Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
ℹ️Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ukraynalı Dilşot Xalmatovla qarşılaşıb.

Rəqibinə qalib gələn Balabəy Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34👍9
🌐 Roblox və PubG Azərbaycanda qadağan edilə bilər.

Bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, ölkədə “Roblox” və “PUBG” kimi platformaların qadağan edilməsi ehtimalı, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunvericilik çərçivəsində tənzimlənən aktual bir məsələdir:

“Türkiyə və Hindistan kimi ölkələrin təcrübəsi göstərir ki, bu platformalarda uşaqların təhlükəsizliyini təmin edən nəzarət mexanizmləri yetərsiz olduqda dövlətlər kəskin məhdudlaşdırıcı addımlar ata bilərlər. Azərbaycanda da bu oyunların tərkibindəki nəzarətsiz söhbət otaqları, pedofiliya riskləri və yaşa uyğun olmayan “istifadəçi tərəfindən yaradılan məzmunlar” mütəmadi olaraq rəsmi qurumların diqqət mərkəzindədir, lakin hazırda tam qadağadan çox, valideyn nəzarəti və rəqəmsal savadlılığın artırılmasına üstünlük verilir.

Şagirdlər üçün bu oyunların təhlükəli tərəfləri həm psixoloji asılılıq, həm də sosial təhlükəsizlik boşluqları ilə bağlıdır. “PUBG” kimi rəqabətli oyunlar şagirdlərdə süni aqressiya və dopamin asılılığı yaradaraq onların akademik performansına və yuxu rejiminə ciddi zərbə vurur.

Roblox-da isə əsas risk uşaqların tanımadıqları yetkin şəxslərlə birbaşa ünsiyyətə girməsi və virtual fırıldaqçıların tələsinə düşmək ehtimalıdır. Bu təsirlər şagirdlərin sosial izolyasiyasına və real həyatdakı ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olduğu üçün mütəxəssislər “ekran vaxtı”nın ciddi şəkildə limitlənməsini və oyunların mütləq valideyn nəzarəti altında oynanılmasını tövsiyə edirlər”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍34❤6😁3🤡3
🇦🇿🇺🇸🇦🇲 ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.
❤7👎3👍1
⚠️⚠️Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Aralıq dənizinin Girit adası sahillərində 5 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 02:33-də baş verən zəlzələnin dərinliyi 9,19 km olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2🙏1
⚡️KİV: Nəriman Axundzadə ABŞ-yə MLS klubuna satıldı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👌9❤5🤡4
🇦🇿🇦🇿Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar.

Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə müxtəlif tədbirlərin keçirilməsi üçün zal yerləşir.

Leyla Əliyeva və Alena Əliyeva, həmçinin Gəncədə Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib.

Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤡14👍7❤4
⚠️⚠️Təmirlə əlaqədar Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👌1
🇦🇿🇦🇿Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤡16❤7