AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.84K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub.

Elm və təhsil naziri Emin Əmrullayev də açılış mərasimində iştirak edib.

#ElmVəTəhsilNazirliyi #EduAz #ADNSU

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22052-1
👏7👍3❤1
​10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”.

#HeydərƏliyev #HeydarAliyev
❤27👍9👏2
📢 Vakansiya seçiminin nəticələri elan olundu

29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

#ElmVəTəhsilNazirliyi #Müəllim #Yerdəyişmə
🤷‍♂4👍2❤1👏1
Əziz məktəblilər!

“Məktəblilərarası Milli Hakaton”da iştirak etməyən və növbəti mərhələyə keçə bilməyən məktəblilər üçün “Milli Hakaton” həyəcanı davam edir!

Belə ki, siz learn.algoritmika.az platformasında aktiv olan yeni yarışda iştirak edərək rəqəmsal bilik və bacarıqlarınızı nümayiş etdirə, həmçinin sertifikat qazanmaq imkanı əldə edə bilərsiniz.

Mərhələli tapşırıqlardan ibarət olan bu yarışın məqsədi alqoritmik təfəkkürünüzü inkişaf etdirmək və proqramlaşdırma bacarıqlarınızı daha da möhkəmləndirməkdir.

İştirak etməyə tələsin!

#ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025
👍6❤3👏1🙏1
✅13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.

⁉️Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf
👍1
5-13 may tarixlərində Braziliyanın Belu-Orizonti şəhərində keçirilən 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.
👍8❤7🙏1
📢 Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin növbəti mərhələsində yarışacaq iştirakçıların siyahısı açıqlanıb.

Nəticələrə əsasən 1640 şagird növbəti mərhələdə iştirak şansı qazanıb. Həmin iştirakçıların siyahısı codehour.edu.az saytında yerləşdirilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22070-1
👍7👏1🙏1
​2037 nəfər III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul olmaq üçün imtahan verəcək

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22071-1
👍5❤2
Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
👍9👏3
​Mayın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 688 vətəndaş müraciəti daxil olub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22074-1
👍2
"Sabahın alimləri" XIV respublika layihə müsabiqəsinin qalibləri ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasında bürünc medal qazanıblar.👏🏻

Şagirdlərimizi və bu uğurda zəhməti olan hər kəsi təbrik edirik!

#ElmVəTəhsilNazirliyi #Olimpiada
👍27👏2❤1🔥1
STEAM'ool Olimpiadasına qeydiyyat başladı!🚀

Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə STEAM'ool olimpiadası keçiriləcək!

Bu olimpiada elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə marağı olan şagirdlər üçün unikal bir fürsətdir.

📌 Qeydiyyat və ətraflı məlumat üçün:
🌐 www.oxuyan.az
📞 +994 10 226 72 17

Oimpiadanın seçim mərhələsi onlayn formatda 8 iyun 2025-ci il tarixində baş tutacaq!

STEAM ilə gələcəyini qur! 🚀✨

#ElmVəTəhsilNazirliyi #STEAMAzerbaijan #MÜTDA #EduAZ #Edunomika #STEAMool #Olimpiada
👍2
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.

Ətraflı: 👉 https://edu.gov.az/az/news-and-updates/22079-1
❤4👍2👏1
​İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22080-1
👏5👍3❤1😁1
📣 Magistraturanın sonuncu təhsil ilində oxuyan və Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsilini davam etdirmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə❗

Bildiyiniz kimi, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu prosesinə 🗓 13 may tarixindən başlanılıb.

📝 Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.3-cü bəndinə əsasən doktoranturaya qəbul üçün ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) təqdim edilir.

Yalnız 🎓 ali təhsil müəssisələrində magistraturanın sonuncu təhsil ilində oxuyan şəxslər sənəd qəbulu zamanı diplom əvəzinə oxuduğu ali təhsil müəssisəsindən verilmiş arayış təqdim edə bilərlər.
👍6