AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
“Zəfər” yay düşərgəsi keçiriləcək

Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən yay düşərgəsi təşkil olunacaq.

“Zəfər” yay düşərgəsi çərçivəsində 30 məktəbli şəhid övladı innovasiyalar sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə keçiriləcək təlimlərə cəlb olunacaq. İştirakçılar qrup formatında təşkil ediləcək intellektual oyunlarda bilik və bacarıqlarını nümayiş etdirəcək, həmçinin idman və əyləncə proqramlarında iştirak edəcəklər.

Layihə 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində həyata keçiriləcək.

Düşərgə ərzində iştirakçıların komanda işi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək göstəriləcək, innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə görüşlər təşkil olunacaq.
❤10👍1
10-19 iyul tarixlərində Özbəkistanın Daşkənd şəhərində təşkil olunan Beynəlxalq Kimya Olimpiadasında (IChO) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.

Dünyanın 90-dan çox ölkəsini təmsil edən 350-dən çox şagirdin iştirak etdiyi olimpiadada Azərbaycan məktəbliləri 🥈 1 gümüş, 🥉 2 bürünc medal qazanıblar.

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! 🥳
❤5👏4
Məktəblilərimiz 12-19 iyul tarixlərində Litvanın Vilnyus şəhərində keçirilən Beynəlxalq Biologiya Olimpiadasında 🥉 1 bürünc medal, 🗞️ 3 həvəsləndirici mükafat qazanıblar.

Şagirdlərimizi təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq! 🎉
👍8❤1
📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üzrə məktəb seçiminə başlanılır. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir və 14 sentyabr saat 18:00-dək davam edəcək.

📌 Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
❤7
📰 22 iyul Milli Mətbuat Günüdür.

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Bu əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
👏7❤3
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Ətraflı: https://president.az/az/articles/view/73049
❤5
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər üzrə keçirilən məmnunluq sorğusunda iştirak müddəti iyulun 31-dək uzadılıb.

Hər birinizi anket sorğusunda fəal iştiraka dəvət edirik. 📝

Fikirləriniz bizim üçün çox önəmlidir.

Sorğuya keçid: https://anket.edu.az/user/318
❤7
🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

Qəbul qaydaları:
✅ İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
✅ Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23240-1
❤4
IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə Aparat rəhbəri Mətin Kərimli proqramın gənclərin peşəkar inkişafı və dövlət idarəçiliyi sahəsində praktiki təcrübə qazanmaları baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu il IV “Maarifçi” tələbə-məzun proqrama rekord sayda – 5 096 müraciət daxil olub, seçim mərhələlərinin yekununda 53 namizəd proqram iştirakçısı seçilib.

Ətraflı: https://lnkd.in/dSTE9R9K
❤5
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub.

Müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.

Ətraflı: https://dp.edu.az/az/news/5016
❤7👍2
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək.

Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
👍3❤1
✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 🥉 3 bürünc medal qazanıblar.

👏🏻 Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
👍8👏4❤1
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Bakı Qızlar Universitetinə verilmiş təhsil fəaliyyətinə dair lisenziya ləğv edilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1
❤7
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.
❤11🙏1
🎓 İki universitet, iki diplom, beynəlxalq elmi-tədqiqat təcrübəsi!

Bakı Dövlət Universiteti (BDU) və Yerusəlim İbrani Universitetinin (HUJI) birgə həyata keçirdiyi “Biotexnologiya” ixtisasının “Bitki biotexnologiyası” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramına qəbul başlayır.

Magistratura səviyyəsini əhatə edən proqram çərçivəsində:
✅ Hər iki universitetin diplomu
✅ Təhsil və yaşayış xərclərinin tam dövlət hesabına maliyyələşdirilməsi
✅ Beynəlxalq akademik mühitdə təhsil imkanı

Ətraflı: dp.edu.az

İkili diplom proqramı ilə bağlı suallarınızı ddp@bsu.edu.az elektron poçt ünvanına və ya +994 10 312 74 72 mobil nömrəsinə ünvanlaya bilərsiniz.
❤4👍4
💻 Magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı artıq tam rəqəmsal şəkildə mygov ilə həyata keçirilir.

📅 Qeydiyyat müddəti:
3 avqust, saat 15:00 – 12 avqust, saat 18:00

Qeydiyyat üçün:
✅ mygov ID ilə my.gov.az portalına daxil olun;
✅ "Xidmətlər" → "Qurumlar" → Elm və Təhsil Nazirliyi bölməsinə keçid edin;
✅ "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətini seçərək müraciətinizi tamamlayın.

📌 Müraciətinizin statusunu şəxsi kabinetinizdən real vaxt rejimində izləyə, zəruri hallarda təhsil haqqını onlayn ödəyə və ya ödəniş qəbzini sistemə əlavə edə bilərsiniz.

✔️ Qeydiyyat təhsil müəssisəsi tərəfindən təsdiqləndikdən sonra bu barədə sizə mygov platforması üzərindən bildiriş göndəriləcək.
👍2❤1
📢 2026–2027-ci tədris ili üzrə payız semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbulu başlayıb.

🔗 Qeydiyyat: www.e-ttkf.edu.az
📲 Ətraflı məlumat üçün:
☎️ 146-5
📞 (012) 599 12 02
✉️ info@ttkf.edu.az
🌐 www.ttkf.edu.az
❤2👍2
Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Xankəndi, Xocalı, Ağdərə sakinləri

📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 “WhatsApp” vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 14 avqust 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍5❤3