AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.

✅ Qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 📞 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının 🌐 https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə 📲 “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

📌 Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
👍3❤1
📢Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 13 aprel tarixindən sənəd qəbulu başlayır

Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla müvafiq keçidlə tanış ola bilərsiniz: ⬇️

https://shorturl.at/81UiM
👍3❤2
Media nümayəndələrinin diqqətinə❗

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.

Layihə çərçivəsində jurnalistlər üçün elm və təhsil sahəsinin aktual mövzularını əhatə edən 10 interaktiv təlim sessiyası təşkil olunacaq. Təlimlər may ayından başlayaraq ilboyu qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək.

🗓 Qeydiyyatın ilkin mərhələsi üçün son tarix: 30 aprel
🔗 Müraciət üçün keçid: https://forms.gle/ytEHbohpYncsVcBS7
📧 Sual və təkliflər üçün elektron poçt: mediaschool@ajn.az
ℹ️ Ətraflı: http://edu.gov.az/az/news-and-updates/22963-1
❤5
IDEA İctimai Birliyinin və "Reza Visual Academy"in təşəbbüsü ilə "FotoBax" adlı milli fotomüsabiqəsi 📸 keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən müsabiqə "Children`s Eyes on Earth" ("Yer kürəsi uşaqların gözü ilə") beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr olunub.

✅Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.

⏰ Müsabiqədə iştirak etmək üçün çəkdiyiniz 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı üzərindən təqdim edə bilərsiniz.

📌 Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
❤6
📣 "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunur.

🕕 Sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.

🔗 Proqrama müraciət şərtləri, tələb olunan sənədlər və sənəd qəbuluna dair təlimat videosu ilə tanış olmaq üçün elana keçid edə bilərsiniz:

📝🎥 https://dp.edu.az/az/news/4978
❤3
Dövlət Proqramı ilə xaricdə təhsil almaq istəyirsiniz? 🌍🎓

Bu gün saat 15:00-da Təhsil TV-nin "YouTube" kanalında “Təhsil saatı” verilişinin 🔴 canlı yayımını izləyin!

🎙 Qonaq: Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov

Verilişdə xaricdə təhsil imkanları, qəbul prosesi və Dövlət Proqramı ilə bağlı sizi maraqlandıran suallara cavab tapa biləcəksiniz.
❤2👍1
Qızlarımız XV Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO 2026) 3 bürünc medalla qayıdıblar. 🥉🥉🥉🥳

Fransanın Bordo şəhərində keçirilən olimpiadada aşağıdakı şagirdlərimiz uğur qazanıblar:

✨ Gülay Əlizadə – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey
✨ Zeynəb Umudlu – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey
✨ Ləman Nəbiyeva – Bakı şəhəri 236 nömrəli tam orta məktəb

Riyaziyyatçı qızlarımızı təbrik edir, uğurlar arzulayırıq!
❤107👍4👏1
Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.

Plan çərçivəsində təhsilalanlar arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılması, interaktiv tədris metodlarının tətbiqi, maarifləndirici tədbirlərin təşkili və gənclərin bu sahədə bilik və bacarıqlarının inkişafı nəzərdə tutulur.

Bu təşəbbüs gənc nəslin məsuliyyətli və maliyyə baxımından savadlı vətəndaş kimi formalaşmasına xidmət edir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22988-1
❤7
Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçiriləcəyi
📆 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.

✅ Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.

Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
❤3
📢 Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu davam edir.

Ətraflı: https://shorturl.at/FdKgl
❤3
📣Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib.

ℹ️ Platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır.

Rəqəmsal repozitariyaya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:

https://dspace.eatda.edu.az/home
❤2
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də 🚀📚

Elm və Təhsil Nazirliyi ilə “Google” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb. 🤝💻

“Rəqəmsal məktəb”də qeydiyyatdan keçmiş müəllimlər “Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. 🤖✨ Bu imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini daha interaktiv və zəngin etməyə kömək edir 📊🧠📖
👍2
"2026-cı il üzrə sertifikatlaşdırma imtahanlarının 17-25 iyun tarixlərində keçirilməsi planlaşdırılır".

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən brifinqdə məlumat verilib.
👍4
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov: “Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək”.
👍7