AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.

Festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak ediblər.

Ətraflı: https://shorturl.at/FDIXg
❤7👍2
8 Noyabr – Zəfər Günü

Bu gün Azərbaycan tarixində qızıl hərflərlə yazılan gündür!

Böyük qürur və sevinc hissi ilə artıq 5-ci ilini qeyd etdiyimiz bu Zəfər, xalqımızın birliyinin, iradəsinin və əzminin rəmzidir.

Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu şad olsun !
Qazilərimizə sağlam ömür arzulayırıq!
❤28👍4👏3🤩1
Zəfər tariximiz - Şuşa Şəhəri Günü! 🇦🇿
❤24👍4🥰1👏1
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Azərbaycan xalqı Dövlət Bayrağı Gününü böyük sevinc və qürurla qeyd edir.

🇦🇿 Bayrağımız qürur mənbəyimizdir! 🇦🇿
❤23👍2
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur.
👍11❤8
2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

"Bu, ümumi büdcənin 8,3 faizini təşkil edir. Sözügedən rəqəm 2025-ci illə müqayisədə 85 milyon manat və ya 1,7 faiz çoxdur.
Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb. Bu artımlar, əsasən, təhsil sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması və əməyin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib".


Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib.
❤7
Emin Əmrullayev: “Təhsil sahəsində ən vacib məsələlərdən biri infrastruktur quruculuğudur”.

Milli Məclisdə noyabrın 13-də keçirilən iclasda çıxış edən nazirin sözlərinə görə, 2003–2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub:
“Bu tədbirlər nəticəsində 1,3 milyondan çox şagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Təkcə 2025-ci ildə dövlət vəsaiti və sahibkarlıq təşəbbüsləri hesabına 47 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 20 təhsil müəssisəsində əsaslı təmir başa çatdırılıb”.

O qeyd edib ki, dövlət vəsaiti hesabına 9 yeni təhsil müəssisəsi istifadəyə verilib, 4 müəssisədə isə təmir-bərpa işləri davam etdirilir. Sahibkarların dəstəyi ilə 2 yeni məktəb binası tikilib, 8 təhsil müəssisəsində təmir işləri həyata keçirilir.
❤9
“Məktəblərdə daimi və rəqabətli modelə keçid nəzərdə tutulur”.

Milli Məclisin iclasında müəllim əməyinin təşkili və yeni iş modeli barədə məlumat verən nazir Emin Əmrullayev bildirib ki, məqsəd müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırmaqdır:
“Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.
👎6👍5🤣3❤2
Nazir Emin Əmrullayev: "Təhsildə keyfiyyətin formalaşmasına iki əsas amil təsir göstərir – müəllimin peşəkarlığı və ailə mühitinin rolu"

“Uşağın təhsilə münasibətinin formalaşmasında ailə və ev mühiti az rol oynamır. Valideynin təhsilə yanaşması, uşağın öyrənməyə motivasiyası prosesin uğuruna birbaşa təsir edir. Ona görə də biz yalnız məktəb daxilində deyil, ailə mühitində də təhsilə dəyər verən bir mədəniyyəti təşviq etməliyik”.
👍12👎5
“Məktəb təhsilinə qoyulan investisiya uzunmüddətli perspektivdə istər iqtisadiyyata, istərsə də insan kapitalının inkişafına yönəlmiş ən səmərəli və faydalı sərmayə hesab olunur”.

Bunu Milli Məclisdə bu gün keçirilən iclasda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artması çox sevindirici haldır. Sadəcə, məktəbəqədər müəssisələrə gedən uşaqların nailiyyətlərini təxminən 11–12 ildən sonra, yəni həmin uşaqlar buraxılış imtahanlarına gələndə müqayisə etmək mümkün olacaq, amma ilkin təhlillər hələlik aparıla bilməz.
❤5👍2
Emin Əmrullayev: "Peşə təhsili sahəsinə dövlət tərəfindən ayrılan vəsait ilbəil artır"

“Peşə təhsili üzrə 2026-cı ilin dövlət büdcəsində 125,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci illə müqayisədə 23,3 milyon manat və ya 29 faiz artım deməkdir. Hazırda 76 peşə təhsili müəssisəsində yüksəldilmiş ixtisas tədrisi həyata keçirilir”.

Milli Məclisdə bu gün keçirilən iclasda çıxış edən nazirin sözlərinə görə, peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı son illərdə iki dəfə artıb: “Ümumilikdə tələbə qəbulu 27 min nəfəri ötüb. Onların 23,7 mini, yəni 84,3 faizi dövlət sifarişi əsasında təhsil alır."
❤5🤮1
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.
❤9👍6🤮3
17 Noyabr – Milli Dirçəliş Günü 🇦🇿
❤9👏1
Beynəlxalq STEAM Azərbaycan Festivalı Elm və Təhsil Nazirliyinin və Təhsil TV-nin sosial media hesablarında canlı yayımlanır

Canlı yayıma keçid: ➡️ https://shorturl.at/8nJMY
❤8
Forwarded from Emin Əmrullayev
Media is too big
VIEW IN TELEGRAM
Bu gün keçirilən V SAF (STEAM Azərbaycan Festivalı) ilə bağlı bir sıra məqamları paylaşmaq istədim. Düşündüyüm ilk fikir və hiss bu oldu: “Mən də bu gün uşaq olsaydım, bu festivala qatılardım. Mən məktəbli olanda belə imkanlar yox idi”. Amma sonra düşündüm ki, övladlarımızı bizdən fərqləndirən elə onların imkanlarının bizimkilərdən daha çox olmasıdır. Yeni nəsil daha savadlı, daha bacarıqlı olacaq.

Bu gün SAF-ın final mərhələsinə 1400-dən artıq məktəbli gəlmişdi. Onlardan 200 nəfəri paytaxt, 800 nəfəri Azərbaycanın digər bölgə məktəblərini, 200 nəfəri isə dünyanın 20-dən çox ölkəsini təmsil edir. Həqiqətən, bir uşaq üçün olduqca fərqli təcrübədir.

Bu gün SAF-da yalnız Bakının mərkəzi məktəblərini təmsil edən şagirdlər yox, ən kiçik kəndlərimizi, ucqar bölgələrimizi, Azərbaycanın hər bir dilbər guşəsini təmsil edən 1000 nəfərdən çox uşaq toplaşmışdı. Hər biri öz istedadı ilə seçilən, hər biri gələcəkdə ölkəmizə töhfə verəcək gələcək nəslimiz...

Bu gün SAF-da çoxlu sayda qızlarımız var idi, bəlkə, oğlanlardan da çox idilər. Hər birinin öz fikri, öz ideyası, öz planları var. Hər biri çox cəsarətli idi. Bəziləri mühəndislikdə, bəziləri proqramlaşdırmada, bəziləri isə müxtəlif elm sahələrində çox məharətli idi. Bu qızlar Azərbaycanın gələcək nəslini dünyaya gətirəcək insanlardır – analardır. Gələcək analar övladlarına daha çox şey öyrətmək iqtidarında olacaqlar. Afərin qızlarımıza!

Ən nəhayət, bu gün SAF-da xeyli sayda həyəcanlı müəllimimizi gördüm. Həyəcanlı olduqları qədər də çox sevinirdilər və çox qürurlu idilər. Hər bir müəllim öz işinin, öz əməyinin nəticəsini görəndə qürurlu olur. Bu gün çəkilən böyük zəhmətin nəticəsini burada çox adam gördü.

Əziz müəllimlər, sizə dərin təşəkkürümü bildirirəm. Bu işdə ən böyük fədakarlıq sizin öhdənizə düşüb.

STEAM – Azərbaycanda təşəbbüs olaraq 2018-ci ildən başlayaraq tətbiq olunmağa başlayıb. Əvvəllər bir arzu olub, sonra isə plana çevrilib. Çox az sayda şagirdlə başlamışıq bu təşəbbüsün icrasına – cəmi 5 və ya 6 min. Bu gün artıq 300 000 şagirdə çatıb sayımız. Yəni zaman və səbirlə STEAM Azərbaycan təhsilinin bu gününə çevrilməkdədir.

Hər birinizi SAF-ın 5 yaşı münasibətilə təbrik edirəm!
❤9
ℹ️ 2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.

✅ Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.

❗ Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq.

Ətraflı: ➡️ https://htp.edu.az/uploads/fileuploads/2025/11/664f6a338d80430787789fa78ca62fd4.pdf
❤6💋1
Zəfər tariximiz - Ağdam Şəhəri Günü! 🇦🇿
❤17
20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür. 👧🏻👦🏻

Uşaqların hüquqlarının qorunması onların təhlükəsiz, qayğıkeş və inkişaf yönümlü təhsil mühitində böyüməsi ilə başlayır. Hər bir uşaq öyrənməyə, inkişaf etməyə və öz potensialını reallaşdırmağa layiqdir.
❤14
Forwarded from Emin Əmrullayev
Media is too big
VIEW IN TELEGRAM
Bu gün saat 22:00-da efirə gedəcək İTV-nin “Diqqət mərkəzi” proqramında müəllimlərin əməkhaqqısı ilə bağlı təklif olunan yeni mexanizmi və ümumi təhsildə əsas məqamları müzakirə etdik.
👏5❤2👍2
ℹ️ 2026–2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasında təhsil almaq istəyən namizədlər üçün sənəd qəbulu prosesinə start verilib.

✅ Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə təhsil almaq imkanı təqdim edir.

⏰ Sənəd qəbulu 19 dekabr 2025-ci il saat (saat 23:59) tarixinədək davam edəcək. Təqaüd proqramı üzrə yekun qəbul qərarlarının 2026-cı ilin iyul–avqust aylarında açıqlanması nəzərdə tutulur.

Ətraflı: https://tinyurl.com/2zjr93hx
❤4