AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.84K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramının müsahibə mərhələsindən uğurla keçən namizədlərlə görüş təşkil edilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22208-1
❤4
Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat başladı!🚀

Dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc texnologiya, elm, mühəndislik və yaradıcılığı bir araya gətirən bu möhtəşəm festivalda bir araya gələcək.

Hər il olduğu kimi, bu il də bir-birindən maraqlı və rəngarəng yarış kateqoriyaları ilə Beynəlxalq STEAM Azərbaycan Festivalı öz iştirakçılarının yolunu gözləyir!🤩🤖

Qeydiyyat və ətraflı məlumat üçün:
🔗www.saf.steam.edu.az
❤4👍4
İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22216-1
❤1
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Xalqımızın qürur mənbəyi olan Azərbaycan Ordusunun yaranması günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edirik.
❤25👍6👏2
‼️Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə!

➡️Xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir.

⏳ Son müraciət tarixi: 7 iyul 2025-ci il, saat 18:00

Ətraflı: ➡️ https://shorturl.at/Xw1NZ
❤2👍2
Elm və təhsil naziri Emin Əmrullayev 25 iyul tarixində Oğuz şəhərində vətəndaşları qəbul edəcək.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22225-1
❤7
Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur.
👍24