📢 Elm və Təhsil Nazirliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi elan edilir.
📌Müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.
📩 Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 3 iyun 2026-cı il, saat 17:00-dək grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçiriləcək.
🔗 Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz:
https://tinyurl.com/3wt5xncs
https://tinyurl.com/mrypxnd2

❤2
🗓️ 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
📄 Bildiririk ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
🔗 Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

❤4
📢 IV və VI sinif şagirdləri üçün monitorinq keçiriləcək
🗓️ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.
🎯 Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.

❤8
📢 Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır.
Proqramın əsas xüsusiyyətləri aşağıdakılardır:
✅Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları;
✅İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant;
✅Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat;
✅Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil;
✅Qəbul olunanlara doktorantura təqaüdü ilə yanaşı, əlavə olaraq yüksək məbləğdə SABAH təqaüdü;
✅Doktorantlara qəbul olunduqları müəssisələrdə elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyəti.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23113-1

❤5
✅Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana əsasən respublika üzrə fəlsəfə doktoru proqramı üçün 1388 yer ayrılıb. Ötən illə müqayisədə qəbul yerlərinin sayı 213 yer (18%) artırılıb. 90 müəssisə üzrə 300-ə yaxın ixtisasa qəbul planlaşdırılır. Bu yerlərdən 65 % ali təhsil müəssisələri, 35% isə elmi müəssisələr üzrə nəzərdə tutulub.
✅Bildiririk ki, artıq son 2 ildə doktoranturaya qəbul yalnız fəlsəfə doktoru proqramı üzrə aparılır. Eyni zamanda son 2 ildə ölkə üzrə ali təhsil müəssisələrinə qəbul olan bütün doktorantlar yalnız dövlət sifarişli – ödənişsiz təhsil alır. Növbəti il üçün də müraciət edən bütün doktorantların yalnız dövlət sifarişi üzrə qəbulu proqnozlaşdırılır.
✅Xatırladaq ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
📍 Qəbula kimlər yazıla bilər?
Gəncə, Samux və Kəlbəcər sakinləri
📌 Qəbula necə yazılmaq olar?
📞 Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq
💻 Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq
📲 "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək
⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

👍3
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.
⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq.
Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər.
✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər.

📢 Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır.
📌 Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 📧grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir.

📢 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
🗓️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.
ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

❤4👍2
📢 4 iyun saat 15:00-dan əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu prosesinə start verilir.
🎓 Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər 🌐 portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
📅 Sənəd qəbulu prosesi 31 avqust 2026-ci il saat 23:59-da başa çatacaq.
ℹ️ Qeyd edək ki, təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsilalma formaları üzrə həyata keçirilir.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23124-1

📢2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.
ℹ️ Şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.
✔️ Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.
📆 Qeydiyyat müddəti: 9 – 19 iyun
🔗 Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:
https://tinyurl.com/yz9pnmmp

❤3🙏1
“Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.
Rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23144-1