AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
İyunun 24-də elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.

Görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə danışıblar.

Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək onların uğurlarını ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi qiymətləndirib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23182-1
Prezident İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

🔗 https://www.facebook.com/share/p/1XnckU2h81/z
❤6
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 🇦🇿

Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.
❤7👏4🙏1
Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Saatlı, Sabirabad, İmişli sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 “WhatsApp” vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 12 iyul 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
❤5
“Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbir keçirilib.

ADA Universitetində keçirilən tədbirdə geniş təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 2022–2026-cı illər üzrə sertifikatlaşdırma prosesinin nəticələrini təqdim edib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23193-1
❤3
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək

Azərbaycan Respublikası Prezidentinin Fərmanına (https://president.az/az/articles/view/72776) əsasən övladını müəyyən edilmiş qaydalar çərçivəsində özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərin ödədiyi aylıq təhsil haqqının bir hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23197-1
❤4
İyulun 2-si – Azərbaycan Polisi Günüdür.

İctimai asayişin qorunması, eyni zamanda təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına xidmət edən bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.
❤6👏2
🎓AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, Avropanın nüfuzlu Münxen Texniki Universitetinin (TUM) akademik dəstəyi ilə həyata keçirilən AZSET - beynəlxalq akademik standartları sənaye təcrübəsi ilə birləşdirən innovativ bakalavr təhsil proqramına qeydiyyat başlayıb!

Təhsil proqramı hazırda kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.

📌 Kimlər müraciət edə bilər?
* Təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarda təhsil alan;
* Birinci kursu uğurla başa vurmuş tələbələr.

🌍 Dil tələbi:
* Minimum B2 səviyyəsində ingilis dili biliyi.

💻 Proqramın üstünlükləri:
* Tamamilə ingilis dilində tədris;
* TUM akademik yanaşması və kurikulumu;
* Real layihələr üzərində praktiki təcrübə;
* AZCON ekosistemində karyera imkanları.

🎓 Məzunlar əldə edəcəklər:
* AzTU-nun dövlət nümunəli bakalavr diplomu;
* “TUM International GmbH” sertifikatı.

✈️ Əlavə imkanlar:
* Yüksək nəticə göstərən tələbələr üçün Münhen Texniki Universitetinə tədris səfərləri.

📅 Qeydiyyat üçün son tarix: 15 iyul 2026

🔗 Qeydiyyat və daha ətraflı məlumat üçün keçid: https://www.azsetedu.az/
❤6
📢 Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu başlayır!

🗓️ 07 iyul 2026-cı il saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 09 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

⏰ Növbələrin aktivləşmə vaxtı:
🔹 2021 və 2022-ci il təvəllüdlü uşaqlar – saat 11:00
🔹 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar – saat 15:00

📱 Nəzərinizə çatdırırıq ki, bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.

ℹ️ Vacib məlumatlar:

✅ Bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər;
✅ Yaradılmış növbə boş yer olduğu halda minimum 5 gündən sonra sorğuya çevriləcək;
✅ Sorğu yaradıldıqdan sonra valideyn 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir.
❗ Sənədlər vaxtında təqdim edilmədiyi təqdirdə sorğu ləğv ediləcək və növbə üzrə digər uşağın qəbulu həyata keçiriləcək.
❤6
📢 Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb

🗓️ 29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

✅ Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

📌 Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək.
👍3❤2
📢 Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələr iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

🗓️ Seçim prosesi 8 iyul saat 11:00-dan 14 iyul saat 12:00-dək davam edəcək.

💻 Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir.

📌 Bu mərhələdə:

🔹 Maksimum 3 lisey və ya gimnaziya seçmək mümkündür;
🔹 Yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə olunur.

✅ Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə:

🔄 Şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək;
📋 Avtomatik yerdəyişmə sorğusu yaradılacaq.

📂 Uğur qazanan şagirdlərin sənədlərinin qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
❤5
📢 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb.

🗓️ Namizədlər gün ərzində şəxsi kabinetlərinə daxil olaraq imtahanın tarixi, saatı və keçiriləcəyi məkan barədə məlumatla tanış ola bilərlər.

📍 Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!
❤6👍2👏1