AR Elm və Təhsil Nazirliyi
✔
17.6K subscribers
1.8K photos
126 videos
2.83K links
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
📚 Magistraturaya qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları
👍3❤1
📢 Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.

🎯 Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.

📅 Müsabiqəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu 5 avqust 2026-ci il tarixindən başlayaraq 20 avqust 2026-cı il tarixi də daxil olmaqla https://anket.edu.az/user/364 saytı vasitəsilə həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23263-1
❤4
Türkiyə-Azərbaycan Universiteti beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq istəyən abituriyentlər üçün yeni imkanlar təqdim edir. 🎓

📚 Universitetdə təhsil dövlət sifarişi əsasında və ingilis dilində həyata keçirilir. Tədris Türkiyənin aparıcı ali təhsil müəssisələri – Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və İstanbul Texniki Universitetinin təhsil proqramları əsasında, həmin universitetlərin professor-müəllim heyətinin iştirakı ilə təşkil olunur.

📈 2026–2027-ci tədris ili üzrə universitetə 120 plan yeri ayrılıb.

✨ Gələcəyin mühəndisi olmaq üçün seçimini et!
❤5
📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.
👏8❤6👍2
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.

Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
❤3
📢 Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!

❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.

Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.
▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.
▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.
❤2👍2
🏆 9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) məktəblilərimiz 3 bürünc medal qazanıblar.

Bürünc medalçılarımız:
🥉 Həsən Vəliyev – Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
🥉 Əkbər Əhmədov – Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
🥉 Əhməd Qəmbərli – Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi

💡Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
❤4👏1
✅ Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

✅ Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb.

✅ Təlimlərdə iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri 17-24 avqust tarixlərində aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3
❤2👍1
📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlanılır.

❗Qeydiyyat prosesi portal.edu.az platforması üzərindən 27 avqust - 3 sentyabr tarixləri aralığında həyata keçiriləcək.
❤8🙏1
🏆14–16 avqust 2026-cı il tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – #SVIIF” beynəlxalq innovasiya müsabiqəsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib.

🌐 Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb.

🏅Komanda festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix” mükafatını qazanıb.

✨Nümayəndə heyətinin tərkibində AzTU SABAH məzunu, hazırda isə AzTU-da təhsilini davam etdirən Səfərəli Səfərli və AzTU tələbəsi Anar Məmmədov, SABAH əməkdaşı və ADNSU üzrə mentor Arzu İbrahimova, ADNSU SABAH tələbələri Cahid Cabizadə və Cavid Cəlilov, SABAH əməkdaşı və BMU üzrə mentor Sevinc Əliyeva, BMU tələbəsi Ləman Səfərli, Milli Aviasiya Akademiyasının tələbəsi Mələk Bağırova və ADA Universitetinin tələbəsi Toğrul Quluzadə yer alıblar.
❤8👍2