Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
❕ Son 47 ildə ilk dəfə Xamenei ordu komandirləri ilə görüşmədi

İranın Ali lideri Əli Xamenei "19 Bəhmən" (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.

Oxu. Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam inqilabının rəhbəri Ruhulla Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.

Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir ölkənin ali lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣18👍4❤1👎1🤮1
📣📣Qubada bir ailənin səkkiz üzvü qonaqlıqda zəhərlənib

Onların "paytaxt" salatından zəhərləndikləri ehtimal olunur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱3❤1👍1🙏1
🇦🇿🇦🇿Leyla Əliyeva və Alena Əliyeva Gəncədə məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.

Onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.

Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.

Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.

Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮20❤6👍2❤‍🔥1👎1
⚠️⚠️Göygöl sakininin qətlə yetirib dərəyə atan şəxs saxlanılıb.

Məlumata görə, Göygöl polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilimən Molla Cəlilli kənd sakini, 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤3
❗️❗️“Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş edib

8 fevral tarixində “Virgin Atlantic” aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.

Airbus A350 tipli təyyarə yerli vaxtla saat 21:26-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
🇦🇿🇦🇿🥋Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazandı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍20❤‍🔥8❤4
❗️❗️❗️Şəmkirdə hərbçilərin olduğu avtomobil ağaca çırpılıb, bir nəfər ölüb, üç nəfər xəsarət alıb

“Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sərnişin, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində həyatını itirib.

Sürücü Şükürlü Sucəddin və digər sərnişinlər – Samir Qurbanov və Namiq Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢18🙏5❤2👍2
🇺🇸İlon Mask: "SpaceX" Ayda özünü təmin edən bir şəhərin inşasına üstünlük verəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍6🔥1😁1🤮1
⚠️⚠️İranda insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi daha yeddi il həbs cəzasına məhkum edilib.

N.Məhəmmədi etirazlarda iştirak etdiyinə görə altı il, təbliğat işlərinə görə isə əlavə bir il yarım həbs cəzasına məhkum edilib və ikiillik ölkədən çıxış qadağası alıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎26🤬9👍3❤2
🔴🔴Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎5🤬5👍1
❗️❗️Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda keçirilən növbəti tədbir zamanı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar

DİN mətbuat xidmətindən verilən xəbərə görə, onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️Xətai rayonunda avtobusda cibgirlik edən 58 yaşlı Pünhan Umudov polis əməkdaşları tərəfindən tutulub

O, qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə 900 manatlıq alış-veriş etdiyini etiraf edib. Araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️ Bakıda biznesmenlə bir qrup şəxs arasında insident.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🔴🔴İran hökuməti etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslərin əfv siyahısına daxil edilməyəcəyini bəyan edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎13❤2👍1
🇦🇿🇦🇿İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🤮1
Faktlarla - Operativ Xəbərlər 🇦🇿
❗️❗️❗️Şəmkirdə hərbçilərin olduğu avtomobil ağaca çırpılıb, bir nəfər ölüb, üç nəfər xəsarət alıb “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sərnişin, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində həyatını…
🔴📣Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı

Şəmkirdə qəzaya düşən hərbçilərin vəziyyəti açıqlanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 8-i saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏9😢6❤1
📣📣 Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU açıqlandı

🔸2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir- Ağcabədi Rayon Mərkəzi Xəstəxanası
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢7🙏7👍2
⚠️⚠️Naxçıvana yeni baş nazir təyin olundu

Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni baş naziri təyin olunub.

Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər icra hakimiyyəti başçısı vəzifəsində çalışıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤1
⚡️⚡️Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👎1
🔴Mərkəzi Bank “Mpay” MMC-ni cəzalandırılıb.

⚠️Səbəb cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulmasıdır.

❌Nəticədə hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍4🤡3