AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb

✅ 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.

ℹ️ Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22590-1
❤7👏1
Qazaxıstanın Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib.

Tədbirdə ölkəmiz 9 məktəblinin və bir dərnək rəhbərinin müəllifi olduğu 9 layihə ilə təmsil olunub.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ömər Eyvazlı və Murad Qasımov tərəfindən hazırlanan layihə “İT sahəsi”, ADA Məktəbinin şagirdi Banu İbrahimovanın layihəsi “Təbii ehtiyatlardan rasional istifadə” kateqoriyasında qalib olub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22593-1
❤9
Zəfər tariximiz – Kəlbəcər Şəhəri Günü! 🇦🇿
❤21👍3
Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 19-da Ağcabədidə vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı Mərkəzi: 146 – 2 və ya 146 – 6 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 10 dekabr 2025-ci il (saat 18:00-dək)

❗ Qəbulda yalnız yuxarıda qeyd olunan rayonların sakinləri iştirak edə bilərlər.
❗Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍4❤2
📢 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.

Həmin qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz. ⬇️
https://edu.gov.az/uploads/elan/2025/11/bagcalar-qiymet.pdf

ℹ️ Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.

Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, 📞146 - 2 Çağrı Mərkəzinə məlumat verə bilərlər.
❤5
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən qeydiyyat prosesinə start verilib.

Valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Qeyd edək ki, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən qrant müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.
👍4❤1
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Ətraflı: president.az saytında
❤8
📣 Azərbaycan məktəbliləri IJSO 2025 olimpiadasında böyük uğur qazanıblar 🎉

Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) ölkəmizi təmsil edən 6 nəfərdən ibarət milli komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanaraq iştirakçı ölkələr sırasında 5-ci yerə layiq görülüb.

🥈 Gümüş medal qazananlar:

Rəsul Şahverdiyev – Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi

Oğuz Əlili – Masazır kənd 3 nömrəli tam orta məktəbin X sinif şagirdi

Mikayıl İbrahimli – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi

Mehdi Həbibzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi

🥉 Bürünc medal qazananlar:

Fidan Həşimova – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi

Hidayət Quliyev – Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin X sinif şagirdi
👏18❤8👍5
5 dekabr Beynəlxalq Könüllülər Günüdür.

Elm və Təhsil Nazirliyinin fəaliyyətinə dəstək verən "Bir Könüllü"ləri təbrik edir və onlara uğurlar arzu edirik.
👏10❤7
​Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai TV-də yayımlanan Azərbaycanın ilk uşaq serialı “Mən, Lalə, bir də Şerlok Holms 2”ni izləməyi unutmayın!
👍11
Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni Sərəncama əsasən peşə təhsili sisteminin potensialının artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və müasir infrastrukturun yaradılması üzrə geniş tədbirlər həyata keçiriləcək.

Sərəncama əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılacaq.

Ətraflı: https://president.az/az/articles/view/70701
❤11