AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
5 dekabr Beynəlxalq Könüllülər Günüdür.

Elm və Təhsil Nazirliyinin fəaliyyətinə dəstək verən "Bir Könüllü"ləri təbrik edir və onlara uğurlar arzu edirik.
👏10❤7
​Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai TV-də yayımlanan Azərbaycanın ilk uşaq serialı “Mən, Lalə, bir də Şerlok Holms 2”ni izləməyi unutmayın!
👍11
Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni Sərəncama əsasən peşə təhsili sisteminin potensialının artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və müasir infrastrukturun yaradılması üzrə geniş tədbirlər həyata keçiriləcək.

Sərəncama əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılacaq.

Ətraflı: https://president.az/az/articles/view/70701
❤11
✴️ Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib ✴️

ℹ️ Elm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” mobil tətbiqi artıq istifadədədir. Tətbiq elektron jurnalın imkanlarını genişləndirir və müəllimlərə davamiyyət, qiymətləndirmə, tədrisin planlaşdırılması və akademik nəticələrin izlənilməsi kimi əsas prosesləri mobil şəkildə daha rahat idarə etməyə imkan verir.

✅ Hazırda tətbiq “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur, mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır.

📲 Tətbiq iOS və Android üçün əlçatandır — “Müəllim” adı ilə axtararaq yükləyə bilərsiniz.
👍7❤5
Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə Elektron Müraciət Sisteminin effektivliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılacaq texniki işlər səbəbindən ərizələrin qəbulu 16.12.2025–02.01.2026 tarixlərində dayandırılacaq.
❤6
12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
❤15👏1
​“Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibləri “Səhərçağı” efirində

I dalğanın qalibi Səbinə Hüseynova, II dalğanın qalibi Səma Əliyeva və III dalğanın qalibi Cavidan Hacıəliyev proqramdakı təcrübələrini, qazandıqları bilik və bacarıqları bölüşərək “Maarifçi”nin gənclərin peşəkar inkişafındakı rolundan danışıblar.

Qürurvericidir ki, hər üç qalib hazırda Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun müvafiq struktur bölmələrində əmək fəaliyyətlərini davam
❤8
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə Sərəncam imzalayıb.

Ətraflı: president.az saytında.
❤19👍5👏4
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

Dövlətimizin başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ölkəmizin davamlı inkişafı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.

#PrezidentAz
❤29👏6
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından 1 il ötür. 🥀
❤14🙏9👍1👏1
Elm və Təhsil Nazirliyinin 2025-ci təqvim ili üzrə hesabatı təqdim olunur

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22719-1
❤8
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.
❤41
Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 30-da Kürdəmirdə vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab sakinləri

📌 Qəbula necə yazılmaq olar?

✅ Çağrı Mərkəzi: 146 – 2 və ya 146 – 6 ilə əlaqə saxlayaraq
✅ Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
✅ "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

⏰ Qeydiyyat üçün son tarix: 16 yanvar 2026-cı il (saat 18:00-dək)

❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.
👍5❤4
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

Prezident müsahibəsində insan kapitalının inkişafında elm və təhsilin strateji əhəmiyyətinə dair mühüm məqamlara toxunub:
"...Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq".

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22723-1
❤7
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən.

"Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, - onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə, - yaradılıb. Məsələn, ikisi Rusiya, biri Fransa, biri Türkiyə, biri də İtaliya ilə – beş. Qalanını da özümüz, o cümlədən Qarabağ Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir".

Ətraflı president.az saytında.
❤5
Prezident İlham Əliyev: “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”.

"...Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Qeyd: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin, ədəbi dilin saflığının qorunması ilə bağlı mühüm məqamlara toxunaraq bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırıb.

Ətraflı: https://president.az/az/articles/view/71213
❤9
Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 📚📖

Dərslik komplektlərinin layihələri 🌐 www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.

Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya 📧 derslik@edu.gov.az elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edir.
❤7👍1👏1
📢 Təhsil sənədləri artıq tam rəqəmsal formatda!

Nazirlər Kabinetinin yeni qərarına əsasən diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr tam elektron formada təqdim ediləcək. 🎓💻

✅ Eyni zamanda, təhsilini tamamlamayan şəxslərə verilən arayışlar da artıq elektron sənəd formasında təqdim olunacaq.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22728-1
❤12
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı təsdiqlənib

Yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://shorturl.at/MyJyb
❤6
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.

Ətraflı: ⤵️

https://president.az/az/articles/view/71306
https://president.az/az/articles/view/71309
❤14🙏3