AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
📢 I sinfə elektron qəbul prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

ℹ️ Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

📌 Üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
❤2
📸 “FotoBax” milli fotomüsabiqəsinə müraciətlər davam edir!

Məqsəd uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, təbiətə marağı gücləndirmək və fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə imkan yaratmaqdır.

📌 18 yaşadək iştirakçılar 20-yə qədər fotoşəkli 21 sentyabradək “FotoBax” saytına təqdim edə bilərlər.
❤1
📢 Dövlət dəstəyi ilə seçilən özəl bağçaların siyahısı açıqlanıb.

Müsabiqə nəticəsində 124 özəl bağça qalib seçilib.

🔗 Ətraflı məlumat: https://edu.gov.az/az/news-and-updates/23286-1
❤1
8 sentyabr saat 11:30-da PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri ilə bağlı çıxış edəcək.

Təqdimatı Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsindən və "Youtube" kanalından canlı izləyə bilərsiniz.
❤1
📊 Canlı yayımda PISA 2025 nəticələri açıqlanır!

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri ilə bağlı çıxış edir.

👉 Canlı yayıma keçid: https://www.facebook.com/share/v/19HVFABKFh/?mibextid=wwXIfr
❤1
PISA 2025 nəticələri açıqlanıb: Azərbaycan ən yüksək irəliləyiş göstərən 2-ci ölkədir.

✅ PISA 2025 nəticələrinə əsasən bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib.

✅ Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş əldə edən ölkələr sırasında yer alıb:
➡️ riyaziyyat üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə 40 bal.

🇦🇿 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib.

ℹ️ Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.
❤2👍1
Bu gün Elm və təhsil naziri Emin Əmrullayev İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında qonaq olacaq.

Verilişdə PISA 2025 nəticələri və Azərbaycanın göstəriciləri müzakirə ediləcək.

📍 İctimai TV
🕙 22:00
📢 Dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır

🗓 10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi 🌐 "mygov" portalı vasitəsilə elektron formada həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
❤1
Bakı şagirdlərinin riyaziyyat üzrə göstəricisi son qiymətləndirmə ilə müqayisədə 63 bal yüksələrək 460 bala çatıb.

Azərbaycan üzrə riyaziyyat göstəricisi isə 422 bal təşkil edib.
❤1👍1
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23 sentyabr tarixində Qazax şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Qazax rayon sakinləri iştirak edə bilərlər.

Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤3
📢 Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır

👨‍👩‍👧‍👦 Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

💻 Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.
❤3
🔬Təbiət elmləri nəticəsi PISA 2025-də yüksələrək 📈 2022-ci illə müqayisədə 60, 2018-ci illə müqayisədə isə 42 bal artıb.

🇦🇿 Azərbaycan üzrə təbiət elmləri göstəricisi 409 bal təşkil edib.
❤4👍1
Bakı şagirdlərinin oxu savadlılığı üzrə nəticəsi 2022-ci illə müqayisədə 40 bal yüksəlib. Bununla da 2018-ci ilin nəticəsi 16 bal üstələnib.

Azərbaycan üzrə oxu savadlılığı isə 374 bal təşkil edib.

❗ Oxu savadlılığı PISA çərçivəsində irəliləyiş əldə olunması ən çətin sahələrdən biridir. Ötən dövrdə də iştirak edən 77 ölkədən 60-nın nəticəsi aşağı düşüb. Bu bacarıq yalnız fənn biliyi ilə deyil, uzunmüddətli mütaliə vərdişləri, mətnlə işləmə və məlumatı təhliletmə bacarıqları ilə bağlıdır.
❤3👍2
📢 Peşə təhsil müəssisələrinə tələbə qəbulunun III mərhələsi başlayıb.

ℹ️ Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetində müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 14 sentyabr saat 18:00-dək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

🕐 Son müraciət tarixi: 14 sentyabr, 12:00
🔗 Qeydiyyat linki: portal.edu.az
❤2
📢 Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır

👨‍👩‍👧‍👦 Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

💻 Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.
❤1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

ℹ️ Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur.

✅ Layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır.

Ətraflı:
https://president.az/az/articles/view/73495
❤1
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 23 sentyabr tarixində Qazax şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Vətəndaş qəbulu sentyabrın 24-də keçiriləcək.

Qəbulda Qazax rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
❤1
📢 Elm və təhsil naziri Emin Əmrullayevin yeni tədris ili ilə bağlı mətbuat konfransı keçirilir.

🔴 Konfransı Elm və Təhsil Nazirliyi, eyni zamanda Təhsil TV-nin rəsmi "Facebook" səhifələri üzərindən canlı izləmək mümkündür.
❤3
Yeni tədris ili üzrə dərs prosesinə start verilir.

ℹ️ ~2,2 milyon təhsilalan yeni tədris ilinə başlayır.

📊 Təhsilalanların pillələr üzrə proqnoz sayı:

🔹 Ümumi təhsil – 1,6 milyon
🔹 Ali təhsil – 260 min
🔹 Məktəbəqədər təhsil – 226 min
🔹 Orta ixtisas təhsili – 64 min
🔹 Peşə təhsili – 44 min

✅ ~124 mindən çox uşaq 2026/2027-cı tədris ilində məktəb həyatına ilk addımını atacaq.

Yeni tədris ilinin bütün təhsilalanlar, müəllim və valideynlər üçün uğurlu olmasını arzulayırıq!
❤11
📚 Bilik Gününüz mübarək!

#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #BilikGünü
❤13🙏4