AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulu portal.edu.az üzərindən aparılır.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22115-1
❤3💋1
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək.
👍13❤8👏2🙏1
28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22122-1
👍7❤4👏2
🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü 🎈

Hər bir uşağın hüququna, xəyallarına və səsinə daha diqqətlə qulaq verək. Çünki gələcəyin alimləri, müəllimləri, ixtiraçıları, sənətkarları – bu günün uşaqlarıdır.

#ElmVəTəhsilNazirliyi #1İyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #İnsanHüquqlarıAylığı #HumanRightsMonth
❤22👍3👏2💘2
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb.

Ətraflı: https://shorturl.at/y4JiD
👍10❤2🙏1
​Hörmətli vətəndaşlar!

Hər birinizi Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik.

Sorğuda iştirak edərək xidmətlər barədə rəy və təkliflərinizi qeyd edə bilərsiniz.
Fikirləriniz bizim üçün çox önəmlidir.

Sorğu üçün keçid:➡️ https://anket.edu.az/user/222
👍1
🗓️ 05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Nəzərinizə çatdırırıq ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

📍 İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

☑️ Alternativ qeydiyyat mərkəzlərinə;
☑️ Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
☑️ ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📌 Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

#ElmVəTəhsilNazirliyi #MÜTDA #BirinciSinfəQəbul
❤5👍1🙏1
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən mərkəzi imtahan əsasında qəbul aparılan lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!

🔗Ətraflı: https://shorturl.at/x88cH

#ElmVəTəhsilNazirliyi #ARTİ #MÜTDA #LiseyVəGimnaziyalaraQəbul
👍1🙏1
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib.

Ətraflı: https://shorturl.at/94GsK

#ElmVəTəhsilNazirliyi #ARTİ #MÜTDA #Olimpiada
❤4👍3🙏1
Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.

Bayramınız mübarək olsun!
🙏24❤16🥰3
BilBacar müsabiqəsinin qalibləri elan olunub.

🔗Ətraflı: https://shorturl.at/khY4s
❤2👏1
Hörmətli müəllimlər,

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özünüzlə gətirməyiniz kifayətdir. İmtahan binasına çanta və digər şəxsi əşyaların gətirilməsi tövsiyə olunmur.

Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM
👍3❤2
​📢 Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Proqrama son müraciət tarixi ⌛️ 15 iyundur.

Müsahibələrə isə ⏳ 25 iyun tarixindən start veriləcək.

Daha ətraflı: ➡️ https://dp.edu.az/az/news/4928
👍2❤1
Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi keçirilir.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22154-1

#ElmVəTəhsilNazirliyi #EduAz #AzərbaycanMüəllimi #TəhsilTV #Müsabiqə
👍5
“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının qalibləri elan olunub.

🔗Ətraflı: https://shorturl.at/0C963
❤6
Azərbaycan Respublikasının Təhsil İnstitutu sertifikatlaşdırılma prosesi çərçivəsində keçirilmiş sınaq imtahanının sual nümunələrini təqdim edir.

Sual nümunələri və düzgün cavablar ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

➡️ https://shorturl.at/LzZzN
❤6
🏫 Məktəb həyatının son, böyük yolun ilk addımında olan məzunlarımıza uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #SonZəng #Şagird
❤25🥰2