Oktyabrın 27-də “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın 2025-ci il üzrə təqdimat mərasimi keçirilib.
Tədbir layihəyə yeni qoşulan, regionlar üzrə ən yüksək bal toplamış 93 tələbə qızla tanışlıq, eləcə də proqramın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumatlandırma üçün təşkil olunub.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22509-1

❤9😁1
Lisey və gimnaziyalara hazırlaşan şagirdlərin nəzərinə❗
Əvvəlcədən məlumat verildiyi kimi, 2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.
📌 Hazırda 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər.
ℹ️ Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.

👍6❤4👎3
ℹ️ Ölkəmizdə Peşə Təmayüllü Siniflər layihəsi çərçivəsində şagirdlər 16 müxtəlif peşə ixtısası üzrə təhsil alır və praktik bacarıqlar qazanırlar.
✅ Hazırda layihə 326 məktəbdə və 1 pilot xüsusi təhsil məktəbində həyata keçirilir, 9000-dən çox şagird və 1438 müəllim bu prosesə cəlb olunub.
Peşə təmayüllü siniflərin dərs prosesindən çəkilən digər fotoları bu linkə daxil olaraq izləyə bilərsiniz ➡️ https://tinyurl.com/sj6vfc5r

👍5❤4🥰1
Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsi yenidən başlayır.
Müsabiqə 2025/2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edəcək.
Müsabiqənin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22519-1

❤4👍1
BilBacar müsabiqəsinə qeydiyyat başlayıb!
İbtidai təhsil səviyyəsində tədris aparan bütün məktəblər 3 noyabr 2025-dən etibarən müsabiqəyə qeydiyyatdan keçə bilərlər.
Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:
✳️ bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;
✳️ Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.
ℹ️ Müsabiqə 3 və 4-cü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişafına yönəlib və 4 hazırlıq, 4 yarış mərhələsini əhatə edir.
Daha ətraflı məlumat bilbacar.edu.az saytında.

❤4
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 28-də Naxçıvanda vətəndaşları qəbul edəcək.
📍 Qəbula kimlər yazıla bilər?
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri
📌 Qəbula necə yazılmaq olar?
✅ Çağrı Mərkəzi: 146 – 2 və ya 146 – 6 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək
⏰ Qeydiyyat üçün son tarix: 18 noyabr 2025-ci il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

👍4❤2👎1
📢 Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!
Qeydiyyat prosesi ⏳18 noyabr saat 12:00-dək davam edəcək.
Şagirdlər 🌐 https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatla bağlı hər hansı bir sual yaranarsa, 051 206 78 48 nömrəsinə 📲 “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
Ətraflı: https://shorturl.at/gdlOT

👍8❤2
“Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyənləşib.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən Milli Hakatonun yarımfinal mərhələsi 28–30 noyabr, final mərhələsi isə 1 dekabr 2025-ci il tarixlərində keçiriləcək.

❤6
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə siyahıda adları qeyd olunan şəxslər təltif ediliblər.
Siyahı ilə bu keçidə daxil olaraq tanış olmaq mümkündür: https://president.az/az/articles/view/70482

👍5❤2
6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan, elm və təhsil yenilikləri ilə bağlı cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində mühüm rol oynayan televiziya və radio əməkdaşlarını təbrik edir, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayırıq.
Peşə bayramınız mübarək!📺📻
Peşə bayramınız mübarək!📺📻
👍6❤2
“Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb!
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 26 dekabr saat 17:00-dək https://anket.edu.az/user/281 platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.

❤7
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.
Festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak ediblər.
Ətraflı: https://shorturl.at/FDIXg

❤7👍2