Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

👍5❤2
Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.

❤9
✅ 2025-2026-cı tədris ili üzrə 2 oktyabr 2025-ci il saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilib.
🔹 Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
ℹ️ Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

❤8👍1
Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyanda vətəndaşları qəbul edəcək.
📍 Qəbula kimlər yazıla bilər?
Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar sakinləri
📌 Qəbula necə yazılmaq olar?
✅ Çağrı Mərkəzi: 146 – 2 və ya 146 – 6 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək
⏰ Qeydiyyat üçün son tarix: 17 oktyabr 2025-ci il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

❤7👍2
Gədəbəydə vətəndaş qəbulu tarixi müəyyənləşdi
Elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində vətəndaşları oktyabrın 23-də qəbul edəcək.
Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinlərinin iştirakı nəzərdə tutulur.
Qəbulda yalnız əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər.

❤13
Yenilənən təhsil infrastrukturu: təmirdən sonra Sabirabad rayonu Qalaqayın kənd tam orta məktəbi
ℹ️ Elm və Təhsil Nazirliyi tərəfindən hər il növbəlilik və prioritetlik prinsipləri əsasında təhsil infrastrukturunun təkmilləşdirilməsi layihələri həyata keçirilir.
✅ Məqsədimiz daha müasir, əlverişli və funksional təhsil mühiti yaratmaqdır.

❤7👏1
Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni Sərəncama əsasən 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.
Ətraflı: https://president.az/az/articles/view/70268

👍13❤1👏1
Hörmətli müəllimlər!
Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!
Cəmiyyətimizin inkişafında, gənc nəslin milli ruhda, bilikli və vətənpərvər yetişməsində göstərdiyiniz fədakarlıq və əzm dərin hörmətə layiqdir.
Hər birinizə möhkəm cansağlığı və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq!
Gününüz mübarək! 💐

❤66👍11👏6👎2
İlk dəfə Azərbaycanın 4 universiteti “Times Higher Education” qlobal reytinqində
Ölkə tarixində ilk dəfə 4 universitetimiz “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə (World University Rankings2026) daxil olub.
İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də qərarlaşıb. 1501+ diapazonunda təmsil olunan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.
Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır. Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22470-1

📢 Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılır!
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr 2025-ci il saat 18:00-dək uzadılıb.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr 2025-ci il saat 18:00-dək uzadılıb.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
❤8
📢 Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.
✅ Müsabiqə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulub.
Layihə təkliflərinin qəbulu ⏳ 27 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az 📧 elektron poçtu vasitəsilə aparılacaq.
Ətraflı məlumat və şərtlərlə elan vasitəsilə tanış ola bilərsiniz: https://edu.gov.az/uploads/elan/2025/10/qrant-musabiqesi-elan.pdf
İctimai təşəbbüslərinizi dəstəkləmək fürsətini qaçırmayın!

❤11
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 📅 17-19 noyabr tarixlərində 📍Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.
Festivalda iştirak məqsədilə ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 4791 nəfəri yerli, 261 nəfəri isə 🌍 26 xarici ölkəni təmsil edən iştirakçıdır.
🎯 Məqsəd – XXI əsr bacarıqlarının inkişafı, innovativ ideyaların və yaradıcı təfəkkürün təşviqidir.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22476-1

✅ 2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə start verilib.
🌐 Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
❗ Hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir.
📌 Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.

Oktyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 36 950 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 21 736-sı çağrı mərkəzləri, 6 806-sı elektron, 1 581-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 827 müraciət qeydə alınıb.
Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, xarici diplomların tanınması, əlavə təhsil, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

❤5👍1