AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
SABAH qruplarının əhatə dairəsi genişləndirilir, proqramın tətbiq edildiyi ixtisas sayı artırlır

Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22287-1
❤7👍6👎1
Azərbaycan məktəbliləri Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

Filippin Respublikasında keçirilən 36-cı Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimiz Azərbaycanı uğurla təmsil ediblər. Olimpiadada Azərbaycan məktəbliləri bir bürünc medal və həvəsləndirici mükafat əldə ediblər.

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
👍13❤3👏2
​​Xaricdə təhsil imkanları: Dövlət Proqramına bakalavriat və doktorantura səviyyələri üzrə qəbula dair nəticələr açıqlanıb

2022-2028-ci illəri əhatə edən Dövlət Proqramına qəbul olmuş 144 nəfər dünyanın "Stanford University", "University of Cambridge", "University of Oxford", “University of Hong Kong", "University of California, “Berkeley", "National University of Singapore", "ETH Zurich", "Istanbul Technical University", "Seoul National University" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22298-1
❤5
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna start verilib

29 iyul – 4 avqust tarixlərində namizədlər www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqəyə məktəbəqədər təhsil üzrə ali və ya orta ixtisas təhsilli şəxslər qatıla bilər.
❤7
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür!

Qədim və zəngin mədəniyyətə malik xalqımız yazı və dil vasitəsilə dünya sivilizasiyasına dəyərli töhfələr verib. Qobustan və Gəmiqaya təsvirləri, daşlara həkk olunmuş yazılar sübut edir ki, dilimiz minilliklərin yaddaşıdır.

Ana dilimizi qoruyaq, inkişaf etdirək və gələcək nəsillərə ötürək!
❤14👍5
Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların elektron qeydiyyat prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb.

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
❤5
Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də İsmayıllı şəhərində İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinlərini qəbul edəcək.

Vətəndaşlar avqustun 18-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146 – 2, 146 – 6) ilə əlaqə saxlayaraq, həmçinin rəsmi saytının “Əlaqə” bölməsinə (https://edu.gov.az/az/contact_us) elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
👍9
Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasında ölkə tarixində ən yüksək nəticəyə imza atıblar.

Azərbaycan məktəbliləri 27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Həmçinin, iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.

Məktəblilərimizi təbrik edir və onlara növbəti müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq!
👍19❤12
Xaricdə təhsil imkanları: Dövlət Proqramına magistratura səviyyəsi üzrə qəbula dair nəticələr müəyyən olunub

Müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə 2022-2028-ci illəri əhatə edən Dövlət Proqramının iştirakçısı adını qazanıb.

Proqram iştirakçısı seçilən ümumilikdə 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, "Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.

Ətraflı:https://edu.gov.az/az/news-and-updates/22309-1
❤8👍2
Azərbaycan məktəbliləri fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə 2024/2025-ci tədris ilində keçirilən nüfuzlu müsabiqələrdə yüksək nəticələr əldə ediblər.

Şagirdlərimiz kimya, fizika və biologiya fənləri üzrə Braziliya, BƏƏ, Qazaxıstan, Fransa, Səudiyyə Ərəbistanı, Rumıniya və Filippində keçirilən beynəlxalq müsabiqələrdə ümumilikdə 3 gümüş, 17 bürünc medala və 8 həvəsləndirici mükafata layiq görülüblər.

Ətraflı: muallim.edu.az
❤5
Azərbaycan məktəbliləri fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə 2024/2025-ci tədris ilində keçirilən nüfuzlu müsabiqələrdə yüksək nəticələr əldə ediblər.

Şagirdlərimiz riyaziyyat və informatika fənləri üzrə Qazaxıstan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Avstraliya, Rumıniya, Özbəkistan, Sinqapur, Almaniya və Boliviyada keçirilən beynəlxalq müsabiqələrdə ümumilikdə 5 qızıl, 9 gümüş, 17 bürünc medala və 6 həvəsləndirici mükafata layiq görülüblər.

Ətraflı: muallim.edu.az
❤9
Bugündən etibarən 2025/2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesinə başlanılır.

Avqustun 20-si saat 18:00-a qədər davam edəcək proses sy.edu.az elektron platforması üzərindən həyata keçirilir.

❗️İnternetə çıxış imkanı olmayan vətəndaşlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə və "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
❤9
Tələbələrin köçürülməsi üzrə nəticələrə dair bildiriş şəxsi kabinetlərə göndərilib

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

✅ Tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq köçürülmənin nəticəsinə dair qəbul edilmiş qərarı təsdiq etməlidirlər.

⏳ Son tarix: 8 avqust 2025-ci il.

❗Qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcəkdir.
❤4
Mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi avqustun 13-dək (saat 12:00) aktiv olacaq.

✅ Namizədlər şəxsi kabinet üzərindən “İmtahanlar” bölməsinə daxil olaraq seçim edə bilərlər.

❗️ Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər avqustun 8-dək (saat 17:00) office@arti.edu.az vasitəsilə müraciət ünvanlaya bilərlər.
❤8
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

Avqustun 14-ü saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə başlanılır.

Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.
❤4
Hökumətlərarası Təqaüd Proqramı və Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar məzun məlumatlarını birbaşa "mygov" portalından əldə edə bilərlər.

Bu məlumatları sənəd formatında yükləyərək aidiyyəti üzrə təqdim etmək mümkündür.
SABAH qruplarının bakalavriat və magistratura səviyyələrində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Müsabiqədə iştirak üçün son müraciət tarixi avqustun 20-si saat 23:59-dur.

Qeydiyyat ilə bağlı sual yarandıqda aidiyyəti üzrə teacher@sabah.edu.az və master_teacher@sabah.edu.az ünvanlarına müraciət edə bilərsiniz.
❤4
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbuluna start verilir

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə həyata keçirilir.

Namizədlər seçimlərində “Yaradıcı təhsil mühiti”, “Bu günün şagirdi, sabahın qurucusu”, “Azərbaycan müəllimi” mövzularına daha çox üstünlük veriblər.

Ətraflı: edu.gov.az
🥰2
​Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı təlimat 📹

Avqustun 5-dən 2025/2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilib.

Proses sy.edu.az elektron platforması üzərindən həyata keçirilir və 20 avqust saat 18:00-dək davam edəcək.

📍 İnternetə çıxış imkanı olmayan vətəndaşlar aşağıdakı ünvanlara müraciət edə bilərlər:

✔️ Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzləri
✔️ Agentliyin Vətəndaşlara Xidmət Mərkəzi
✔️ ASAN xidmət mərkəzləri
❤8👍2
📢 21 avqust saat 11:00-dan etibarən ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunanların elektron sənəd qəbulu prosesinə start veriləcək.

Namizədlər 🌐 https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

📌 Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.
❤7👎2👍1