Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.
Qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

❤10
Tədbiri Elm və Təhsil Nazirliyinin və Təhsil TV-nin rəsmi "Facebook" səhifələri üzərindən canlı izləmək mümkündür.
➡️ https://www.facebook.com/share/v/1CbJuJzhDf/?mibextid=wwXIfr

❤7👏1
Sentyabrın 12-də "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusuna həsr olunan tədbir təşkil olunub.
Tədbirdə 2025/2026-cı tədris ili üzrə müəyyən edilən prioritet istiqamətlər, təhsil siyasətində nəzərdə tutulan əsas hədəf və gözlənilən yeniliklər barədə geniş məlumat verilib.
Eyni zamanda, təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi sahəsində görüləcək işlərdən danışılıb.
Qeyd edək ki, tədbirin canlı yayımı təmin olunmuşdur və həmin videomaterialı bu keçid vasitəsilə izləmək mümkündür: https://tinyurl.com/bdd7nutr
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22368-1

❤7👍2👎2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Ətraflı: https://president.az/az/articles/view/70080

👍14👏3
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Gününü Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə qeyd edib
Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22376-1

❤8👍4
Sentyabrın 15-də ölkənin bütün ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli və Kənan Kərimzadə, nazirliyin Aparat rəhbəri Mətin Kərimli, həmçinin rayon icra hakimiyyəti başçıları və nümayəndələri, ictimaiyyət təmsilçiləri, müəllim, şagird və valideynlər iştirak ediblər.
ℹ️ 2025/2026-cı tədris ilində respublika üzrə 1,6 milyon şagird təhsil alacaq.

👍9
Nazir Emin Əmrullayev sentyabrın 15-də Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində olub.
İşğaldan azad edildikdən sonra bu il ilk dəfə tədris prosesinə başlayan məktəbdə nazir dərs gedişatını izləyib, şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb.
528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub.

👍11❤2
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub.
Qrant qazanan 220 layihədən 6-sı ümumi təhsil müəssisələrinin, 214-ü isə təhsilverənlərin fərdi layihələridir.
Qrant qazanmış iştirakçılardan 157-si (71%) ilk dəfədir ki bu müsabiqənin qalibi olub.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22381-1

❤5
Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-sielektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

ℹ️ 2025/2026-cı tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesi davam edir.
✅ Müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər.
📅 Müraciət üçün son tarix: 22 sentyabr 2025-ci il (saat 18:00).
🔗Müraciət linki: https://portal.edu.az/
🔗Ətraflı: https://vet.edu.gov.az/news/content/1257/inner

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu gün dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

❤14👍2🔥1
Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2025–2026-cı tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.
✅ 51 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22396-1

❤12
Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir.
Qrant müsabiqəsinin əsas məqsədi 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Müraciət üçün son tarix 10 oktyabr 2025-ci ildir.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22407-1
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QrantMüsabiqə

❤9
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

👍5❤2
Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.

✅ 2025-2026-cı tədris ili üzrə 2 oktyabr 2025-ci il saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilib.
🔹 Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
ℹ️ Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

❤8👍1