19 iyun

🔗 Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:

https://tinyurl.com/yz9pnmmp
❤3🙏1
“Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.

Rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23144-1
❤4
Azərbaycanda ilk dəfə! Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

İyunun 20-də Bakı Kristal Zalında ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının (MRİO) açılış mərasimi baş tutacaq.

Azərbaycanın müxtəlif bölgələrindən məktəblilər bu olimpiadada bir araya gələcək və bir çox idman növləri üzrə mübarizə aparacaqlar.

🗓️ 21–26 iyun
🥇 12 idman növü
📍 59 bölgə
👥 2000+ iştirakçı

Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

Gələcəyin çempionları ilk Respublika İdman Olimpiadasında müəyyənləşəcək!

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23160-1
❤8
🏫 🔔 Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.

Əziz məzunlar, sizi təbrik edirik!
❤33
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.
❤13👏4
Hörmətli vətəndaşlar!

Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. 📝

Fikirləriniz bizim üçün çox önəmlidir.
👍2❤1
📢 17 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

ℹ️ İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.

Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq.
❤11👍2
📢 Şagirdlərimiz 12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasından (EuPhO) 4 bürünc medalla qayıdıblar. 🥉👏🏻

🔹 Bəxtiyar Ağayev - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi
🔹 Məhəmməd Cəfərli - Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi
🔹 Murad Xəlil - Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi
🔹 Raiq Babazadə - Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi

ℹ️ Qeyd edək ki, bu il 41 ölkədən 200 şagirdin yarışdığı mötəbər turnir 2018-ci ildən keçirilir və Avropanın
ən nüfuzlu fizika müsabiqələrindən biri hesab edilir.

Gənc fiziklərimizi təbrik edir, uğurlar arzulayırıq! 👏🏻
❤6
📈 “QS dünya universitetləri reytinqi”nin nəticələrinə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.

🏛️ Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerə
🏛️ Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə
🏛️ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23173-1
❤5
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin 21 mindən çox təliminə qeydiyyat başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırıldı. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər.

Vətəndaşlar artıq “Coursera” platformasında dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin təqdim etdiyi 21 mindən çox onlayn təlimdən ödənişsiz yararlana biləcəklər.

📌 Qeydiyyat üçün: https://form.4sim.gov.az/
❤3
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan komandası uğurla çıxış edərək ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb.

🥈 Gümüş medal qazanan şagirdlər:

Eldar İsmayılov – Bakı Avropa Liseyinin IX sinif şagirdi
Alikamal Həsən – Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi
Gülay Əlizadə – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi

🥉 Bürünc medal qazanan şagirdlər:

Toğrul Həmidli – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
Yusif Qurbanlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
Şamil Abbasov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi

ℹ️ Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.
❤8
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi İctimai TV-də canlı yayımlanır.

Canlı yayıma keçid: https://live.itv.az
❤5